Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə26/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   22   23   24   25   26   27   28   29   30

75 

 

maliyyə-bank,  KT  və  s)  üzrə  ixrac  imkanlarını  genişləndirə  bilər.  Lakin  qeyri-neft 



ixracının şaxələndirilməsi istiqamətində çağırışlar qalır . Başqa bir iqtisadçı-alim Ə. 

Məsimli  qeyd  edir  ki,  Azərbaycanda  neft  kontraktlarında  iştirak  edən  kompaniyalar 

neft  maşınqayırması  və  digər  qeyri-neft  sektoru  sahələrinin  inkişafını  kifayət  qədər 

dəstəkləmirlər.  Məsələn,  Qazaxıstanda  xarici  investor-kompaniyalar  maşınqayırma 

və  digər  məhsulların  istehsalı  üzrə  yüz  milyon  dollar  həcmində  sifarişlər 

yerləşdirirlər. Norveçdə adambaşına düşən ÜDM-in həcmi 42 min dolardır, digər neft 

ölkəsi  olan  Nigeriyada  isə  bu  göstərici  875  dollardır.  Bu  fərqlər  həmin  ölkələrdə 

iqtisadiyyatın səviyyəsi, azadlığı ilə bağlıdır. Yüksək nəticələrin əldə edilməsi qeyri-

neft  iqtisadiyyat  sahələrinin  rəqabət  qabiliyyətinin  artırılması  yüksək  və  davamlı 

iqtisadi  artımın  təmin  edilməsi  ilə  bağlıdır.  Bizə  görə,  Azərbaycan  iqtisadiyyatının 

rəqabət  qabiliyyətinin  qlobal  təsirlər  şəraitində  arta  bilməsi  imkanları  və  yolları 

mövcuddur,  bir  şərtlə  ki,  ölkədə  ixrac  yönümlü  qeyri-neft  sektoru  məhsullarının 

çeşidinin əhəmiyyətli səviyyədə davamlı artım təmin olunmalıdır.   Qloballaşma 

şəraitində  milli  iqtisadiyyatın  təhlükəsizliyinin  təmin  edilməsinin  əsas  istiqamətləri 

üzrə  tədqiqat  aparan  A.  Xudiyev  bildirir  ki,  Azərbaycan  ixracı  əmtəələrin 

müstəvisinin  kənar  periferiyasında  yerləşir  və  hazırkı  ixrac  səbətində  ən  yaxın 

əmtəələrə  məsafə  çox  böyükdür.  Bu  səbəbdən də  Azərbaycan iqtisadiyyatının təbii, 

yaxud  "üzvi"  diversifikasiyası  çox  çətindir.  Lakin  fikrimizcə,  bu  mülahizələrdə 

obyektivliyin  mövcudluğuna  şübhə  etmədən,  qeyd  etmək  olar  ki,  Azərbaycanda 

“ qtisadiyyatın  təbii  diversifikasiyası”  və  yaxud  “üzvi  diversifikasiyası”  anlayışları 

altında  ixracın  potensialının  heç  də  az  olmayan  səmərəli  yollarını  tapmaq 

perspektivləri qalmaqdadır: 

−  əvvəla,  ölkənin  təbii  resursları,  zəngin  yeraltı  və  yerüstü  ehtiyatları,  əmək  və 

intellekt resursları və sair amilləri kifayət qədərdir; 

−  ikincisi, qeyd olunduğu kimi, bir sıra güclü potensiala malik qeyri-neft sektoru 

sahələrinin  potensialından  səmərəli  istifadə  olunmalı  və  onların  ixrac  yönümlüyü 

daha  dərindən  müəyyənləşdirilməlidir  (kimya  və  neft  kimya,  metallurgiya,  neft  və 

qaz maqşınqayırması, kənd təsərrüfatı və aqrar sektor və s.) 




76 

 

−  üçüncüsü  ölkənin  ixrac  sektorunun  diversifikasiyalaşdırılma  strategiyası 



optimallaşdırılmalı,  rəqabət  qlobal  meyarlar  nəzərə  alınmalı,  adekvat  tədbirlər 

müəyyənləşdirilməli və s. 

Qloballaşma  şəraitində  qeyri-neft  sektorunun  ixrac  potensialından  istifadənin 

daha  səmərəli  təşkili  və  yüksəldilməsi  yollarından  mühümlüyü  ilə  seçilən 

prioritetlərdən  biri  də  Azərbaycanın  valyuta  ehtiyatlarından  effektivli  istifadənin 

təmin  olunması,  xarici  kapitalın  ölkəyə  gətirilməsi  və  investisiyaların  cəlbi 

proseslərində müasir iqtisadi tendensiyalara adekvat iqtisadi siyasət mexanizmlərinin 

dövriyyəyə  buraxılması,  ölkənin  xaricə  kapital  ixrac  etmək  imkanlarının  uzaq 

perspektivlər  nəzərə  alınmaqla  və  milli  iqtisadi  maraqlar  qorunmaqla  optimal 

modelləşdirilməsidir. Akademik Z. Səmədzadə qeyd edir ki, Azərbaycan son vaxtlar 

investisiya  mühitində  vəziyyəti  xeyli  dərəcədə  yaxşılaşdırmışdır.  Xarici  investorlar 

tərəfindən  ölkəyə  marağın  artması  buna  əyani  sübüutdur.  Ölkənin  maliyyə 

imkanlarının  ciddi şəkildə güclənməsinə baxmayaraq,  dövlət başçısı xarici kapitalın 

bundan  sonra  da  Azərbaycan  iqtisadiyyatının  inkişafında  iştirakını  hərtərəfli 

dəstəkləyir, eyni zamanda xarici iş adamlarının qeyri-neft sektorunda daha fəal iştirak 

etmələrini  tövsiyyə  edir.  Ümumiyyətlə,  dövlət  başçısı  Azərbaycan  iqtisadiyyatının 

ixrac  potensialının  möhkəmlənməsini,  rəqabətqabiliyyətli  məhsul  istehsalının 

genişləndirilməsi  istiqamətində  görülən  işlərin  daha  da  gücləndirilməsini  qeyd 

etməklə yanaşı, diqqəti ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən bir məsələyə də cəlb 

edir. Söhbət maliyyə imkanları və iqtisadi qüdrətin artması nəticəsində Azərbaycanın 

xarici  ölkələrdə  investisiya  layihələrinin  həyata  keçirilməsində  iştirakından  gedir  . 

Fikrimizcə, bu istiqamətlərdə səslənmiş mülahizələr və təkliflər də nəzərə alınmaqla, 

Azərbaycanın  qeyri-neft  sektorunun  ixrac  potensialının  genişləndirilməsi  yollarının 

çoxvektorluğu  istiqamətində  bir  sıra  əlverişli  istiqamətlər  formalaşdırmaq 

mümkündür: 

−  Azərbaycanın  qlobal  maliyyə  və  investisiya  mühiti  şəraitində  beynəlxalq 

inteqrasiya  kanallarına  daha  fəal  çıxması  ixracın  qeyri-neft  sektorları,  o  cümlədən 

xidmət sahələri üzrə diversifikasiyalaşdırılmasına əlavə imkanlar açır; 




77 

 

−  Fəal  surətdə  beynəlxalq  iqtisadi  əməkdaşlıq,  təsərrüfat  və  kooperasiya 



əlaqələrinə  qoşulan  milli  şirkətlərin  ixrac  potensialında  rolunun  yüksəldilməsinin 

stimullaşdırıması proseslərində yeni əlverişli imkanlar formalaşdırılır; 

−  Bu  və  ya  digər  formada  xarici  ticarət  fəaliyyətinin  fəallaşması  ilk  növbədə 

ixrac  potensialının  yüksəlməsinə  gətirib  çıxaracaqdır,  çünki  qeyri-neft  sektorunun 

ixrac potensialının yüksəldilməsi dövlətin xarici ticarət iqtisadi siyasətinin ana xəttini 

təşkil edir və s. 

Professor  Ş.  Hacıyev  bildirir  ki,  Azərbaycanın  müasir  iqtisadi  siyasətinin 

uğurlarını  xarakterizə  edən  mühüm  amillərindən  biri  onun  çoxvektorlu,  fəal  və 

səmərəli xarici siyasətidir. Son 10 ildə əmtəə ixracı 12,5 dəfə, xidmətlərin ixracı isə 

10 dəfə artmışdır. Məlumdur ki, neft və neft məhsullarının ixracda yüksək paya malik 

olamsı bizim iqtisadiyyatın formalaşmış ənənəvi strukturu ilə bağlı məsələdir. Lakin 

qeyd  olunmalıdırr  ki,  son  illərdə  ixracımızda  neft  sektorunun  payı  azalçağa 

başlamışdır. Məsələn, 2011-ci ildə neft sektorunun payı ixracda 95,3 %, 2012-ci ildə 

94,1 % olmuşdur. Bu rəqəmin 2014-cü ildə 90,1 %, 2017-ci ildə isə 81 % həcmində 

olacağı  gözlənilir.  Fikrimizcə,  qeyri-neft  sektorunun  sürətli  inkişafı  bu  istiqamətdə 

yaxın  gələcəkdə  əsaslı  dəyişikliklər  təmin  edəcəkdir.  Ölkəmizdə  qeyri-neft 

sektorunun  və  onun  ixracının  artması  bir  çox  beynəlxalq  qurumların  hesabatlarında 

da yer almağa başlamışdır. Bu icmal təhlillərindən çıxış etsək, qeyri-neft sektorunun 

ixrac  potensialından  istifadənin  yüksəldilməsinin  mühüm  yollarından  biri  kimi,  mal 

və  xidmətlərin  ixracı  hesabına  ümumi  ixrac  potensialının  gücləndirilməsinin 

vacibliyinin  2013-cü  ildə  dərc  edilmiş  hesabatında  göstərilir  ki,  Azərbaycan  enerji 

sektoru  ilə  yanaşı,  iqtisadiyyatın  digər  sektorlarının  diversifikasiyalaşdırılması 

sahəsində  hiss  olunan  müvəffəqiyyətlər  əldə  etmişdir.  Sənaye  ölkənin  əsas  inkişaf 

etmiş  iqtisadiyyat  sektoru  kimi  çıxış  edir.  Bu  sektorda  yanacaq-enerji  kompleksi, 

kimya sənayesi, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələri 

cəmlənmişdir. Kənd təsərrüfatında əsas istiqamətlər kimi taxıl istehsalı, heyvandarlıq, 

bitkiçilik,  meyvə-tərəvəz,  pambıqçılıq,  üzümçülük,  tütün  və  sairlərdir.  Son  5  ildə 

xalis ixracda  mal  və xidmətlərin artımı  müşahidə olunur.  Hazırda  Azərbaycanda 63 

dövlətdən  xarici  investisiya  yatırılmış  192  müəssisə  fəaliyyət  göstərir  və  s.  Icmalda 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə