Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

28 

 

ənənəvi  iqtisadiyyat  sahələrinin  dirçəldilməsi  və  müasir,  modern  müəssisələr 



şəbəkəsinin  formalaşdırıması  prioritetləri  daha  çox  diqqət  məkəzində  olmuşdur. 

Nəhayət, ölkə regionlarının iqtisadi inkişaf prioritetlərini özündə cəmləşdirən hazırki 

III  Dövlət  Proqramında  mühüm  prioritetlərə  regionların  sənaye  potensialının 

güclndirilməsi,  iri  fermer  təsərrüfatlarının  yaradılması,  rəqabətqabiliyyətli 

məhsulların  istehsalının  təşkili  və  sairlər  aiddirlər.  Bu  Dövlət  Proqramlarının  əsas 

mahiyyəti  regionun  güclü  iqtisadi  subyektə  çevrilməsi  aqrar  və  sənaye  sahələrinin 

müasir  subyektləri  kimi  çıxış  etməsi,  ölkə  iqtisadiyyatının  rəqabətqabiliyyətinin 

artırılması  və  ixrac  potensialının  gücləndirilməsi,  sosial-iqtisadi  inkişafın  yeni 

keyfiyyət mərhələsinə qaldırılması ilə bilavasitə bağlıdır. 

 

Azərbaycan  iqtisadiyyatının  digər  mühüm  tendensiyalarından  biri  də  turizm 



sektorunun inkişafı ilə bağlıdır. Son illərdə ölkədə yüzlərlə turizm obyektləri, müasir 

otellər,  istirahət  mərkəzləri,  turizm-rekreasiya  kompleksləri  tikilib  istismara 

verilmişdir. Bakıda və regionlarda (Quba, Qusar, Qəbələ, Şəki, Şəmkir, Gəncə və s.) 

dünya şöhrətli-brend otellərin analoqu istifadəyə verilmiş, idman turizm kompleksləri 

yaradılmışdır.  Turizmin  inkişafı  üzrə  qanunvericilik  bazası  gücləndirilmiş  və  bu 

sahənin  inkişafı  ilə  bağlı  Dövlət  Proqramı  hazırda  icra  olunmaqdadır.  Ölkə 

iqtisadiyyatının inkişafı proseslərində ortaya çıxan ciddi problemlərdən biri də qeyri-

neft  sənaye  sahələrinin  inkişafı  məsələləridir.  Hələ  SSR   dövründə  Azərbaycan 

rəqabətqabiliyyətli  və  güclü  ixrac  potensialına  malik  sənaye  sahələri  fəaliyyət 

göstərmişdir  (metallurgiya,  cihazqayırma,  kimya  və  neftkimya,  neftkimya 

maşınqayırması  və s.).  Bir  sıra  qeyri-neft sektoru sahələrinin struktur  yenilənməsini 

tədqiq  edən  S.  smayılov  qeyd  edir  ki,  təsərrüfat  təcrübəsində  elə  praktiki  alətlərin 

tətbiqi reallaşdırılmalı və dəstək verilməlidir ki, bunlar texnologiyalar formasında ola 

bilsin Bu baxımdan son illərdə sahibkarlığın və biznes mühitinin inkişafına dövlət 

dəstəyi  mexanizmlərinin  daha  məhsuldar  və  səmərəli  müstəviyə  qaldırılması 

tendensiyası  sənaye  sahələrinin  yüksək  texnologiyalar  əsasında  inkişaf  etdirilməsi 

prioritetinin Azərbaycanda strateji hədəflərdən biri kimi qarşıya qoyulmasıdır. 2014-

cü  ilin  "Sənaye  ili"  elan  edilməsi  və  bu  istiqmətdə  strateji  vəzifələrin 




29 

 

müəyyənləşdirilməsi  yaxın  perspektivdə  qeyri-neft  sənayesinin  inkişafına  və  onun 



ixrac potensialının artırılmasına ciddi töhfələrin verəcəyini proqnozlaşdırır. 

Azərbaycan  iqtisadiyyatının  müasir  iqtisadi  inkişaf  tendensiyalarından  biri  də 

ölkədə  nformasiya-kommunikasiya  texnologiyaları  ( KT)  sektorunun  inkişafını 

təmin etməkdir. Artıq bu istiqamətdə ilk Milli Strategiyanın icrası 2012-ci ildə başa 

çatdırılmışdır

Ölkədə 


müasir 

KT 


infrastrukturunun 

formalaşdırılması 

genişləndirilib, 

bu 


sahədə 

məhsulların 

çeşidi 

çoxalıb, 



xidmətlər 

diversifikasiyalaşdırılıb, innovasiya funksiyalarının tətbiqi intensivləşib və s. Hazırda 

bu  iqtisadiyyat  sektorunun  neft-qaz  sektorundan  sonra  əsas  prioritet  qeyri-neft 

sektoruna  çevrilməsi  üçün  ciddi  tədbirlər  müəyyənləşdirilib  və  strateji  vəzifələr 

qarşıya qoyulmuşdur. 

1995-2013-cü  illərdə  Azərbaycanda  sosial-iqtisadi  inkişafın  tendensiyalarının 

dinamikliyini əks etdirən bir sıra göstəricilər Cədvəl 2.1-də verilmişdir.  

 

Azərbaycan  Respublikasında  bir  qrup  sosial-iqtisadi  göstəricilərin  dinamikası 



(əvvəlki ilə nisbətən %lə) 

Cədvəl 2.1. 

s/s 

Göstəricilər 



2005  2010 

2011 


2012 

ÜDM 



126,4  105,0  100,1  102,2 

Sənaye istehsalı 



139,5  102,6  95,0 

97,7 


Kənd təsərrüfatı məhsulları 

107,5  97,8 

105,8  106,6 

Əsas kapitala investisiyalar 



116,6  121,2  127,3  118,5 

Ixrac  



120,2  125,3  88,7 

86,2 


Qeyd: Cədvəl 2.1. ARDSK-nın məlumatları üzrə müəllif tərəfindən hazırlanmışdır .  

 

Сədvəl 2.1-in təhlilinə baxsaq, görərik ki, ölkə üzrə ÜDM-in artım tempi 2010-



cu  ildən  başlayaraq  azalıb  və  hələlik  5%-lik  artım  tempini  bərpa  edə  bilməyib. 

Sənaye  istehsalının  həcmi  də  son  illər  azalmışdır.  Kənd  təsərrüfatı  məhsullarının 

istehsalı 2011-2012-ci illərdə müvafiq olaraq, 5,8 % və 6,6 % səviyyəsində artmışdır. 

Ixracın həcmi isə son 2 ildə azalmaqda davam etmişdir. Bu göstəricilər bir daha ölkə 

iqtisadiyyatının  diversifikasiyalaşdırılmasının  sürətləndirilməsini  və  ixracının 

strukturunun  təkmilləşdirilməsini  şərtləndirir.  Ölkə  üzrə  ixrac  potensialının 




30 

 

formalaşmasında  mühüm  əhəmiyyət  kəsb  edən  iqtisadiyyat  sektoru  kimi-sənaye 



sektorunun ümumi məhsul istehsalının dinamikası isə Cədvəl 2.2-də əks olunmuşdur.  

Cədvəl 2.2. 

Azərbaycanda ümumi sənaye istehsalının indeksləri (2005-ci ilə 100% olmaqla-

%lə). 


s/s 

Göstəricilər 

2006 

2007 


2008 

2009 


2010 

2011 


2012 

Sənaye cəmi 



137 

169 


180 

195 


200 

190 


186 

Mədənçıxarma sənayesi 



145 

187 


197 

221 


224 

205 


197 

Emal sənayesi 



107 

115 


122 

113 


124 

132 


139 

 

Cədvəl  2.2-nin  təhlili  üzrə  qeyd  etmək  olar  ki,  2005-ci  illərdə  ümumi  sənaye 



49%  artdığı  halda,  mədənçıxarma  sənayesi  52%,  emal  sənayesi  isə  cəmisi  32% 

artmışdır.  Bu  göstəricilər  bir  daha  emal  sənayesinin,  yəni  qeyri-neft  sektorunun 

inkişafının sürətləndirilməsini zəruri edir. 

Qeyri-neft sektorunun daha geniş təhlilinə biz növbəti paraqraflarda qayıdacağıq 

və tədqiqat materiallarını verəcəyik. Buna görə də, ilk növbədə ölkə iqtisadiyyatının 

inkişaf  tendensiyaları  və  problemlərinin  formalaşması  və  yaranması  səbəblərinin 

araşdırılmasını  vacib  hesab  etmişik.  Bu  sahədə  iqtisadi  ədəbiyyatlarda,  tədqiqat 

işlərində  və  ekspertlərin  qiymətləndirilməsində  də  müxtəlif  fikirlər,  mülahizələr 

diqqətimizi cəlb etmişdir. Akademik Z. Səmədzadə qeyd edir ki, allah Azərbaycana 

bol  təbii  sərvətlər  verib  və  bizdə  güclü  istehsal,  elmi-texniki,  intellektual,  əmək 

potensialı vardır. Ölkə Şərqlə Qərbin, Avropa ilə Asiyanın birləşməsində yerləşir və 

mühüm  geostrateji  əhəmiyyət  daşıyır.  Bu  üstünlükləri  əldə  edən  Azərbaycanın  XX 

əsrin  ilk  onilliklərində  iqtisadi  strategiya  prioritetlərinin  reallaşdırılmasına,  yüksək 

iqtisadi  artım  göstəriciləri  əldə  etməyə  imkan  verəcəkdir.  Görkəmli  akademikin 

fikirlərinə  rəğmən  qeyd  etmək  olar  ki,  hazırda  ölkəmizin  bir  çox  makroiqtisadi 

göstəriciləri  üzrə  inkişaf  etmiş  ölkələrlə  rəqabət  səviyyəsi  yolundadır.  Azərbaycan 

sosial-iqtisadi  inkişafın  sabit  və  dayanıqlı  modelini  formalaşdıra  bilib  və  etibarlı 

dövlət  tənzimləmələri  mexanizmi  sistemini  yaradıb.  Akademik  Z.  Səmədzadə 

bildirmişdir  ki,  ölkədə  neft  hasilatının  aşağı  düşməsinə  baxmayaraq,  qeyri-neft 

sektorunun  sürətli  inkişafı  təmin  edilib.  Azərbaycanda  qeyri-neft  sektorunun  artım 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə