Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

31 

 

tempi  bütövlükdə  iqtisadiyyatın  artım  tempinin  aşagı  düşməsinin  qarşısını  alıb. 



Hazırda  ölkədə  qeyri-neft  sektorunun  strukturu  da  təkmilləşib.  Bunlarla  bərabər, 

akademikin  fikrincə,  innovasiyalı  iqtisadiyyatın  artımı  üçün  daha  cəsarətli  tədbirlər 

görməliyik.  Hazırda  Azərbaycanda  aqrar  sektorda  dövlət  dəstəyini  müəyyən  edən 

mexanizmlər  təkmilləşdirilməlidir.  Əgər  rəqabətə  davamlı  məhsulların  çeşidi 

Azərbaycanda  çoxaldılarsa,  ölkədə  aqrar  məhsulların  ixrac  strukturu  da 

təkmilləşəcək.  Biz  əvvəllərdə  də  qeyd  etmişdik  ki,  ölkənin  ixrac  potensialının 

artırılmasında  rəqabətqabiliyyətli  və  ixrac  təyinatlı  məhsulların  istehsalının  təşkili, 

onların dünya bazarlarına çıxarılması strateji əhəmiyyət kəsb edir.  

Professor  .  Kərimli  Azərbaycanın  geoiqtisadi  inkişaf  və  milli  iqtisadi 

mənafelərin reallaşması istiqamətlərini tədqiq edərkən, əsas istiqamətlərdən biri kimi 

bazar  iqtisadiyyatının  inkişafı  və  regional  inteqrasiyaya  qoşulmağın  güclənməsini 

qeyd  etmişdir.  .  Kərimli  yazır:  "Azərbaycan  iqtisadiyyatının  tam  təkrar  istehsal 

sistemi  kimi  bütünlükdə  xarici  iqtisadi  əlaqələrə,  ayrılıqda  isə  geoiqtisadi  inkişafa 

uyğunlaşdırılması milli iqtisadi mənafelərin reallaşmasının mühüm təzahürüdür. Bizə 

görə,  ölkə  iqtisadiyyatında  təkrar  istehsalın  intensivləşməsi,  emal  sənayesinin 

strukturunun  diversifikasiyalaşdırılması  hazırda  Azərbaycan  iqtisadiyyatının  əsas 

inkişaf  prioriteti  kimi  çıxış  edir.  Professor  Ə.  Muradov  bildirmişdir  ki,  azərbaycan 

iqtisadiyyatının  gələcək  inkişafı  da,  əsasən  qeyri-neft  sektoru  ilə  bağlı  olacaqdır. 

Qeyri-neft  sahəsində  yüksək  artım  tempinə  nail  olunması  və  bu  sektor  hesabına 

adambaşına  ÜDM-in  artırılması,  ÜDM-in  strukturunda  qeyri-neft  sektoru  payının 

əhəmiyyətli dərəcədə yüksəldilməsi, adambaşına qeyri-neft ixracının artımının təmin 

edilməsi  kimi  hədəflər  müəyyənləşdirilmişdir.  Bu  hədəflərə  çatmaq  üçün  iki 

istiqamətdə-iqtisadiyyatın  rəqabətqabiliyyətinin  artırılmasıı  və  strukturunun 

təkmilləşdirilməsi  istiqamətində  tədbirlər  görülməsi  təklif  olunur.  Eyni  zamanda, 

xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi , enerji, nəqliyyat, tranzit və 

logistika infrastrukturunun inkişaf etdirilməsi,  KT və Rabitə xidmətlərindən istifadə 

imkanlarının genişləndirilməsi də əsas prioritetlərdəndir. Iqtisadiyyatın strukturunun 

təkmilləşdirilməsi isə neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, 

qeyri-neft  sənayesinin  şaxələndirilməsi  və  inkişaf  etdirilməsi,  alternativ  və  bərpa 



32 

 

olunan  enerji  mənbələrindən  istifadə  imkanlarının  genişləndirilməsi  yaxın  onilliyin 



başlıca  meyarlarından  ibarətdir.  Əslində  professor  Ə.  Muradovun  bu  fikirləri 

reallıqda  Azərbaycan  iqtisadiyyatının  hazırkı  və  yaxın  perspektivdəki  inkişaf 

tendensiyalarını,  prioritet  istiqamətləri  və  strateji  vəzifələri  özündə  əks  etdirmişdir. 

Yaxın perspektivdə ölkəmizin rəqabətqabiliyyətinin artması və bu sahədə reytinqinin 

yüksəlməsi  gözlənilir.  Qloballaşma  şəraitində  azərbaycan  iqtisadiyyatının 

çoxşaxələnməsi  və  rəqabətqabiliyyətinin  artırılması  problemləri  də  müasir  dövrün 

geniş  diskusiyaya  məruz  qalan  məsələlərindən  biridir.  Akademik  R.  Mehdiyev 

Azərbaycanın gələcək inkişafında aşağıdakı iqtisadi amillərin vacibliyini bildirmişdir: 

−  Qeyri-neft  sektorunun  genişlədirilməsi  hesabına  davamlı  iqtisadi  inkişafa  nail 

olunması; 

−  Iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndiriməsinin genişləndirilməsi; 

−  Ölkənin  ÜDM-nin  tərkibində  dövlət  büdcəsinin  formalaşdırılmasında  təbii 

ehtiyatlar  amilinin  azaldılması  və  qeyri-neft  amilinin  üstünlüyününü  təmin 

edilməsi; 

− 

Iqtisadiyyatda  innovasiyaların  tətbiqinin  təmin  edilməsi  üçün  güclü 



inotivesiya mexanizmlərinin yaradılması və inki.af etdirilməsi və sProfessor M. 

Atakişiyev  Azərbaycanın  milli  inkişaf  modelini  xarakterizə  edən  vacib 

xüsusiyyətlərdən biri kimi iqtisadiyyatın şaxələndirilməsi siyasətini qeyd etmişdir. 

M. Atakişiyev bildirir ki, ÜDM-in artımında zaman keçdikcə müəyyən azalmanın 

baş verməsi  təbiidir.  Bir  sıra obyektiv  səbəblərlə  yanaşı,  həm  də  neft hasilatının 

nisbətən  aşağı  düşməsi  ilə  də  bağlıdır.  Lakin  əhali  sayının  artımı  dinamikasını 

nəzərə alsaq, Azərbaycanda ÜDM-in artımı hər il ən azı 4 % təşkil etməlidir, əks 

halda,  iqtisadiyyatda  staqnasiya  prosesi  baş  verə  bilər.  Gələcəkdə  belə  neqativ 

prosesin  baş  verməməsi  üçün  hökumət  düzgün  olaraq  son  illərdə  qeyri-neft 

sektorunun inkişafı istiqamətində müəyyən tədbirlər həyata keçirir. 

Azərbaycanda  ölkə  iqtisadiyyatının  diversifikasiyalaşdırılmasını  ilk  növbədə 

neft emalı hesabına genişləndirməyi vacib hesab edən bir qrup tədqiqatçıların fikirləri 

ciddi  maraq  doğurur.  Bu  sahədə  güclü  potensialın  olması  məlumdur  və  sahənin 



33 

 

rəqabətqabiliyyətliyi  şübhə  doğurmur.  Tədqiqatçı  B.  Əhmədov  hesab  edir  ki,  neft 



emalı  sənayesindəki  böhranlı  vəziyyət  isə  hələlik  davam  edir.  Buna  sərmayə 

defisitliyi,  əsas  istehsal  fondlarının  mənəvi  və  fiziki  aşınması,  məhsulların  enerji 

tutumunun  yüksək  olması,  dünya  bazarlarında  rəqabət  qabiliyyətinin  aşağı  olması, 

neqativ  ekoloji  problemlər,  geoloji  kəşfiyyat  işlərinin  pisləşməsi  və  s.  gətirib 

çıxarmışdır.  B.Əhmədov  bu  problemlərin  aradan  qaldırılmasında  bir  qrup  mühüm 

vəzifələrin reallaşdırılmasını vacib sayır: 

−  neftemalı sənayesinin infrastruktur bazasının istehsal potensialı və ondan istifadə 

səviyyəsi araşdırılmalıdır; 

−  neftemalı zavodlarının məhsul istehsalı quruluşu genişləndirilməlidir; 

−  neftemalı 

məhsullarının 

ixracının 

quruluşu 

və 


coğrafiyası 

diversifikasiyalaşdırılmalıdır; 

−  neftemalı  sənayesinin  perspektiv  inkişaf  istiqamətləri  reallaşdırılmalıdır.  Bu 

məsələlərdə  müəlliflə  razılaşmaq  lazım  gəlir,  belə  ki,  neft  amili  Azərbaycan 

iqtisadiyyatının  əsas  dayağı,  istinad  potensialı  rolunu  oynadığından,  neftemal 

sənayesi  də  ölkənin  qeyri-neft  sektorunun  inkişafına  ciddi  təkan  verə  bilərdi. 

Vaxtı  ilə  lham  Əliyev  ümumilli  liderimiz  Heydər  Əliyevin  dayaq  yerinöqtəsi 

kimi  nefti  seçməsini  Arximedin  dayaq  nöqtəsinə  ehtiyacın  olması  ilə  müqayisə 

etmişdir.  Professor  H.  Rüstəmbəyov  isə  neft  gəlirlərinin  və  neft  ticarətinin 

Azərbaycan  iqtisadiyyatının  canlandırılması  və  kapital  toplanması  proseslərində 

əsas  amillər  kimi  dəyərləndirmişdir…  Hazırda  Azərbaycanın  xarici  iqtisadi 

əlaqələrdə  xammal  asılılığını  azaltmaqla,  çoxtərəfli  əməkdaşlıq  və  inteqrasiya 

kursunu götürmüşdür.  

Tədqiqatçı  V.Məhərrəmova  qeyd  edir  ki,  Azərbaycan  sənaye  aqrar  ölkəsidir.  Neft, 

dəmir filizi, alünitlər (zəy daşı), boz kolçedan, kobalt, molibden, barit (ağır metallar), 

mışyak  ehtiyatları,  mərmər,  tuf  daşı  və  s.  ehtiyatları  vardır...  Azərbaycanın  iqtisadi 

inkişafında  xarici  kapitalın  da  böyük  rolu  vardır...  Mütəxəssislərin  hesablamalarına 

görə gələcəkdə Azərbaycanın iqtisadi inkişafına qoyulan illik xarici investisiya 20-25 

mlrd. dollaradək artırıla bilər . Bu məsələ Azərbaycan iqtisadiyyatının hazırkı inkişaf 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə