Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə25/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   22   23   24   25   26   27   28   29   30

72 

 

3.2. Qloballaşma şəraitində qeyri-neft sektorunun ixrac potensialından 



istifadənin yüksəldilməsi yolları 

  Dünya  maliyyə  böhranı  və  iqtisadi  tənəzzül  proseslərinin  milli  iqtisadiyyatlar 

üçün mənfi fəsadları son illər dünya iqtisad elmində fəal tədqiq olunan sahələrdəndir. 

Xüsusilə, qloballaşma proseslərinin dərinləşməsi, genişlənməsi milli iqtisadiyyatların 

rəqabət  qabiliyyətinin  artırılmasını,  iqtisadiyyatın  şaxələndirilməsini,  əsasən  ixrac 

potensialından səmərəli istifadəni şərtləndirir. Professor R. Xasbulatov qlobal iqtisadi 

strategiyanın  formalaşdırılmasına  aşağıdakı  elementlərin  daxil  edilməsini  vacib 

saymışdır: 

− 

Iqtisadi  inkişaf  və  artımı  etibarlı  edə  biləcək  iqtisadi  siyasətin  işlənib 



hazırlanması; 

− 

Sabit  mal  mübadiləsi  və  dünya  bazarlarına  çıxışın  daha  açıqlığının  təmin 



edilməsi üzrə tədbirlərin görülməsi; 

− 

Avrasiya 



ölkələrinin 

iqtisadiyyatının 

diversifikasiyalaşdırılmasının 

stimullaşdırılması və s.  

Son  illərdə  qloballaşma  dünya  ticarətinə,  milli  iqtisadiyyatların  ixrac 

potensialına  güclü  mənfi  təsir  göstərə  bilmişdir.  Bir  çox  xammal  ixracı  əsaslı 

ölkələrin  ixrac  potensialının  dünya  qlobal  elementləri  qarşısında  zəifliyi  özünü 

göstərmişdir.  Professor  Y.  Osipov  qloballaşmanın  hər  şeyin  ümumiləşdiyi  və  onun 

içərisində  əridiyi  bir  məkan  hesab  edir.  Iqtisadi  inqilablar  qədim  iqtisadi 

sivilizasiyadan  başladığı  kimi,  müasir dövrün inqilabi xüsusiyyətlərini nəzərə  alsaq, 

qlobal  iqtisadiyyat  ilə  qurtara  bilməz.  Başqa  sözlə,  qlobal  iqtisadiyyat  maliyyə 

prosesləri elementlərini mobil bir səviyyəyə çatdırmışdır. Təsərrüfat prosesləri isə bu 

iqtisadi ierarxiyanın əsas təminatçısı kimi çıxış edir. Qloballaşmanın hərəkəti elə bir 

səviyyədədir  ki,  onun  qarşısını  almaq  olduqca  çətin  görünür.  Biz  müasir  dövrdə 

qlobal  iqtisadiyyatın  faktiki  hər  bir  sahəyə  təsirini  nəzərə  almasaq,  bu  bir 

bağışlanılmaz  səhv  olardı.    Məsələn,  elə  götürək  sonuncu  dünya  qlobal  maliyyə 

böhranının  nəticələrinin  neft  ixrac  edən  ölkələrin  iqtisadiyyatının  inkişafında 

yaratdığı problemlər və bunlara nəzər salaq. Belə ki, bu kimi ölkələrin gəlirləri əsasən 

neftdən,  neft  gəlirləri  isə  dünya  bazarında  baş  verən  qlobal  transformasiyalardan 



73 

 

birbaşa  asılı  vəziyyətdədir.  Ölkəyə  daxil  olan  valyuta  resurslarının  azalması  isə,  ilk 



növbədə  qeyri-neft  sektoru  sahələrinin  inkişaf  tempinə  və  onun  ixrac  potensialına 

mənfi təsir göstərir: 

−  Xarici və daxili investisiyaların cəlbində problemlər üzə çıxır; 

−  Qeyri-neft 

sektorunun  prioritet  sahələrinin  inkişafı  üzrə  layihələrin 

maliyyələşdirilməsi çətinləşir; 

−  Qeyri-neft  sektorunun  ixrac  təyinatlı  mallarının  dünya  bazarlarına  çıxışı 

məhdudlaşır; 

−  Ixrac  potensialının  stimullaşdırılması  üzrə  ənənəvi  dövlət  mexanizmlərinin 

təkmilləşdirilməsi zərurəti ortaya çıxır; 

−  Ixracın 

stimullaşdırılması  üzrə  əlavə  dövlət  dəstəyi  mexanizmlərin 

formalaşdırılması, 

qanunvericilin 

təkmilləşdirilməsi, 

ixracın 


strukturunun 

genişləndirilməsi  prioritetlərinin  yeni  şərtlər  daxilində  müəyyənləşdirilməsi  zərurəti 

yaranır və s. 

 Tədqiqatçılar  E.  Süleymanov  və  A.  Zeynalov  qeyd  edirlər  ki,  Azərbaycanın 

dünya  iqtisadi  sisteminə  sürətli  inteqrasiyası  və  bir  çox  inkişaf  etmiş  və  ya  inkişaf 

etməkdə  olan  ölkələrlə  sıx  iqtisadi  əlaqələri,  dünya  maliyyə  böhranının  ölkə 

iqtisadiyyatına  müəyyən  mənada  təsirinə  gətirib  çıxarmışdır.  Neft  istehsalçısı  olan 

ölkələr  kimi  Azərbaycan  dünya  bazarında  neftin  qiymətinin  ucuzlaşması  ilə  çox 

əhəmiyyətli zərərə məruz qalmışdır. Neftin ucuzlaşması dövlət büdcəsinin 75 %-nin 

neft  sektoru  hesabına  formalaşdığı,  ixracatının  97  %-dən  çoxunu  neft  və  neft 

məhsullarının  hesabına  təşkil  edilməsi  ölkə  iqtisadiyyatının  inkişafı  üçün  bir  çox 

problemləri  də  öz  yanında  gətirməkdədir.  Müəlliflər  neft  gəlirlərindən  asılılığın 

azaldılması  və  qloballaşmanın  təsirinə  immuniteti  artırmaq  üçün  qeyri-neft 

sektorunun inkişafını təmin etməklə, iqtisadiyyatın istehsal sahələrinin yüksək artım 

templərinə  hazırlanmasını  və  qeyri-neft  sektoru  üzrə  ixracın  stimullaşdırılmasını 

vacib hesab etmişlər 

  Biz  Azərbaycanda  qeyri-neft  sektorun  ixrac  potensialının  təhlili  və 

tənzimlənməsini  araşdırarkən  ölkə  iqtisadiyyatının  qlobal  təsirlərdən  etibarlı 




74 

 

qorunmasının  təşkili  üçün  ilk  növbədə  ixrac  yönümlü  istehsal  sahələrinin 



genişləndirilməsini,  ixracın  stimullaşdırılmasına  sistemli  yanaşmanın  təmin 

olunmasını,  bu  sahədə  sahibkarlıq  subyektlərinin  fəallığının  artırılmasını,  ayrı-ayrı 

qeyri-neft  sektoru  sahələrinin  investisiya  cəlbediciliyinin  yüksəldilməsini  vacib 

meyarlar  kimi  qeyd  etmişdik.  Təsadüfi  deyildir  ki,  1920-1930-cu  illərdə  dünya 

iqtisadi böhranı proseslərində və 1930-cu ildəki "Böyük Depressiya"nın fəsadlarından 

qurtulmaq üçün ABŞ Prezidenti F. Ruzvelt Liberal islahatlar, "Yeni xətt" siyasəti irəli 

sürmüşdür.  Bu  siyasət  ABŞ  Konqresinin  qəbul  etdiyi,  bütün  sahələri  əhatə  edən  70 

qanunda öz əksini tapmışdır. F.Ruzveltin siyasətinin ana xəttini cəmiyyətdə, iqtisadi 

fəaliyyətin  və  sosial  proseslərin  bütün  sahələrində  dövlətin  tənzimedici  rolunu 

artırmaq  təşkil  edirdi.  Bu  tədbirlər  nəticəsində  artıq  1930-cu  illərin  ortalarından 

başlayaraq,  ABŞ-da  iqtisadi  sabitlik  bərpa  olundu,  sahibkarlığın  inkişafı  yeni 

mərhələyə qədəm qoydu və ölkənin ixrac potensialı güclənməyə başladı. 

  Iqtisadiyyatın  qloballaşması  -dünya  inkişafının  qanunauyğunluqlarından 

biridir.  Iqtisadiyyatın  artan  qloballaşması  kapitalın  yerdəyişmə  miqyasının  və 

tempinin kəskin artımında ifadə edilir. Bu halda kapitalın səmərəli hərəkəti tsiklinin 

əsasında  milli  iqtisadiyyatın  diversifikasiyalaşdırılması  və  ölkəyə  gətirilən  valyuta 

resurslarının  ehtiyatının  sabit  saxlanılması,  həm  də  artırılması  üçün  ixrac 

potensialının diversifikasiyalaşdırılması vacib şərtlər kimi çıxış edir. Iqtisadçı alim V. 

Qasımlı  qeyd  edir  ki,  Azərbaycanın  ixrac  strategiyasında  məqsəd  davamlı  iqtisadi 

təhlükəsizliyin  və  xarici  siyasətin  maddi  bazasının  möhkəmləndirilməsindən 

ibarətdir.  Ixrac  strategiyasının  qurulması  zamanı  karbohidrogen  və  qeyri-

karbohidrogen  ixracının  optimal  tarazlaşdırılması  vacib  şərtdir.  Qeyri-neft  ixracı 

sahəsində  kənd  təsərrüfatı  və  ərzaq  istehsalı  indiki  məqamda  əsas  yer  tutur.  Eyni 

zamanda, neft-kimya məhsullarının, habelə elektrik enerjisinin ixracı sahəsində kənd 

təsərrüfatı  və  ərzaq  istehsalı  indiki  məqamda  əsas  yer  tutur.  Eyni  zamanda,  neft-

kimya mahsullarının, habelə elektrik enerjisinin ixracı potensialı vardır. Azərbaycan 

coğrafi  mövqeyinin  üstünlüyündən  istifadə  etməklə,  həm  Böyük  pək  yolu,  həm  də 

Şimal-Cənub  dəhlizi  üzrə  təkcə  karbohidrogen  deyil,  digər  malların  da  daşınması 

üçün  yaxşı  imkanlara  malikdir.  Nəhayət,  Azərbaycanın  xidmət  sferası  (turizm, 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə