Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə23/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

66 

 

sıra  mühüm  tədbirlərin  icrası  baş  tutmuşdur.  Belə  ki,  qeyri  neft  ixracının 



stimullaşdırılması  və  təkmilləşdirilməsi  prosesləri  davam  etdirilmiş,  sahibkarlıq 

subyektlərinin  fəaliyyətinin  gücləndirilməsi  məqsədilə  qanunvericilik  bazası 

yenilənmişdir.  Bunlarla  bərabər,  Tədbirlər  planında  bir  sıra  strateji  vəzifələrin 

icrasına  başlamaq  mümkün  olmamışdır.  Bunlara  sənaye  klasterlərinin  və  azad 

zonaların  yaradılmasını  misal  göstərmək  olar.  Hazırda  bir  neçə  sənaye 

texnoparkları  fəaliyyət  göstərirlər,  amma  bu  texnoparklar  azad  zona  statusu 

elementlərinə  malik  olsalar  da  (məsələn,  mənfəət  vergisindən  azad,  digər 

göstərişlər  və  s.),  tam  mənada  azad  zona  meyarlarına  cavab  vermirlər. 

Ixracatçılara  dövlət  dəstəyinin  gücləndirilməsi  və  onların  beynəlxalq  bazarlarda 

ixrac  əməliyyatlarına  stimullaşdırılması  üçün  "AZPROMO"  tərəfindən 

" xracatçılar  üçün  təlimat  kitabı"  hazırlanmışdır.  Burada  marketinq 

əməliyyatlarının düzgün planlaşdırılması, marketinqin əsas prinsipləri, beynəlxalq 

marketinqin mahiyyəti, regional imkanlar və perspektivlər, mövcud bazar və yeni 

bazar strategiyaları, marketinq strategiyası və SWOT təhlili, xarici amillər, xarici 

bazarlara  giriş  formaları  və  sairlər  barədə  mühüm  tövsiyyələr  və  təlimatlar 

verilmişdir. 

  Əvvəlki  paraqraflarda  dövlət  investisiya  proqramları  çərçivəsində  qeyri-neft 

sektorunun  ixrac  potensialının  artırılmasından  və  xüsusilə  real  infrastruktur 

obyektlərinin,  müxtəlif  iqtisadiyyat  sahələri  üzrə  müasir  müəssisələr  şəbəkəsinin 

yaradılmasının  hüquqi  və  qanunvericilik  əsaslarının  tənzimlənməsində  bu 

proqramların  əhəmiyyətindən  bəhs  etmişdik.  Qeyd  etmək  lazım  gəlir  ki,  dövlət 

investisiya proqramalrı üzrə nəzərdə tutulan tədbirlərə müvafiq mərkəzi icra orqanları 

maliyyələşdirmə, kreditləşdirmə və digər resursların bölüşdürülməsi, investisiyaların 

istiqamətləndirilməsi  üzrə  müvafiq  tənzimlənmə  mexanizmlərini  hazırlayırlar.  Bu 

mexanizmlər  müxtəlif  formalarda  əvvəldə  bildirdiyimiz  kimi,  Qanunlar,  Prezident 

Fərmanları  və  Sərəncamları,  müxtəlif  mərkəzi  icra  orqanlarının  Qərarları  və 

Qaydaları,  sair  formalarda  təzahür  edilirlər.  Biz  iki  dövlət  proqramının  icrası 

barəsində  qısa  olsa  da  tədqiqat  materialları  vermişdik  və  bildirmişdik  ki,  hazırda 

regionların  2014-2018-ci  illərdə  sosial  iqtisadi  inkişafı  üzrə  Dövlət  Proqramı  icra 



67 

 

olunmaqdadır.  Proqramın  təsdiq  edilməsi  barəsində  ölkə  Prezidentinin  Fərmanında 



qeyd  olunur  ki,  bu  kimi  dövlət  proqramlarının  reallaşdırılması  regionların  sosial 

iqtisadi inkişafının sürətləndirilməsi ilə yanaşı, ölkədə qeyri-neft sektorunun davamlı 

inkişafına,  sahibkarlıq  mühitinin  daha  da  yaxşılaşdırılmasında,  investisiya 

qoyuluşunun artmasına, iqtisadiyyatın diversifikasiyasının  sürətləndirilməsinə qeyri-

neft sektorunun və regionların inkişafının təmin edilməsinə imkan verir . Qeyd edək 

ki,  bu  Dövlət  Proqramında  qeyri-neft  sektorunun  inkişafının  sürətləndirilməsi 

tədbirləri  nəticəsində  əsas  hədəflərdən  biri  kimi  yüksək  texnologiyalar  əsasında 

sənaye  istehsalının  və  ölkənin  ixrac  qabiliyyətinin  daha  da  genişləndirilməsi 

mexanizmlərinin  icrası  nəzərdə  tutulmuşdur.  Ixracyönümlü  sənaye  məhsulları 

istehsalı  sahələrinin  yaradılması  prioritetinin  reallaşdırılmasının  tənzimlənməsi  və 

təkmilləşdirilməsi tədbirləri də bu Dövlət Proqramında yer almışdır

Qeyri-neft sektorunun ixrac potensialının artırılmasında sənaye sektorunun ixrac 

potensialının gücləndirilməsi ilə bağlı tənzimləyici qanunvericilik bazasının, müxtəlif 

təkmilləşdirmə mexanizmlərinin də əhəmiyyəti mühüm əhəmiyyət kəsb edir. Dünya 

ölkələrinin iqtisadi inkişaf proseslərində və ixrac potensialının əhəmiyyətli səviyyədə 

yüksəldilməsində sənayenin ixracyönümlü məhsullarının rolu böyükdür. Bu sektorun 

rəqabətqabiliyyətli məhsulları dünyanın əmtəə bazarlarında öz mövqeyini gücləndirə 

bilərsə,  mənsub  olduğu  ölkənin  ixrac  potensialının  əsaslı  şəkildə  artımına  gətirib 

çıxara  bilər.  Bu  kimi  amillərin  Azərbaycan  hökümətinin  iqtisadi  siyasətində  yer 

aldığının əyani nümunəsi sənayenin inkişafı və onun ixrac potensialının artırılması ilə 

bağlı  sənədlərdə  öz  əksini  tapmışdır.  Biz  əvvəlki  tədqiqat  materiallarımızda bir sıra 

ənənəvi  rəqabətqabiliyyətli  sənaye  sahələrinin  ixrac  potensialına  toxunmuşduq 

(kimya  və  neftkimya,  metallurgiya  kompleksləri).  Təsadüfi  deyildir  ki,  ölkə 

rəhbərliyi  və  hökümət  də  bu  sahələrin  inkişaf  etdirilməsi,  ixrac  potensialının 

tənzimlənməsi  üçün  strateji  vəzifələri  hədəf  seçiblər.  Məsələn,  2013-2014-cü  il 

ərzində ölkə Prezidenti tərəfindən Azərbaycanda metallurgiya kompleksinin inkişafı, 

sahənin  modernizasiyası,  idarə  edilməsinin  təkmilləşdirilməsi  və  nəticədə  istehsal-

ixrac potensialının yüksəldilməsinə gətirib çıxaracaq tənzimləmələri, hüquqi bazanın 

gücləndirilməsi  tədbirləri  üzrə  iki  Sərəncamı  verilmişdir.  23  aprel  2013-cü  il  tarixli 



68 

 

Sərəncamda “Azərbaycan Polad  stehsalı Kompleksi” Qapalı Səhmdər Cəmiyyətinin 



yaradılması, nizamnamə kapitalı və inkişaf istiqamətləri müəyyənləşdirilmişdir . Elə 

növbəti  ildə  15.04.2014-cü  il  tarixdə  ölkə  Prezidentinin  digər  Sərəncamı  ilə 

Cəmiyyətin  strukturunun təsdiq  edilməsi,  idarəetməsinin təkmilləşdirilməsi  və digər 

tənzimləyici  hüquqi  baza  elementlərinin  formalaşdırılması  üçün  tapşırıqlar 

verilmişdir Fikrimizcə, bu tədbirlər metallurgiya sənayesinin qeyri neft sektoru kimi 

kompleks  inkişafı  ilə  yanaşı,  onun  ixrac  potensialının  yüksəldilməsinə  imkan 

verəcəkdir.  Bundan  əlavə,  ölkə  Prezidentinin  neft-kimya  sənayesində  idarəetmə 

mexanizmlərinin  təkmilləşdirilməsi  haqqında  2  aprel  2010-cu  il  tarixli  Sərəncamı 

verilmişdir.  Həmin  Sərəncamla  “Azərkimya”  Dövlət  Şirkəti  Azərbaycan 

Respublikasının Dövlət Neft Şirkətinin tabeliyinə verilmiş və Şirkətin təşkilati hüquqi 

formasının  qanunvericiliyə  uyğunlaşdırılması  tapşırılmışdır.  Sərəncamın  əsas 

məqsədləri  sırasında  neft  kimya  sənayesinin  səmərəliliyinin  artırılması,  müasir 

kompleksin  təşkili  üçün  investisiyaların  cəlb  edilməsi  prioritetləri  də  yer  almışdır  

Kimya və neftkimya kompleksinin müasir texnologiyalar əsasında inkişafının təmin 

edilməsi  və  bu  sahədə  ixrac  potensialının  artırılması  məqsədilə,  ölkə  Prezidentinin 

Fərmanı  əsasında  Sumqayıt  Kimya  Sənaye  Parkı  yaradılmış  və  Əsasnaməsi  təsdiq 

edilmişdir.  Prezident  Fərmanında  sənaye  istehsalının  inkişafına  münbit  şəraitin 

yaradılması,  qeyri-neft  sektorunun  davamlı  inkişafının  təmin  edilməsi,  müasir 

texnologiyaların  tətbiqi  yolu  ilə  rəqabətqabiliyyətli  istehsal  sahələrinin  təşkili, 

sahibkarlığın  inkişafına  əlavə dəstək  verilməsi,  neft  kimya  və  digər prioritet  sənaye 

sahələri üzrə istehsal və emal müəssisələrinin yaradılması, infrastrukturun qurulması, 

güzəştli  kreditlərin  verilməsi,  torpaq  sahəsinin  ayrılması  (167,66  hektar),  sənaye 

parkında  vergi  və  gömrük  sahəsində  stimullaşdırıcı  tədbirlərin  tətbiqi  barədə 

tapşırıqlar  verilmiş,  mexanizmlərin  hazırlanması  üzrə  istiqamətlər  və  prioritetlər 

müəyyənləşdirilmişdir  .  Sənaye  parkları  haqqında  Nümunəvi  Əsasnamədə  göstərilir 

ki,  sənaye  parkının  rezidentinin  fəaliyyətində  mühüm  prioritetlərdən  biri  kimi,  yəni 

9.6.3-cü  bənddə  məhsul  (iş,  xidmət)  istehsalı  (emalı)  üzrə  müasir  texnologiyaların 

tətbiqi, 9.6.4-cü bənddə investisiya layihəsi üzrə istahsalı nəzərdə tutulan məhsulların 

(işin, xidmətin) innovasiya və ixracyönlü, habelə rəqabətə davamlı olması öz əksini 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə