Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

37 

 

bütövlükdə  milli  iqtisadiyyatın  diversifikasiyalaşdırılması  mənbələrinin  əhatəsi 



genişlənir.  Tədqiqatçı  B.Mutlu  qeyd  edir  ki,  Azərbaycan  Respublikasının  sosial-

iqtisadi  inkişafının  uzunömürlülüyü  qlobal  təmayüllərə  adekvat  olan  məqsədyönlü 

sistemli  iqtisadi  islahatların  aparılmasından,  onun  dünya  təsərrüfat  sisteminə 

inteqrasiyasının  sürətləndirilməsinə  xidmət  edən  səmərəli  xarici  iqtisadi  əlaqələrin 

qurulmasından,  xarici  ölkələr  və  beynəlxalq  iqtisadi  təşkilatlarla  ölkənin  milli 

maraqlarına uyğun əlverişli ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsindən asılıdır. 

Müəllifin haqlı bildiyi bu mülahizələr, fikrimizcə, bu günkü milli iqtisadiyyatımızın 

iqtisadi  inkişaf  tendensiyasının  xarakteristikası  ilə  üst-üstə  düşür.  Ölkəmiz  qeyd 

edildiyi  kimi,  çoxlu  sayda  və  geniş  coğrafi  məkanda  xarici-iqtisadi  əlaqələrə 

malikdir.  Bununla  belə,  bu  əlaqələrin,  xüsusilə  ixrac  əlaqələrinin  əksəriyyəti 

əvvəllərdə  bildirdiyimiz  kimi,  neft  ya  qazla  və  yaxud  neft  məhsulları  ilə  bağlıdır. 

Buradan belə bir nəticəyə gəlmək mümkündür ki, ölkənin qeyri-neft sektorunun ixrac 

potensialının  heç  də  az  olmayan  sahələri  vardır  və  onların  dərindən  araşdırılması, 

obyektiv  qiymətləndirilməsi,  bunlara  adekvat  tədbirlərin  müəyyənləşdirilməsi 

zəruriliyi ilə xeyli aktual görünür. Bir sıra müstəqil ekspertlər də bu problemləri tez-

tez  qabardırlar.  Məsələn,  M.Talıblı  qeyd  edir  ki,  Azərbaycanda  ÜDM-in  əvvəlki 

illərdə  nisbətdə  bu  səviyyədə  aşağı  düşməsinin  çoxlu  sayda  səbəbləri  vardır.  Daha 

çox  neft  hasilatının  təsiri var.  Neft  sektoru  ÜDM-də 53  %  təşkil  edir.  Hasilat  aşağı 

düşəndə bu, ÜDM-ə də təsir edir. Qeyri-neft sektorunun zəif inkişafı hesabına ÜDM-

də  artımlar  müşahidə  olunmuşdur  .  Bu  fikirlər  müstəqil  ekspertə  məxsusdur.  Biz 

dəfələrlə qeyd  etmişdik ki,  Azərbaycanda  milli  iqtisadi  maraqlara  söykənən iqtisadi 

inkişaf  siyasəti  və  modeli  əsasən  formalaşıb,  ölkə  getdikcə  rəqabət  qabiliyyətini 

artırır və dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Neft gəlirləri hesabına qeyri-neft 

sektorunun  potensialının  gücləndirilməsi,  ixrac  strukturunun  genişləndirilməsi 

istiqamətində  dövlət  dəstəyi  mexanizmləri  fəaliyyət  göstərir,  dövlət  siyasəti  müasir 

iqtisadi proseslərə adekvat olaraq təkmilləşdirilir, regionların qeyri-neft potensialının 

reallaşdırılması üçün tarixi işlər görülür və s. Bütün bunlara baxmayaraq, tədqiqatlar 

göstərir  ki,  hələ  də  ölkənin  qeyri-neft  sektorunun  mövcud  vəziyyəti,  onun  ayrı-ayrı 

sahələrinin  inkişaf  tempi  reallıqları  əks  etdirmir  və  bu  istiqamətlərdə  görülən 



38 

 

tədbirlərin  tənzimlənməsi,  təkmilləşdirilməsi,  daha  optimal  həlli  yollarının 



axtarılmasına ehtiyac vardır. Bu amilləri nəzərə alaraq, növbəti paraqrafda qeyri-neft 

sektorunun ümumi vəziyyətinin araşdırılmasını, onun ayrı-ayrı sahələrinin, xüsusilə, 

ixrac potensialı ilə bağlı mövcud imkanların təhlilini vacib saymışıq.  

 



39 

 

2.2. Qeyri-neft sektorunun mövcud vəziyyəti və əsas göstəricilərinin təhlili 

 

Azərbaycanda  qeyri-neft  sektorunun  ölkənin  iqtisadi  siyasətində  əsas  prioritet 



istiqamət  olması  proseslərinə  ölkədə  neft  strategiyasının  reallaşdırıldığı  ilk  illərdən 

başlanılmışdır. Ulu öndərimiz Heydər Əliyev 1990-cı ilərin əvvəlində bildirmişdir ki, 

Azərbaycanın  neft  hasil  etdiyini  unutmaq  lazımdır,  onun  böyük  ehtiyatları,  böyük 

perspektivləri var-bunu bir tərəfə qoyun. Bəli, bunu bizə təbiət vermişdir, amma biz 

gələcəyimizi  bunun  əsasında  qura  bilmərik,  ciddi  sənaye  yaratmadan  biz 

Azərbaycanın  inkişafını  təmin  edə  bilmərik.  Bəli,  Xəzərin  sərvətləri  hesabına  30  il 

ehtiyac hiss etmədən yaşaya bilərik, bu mümükündür, bizdə hər şey nəzərə alınıbdır. 

Bəs  sonra  nə  olacaqdır?  qtisadiyyatın  digər  sahələrinin  inkişaf  etdirilməsi  indi  ön 

sıraya məhz bu çıxır. 

XX  əsrin  əvvəllərinə  kimi,  Azərbaycanda  iqtisadi  inkişaf  modelinin  fəal 

formalaşdırıldığı  dövrdə,  iqtisadi  islahatların  dərinləşdiyi  proseslərdə  qeyri-neft 

sektorunun  prioritet  istiqamətə  çevrilməsinin  baza  elementləri  yaradıldı.  Artıq 

ölkənin  neft  və  qazla  bağlı  olmayan  iqtisadiyyat  sahələrinin  reabilitasiyası  və 

modernizasiyası  proseslərinə  ciddi  önəm  verilirdi.  Bu  isə  təsadüfi  bir  amil  ola 

bilməzdi.  Azərbaycan  zəngin  ehtiyatlara,  əlverişli  coğrafi  məkana,  ənənəvi 

rəqabətqabiliyyətli qeyri-neft iqtisadiyyat  sektorlarına,  güclü  elmi-texniki  potensiala 

malik bir ölkədir. Görkəmli akademik A. Nadirov və bir qrup azərbaycanlı iqtisadçı-

alimlər  yazırlar:  “Azərbaycan  özünün  güclü  milli  iqtisadiyyatını  yüksək  səviyyədə 

hərtərəfli  inkişaf  etdirmək  üçün  başqa  təbii  sərvətlərə  və  imkanlara  da  malikdir. 

Müstəqil  Azərbaycan  Respublikasının  tələb  olunan  səviyyədə  hərtərəfli  kompleks 

iqtisadi  inkişafı  üçün  ölkənin  həm  çoxlu  təbii  sərvətləri,  həm  də  onlardan  səmərəli 

istifadə  etmək  məqsədilə  əvvəlki  inkişaf  mərhələlərində  yaranmış  böyük  istehsal 

potensialı  var.  Bu  potensialı  təmsil  edən  yüzlərlə  müəssisə  və  təsərrüfat  obyektləri 

müasir  tələblər  səviyyəsində  yeni  texnika  və  texnologiyalar  əsasında  beynəlxalq 

ölçülərə  uyğun  şəkildə  yenidən  dirçəldilməyə  möhtacdır  .  Bu  fikirlərin  davamı 

olaraq,  qeyd  etmək  mümkündür  ki,  2000-ci  illərin  əvvəllərindən  başlayaraq, 

Azərbaycanda  emal  sənayesinin  kompleks  inkişafı,  qeyri-neft  sektoru  sahələrinin 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə