Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə29/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   22   23   24   25   26   27   28   29   30

84 

 

çoxlarının  hazırda  icra  prosesində  olması  isə  bu  qənaətə  gəlməyə  imkan  verir  ki, 



yaxın  perspektivdə  Azərbaycanda  qeyri-neft  sektorunun  ixrac  potensialından 

istifadənin  daha  səmərəli,  məhsuldar  və  effektivli  yollarının  formalaşdırılması 

tədbirləri  intensivləşəcəkdir.  Belə  şəraitdə,  qeyri-neft  sektorunda  ixrac  potensialının 

tənzimlənməsinin  təkmilləşdirməsi  istiqamətlərinin  daha  ciddi  araşdırılması  və 

arqumentləşdirilməsi lazım gəlir.  

 



85 

 

Nəticə və təkliflə

Dissertasiya  işinin strukturuna müvafiq olaraq aparılan araşdırmalar və təhlillər, 

bu iş üzrə nəticələri ümumiləşdirməyə və bir sıra təkliflər irəli sürməyə imkan verir. 

Qeyd  etmək  olar  ki,  işin  strukturundakı  ardıcıllıq  qorunmaqla,  qeyri-neft 

sektorunun  ixrac  potensialının  tənzimlənməsinin  nəzəri-metodoloji  əsaslarının 

öyrənilməsi, bunula bağlı spesifik xüsusiyyətlərin mahiyyətinin açıqlanması vəzifəsi 

əsasən  yerinə  yetirilmişdir.  Milli  iqtisadiyyatların  inkişafında  qeyri-neft  sektorunun 

çoxşaxəli  funksiyalarının  başlıca  prinsiplərinin  qiymətləndirilməsi  və  açıqlanmasına 

müvəffəq  olunmuşdur.  Azərbaycanda  qeyri-neft  sektorunun  ixrac  potensialından 

istifadənin  mövcud  vəziyyətini  əks  etdirən  göstəricilərin  sistemli  təhlili  və 

qiymətləndirilməsi  aparılmışdır.  Bu  sahədəki  problemlərin  səbəbləri  tədqiqat 

materiallarının  imkan  verdiyi  səviyyəyə  kimi  açıqlanmışdır.  Ölkə  iqtisadiyyatının 

inkişaf  tendensiyalarının  və  diversifikasiyalaşdırılması  problemlərinin  mahiyyəti 

verilmişdir.  Müasir  reallıqlar  nəzərə  alınmaqla,  ölkənin  qeyri-neft  sektorunun  ixrac 

potensialının qiymətləndirilməsi aparılmışdır. Bunlarla bərabər, Azərbaycanda qeyri-

neft sektorunun ixrac potensialından istifadənin tənzimlənməsinin təkmilləşdirilməsi 

istiqamətləri  müəyyənləşdirilmişdir  və  s.  Tədqiqatın  yekunları  bu  nəticəyə  gəlməyə 

imkan  verir  ki,  qeyri-neft  sektorunun  ixrac  potensialının  tənzimlənməsinin  nəzəri 

əsaslarının  klassik  və  müasir  baxışlarında  prinsipial  yanaşma  kimi,  iqtisadiyyatın 

tənzimlənməsi,  iqtisadi  proseslərə  müdaxilələrin  edilməsi  və  təkmilləşdirilməsi, 

dövlət mexanizmlərinin işlənib hazırlanması tədbirləri müasir dövrdə də aktuallığını 

saxlamışdır. Klassik və nisbətən müasir iqtisadçı-nəzəriyyəçilərin elmi əsərlərinə və 

tədqiqat materiallarına istinadən bunları qeyd etmək olar: 

1.

 A.  Smitin  "Mütləq  üstünlüklər  nəzəriyyəsindən",  E.  Butlerin  "Adam  Smit 



iqtisadiyyatın  əlifbası"elmi  əsərindən  çıxış  etsək,  hər  bir  ölkənin  beynəlxalq  əmək 

bölgüsü  sistemində  mövqeyinin  gücləndirilməsi  üçün  özünün  mənsub  olduğu 

beynəlxalq  müqayisəli  üstünlük  elementlərindən  səmərəli  istifadəni  təmin 

etməlidirlər.  Bu  proseslərdə  dövlətin  müdaxiləsi  mütləq  vacib  şərt  kimi  çıxış  edir. 

Bununla belə, dövlət müdaxilələri və tənzimlənmələri minimum nöqsansız olmalıdır, 



86 

 

reallıqları  əks  etdirməli  və  dünya  iqtisadi  proseslərinə  adekvatlığını  özündə 



birləşdirməlidir.  

2.

 D.  Rikardonun  "Müqayisəli  üstünlüklər",  E.  Hekşer  və  B.  Olinin  " stehsal 



amillərinin  nisbəti  nəzəriyyəsi"ndən  irəli  gələn  müddəalara  əsaslansaq,  qeyd  edə 

bilərik ki, ölkə hər hansı bir üstün istehsal komponentinə sahib deyildirsə, bu ölkənin 

beynəlxalq  əmək  bölgüsü  sistemində,  o  cümlədən  ixracda  ixtisaslaşması  mümkün 

deyildir. 

3.

 V.  Leontyevin  "Leontyev  effekti"  nəzəriyyəsinə  istinadən  bildirmək  olar  ki, 



hazır  məhsulların  ixrac  edilməsi  bazar  iqtisadiyyatı  münasibətlərinin  inkişafının 

dərinləşdiyi  ölkələr  üçün  mütləq  və  prinsipial  zəruri  şərtlərdən  biri  kimi  çıxış  edir. 

Tədqiqat  materialları  ilə  bu  nəzəriyyənin  başlıca  mahiyyətinin  prinsiplərinə 

əsaslansaq,  bildirmək  olar  ki,  müasir  dövrdə  bazar  münasibətlərinin,  qlobal  təsir 

elementlərinin dünyanın əksər ölkələrində dərinləşdiyi bir şəraitdə, bu meyarlar üzrə 

güclü  inkişaf  etmiş  ölkələrdə  hazır  məhsulların  ixracı  strateji  hədəf  hesab  olunur. 

Azərbaycan  da  inkişaf  etmiş  ölkə  statusu  almaq  yolunda  tarixi  iqtisadi  inkişaf 

prosesləri  dövrünü  yaşayır.  Bu  amildən çıxış  etsək, hazır  məhsulları,  tədqiqat işinin 

mahiyyəti  üzrə  desək,  qeyri-neft  məhsulları  ixracının  genişləndirilməsi  Azərbaycan 

üçün həm nəzəri, həm də praktiki baxımdan strateji hədəf kimi qəbul olunmalıdır. 

4.

 P.  Samuelson  və  V.  Nordhausun  " qtisadiyyat"  elmi  əsərinin  müddəalarını 



nəzərə  alsaq,  tədqiqat  işinin  materiallarına  da  istinad  etsək,  milli  iqtisadiyyatın 

rəqabət  qabiliyyətinin  artırılması  hər  bir  ölkənin  strateji  vəzifəsi  kimi  qəbul 

edilməlidir.  Bu  proseslərdə  milli  iqtisadiyyatın  müxtəlif  sektorlarının  potensialları, 

ixrac  imkanları  real  qiymətləndirilərək,  adekvat  milli  iqtisadi  inkişaf  prioritetləri 

istiqamətləri müəyyənləşdirilməli və təkmilləşdirmə mexanizmləri hazırlanmalıdır. 

5.

 Nobel  mükafatı  laureatı  C.  Stiqlitzin  proteksionist  tədbirlərin  dövlət 



tənzimlənməsi  və  neft  ixrac  edən  ölkələrin  iqtisadi  inkişaf  strategiyaları  üzrə 

tədqiqatlarından  və  bu  işdə  yer  alan  materiallardan  yanaşsaq,  dövlətin  proteksionist 

tədbirlərinin ölkədəki siyasi və iqtisadi sabitliyi qorumaq prinsiplərinə adekvatlığının 

müəyyənləşdirilməsinin mühüm olduğu bildirilmişdir. Daha sonra qısa dövr ərzində 

ölkəyə  daxil  olan  neft  gəlirlərindən  səmərəli  istifadənin  vacibliyi,  qeyri-neft 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə