BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 89 –––
oxuduğu mühazirələr çox böyük praktiki əhəmiyyəti
olan çətin məsələləri həll etməkdə bizə kömək edəcək.
Rəsulovun bizə göstərdiyi köməyi çox yüksək qiymət-
ləndiririk və ümidvarıq ki, bu əlaqə bizim institutun mü-
təxəssislərinin gələcək işlərinə istiqamət verəcəkdir”
1
.
Bu gün çox istərdik ki, bizim radio və televiziyalar
elə layihələr hazırlasınlar ki, orada elmin sahələri üzrə
mühazirələr hazırlansın. Mühazirələri hər alim öz
məşğul olduğu sahə ilə bağlı, o sahənin yenilikləri ilə
bağlı söyləsin. Bu həm də elmi yeniliklərin cəmiyyətə,
ən azı elm adamlarına çatdırılmasıdır. Yaxşı olmazdımı,
bu gün Məcid Rəsulovun və bu qəbildən olan alimlərin
mühazirələri televiziyaların və radioların fondunda
qorunaydı?! Axı bu cür alimlər elə-belə yetişmir.
Belələri öz sahələri ilə nəfəs alır.
Bəxtiyar Vahabzadə Məcid Rəsulovla olan müsa-
hibəsini xatırlayırdı. O yazırdı ki, mən ondan bir dəfə
xəbər aldım ki, qəribə görünməsin, riyaziyyatçı ol-
mağınızın səbəbini deyə bilərsinizmi? Məcid Rəsulov:
“- Bunun iki səbəbi var, - deyə professor sözə baş-
ladı: - Orta məktəbdə oxuduğum zaman riyaziyyat mənə
bütün fənlərdən asan görünürdü”. Bəxtiyar Vahabzadə
təəccüblənir ki, çox qəribədir ki, riyaziyyat asan ola
bilərmi? Məcid Rəsulov Bəxtiyar Vahabzadəyə inan-
dırır ki, sizə ədəbiyyat asan gəldiyi kimi, mənə də ri-
yaziyyat asan gəlir. Sən uşaqlıqdan şeirlə nəfəs aldığın
kimi, mən də rəqəmlərlə, düsturlarla nəfəs almışam.
Məcid Rəsulov Bəxtiyar Vahabzadəyə bunu da deyir:
“...mənim riyaziyyat aləminə gəlməyimin ikinci səbə-
1
Rəqəmlərdə poeziya. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman.
Bakı, Gənclik, 1976, s.222
BULUDXAN XƏLİLOV
––– 90 –––
bini də demək istəyirəm. Məşhur riyaziyyatçı
İ.V.Veyerştras deyir ki, “Qəlbən şair olmadan, riyaziy-
yatçı olmaq mümkün deyil”. Bu, sizə qəribə gəlməsin.
Riyaziyyatçı mürəkkəb bir məsələni tamamilə yeni bir
düstur açanda ona elə gəlir ki, insan ayağı dəyməyən
qaranlıq bir meşədə təzə bir cığır açır. Sirlər aləminə
gedir, planetdən-planetə körpü salır. Onun qəlbi fərəh
və sevinclə dolur. Bəlkə də, bu hissi riyaziyyatçı
olmayan duya bilməz”
1
.
Bəxtiyar Vahabzadə öz gözləri ilə gördüyü elə
hadisələri izah edirdi ki, hər bir şagird, eləcə də hər bir
tələbə belə müəllimləri görübdür. Məsələn, M.Ə.Sabiri
tədris edən bir müəllimin qüsurlarını belə sadalayırdı:
Sabirin şeirlərini oxuyanda vəzn qaydalarına əməl
etmədi və şeiri qırıb tökdü, şeirlərin hikmətini uşaqlara
başa salmadı, tutuquşu kimi kitabda yazılanları
əzbərdən söylədi və s
2
. Hər birimiz bizə dərs deyən bu
qəbildən olan müəllimləri görmüşük. Belə müəllimlərin
dərsində uşaqlar dərs zamanı bir-biri ilə danışır, tez-tez
biri digərindən saatı soruşur və zəngin nə vaxt
çalınacağını gözləyirlər.
Bəxtiyar Vahabzadə hər bir şagirdin və tələbənin
qarşılaşdığı bir məsələ ilə bağlı da öz münasibətini
bildirir: “Sinifdə şagirdlərin şuluqluğundan məktəb mü-
dirinə və sinif rəhbərinə şikayət edən müəllim heç
kəsdən inciməsin. Öz istedadsızlığından, öz ürəksizli-
yindən küssün! Müəllim “səs salmayın” deyə şagirdlərin
1
Rəqəmlərdə poeziya. – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman.
Bakı, Gənclik, 1976, s.222-223
2
Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı,
Gənclik, 1976, s.198
BƏXTİYAR VAHABZADƏNİN PEDAQOJİ GÖRÜŞLƏRİ
––– 91 –––
üstünə qışqırmamalıdır. Öz fənnini və bir müəllim kimi
özünü şagirdlərinə sevdirə bilmirsə, o, sadəcə olaraq,
peşəkardır, sənətkar müəllim deyil”
1
. Bir sözlə, müəllim
fənnini və tədris etdiyi mövzunu sevməlidir, sonra isə
şagirdlərə sevdirməlidir. Müəllim fənni və mövzunu
sevməsə, sevdirə də bilməz.
Bəxtiyar Vahabzadə fənnini, qarşısında oturan uşaq-
ları sevməyən müəllimlərə barışmaz idi. Onları
cəmiyyətə fayda verməyən müəllimlər hesab edirdi. O
yazırdı: “Təəssüf ki, bizdə elə müəllimlər var ki, nə öz
fənnini sevir, nə də qarşısında oturan körpə balaları. O
öz peşəsinin fəlsəfi mənasını, xidmətinin böyüklüyünü
dərk edə bilmir. 45 dəqiqə dərs müddətində gözü saatda,
fikri maaş cədvəlində olan müəllim, mənasız ötürdüyü
dəqiqələrin ictimai mənasını, cəmiyyət üçün nə qədər
böyük faydalar verə biləcəyini dərk edə bilmir”
2
.
Bəxtiyar Vahabzadə o tələbələri xoşbəxt hesab edir-
di ki, onların ağıllı rəftarı, insanlığı yüksək səviyyədə
olan müəllimləri olsun. İdealı olan uşaqlar xoşbəxtdir.
Onlar böyüdükdən sonra öz müəllimlərinin gözəl əməl-
lərini gözlərinin önünə gətirir, onları təqlid etməyə
çalışırlar.
Bəxtiyar Vahabzadə şair və müəllim ömrünü yaşa-
mış bir insan olmaqla o, hər iki sahədəki fəaliyyəti ilə
bağlı açıq fikir söyləyirdi və yazırdı: “Mən həm şairəm,
həm də müəllim! Şairlikdəki qüsurlarımı tənqidçilər
deyir. Bu qüsurların bir çoxu mənim üzərimdə az işlə-
məyimdən, öz sənətimə lazımınca can yandırmağımdan
1
Müəllim! – Bəxtiyar Vahabzadə. Sənətkar və zaman. Bakı,
Gənclik, 1976, s.199
2
Yenə orada. s.202
Dostları ilə paylaş: |