Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   17   18   19   20   21   22   23   24   ...   30

60 

 

− 



Ölkəyə  gətirilən  investisiyaların  və  müasir  texnologiyaların  qanunvericilik 

bazalarının  beynəlxalq  hüquq  prizmasından  müdafiəsinin  təşkili,  investisiyaların 

toxunulmazlığı prinsiplərinin qorunması; 

− 

Müxtəlif dövlət orqanlarının və nəzarətedici təşkilatların ixracla məşğul olan 



sahibkarlıq subyektlərinin işinə əsassız müdaxilələrin minimumlaşdırılması; 

− 

Ixracın  inkişafı,  xüsusilə  qeyri-neft  ixracının  potensialının  artırılması 



məqsədilə  dövlət  dəstəyi  mexanizmlərinin,  maliyyə  yardımlarının,  daxili  investisiya 

qoyuluşlarının,  subsidiya  və  dotasiyaların  və  s.  maliyyə-büdcə,  kredit  maliyyə 

rıçaqlarının tətbiqi üzrə qanunvericilik əsaslarının gücləndirilməsi və s. 

Ölkəyə xarici investisiyaların cəlb edilməsi, investorların ölkə iqtisadiyyatına iri 

kapitalın  gətirilməsində  həvəsləndirilməsinin  qanunvericilik  əsasları  yaradılmış, 

sahibkarlığın  və  biznes  mühitinin  inkişafı  üçün  böyük  həcmli  işlər  görülmüşdür. 

" nvestisiya  fəaliyyəti  haqqında"  və  "Xarici  investisiyaların  qorunması  haqqında" 

ölkə  qanunları  qəbul  edilmişdir.  Bu  qanunlara  görə,  dövlət  investisiya  fəaliyyətinin 

tənzimlənməsinə,  qoyulmuş  investisiyaların  qorunmasına  zəmanət  verir,  investisiya 

şəraitinin  yaxşılaşdırılması  üçün  kompleks  tədbirlər  görür,  mexanizmlər  işləyib 

hazırlayır və həyata keçirir, investisiya fəaliyyəti subyektlərinin işini tənzimləyir və 

sabitliyini qoruyur, investorların hüquqlarını müdafiə edir və digər mühüm tədbirlərin 

təşkilatçısı  kimi  çıxış  edir.  "Xarici  investisiyaların  qorunması  haqqında" 

təkmilləşdirilmiş  və  əlavələr  edilmiş  Qanunla  ölkə  iqtisadiyyatına  sərmayələr 

yatırmış investorların hüquqi müdafiəsi, investisiyaların cəlb edilməsi sahəsində milli 

subyektlərlə  bağlanmış  kontraktların  şərtlərinin  icra  olunmasına  dövlət  nəzarəti 

mexanizmləri müəyyənləşdirilmişdir 

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi, onun ixrac potensialının 

artırılması  proseslərinin  tənzimlənməsi  və  təkmilləşdirilməsi  zərurəti  ilk  növbədə 

ölkədə  investisiyaları  kifayət  qədər  tənzimləyən  qanun  və  normativ  aktların  işlənib 

hazırlanmasını  şərtləndirir.  Məlum  olduğu  kimi,  bir  çox  ölkələrdə  invsetisiyaların 

tənzimlənməsi ümumi qanunlar çərçivəsində aparılır və əsasən ölkə konstitusiyasında 

baxılır.  Azərbaycan  Respublikasının  Konstitusiyasında  bildirilmişdir  ki,  mülkiyyət 

toxunulmazdır  və  dövlət  tərəfindən  qorunur.  Məhkəmənin  qərarı  olmadan  heç  kim 




61 

 

mülkiyyətdən  məhrum  edilə  bilməz  .  Bu  maddələr  Azərbaycan  vətəndaşları  ilə 



yanaşı,  xarici  vətəndaşkara  da  şamil  olunur.  “Xarici  investisiyaların  qorunması” 

haqqında  Qanunun  11-ci  maddəsində  milliləşdirməyə  qarşı  dövlət  təminatı  nəzərdə 

tutulmuşdur.  Maddəyə  əsasən,  milliləşdirmə  haqqında  qərar  yalnız  Milli  Məclis 

tərəfindən  qəbul  oluna  bilər.  Bu  halda  isə  xarici  investorlara  təcili,  adekvat  və 

effektivli  kompensasiya  ödənməlidir.  Azərbaycan  bir  çox  Konvensiyaların,  o 

cümlədən  1996-ci  ildən  başlayaraq,  “Xarici  ticarət  arbitrajı  haqqında”  Avropa 

Konvensiyasının (Cenevrə Konvensiyası adlandırılır və 1961-ci ildən qüvvəyə minib) 

iştirakçısıdır. Xarici kapitalın ölkəmizə gətirilməsi və investorların fəaliyyətinin daha 

da  təkmilləşdirilməsi  məsələləri  ölkə  Prezidentinin  “ nvestisiya  fəaliyyətinin  təşviqi 

üzrə  əlavə  tədbirlər  haqqında”  Sərəncamında  öz  əksini  tapmışdır  .  Investisiya 

fəaliyyətinin  dövlət  tərəfindən  tənzimlənməsinin  təkmilləşdirilməsi,  qanunvericilik 

bazasının gücləndirilməsi öz növbəsində ölkəmizin mineral və xammal resurslarından 

daha  səmərəli  istifadə  olunmasına,  yeni  rəqabətqabiliyyətli  ixrac  təyinatlı  mal  və 

məhsulların  çeşidinin  artırılmasına,  ixracın  stimullaşdırılmasına,  hazır  sənaye 

məhsullarının  ixracının  genişləndirilməsinə,  bütövlükdə  ölkədə  investisiya 

fəaliyyətinin gücləndirilməsinə, qeyri neft sektorunun inkişafının sürətləndirilməsinə 

və  onun  ixrac  potensialının  əhəmiyyətli  səviyyədə  artırılmasına  şərait  yaradır,  bu 

proseslərdə hüquqi-normativ bazanın etibarlılığını, işləkliliyini artırır və s. Tədqiqatçı 

A.  Köçərli  xarici  iqtisadi  əlaqələrin  və  infrastrukturunun  gücləndirilməsi  məqsədilə 

ixracın  kreditləşdirilməsi  və  sığortalanması  sisteminin  inkişaf  etdirilməsi,  ixracın 

inkişafına  yardımçı  olan  bazar  (marketinq,  reklam,  konsaltinq,  qiymətləndirmə, 

kömrük nəzarəti, o cümlədən məhsulların keyfiyyətinə nəzarət, sertifikatlaşdırma və 

s.)  infrastruktur  sahələrinin  inkişaf  etdirilməsi,  qanunvericilik  bazasının 

təkmilləşdirilməsini, iri beynəlxalq şirkətlərlə əməkdaşlığın qeyri neft bölməsində də 

inkişaf  etdirilməsini  vacib  hesab  edir  .  Tədqiqatçı  P.  Rzayev  hesab  edir  ki,  ölkənin 

maliyyə  potensialının  artması  nəticəsində  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi 

üçün  ideal  zəmin  yaranmış  və  xarici  sərmayə  cəlbi  üçün  həyata  keçirilən  uğurlu 

siyasətin  əsl  səmərəsi  də  məhz  bundan  sonra  özünü  göstərməlidir...  Azərbaycanda 

neft  sektoru  ilə  bərabər  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsinə  bu  gün  xüsusi 



62 

 

diqqət  yetirilir  .  Tədqiqatçıların  mülahizələrində  qeyd  olunmuş  prioritetlərin 



reallaşdırılmasında,  bu  istiqamətlərdə  qeyri  neft  sektorunun  və  ixrac  potensialının 

gücləndirilməsi  ilə  bağlı  müasir  adekvat  tənzimləmələrin,  yeni  dövlət 

mexanizmlərinin,  qanunvericilik  aktlarının  zərurət  kimi  çıxış  etməsi  gözləniləndir. 

Əslində  ixrac  potensialının tənzimlənməsi  mexanizmləri  daimi  olaraq, dünya  əmtəə 

bazarlarındakı 

situasiyalara, 

iqtisadi 

proseslərin 

inkişaf 

istiqamətlərinin 

deformasiyalarına  ,  yeni  tendensiyalarına,  regionlararası  və  ölkə  qrupları  ilə  ixrac 

sahəsindəki əməkdaşlığın prioritetlərinə adekvat tənzimləmələr və təkmilləşdirmələr 

tələb  edir.  Ölkənin  ixrac  potensialının  artırılması  istiqamətində  ciddi  tədbirlər 

görməsi  zəruriliyi,  dövlət  mexanizmlərinin  təkmilləşdirilməsi  vacibliyi  həm  də 

Azərbaycanın  iqtisadi  rəqabətqabiliyyətliliyinin  dünya  səviyyəsində  artırılması  ilə 

birbaşa  bağlıdır.  R.  Məmmədov  qeyd  edir  ki,  Azərbaycan  son  15  ildə  ÜDM-in 

adambaşına  düşən  həcminin  artımı  üzrə  dünyada  ən  yüksək  nəticələrdən  birini 

göstərir.  2007-ci  ildən  etibarən  Azərbaycan  effektivli  iqtisadiyyata  malik,  2010-cu 

ildən  sonra  isə  innovasiyalı  iqtisadiyyata  malik  ölkələr  qrupuna  daxil  edilməli  idi. 

Amma,  ölkə  ixracında  neft  və  neft  məhsullarının  xüsusi  çəkisinin  75-80  % 

səviyyəsində  olması,  hələ  ki,  ölkəmizi  istehsal  əsaslı  rəqabətqabiliyyətli  dövlətlər 

sırasında  saxlamışdır.  Təhlil  etmədən  belə,  görünür  ki,  Azərbaycanın 

rəqabətqabiliyyətinin  artırılmasında  qeyri-neft  sektorunun,  onun  ixrac  potensialının 

artırılmasının  stimullaşdırılması  əsas  vəzifələrdəndir.  Bir  amil,  yəni  ixracın 

təkmilləşdirilməsi  vacibliyi  2013-cü  ilin  yekununda  Azərbaycan  xarici  ticarət 

əlaqələrinin  yekununa  baxdıqda  da,  zərurət  kimi  çıxış  edir.  Məsələn,  Azərbaycan 

Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanmış təhlildə 

göstərilir  ki,  2013-cü  ildə  34,7  mlrd.  dollarliq  xarici  ticarət  dövriyyəsinin  24  mlrd. 

dollara yaxını və yaxud 69,1 % ixracın payına düşmüşdür. Azərbaycan 149 ölkə ilə 

ticarət  əlaqəsinə  girmişdir  və  2012-ci  illə  müqayisədə  xarici  ticarət  dövriyyəsi  3,35 

%,  qeyri-neft  sektoru  üzrə  ixracın  həcmi  5,78  %  artmışdır.  Ixrac  əməliyyatlarında 

dövlət sektorunun payı 93,29 %, özəl sektorun payı isə cəmisi 5,76 % təşkil etmişdir 

Göründüyü kimi, qeyri-neft sektorunun ixrac potensialı və bu sahənin əsas təsərrüfat 

subyektləri  kimi  özəl  sektor  müəssisələrinin  ölkə  ixracında  iştirakının 




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə