90
Dərs 43 / Mövzu 37
:
BUĞUMAYAQLILAR TİPİ.
XƏRÇƏNGKİMİLƏR SİNFİ
Diaqramda qeyd olunmuş məlumat və gündəlik biliklərdən
faydalanan şagirdlər dərsin
əvvəlindəki sualı müzakirə edirlər. Müzakirələr zamanı buğumayaqlıların nümayəndələri,
quruluşu, həyat tərzi haqqında ilkin bilikləri əldə etmiş olurlar. Şagirdləri fəallaşdırmaq və
istiqamətləndirmək məqsədilə müəllim sadalanmış heyvanları sxemdə yerləşdirməyi təklif
edə bilər. Məsələn:
krevetka, çəyirtkə, parabüzən, hörümçək, xərçəng, tarantul, ağcaqanad,
омар, qaraqurd, оса, kəpənək, əqrəb, qarışqa.
Əgər sistemləşdirmə zamanı çətinliklər yaranarsa (məsələn, əqrəb), müəllim bunu dərsin
sonunda müvafiq mövzunu keçdikdən sonra etməyi təklif edir.
Bu müzakirələr “Fəaliyyət” blokuna şagirdlərin hazırlanmasına yardım edir.
Müəllimin seçimindən və sinfin təchizatından asılı olaraq praktik iş təbii obyekt, ya-
xud tablo üzərində aparılır. Bu zaman şagirdlər xərçəngin quruluşunun yaşadığı su mühiti ilə
əlaqəsini müəyyən edirlər. İşin gedişi və müzakirəsi dərslikdəki alqoritm üzrə aparılır.
Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim əyani vəsaitlərə (plakatlar,
sxemlər, elektron təqdimatlar, videomateriallar və s.) istinad edərkən nəzəri materialı qısa
şərh edir.
Keçmiş dərslərdə təklif olunan təsvir alqoritmi tətbiq oluna bilər. Bu dərsdə cədvəldə
edilən qeydlərə bir neçə növbəti dərsdə müvafiq əlavələr ola bilər.
Bu üsul müqayisə
vərdişlərinin formalaşması və inkişafı üçün ən əlverişlı və effektiv hesab oluna bilər.
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Buğumayaqlıların müxtəlifliyi və xərçəngkimilərin quruluşu
haqqında mülahizələrini şərh edir.
Buğumayaqlılar tipi
Xərçəngkimilər
Hörümçəkkimilər
Həşəratlar
______________
______________
_______________
_______________
______________
______________
91
Buğumayaqlıların əsas siniflərinin müqayisəli xarakteristikası
Əsas siniflər
Xüsusiyyətlər
Xərçəngkimilər Hörümçəkkimilər Həşəratlar
Bədən hissələri
Buğumlu qarıncıq
Bığcıqlar
Ətraflar
Qanadlar
Görmə orqanı
Həzm
sistemi
Tənəffüs sistemi
Qan-damar sistemi
İfrazat sistemi
Sinir sistemi
Çoxalma
İnkişaf
Dərsdə xərçəngkimilərin müxtəlifliyini əks etdirən sxem tərtib etmək də mümkündür.
Dərsdə istifadə etmək üçün buğumayaqlılara aid elektron vəsaitləri mövzuya aid
tövsiyələrin sonunda verilmiş saytlarda izləmək olar.
“Öyrəndiklərinizi tətbiq edin” bölümündə yerləşdirilmiş tapşırığı yerinə yetirərkən
şagirdlər dərs zamanı əldə etdikləri və cədvəldə qeyd etdikləri məlumatlardan faydalanırlar.
“Öyrəndiklərinizi yoxlayın” bölümündəki suallar şagirdə məntiqi təfəkkürün inkişafına
xidmət edir. Belə ki, göstərilmiş faktları təhlil edən şagird dərsdə qazanılmış biliklərdən
istifadə edir, səbəb-nəticə əlaqələrini qurur
(1. Xərçənglərin xarici skeleti olduğuna görə,
qurudulmuş xərçənglər formasını itirmir; 2. Bu fakt onu göstərir ki, xərçəngkimilər müəyyən
yaşa kimi böyüyür, sonra isə onların ölçüləri sabit qalır).
Təqdim olunmuş tapşırıqlar dərsdə mənimsənilən biliklərin ümumiləşdirilməsi və dərsin
məqsədində qeyd olunmuş bacarıqların formalaşması üçün imkan yaradır.
Qiymətləndirmə meyarları: şərhetmə
Elektron resurslar:
http://biology-online.ru/video/zoologija-7-klass/bespozvonochnye-tip-chlenistonogie
http://ecorucheyok.ru/interesnoe-pro-zhivotnyx/klass-rakoobraznye-kak-oni-ustroeny.html
https://video.yandex.ru/users/gopora-ucoz-ru/view/258/user-членистоногие
http://tana.ucoz.ru/load/315
http://tana.ucoz.ru/load/179
http://tana.ucoz.ru/load/218
I səviyyə II
səviyyə III
səviyyə IV
səviyyə
Buğumayaqlıların
müxtəlifliyi və xər-
çəngkimilərin quru-
luşu haqqında mü-
lahizələrini çətin-
liklə şərh edir.
Buğumayaqlıların
müxtəlifliyi və xər-
çəngkimilər haqqın-
da
mülahizələrini
şərh edərkən səhvlə-
rə yol verir.
Buğumayaqlıların
müxtəlifliyi və xər-
çəngkimilər haqqın-
da mülahizələrini
qismən şərh edir.
Buğumayaqlıların
müxtəlifliyi və xər-
çəngkimilər haqqın-
da mülahizələrini
ətraflı şərh edir.
XƏRÇƏNGKİMİLƏR
Ali xərçəngkimilər:
çay xərçəngləri,
krevetkalar, yengəclər,
məryəmqurdu
İbtidai xərçəngkimilər:
şaxəbığcıqlı,
kürəkayaqlı,
artemiya
92
Dərs 44 / Mövzu 38
:
HÖRÜMÇƏKKİMİLƏR SİNFİ
Həyati biliklərdən faydalanan şagirdlər dərslikdəki sualı müzakirə edirlər.
Hörümçəklərə harada rast gəlinir?
Hansı nağıl, filmlərdə onlar təsvir olunmuşdur? (Hörümçək-insan, Milçək-vizilcək,
Üzüklərin hökmdarı və s.)
Bu filmlərdə (nağıllarda) hörümçəyin hansı xüsusiyyətləri qabarıq şəkildə gös-
tərilmişdir?
Niyə bəzi insanlar hörümçəklərdən iyrənir, hətta qorxurlar? Və s.
BİBÖ üsulundan istifadə etməklə şagirdlərin əvvəlki biliklərini aşkar etmək və öyrənmək
istədikləri sualları müəyyən etmək olar. Dərsin sonunda isə bu sualların nə dərəcədə
cavablandırıldığı qeyd oluna bilər. Bu müzakirələr “Fəaliyyət” blokuna şagirdlərin
hazırlanmasını təmin edir.
Müəllimin seçimindən və sinfin təchizatından asılı olaraq praktik iş təbii obyekt,
dərslikdəki şəkil, yaxud tablo üzərində aparılır. İşin nəticələri Venn diaqramında təqdim
oluna bilər. İşi yerinə yetirən zaman şagirdlər hörümçəyin bədən hissələrinin formasına,
sayına, birləşməsinə, yerimə ayaqlarının sayına
və quruluşuna, baş hissəsində yerləşən
orqanların (xeliser və pedipalpların) quruluşuna fikir verməlidirlər.
Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu”, “İnsert”, “Kiçik qruplarda
müzakirələr” və digər üsullarla aparıla bilər. Dərs zamanı müvafiq təqdimat və videoma-
terialların istifadəsi məqsədəuyğundur.
İş kiçik qruplarda aparılarsa, hər qrupa müxtəlif tapşırıqlar verilə bilər (qruplarda iş üçün
əlavə mətn və şəkillər hazırlana bilər). Məsələn:
1-ci qrup – xaçlı hörümçəyin nümunəsində hörümçəkkimilərin xarici quruluşu;
2-ci qrup – hörümçəklərin daxili quruluşunun xüsusiyyətləri;
3-ci qrup – hörümçəkkimilərin müxtəlifliyi. Bu qrup işin nəticələrini cədvəl şəklində
təqdim edə bilər.
Alt
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
Təlim
NƏTİCƏLƏRİ
Hörümçəkkimilərin müxtəlifliyi və quruluşu haqqında müla-
hizələrini şərh edir.
Xərçəngkimilər və hörümçəkkimilər
siniflərinin nümayən-
dələrini fərqləndirir.
Xərçəngkimilər və hörümçəkkimilərdə gedən həyati prosesləri
fərqləndirir.