Microsoft Word Az?rbaycan?n qeyri-neft sek dis doc



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix27.03.2018
ölçüsü0,75 Mb.
#35370
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

69 

 

tapmışdır . Bu kimi strateji və prioritet vəzifələrin tənzimlənməsi və mexanizmlərinin 



müəyyənləşdirilməsi  birbaşa  ixrac  potensialının  əhəmiyyətli  səviyyədə  artırılmasına 

hədəflənmiş  tənzimləmə  və  təkmilləşdirmə  mexanizmləri  kimi  xarakterizə  olunur. 

Bakı  şəhərində  Balaxanı  Sənaye  Parkının  yaradılması  haqqında  AR  Prezidentinin 

Sərəncamı  vacib  tənzimləmə  tədbirlərinin  genişləndirilməsinin  təzahürü  kimi  çıxış 

edir. Sərəncamda istehsal və emal sahələrinin təşkili, müasir texnologiyalar əsasında 

sənaye məhsulları çeşidinin artırılması nəzərdə tutulmuşdur Daha bir ixrac tutumlu 

Parkın  -Yüksək  Texnologiyalar  Parkının  yaradılması  haqqında  ölkə  Prezidentinin 

Fərmanında  KT  texnologiyaları  sahələrinin  genişləndirilməsi,  elmi  tədqiqatların 

aparılması,  yeni  KT  texnologiyalarının  işlənilməsi,  telekommunikasiya  və  kosmos 

sahələrində  infrastrukturun,  maddi  texniki  bazanın  təşkili  mexanizmlərinin 

tənzimlənməsi məsələləri üzrə müvafiq tapşırıqlar verilmişdir 

Azərbaycanda  yeni  və  yüksək  ixracyönümlü  iqtisadiyyat  sahəsi  olan  kosmik 

sənayesinin  yaradılması  və  inkişafının  sürətləndirilməsi  tədbirləri  diqqət  çəkir.  Bu 

sahənin  ölkənin qeyri-neft ixracı potensialına  verə  biləcəyi  töhfələr  yüz  milyonlarla 

və yaxın perspektivdə daha böyük məbləğdə gəlirlə proqnozlaşdırılır. Sahə üzrə qəbul 

edilmiş Dövlət Proqramının əsas məqsədi respublikada kosmik sənayenin yaradılması 

və  inkişaf  etdirilməsi,  bir  çox  digər  strateji  məqsədlərlə  bərabər,  kosmik  sənayenin 

inkişafının  təmin  edilməsi,  yerli  istehsalın  stimullaşdırılması  və  onun  ixrac 

potensialının  dəstəklənməsidir.  Nəhayət,  2014-cü  ilin  ölkədə  “Sənaye  ili”  elan 

edilməsi  sənayeləşmə  siyasəti  mexanzimlərinin  müasir  tələblər  səviyyəsində 

tənzimlənməsinə  və  təkmilləşdirilməsinə  güclü  təkan  verəcəkdir.  Prezident 

Fərmanında  bildirilir  ki,  hazırkı  mərhələdə  müasir  çağırışlar  və  yeni  təşəbbüslər 

nəzərə  alınmaqla  sənayenin  modernləşdirilməsi  və  qeyri-neft  sənayesinin 

şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən təbii və 

iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə 

yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda 

sənaye  potensialının  gücləndirilməsi,  sənayenin  innovasiyalar  əsasında  inkişafını 

təmin  edəcək  imkanların  formalaşdırılması  zəruridir.  Bu  strateji  vəzifələrin 

reallaşdırılması təqdirində, birbaşa və dolayı olaraq, ölkədə ixrac potensialının daha 



70 

 

mükəmməl tənzimlənməsi, ixrac potensialının gücləndirilməsi üçün əlverişli şəraitin 



yaradılması perspektivləri artır. 

  Qeyri-neft  sektorunun  ixrac  potensialının  tənzimlənməsi  üzrə  qanunvericilik 

bazasının təkmilləşdirilməsi prosesləri son 10 ildə kənd təsərrüfatı və aqrar sektorda 

da  xeyli  intensivləşmişdir.  Bu  sahədə  aparılan  tarixi  torpaq  islahatlarından,  ev  və 

fermer təsərrüfatlarının sahibkarlıq fəaliyyəti proseslərinin əsasən bazar iqtisadiyyatı 

prinsipləri  üzərində  qurulmasından  sonra,  müasir  texnologiyaların,  investisiya 

resurslarının  cəlb  edilməsi,  ixrac  yönümlü  məhsulların  çeşidinin  artırılması  zərurəti 

yaranmışdır.  Məsələn,  “2012-2020-ci  illərdə  AR-da  üzümçülüyün  inkişafına  dair 

Dövlət  Proqramı”nın  təsdiq  edilməsi  haqqında  AR  Prezidentinin  Sərəncamının 

verilməsində əsas amillər kimi ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin 

gəlirliyinin  və  ixracat  potensialının  artırılması,  kənd  əhalisinin  maddi  rifahının 

yüksəldilməsi götürülmüşdürProqramın əsas məqsədi isə əhalinin təzə və keyfiyyətli 

süfrə  üzümünə  olan  tələbatının  daha  dolğun  ödənilməsi,  şərabçılıq  və  üzüm  emalı 

müəssisələrinin  xammal  təminatının  yaxşılaşdırılması,  şərab  və  üzüm  məhsullarının 

ixracının  artırılması  üçün  ölkədə  üzümçülüyün  inkişafını  stimullaşdırmaqdan 

ibarətdir 2014-cü ilin əvvəllərindən başlayaraq, kənd təsərrüfatı sahələrinin və aqrar 

sektorun  qanunvericilik  bazasının  təkmilləşdirilməsi  istiqamətində  yeni  addımlar 

atılmışdır.  Belə  ki,  bu  sahədə  fəaliyyətin  təkmilləşdirilməsi  tədbirlərinin  görülməsi 

haqqında  ölkə  Prezidentinin  16  yanvar  2014-cü  il  tarixli  Sərəncamı  verilmişdir. 

Sərəncamda  qeyd  olunur  ki,  qeyri-neft  sektorunun,  o  cümlədən,  kənd  təsərrüfatının 

inkişafı  dövlət  tərəfindən  iqtisadi  siyasətin  prioritet  istiqamətlərindən  biri  kimi 

müəyyən  edilmişdir.  Sərəncamda  AR-da  aqrar  sənaye  kompleksinin  inkişaf 

strategiyası”nın  hazırlanması,  kənd  təsərrüfatında  kooperasiyasının  inkişaf 

etdirilməsi, kənd təsərrüfatı və ərzaq məhsulları ixracının artırılmasına və bu sahədə 

prosedurların  sadələşdirilməsinə  dair  icra  strukturlarına  müvafiq  tapşırıqlar 

verilmişdir.  Bundan  əlavə,  aqrar  sahədə  idarəetmənin  təkmilləşdirilməsi  və 

institusional  islahatların  sürətləndirilməsi  ilə  bağlı  tədbirlər  haqqında  ölkə 

Prezidentinin 16 aprel 2014-cü il tarixli Fərmanı verilmişdir. Fərmanda aqrar sahədə 

idarəetməni  müasir  dövrün  tələblərinə  uyğunlaşdırmaq,  bunlarla  bərabər  xarici 



71 

 

investorları  cəlb  etməklə,  respublikada  kənd  təsərrüfatı  təyinatlı  texnikanın 



istehsalının  təşkili,  “Kənd  təsərrüfatı  kooperasiyası  haqqında”  qanun  layihəsinin 

hazırlanması  və  sair  mühüm  məsələlər  barədə  hökümət  strukturlarına  və  icra 

orqanlarına müvafiq tapşırıqlar verilmişdir .  

Bu  mühüm  dövlət  tənzimləyici  Fərman  və  Sərəncamların,  Qərarlar  və  sair 

hüquqi  sənədlərin  reallaşdırılması  bir  çox  vacib  məsələlərlə  yanaşı,  qeyri-neft 

sektorunun  ixrac  potensialının  qanunvericilik  bazasının  təkmilləşdirilməsi,  bu 

istiqamətlərdə  reallıqları  əks  etdirən  mexanizmlərin  formalaşdırılması  və  ixrac 

potensialının  artmasına  imkan  verən  prioritet  fəaliyyət  sahələrinin  işinin 

gücləndirilməsinə  əlavə  stimulların  verəcəyi  gözlənilir.  Qeyri-neft  sektorunun 

bütövlükdə  müasir  iqtisadi  inkişaf  proseslərinə  adekvat  olaraq  onun  qanunvericilik 

bazasının  təkmilləşdirilməsi  istiqamətində  tədbirlər  intensivləşməkdədir.  Bu 

tədbirlərin  sırasında  ixrac  potensialının  tənzimlənməsinin  qanunvericilik  bazası  və 

onun  təkmilləşdirilməsi  məsələləri  prioritet  xarakterlidir  və  bunun  təzahürü  qəbul 

ediləcək  Qanun  və  Qərarlarda  öz  əksini  tapmaqdadır.  Bunlarla  bərabər,  qeyri-neft 

sektorunun  mövcud  vəziyyəti,  müasir  dövrdə  Azərbaycanın  qeyri-neft  sektorunun 

ixrac  potensialı  və  onun  qiymətləndirilməsi  üzrə  araşdırmalardan  çıxış  etsək,  qeyd 

etmək  olar  ki,  qeyri-neft  sektorunun  ixrac  potensialının  tənzimlənməsi  prosesləri 

daha da intensivləşdirilməli və bu sahənin potensialından səmərəli istifadənin təmin 

edilməsi  meyarlarına  adekvat  olmalıdır.  Analoji  amillər  də  nəzərə  alınmaqla, 

qloballaşma  şəraitində  qeyri-neft  sektorunun  ixrac  potensialından  istifadənin 

yüksəldilməsi yollarının da tədqiqinə zərurət yarandığı qənaətindəyik.  

 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə