78
qeyd olunan sənaye və kənd təsərrüfatı sahələrinin hər birinin ixrac potensialına biz
əvvəllərdə toxunmuşduq və bu sahələrin inkişafının intensivləşdirilməsi,
ixracyönümlü tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətli
məhsulların istehsalını təşkil edən ixrac təyinatlı müəssisələrin sırasının
genişləndirilməsi də qeyri-neft ixracının potensialından istifadənin yüksəldilməsində
effektivli yollardan hesab edilə bilər. Avropa Yenidənqurma və nkişaf Bankının
ekspertləri
isə
hesab
edirlər
ki,
Azərbaycan
iqtisadiyyatın
diversifikasiyalaşdırılmasında ciddi israrlıdır. Qeyri-neft sektorunun illik 10 % artım
tempinin saxlanması üçün ciddi və ardıcıl islahatların aparılması lazım gələcəkdir .
“Azərbaycan-2020: gələcəyə baxış” inkişaf Konsepsiyasında 2020-ci ildə adambaşına
düşən qeyri-neft ixracının həcminin min dollara çatdırılması hədəf kimi
götürülmüşdür . Bu baxımından yaxın perspektivdə qeyri-neft sektorunun ixrac
potensialının yüksəldilməsi yollarının modelləşdirilməsinin intensivləşdirilməsi
qənaətindəyik. Bizə görə, bu məqsədlərə çatmaq üçün Azərbaycanla oxşar iqtisadi
sistemlərə və inkişaf tendensiyalara malik ölkələrin inkişaf xüsusiyyətləri də nəzərə
alınmalıdır. Məsələn, Azərbaycanın strateji ölkə partnyolralından biri olan
Qazaxıstanda ixrac potensialından istifadənin yüksəldilməsinin səmərəli yollarından
biri kimi – maliyyə və sığorta mexanizmlərinin təkmilləşdirilməsində dövlətin güclü
dəstəyindən istifadə olunur. Xarici ticarət fəaliyyətinin təşkilinə, ixrac
əməliyyatlarının aparılmasına ortamüddətli və uzunmüddətli ssudaların verilməsi
Qazaxıstan nkişaf Bankı, xarici ölkələrə malların və investisisyaların ixracı üzrə
sığortanı “QazixracQarant” ixrac-kredit sığorta korporasiyası tərəfindən həyata
keçirilir. Bu korporasiyanın səhmləri isə Qazaxıstan hökumətinə məxsusdur. Ixracın
təşkilində bu kimi güclü dövlət dəstəyinin olması ilk növbədə ixrac təyinatlı
müəssisələrin fəaliyyətinin effektivliyini artmışdır. Qazaxıstanda 2010-2014-cü
illərdə ölkənin sənaye-innovasiya inkişafı üzrə Dövlət Proqramı icra olunur. Bu
Proqramda milli kompaniyaların xarici-iqtisadi əlaqələri və ixrac əməliyyatları ilə
bağlı fəaliyyətlərinin kommersiya və siyasi risklərinin sığortalanması, digər
stimullaşdırıcı tədbirlərin görülməsi reallaşdırılmaqdadır. Ixrac reytinqinə görə
Qazaxıstan 2012-ci ildə dünya ölkələri sırasında 70-ci olmuşdur və ixracın ümumi
79
həcmi 97 mlrd. dollar təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2012-ci ilin
yekunu üzrə adambaşına ixracın həcminə görə Qazaxıstan (5963 dollar) Polşa ilə bir
səviyyədə yerləşmiş (5985,2 dollar) və Rusiyanı üstələmişdir (4173,7 dollar) .
Digər ölkələrdən də misal gətirmk olardı, amma buna ehtiyac duymadığımız
üçün bir sıra məqamları bildirmək istərdik. Azərbaycan son 10 ildə özünün iqtisadi
inkişaf
modelini,
xarici
ticarət siyasətini,
ixrac konsepsiyasını
daim
təkmilləşdirməkdədir və bu proseslərdə, şübhəsiz, dünya təcrübəsinin öyrənilməsinə
də yer ayrılıb. Azərbaycanda heç də zəif olmayan bank sektoru və sığorta institutu
fəaliyyət göstərir. Ölkənin kommersiya banklarının 01.01.2014-cü il tarixə aktivlərin
cəmi 20,4 mlrd. manat səviyyəsindədir. Məlumdur ki, iqtisadiyyata kredit
qoyuluşunun səviyyəsi, onun qeyri-neft sektorunun müxtəlif sahələri üzrə
diversifikasiyalaşdırılması, real iqtisadi sahələrdə, ixrac təyinatlı müəssisələrin
yaradılması problemləri son vaxtlar ciddi diskussiya predmetinə çevrilmişdir. Belə ki,
ölkənin kommersiya bankları tez və daha çox gəlir əldə etmək məqsədilə kredit
resurslarının əksəriyyətini istehlak mallarının alınması üzrə kreditlərə -yəni istehlak
kreditlərinə yönəldiblər. 2013-cü ilin sonuna ölkənin kommersiya banklarının
iqtisadiyyata yönəldikləri kreditin həcmi 14,8 mlrd. manat təşkil etmişdir.
Azərbaycanda kommersiya banklarının kredit portfelinin iqtisadiyyat sahələri
strukturunda ev təsərrüfatları 41,05 %, ticarət və xidmət sektoru 14,30 %, sənaye və
istehsal sektoru – 11,50 %, kənd təsərrüfatı və emal sektoru – 4,69 %, energetika,
kimya və təbii ehtiyatlar sektoru – 1,82 % və sairlər yer almışdır . Göründüyü kimi,
qeyri-neft ixracının yüksəldilməsi yolları kimi prioritet hesab olunan sənaye və kənd
təsərrüfatı sektorlarıba ayrılan kredit resurslarının xüsusi çəkisi üst-üstə 16 %-dən bir
az çoxdur. Yaxın perspektivdə ölkə banklarının kredit resurslarının əhəmiyyətli
hissəsinin ixracyönümlü mal və məhsulların istehsal sahələrinin yaradılması
istiqamətinə yönəldilməsinin hüquqi və praktiki mexanizmlərinin təkmilləşdirilməsi
gözlənilir. Bu istiqamətdə görüləcək tədbirlərin səmərəliliyi yüksək olarsa, ölkənin
qeyri-neft ixracının potensialının yüksəldilməsində yeni bir güclü potensiala malik
qarşılıqlı fəaliyyət və əməkdaşlıq modelinin – “kommersiya banklarının kredit
resursları -> ixrac yönümlü istehsal sahələri -> rəqabətqabiliyyətli ixrac məhsulları ->
80
valyuta resurslarının ölkəyə gətirilməsi mənbələrinin şaxələndirilməsi -> valyuta
ehtiyatlarının artması” kimi effektivli və məhsuldar fəaliyyət sxeminin
reallaşdırılmasında əhəmiyyətli nəticələrin əldə ediləcəyinə inam artmaqdadır. Bizə
görə, bu çoxgedişli bank kapitalı-istehsal-ixrac potensialının artması sxemi ölkənin
ilk növbədə qeyri-neft ixracının diversifikasiyalaşdırılması, coğrafiyasının
genişləndirilməsi, bu istiqamətdə perspektivli fəaliyyət sahələrinin inkişafının
davamlılığının təmin edilməsində əhəmiyyətli amil kimi çıxış etmək iqtidarındadır.
Ölkə Prezidenti lham Əliyev 2014-cü il fevralın 5-də regionların sosial-iqtisadi
inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda qeyd etmişdir:
“Hesab edirəm vaxt gəlib çatıb ki, banklar iqtisadiyyatın real sektoruna daha çox
maliyyə resursları ayırsınlar. Hazırda belə deyildir. Ancaq bankların funksiyalarından
biri də ondan ibarətdir ki, ölkə iqtisadiyyatına daha da böyük təkan versinlər.
Xüsusilə dövlət də bank sektorunun inkişafına böyük dəstək verir. Ona görə də
banklar da öz sosial məsuliyyətlərini dərk etməlidirlər və iqtisadiyyatın real sektoruna
daha çox vəsait ayırmalıdırlar” . Müasir dövrdə Azərbaycanda dövlətin özəl sektora,
qeyri-neft sektoruna, həmçinin bank sektoruna sistemli dövlət dəstəyi mexanizmləri
ilə yanaşması, nisbətən dayanıqlı iqtisadi siyasət formalaşdırlması bu qənaətə
gəlməyə imkan verir ki, növbəti illərdə ölkənin kommersiya banklarının kreditləri
hesabına müxtəlif real iqtisadi sektorların inkişafının sürətləndirilməsi, onların ixrac
potensiallarının artırılması yollarının şaxələndirilməsi intensivləşəcəkdir. Təssüf ki,
hələlik, bu istiqamətdəki effektivli imkanlar dərindən öyrənilməmişdir və sahibkarlıq,
biznes subyektlərinin maarifləndirilməsi prosesləri, bu fəaliyyət sxeminin, o
cümlədən, bank sektorunun fəaliyyəti üçün əhəmiyyətliliyi geniş təbliğ edilməmişdir.
Tədqiqatçı F.Müstafayevin gəldiyi nəticələrə görə, nəqliyyat və rabitə sektoruna
yatırılan hər bir manat kredit 4,7 manatlıq əlavə ÜDM yaradır. Tikinti sektoruna
yatırılan hər bir manat kredit əlavə 4,46 manatlıq ÜDM əmələ gətirir. Kənd
təsərrüfatına yönəldilən 1 manat kreditin artım “multiplikasiya əmsalı” təqribən 4-dür
və s. Bir sözlə, qeyri-neft sektorunun kreditləşdirmə və maliyyələşdirmə
mənbələrinin şaxələndirilməsi, bu sahənin ixrac potensialının yüksəldilməsi
yollarından əhəmiyyətlisi kimi xarakterizə olunur.
Dostları ilə paylaş: |