Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə28/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   22   23   24   25   26   27   28   29   30

81 

 

Biz ixrac potensialının artırılmasının investisiya problemləri ilə tam bağlı olması 



iddiasını  irəli  sürməsək  də,  bunlar  arasında  müəyyən  qarşılıqlı  təsir  əlamətlərinin 

olduğu  qənaətindəyik.  Belə  ki,  ölkənin  qeyri-neft  sektorunun  modernizasiyasının 

milli  iqtisadiyyatın  artım  tempi  ilə  adekvat  olmaması  son  15  ildə  ciddi  diskussiya 

mövzusu kimi  yadda qalmışdır. Biz də bir sıra qeyri-neft sahələrinin potensialından 

hələ  də  səmərəli  istifadənin  reallaşdırılmadığını  qeyd  etmişdik.  Müxtəlif  iqtisadi 

ədəbiyyatlarda və elmi əsərlərdə də iqtisadiyyatın investisiya potensialından effektivli 

istifadə  olunması,  bu  potensialın  formalaşması  və  istifadə  mexanizmləri  tədqiq 

edilmişdir.  T.Kərimova  yazır:  “Azərbaycanda  xarici  investisiyaların  yanacaq-

energetika  sahəsinə  cəlb  edilməsi  sahəsində  xeyli  iş  görülüb  və  bu  sahənin  yüksək 

inkişafına  nail  olunmuşdur.  Lakin  qeyri-neft  sektoruna  xarici  investisiyaların  cəlb 

olunması  sahəsində  mövcud  problemlər  hələ  də  öz  həllini  tapmamış  və  xarici 

kapitalın  səmərəsiz  istifadəsini  formalaşdırmışdır.  Əksər  hallarda  qeyri-neft 

sektoruna  xarici  investisiyaları  cəlb  etmək  məqsədilə  nəzərdə  tutulan  dövlət 

proqramını  işləyib  hazırlayarkən,  onun  ayrı-ayrı  sektorlar  üzrə  tərtib  olunmasına 

üstünlük verilir ki, bu da problemə yanaşma baxımından düzgün deyildir. Ona görə 

də hesab edirik ki, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması sistemli 

işlənməli,  bu  sahənin  müxtəlif  bölmələri  arasında  müvafiq  mütənasiblik 

gözlənilməlidir”  .  Tədqiqatçı  T.Babayev  hesab  edir  ki,  investisiyaların  həcmi  milli 

ictimai  gəlirin  səviyyəsinə  əhəmiyyətli  təsir  edir  və  milli  iqtisadiyyatın  müxtəlif 

inkişaf  elementlərinin  formalaşması  onun  dinamikasından  asılıdır.  Buna  görə  də 

xarici  təcrübənin  dərindən  öyrənilməsi,  ölkənin  investisiya  potensilının  real 

qiymətləndirilməsi  və  investisiya  siyasətində  reallaşdırılması  vacibdir  .  Professor 

Ə.Məmmədovun  neft  gəlirlərinin  Azərbaycanın  özəl  sektorunun  rəqabətə 

davamlılığına  təsiri  aspektləri  barədə  fikirləri  diqqətçəkəndir.  Müəllif  bildirir  ki, 

Azərbaycanın  neft  sektorunun  inkişaf  tendensiyası  sürətləndikcə,  risk  aspektləri 

sırasında  xarici  investisiyaların  kəskin  azalması  ola  bilər.  Azərbaycanın  hazırkı 

iqtisadi  inkişafının  əsas  makroiqtisadi  göstəricilərinin  təhlilini  biz  əvvəllərdə 

vermişdik  və  son  illərdə  ölkə  iqtisadiyyatına  yönəldilən  investisiyalarda  daxili 

investisiyaların  xüsusi  çəkisinin  artması  artıq  sabit  hal  kimi  qiymətləndirilir.  Digər 



82 

 

halda,  ölkənin  qeyri-neft  sektoruna,  onun  ixrac  potensialının  artırılmasına  xarici 



kapitalın  və  iri  həcmli  xarici  investisiya  resurslarının  cəlb  edilməsi  zərurəti  də 

qalmaqdadır.  Ə.Məmmədov  bu  məqsədlərlə  neft  gəlirlərinin  investisiya  kimi 

sənayenin qeyri-neft sektorunun inkişafına, o cümlədən, sənayenin ixrac potensialının 

artırılmasına  –  innovasiya  xarakterli  layihələrin  həyata  keçirilməsinə,  keyfiyyətin 

idarə  edilməsi  sistemlərinin  təbliği  və  tətbiqinə,  sahibkarlığın  inkişafının 

stimullaşdırılmasına,  aqroservis  şəbəkəsinin  yaradılmasına,  kənd  təsərrüfatı 

məhsullarının  satış  şəbəkəsi  və  ixrac  imkanlarının  yaradılmasına,  ixrac  potensiallı 

ənənəvi  kənd  təsərrüfatı  sahələrinin  (çayçılıq,  gülçülük,  barama,  tütün,  sitrus 

meyvələri,  meyvə  və  tərəvəz)  inkişaf  etdirilməsinə  yönəldilməsini  vacib  saymışdır. 

Müəllifin 

bu 

mülahizələri 



qloballaşma 

şəraitində  ölkə  iqtisadiyyatının 

şaxələndirilməsi,  həmçinin  ənənəvi  əmtəə  bazarlarının  yeni  keyfiyyət  və  kəmiyyət 

prinsipləri  əsasında  bərpası,  inkişaf  etdirilməsi  baxımından  da  səmərəli  ola  bilər. 

Məsələn, qlobal rəqabət, geostrateji və geoiqtisadi maraqlar baxımından Azərbaycan 

qərb  ölkələri  ilə  Rusiya  və  onun  yaxın  müttəfiqləri  olan  bir  qrup  postsovet 

respublikaları arasındakı siyasi-iqtisadi münasibətlərin hər hansı bir transformasiyası 

müqabilində, bu ölkədəki ənənəvi kənd təsərrüfatı məhsulları bazarının bərpası üçün 

yüksək  imkanlar  əldə  edə  bilər.  Hətta  bu  amillərin  təsiri  olmadan  belə,  Rusiya, 

Belarus  kimi  ölkələrə  Azərbaycanın  kənd  təsərrüfatı  məhsulları  ixracının  həcminin 

əhəmiyyətli səviyyədə artırılması imkanları mövcuddur və təəssüf ki, bu potensialdan 

zəif  istifadə  olunur.  Ekspert  X.  Mikayılova  görə,  ÜTT-ə  üzvlükdən  sonra 

Azərbaycanın qeyri-neft sektoruna təsir artacaq. Azərbaycanın dünya iqtisadiyyatına 

daha  müvəffəqiyyətli  və  sabit  inteqrasiyası  üçün  onun  xarici  ticarət  dövriyyəsinin 

həcminin  artması  ilə  yanaşı,  həm  də  rəqabətqabiliyyətli  məhsulların  istehsalının 

genişləndirilməsi  ilə  xarici  ticarət  dövriyyəsinin  strukturunun  diversifikasiya 

olunması  lazımdır.  Müəllif  qeyd  edir  ki,  qeyri-neft  sektorunun  tərkibində  kənd 

təsərrüfatının payının artırılması vacibdir . Bu tədqiqat işinin materiallarında bir çox 

hallarda kənd təsərrüfatı məhsulllarının ixrac potensialının qabarıq formada verilməsi 

və əhəmiyyətinin qeyd edilməsi əslində zərurət kimi çıxış edir. Azərbaycanın zəngin 

təbii  resursları  və  təbiətdən  istifadədə  güclü  potensialı  buna  əminlik  yaradır.  Bu 



83 

 

resurs  və  potensialın  hərəkətə  gətirilməsi,  ixractəyinatlı  kiçik,  orta  və  iri 



müəssisələrin  yaradılması  ixrac  məhsullarının  çeşididnin  sürətlə  artırılmasına  təkan 

verməklə  yanaşı,  ixrac  potensialının  gücləndirilməsində  çoxşaxəlilik  amilini  təmin 

edərdi.  Tədqiqatçı  S.Fərzəliyeva  qeyd  edir  ki,  inkişaf  etmiş  bazar  iqtisadiyyatlı 

ölkələrdə kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərin gəlir mənbələri əsasən, 

bu  məhsulların  alıcılara  birbaşa  satışından,  pərakəndə  satış  şəbəkəsindən, 

topdansatışla  məşğul  olanlara  satışdan,  əmtəə  bazarlarında  satışdan,  emal 

müəssisələrinə  və  dövlətə  satışdan  formalaşmışdır.  Bu  geniş  və  ixrac  kanallarına 

malik  olmaq  deməkdir  və  belə  şəraitdə  kənd  təsərrüfatının  ixrac  təyinatlı 

məhsullarının  çeşidinin  və  həcminin  artmaması  mümkün  deyildir.  Fikrimizcə, 

Azərbaycanda  yaxın  5-10  ildə  ölkənin  kənd  təsərrüfatı  və  aqrar  sektorunun  ixrac 

həcminin  dəfələrlə  artırılması  imkanları  mövcuddur  və  bu  yol  Azərbaycanın  qeyri-

neft  sektorunun  ixrac  potensialının  yüksəldilməsində  ciddi  perspektivə  malik  hesab 

olunur. 

Son illərdə qloballaşmanın təsir dairəsinin genişləndirilməsi və maliyyə, iqtisadi 

böhranların fəsadlarının artması prosesləri dünya iqtisadiyyatında yeni meyarların və 

tendensiyaların  formalaşmasına  rəvac  vermişdir.  Milli  iqtisadiyyatın  qapalı  inkişaf 

etdirilməsi tendensiyasının sona çatdığını da iddia etmək olar. Bu baxımdan hər bir 

ölkənin  çoxşaxəli  ixrac  potensialın  olması  mühüm  və  strateji  şərt  kimi  çıxış  edir. 

Əgər hər hansı bir ölkənin təbii ehtiyatları azdırsa və ya  milli resurslar baxımından 

çətinliyi  varsa,  bu  proseslərdə  qlobal  rəqabətə  davam  gətirmək  üçün  çox  mürəkkəb 

vəzifələrin  öhdəsindən  gəlməlidir.  Milli  resurslarla  və  nisbətən  təbii  ehtiyatlarla 

zəngin  ölkələr  isə  bu  nemətləri  obyektiv  və  dəyərincə  qiymətləndirməli,  onlardan 

səmərəli  istifadə  üçün  milli  maraqlar  çərçivəsində  istehsalın  təşkili  və  məhsulların 

ixracı  ilə  sistemli  yanaşma  təmin  edilməlidir.  Qlobal  rəqabət  şəraitində  dayanıqlılıq 

meyarlarını  özündə  əks  etdirməyən  mal  və  məhsulların  dünya  əmtəə  bazarlarında 

ixracının  sabitliyi  qeyri  –mümkündür.  Bu  meyarlardan  çıxış  etsək,  Azərbaycan 

qloballaşma  şəraitində  qeyri-neft  sektorunun  ixrac  potensialından  istifadənin 

yüksəldilməsi yolunda hələlik dayanıqlı mövqeyə malik olmadığı qənaətindəyik. Bu 

yolda  xeyli  pozitiv  strateji  tədbirlərin  görülməsi,  dövlət  proqramların  icrası  və  bir 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə