Microsoft Word Az?rbaycanda su ehtiyatlar?n?n t?s?rrufat v? ekoloji ?h?miyy?t? dissertasiya doc docx



Yüklə 492,88 Kb.
Pdf görüntüsü
səhifə19/20
tarix04.02.2018
ölçüsü492,88 Kb.
#23460
1   ...   12   13   14   15   16   17   18   19   20

M.Ə.Salmanovun  1961-ci  ildə  apardığı  müşahidələr  zamanı  müəyyən 

edilmişdir ki, 70 kq çəkisi olan partlayıcının partladılması nəticəsində partlayışın 

epimərkəzində 85-100m radiusunda ixtiofauna tamamilə məhv olur,onun 60%-i 

dənizin  dibinə  çökür,plankton  həyat  qabiliyyətini  itirir,su,yanma  məhsulunun 

terrigen  hissəcikləri  ilə  zənginlə.ir,dib  çöküntüləri  şumlanır(qarışır)  və  su 

bulanaraq şəffaflığı azalır, epimərkəzində pH 3-4 göstərici aşağı düşür. 

Xəzər  dənizinin    azsulu  və  dolusulu  dövrləri  olmuşdur,lakin  1940-cı  ilə 

qədər  onun  bioloji  məhsuldarlığı  həmişə  yüksək  olmuşdur,fauna-flora  özünün 

sabit keyfiyyət vəziyyətini saxlamışdır. 

Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  dəyişməsində  dənizin  səviyyəsinin 

tərəddüdü  və  çirklənməsi  əsas  rol  oynayır.  Qlobal  miqyasda  isə  Xəzərin 

dəyişməsi  dənizin  və  onun  hövzəsinin  çirklənməsinin  artması  nəticəsində  baş 

vermişdir.  M.Ə.salmanovun  qeyd  etdiyi  kimi,  Xəzərin  çirklənməsi  barədə 

olduqca  çoxlu  məlumatlar  mövcuddur,bu  məsələ  ilə  yüzlərlə  mütəxəssislər 

məşğul  olmuş,onlarla  simpozium,konfranslarda  müzakirə  olunmuş,ən  yüksək 

səviyyədə qərarlar qəbul edilmişdir.Xəzərin təmiz saxlanmasının vacibliyi bütün 

xəzəryanı  dövlətlər  tərəfindən  təsdiq  edilsə  də  o,  yenə  də  həmişə  olduğu  kimi 

çirklənməkdə davam edir.  

Xəzərin  çirklənməsində  başlıca  yeri  neft və  neft  məhsulları, sonrakı  yeri 

isə kimyəvi çirklənmə tutur. 




Hazırda Xəzərı tökülən çaylar dənizi üzvi maddələrlə, biogen elementlərlə 

də  zənginləşdirir.  Apardığı  tədqiqatlara  əsaslanaraq  M.Ə.Salmanov  belə 

nəticəyə gəlir ki, Xəzərin ekosistemlərinin sabitliyini bərpa etmək üçün çayların 

axınına  sanitar  nəzarət  ən  mühüm  tədbirlərdən  biri  sayılmalıdır.  Tədqiqatçının 

Volqa, Kür,Ural və Terek çaylarında apardığı kompleks tədqiqatlar göstərdi ki, 

hazırda bu çaylarda özünütəmizləmə prosesləri hər yerdə pozulmuşdur. 

Xəzər  dənizinin    çoxkomponentli  çirklənməsi  bir  çox  sənaye  obyektləri 

növlərinin  məskunlaşdığı  mühüm  sanitar-gigiyena  vəziyyətinin  dəyişməsinə 

təsir  göstərən  amil  olmuşdur.  Qiymətli  balıq  növlərinin  kütləvi  qırılması  adi 

hadisəyə çevrilmişdir. 

Bir  sıra  alimlərin  məlumatlarına  görə  bir  çox  hidrobiontların 

orqanizmində  insanın  sağlamlığı  üçün  təhlükəli  parazitlərin  böyük  bir  siyahısı 

var  :  anizakidlər,  psevdoumfistomidlər,eustronqilidlər  və  s.  dəniz  suyunda  və 

balıqlarda paragen bakteriyalar, mis, proteinlər,vibrionlar,protei-vulqaris və b. 

Xəzər 

dənizinin 



zamana 

görə 


dəyişməsi 

geoloji,tarixi,əsrlik,çoxillik,illikvə ildaxili baş verə bilər. 

Mövcud  tədqiqat  materiallarına  əsasən  yuxarı-pliotsen-pleystotsen 

dövrlərində  Xəzər  göl-dənizinin  səviyyəsi  bir  neçə  dəfə  transqressiya  və 

reqressiyaya  məruz  qalmışdır.Pleystotsen  tarixində  (axırıncı  700-500  min  il) 

Xəzərin  reqressiv  növlərə  bölünmüş  dörd  iri  tranqressiv  epoxaları 

(bakı,xəzər,xvalin və axırıncı yeni xəzər) olmuşdur. 



Eramızın  I  əsrində  ,yəni  2000  il  əvvəl,səviyyə  14  m-dən  yuxarıda 

yerləşmişdir. 

Azərbaycan 

coğrafiyaşünası 

Ə

bdür 


Rəşid 

Bakuvinin 

məlumatlarına  görə  X-XIV  əsrlərdə,Qədim  Qız  Qalasının  divarları  su  altında 

qalmış və müasir səviyyədən 3,5 m yuxarıda olmuşdur. 

1830-1930-cu  illərdə  səviyyə  -  26  m  mütləq  hündürlük  ətrafında  1  m 

diapazonunda  dəyişmiş,çoxillik  orta  qiymət  –  25,83  m  olmuşdur.Keçən  əsrin 

axırları  və  əsrimizin  əvvəllərində  dənizin  səviyyəsinin  1,8m  enməsi  müşahidə 

olunmuşdur.1940-cı  illərin  sonunda  səviyyə  yenidən  aşağı  düşməyə  başlamış, 

1956-cı  ildə  1929-cu  il  səviyyəsinə  nisbətən  2,5  m  aşağı  düşmüşdür.1960-cı 

illərdə  dənizin  səviyyəsi  –  28,4  m  ətrafında  sabit  qalmışdır.1970-ci  illərin 

ə

vvəlində  Xəzərinsəviyyəsində  yenidən  enmə  baş  verdi  və  -  29  m  minimum 



səviyyəyə  çatdı.  Bu,  son  170  ildə  aparılan  müşahidələr  nəticəsində  ən  aşağı 

səviyyə olub həmin dövrdə səviyyənin ümumi enməsi 3,8 m təşkil etmişdir. 

1978-ci  ildən  etibarən  Xəzərin  səviyyəsi  kəskin  qalxmağa  başlayaraq 

1995-ci  ildə  onun  illik  orta  qiyməti  -29,2  m-ə  çatmışdır.  Bu  müddət  ərzində 

dənizin qalxma intensivliyi ildə 14sm olmuş,ayrı-ayrı illərdə bu rəqəm hətta 30 

sm-ə  çatmışdır.1996-cı  ildən  etibarən  səviyyə  yenidən  qalxmaqla  davam  etmiş 

və 2001-ci ildə dənizin hündürlüyü -27,3 m-ə çatmışdır. 

Xəzər  dənizinin səviyyəsi  il  ərzində  də dəyişir,  buna  mövsüm  dəyişməsi 

deyilir, bunun səbəbi il ərzində gəlir və çıxarın müxtəlif miqdarda paylanmasıdır. 

Belə  ki,  il  ərzində  aprel,may  aylarında,bəzən  iyunun  ortalarına  qədər  çay 




axımlarının  və  dəniz  səthinə  düşən  atmosfer  yığıntılarının  çox  olması  ilə 

ə

laqədar  dənizdə  səviyyənin  qalxması,iyul,avqust  aylarında  isə  çay  axımının 



azalması  və  su  səthindən  buxarlanmanın  artması  ilə  bağlı  olaraq  səviyyənin 

enməsinə səbəb olur. 

Xəzər dənizində qısa müddətli dəyişmələr küləyin təsiri nəticəsində onun 

sularında  yaranan  qovulma-gətirilmə  dövranı  ilə  əlaqədar  olan  səviyyə 

dəyişməlidir.  Küləyin  təsiri  nəticəsində  yaranmış  axınlar  müvəqqəti  olaraq  su 

kütləsini  dənizin  bir  sahəsindən  digərinə  qovaraq  su  səthindəki  tarazlığı 

pozur.Bu hadisə Xəzərin bütün sahil zonasında,ən çox isə dənizin şimal və qərb 

rayonlarında  baş  verir.Belə  tərüddüdlərin  davam  etmə  müddəti  3-27 

saat,təkrarlanması isə ayda 1-5 dəfədir.Sahil zonada səviyyə 2-3 m-ə qədər qalxa 

bilir. 


Xəzər  dənizində  ritmik  dəyişmələr  –qabarma-çəkilmə  dalğalarının 

hündürlüyü çox kiçik olub 2-6 sm təşkil edir, şimaldan cənuba doğru artır. Bu 

hadisə  dənizdə  atmosfer  təzyiqinin  müxtəlif  səbəblərdən  kəskin  dəyişməsilə 

ə

laqədar 2-5 sm hündürlüyündə seyş dalğaları da yaranır. 



R.M.Məmmədov  Xəzər  dənizinin  səviyyəsinin  dəyişməsində  kompleks 

amillərin  birgə  iştirakının  (geoloji,hidroiqlim,antropogen,kosmik)  olmasını 

göstərir. 

Aparılan  tədqiqatların  nəticələrinə  əsaslanaraq    R.M.Məmmədov  Xəzər 

dənizinin  dəyişməsində  geoloji  amilin  rolunun  10-15%olduğunu  göstərərək 



Yüklə 492,88 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə