Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə30/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   26   27   28   29   30   31   32   33   ...   89

90 

“Şahqulunun xeyir işi” hekayəsini “Qurbanəli bəy”i oxuduqdan 

sonra onun təsiri ilə yazdığını özü etiraf etmişdir. Müxtəlif 

münasibətlər bildirsə də, hekayələrin hər ikisi oxşar süjet ətrafında 

qurulmuşdur. Doğrudur, təsvir edilən əhvalatlar fərqlidir, lakin hər 

iki nümunə o dövrki məişətimizdən götürülmüş  təbii lövhələrdir. 

Yazıçıları düşündürən eyni problem-cəhalət, nadanlıq, avamlıqdır. 

“Şahqulunun xeyir işi” hekayəsi Y.Vəzirin bədii nəsr yara-

dıcılığında ilk addım olmaqla, onun yaranması da iki böyük 

sənətkarın adı ilə bağlı olduğu üçün əhəmiyyətlidir. C.Məm-

mədquluzadədən bəhrələnərək yazılan əsəri Ə.Haqverdiyev redaktə 

etmiş  və Y.Vəzirin qələmindəki incə müşahidə qabliyyətini sez-

mişdir. Görməklə mümkün deyildir ki, Y.Vəzir istedadlı bir gənc 

kimi yaradıcığa başlayarkən M.F.Axundovu oxumuş, C.Məm-

mədquluzadə və Ə.Haqverdiyevin çevrəsində olmuşdur. Və təbii ki, 

“Molla Nərəddin”i də izləməmiş deyildi. Bu baxımdan nəinki 

Y.Vəzirin bədii nəsr yaradıcılığında, hətta nəzəri-estetik fikirlərinin 

formalaşmasında “Molla Nəsrəddin”in rolu danılmazdır. 



 

 


91 

Yusif  Vəzir  Çəmənzəminlinin satirik hekayələri 

 

Ədəbiyyatla zamanın mütəmadi səsləşməsini yaradıcılıqlarının 

baş prinsipi kimi götürən  ədiblər ictimai-estetik baxımdan 

məzmunsuz satiranı, mənəviyyatdan kənarda qalan ötəri  əhval-

ruhiyyə yumorunu sənətkar yolu hesab etmirdilər. Onların elə bir 

əsəri yoxdur ki, orada ictimai mühitin spesifikası, fərdlə  cəmiyyət 

arasındakı münasibət və  əlaqələr, ictimai inkişafın dialektikası ilə 

fərdi psixologiyaların səsləşib-səsləşmədiyi xüsusi sirayət edicilik 

və inadırıcılıqla təhlil olunmasın. Mühüm ictimai hadisələrin təhlil 

və  təsviri ilə  bərabər T.Şahbazi, S.Hüseyn, Qantəmir, B.Talıblı da 

Mirzə  Cəlil,  Ə.Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi 

hadisələrə münasibətdə ayrı-ayrı  şəxslərin fərdi keyfiyyət 

hərəkətlərinə xüsusi əhəmiyyət verirdilər.  Əxlaqda, xarakterdə, 

dünyagörüşdə kök salmış, cana hopmuş köhnəliyin asanlıqla 

məğlub olmamasını, yeniliyin müəyyən çətinliklərlə özünə yol açıb 

qalib gəlməsini, yeni hadisələrin təsiri altında ictimai həyatda və 

insan  şüurunda baş verən dəyişiklikləri realistcəsinə yaradılmış 

lövhələrdə göstərməyə çalışıblar.  

Ədəbiyyatın bütün janrları kimi, satira da öz materialını 

həyatdan alır. Sadəcə bu materiala sənətkar münasibəti həmişə eyni 

nəticəni vermir. Bəzi hallarda personaj açıq-aşkar tənqid olunur, 

özünü tamamilə satiranın ixtiyarına buraxır, özündə gizli məqamlar 

saxlamır. Bizcə bu, satiranın  ən bəsit yoludur, həm də bu üsul 

personajı bəsitləşdirdiyi kimi, ona oxucu inamını da azaldır. Digər 

hallarda isə satirik yaratmaq istədiyi obrazın mahiyyətini görmür, 

üzdə, səthi görünən cəhətlərlə kifayətlənir, üzəvari, keçici komizm 

yaradır. Bəzi müasirlərindən fərqli olaraq Y.Vəzir Çəmənzəminli 

qələmə aldığı surətləri real vəziyyətlərə salır, həmin obrazın bir 

cəhətini açır və  əsərin sonunda oxucu bu tipi bütün mahiyyəti, 

varlığının çalarları ilə görür. Y.Vəzir Çəmənzəminli, S.Hüseyn, 

B.Talıblı, T.Şahbazi və başqaları lakonik hekayələrini adətən 

ictimai məzmunu tamamlayan, bir növ qəhrəmanlarının xarakter 

bütövlüyünü möhür sonluqlarla bitirirlər.  

XX  əsrin ilk illərində Rusiyada, eləcə  də Bakıda baş verən 

ictimai-siyasi hadisələr, inqilablar, milli ruhlu ziyalıların, yeni 



92 

görüşlü sənətkarların yetişməsi, milli mətbuatın həyata daha açıq 

nüfuz etməsi satirik nəsrin inkişafı qarşısında da yeni perspektivlər 

açdı. “Molla Nəsrəddin” jurnalı yeni realist satirik ədəbiyyatın 

vüsətlənməsini təmin etdi. C.Məmmədquluzadə M.Ə.Sabirlə birlik-

də realist ədəbi cərəyanın satira məktəbinin başında durdu. 

Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi,  Ə.Qəmküsar kimi yeni 

ruhlu, yeni üslublu əsərlər yazan müəllifləri öz ətrafında birləşdirdi. 

A.Şaiq, Y.Vəzir və başqa maarifçi gənc qələm sahibləri də ona 

rəğbət göstərirdi.  Əslində “Molla Nəsrəddin”in ideya-bədii 

konsepsiyası XIX əsrin maarifçi ideyalarından qaynaqlanırdı. XX 

əsrin  əvvəllərində o yeni ideya, mövzu və janr baxımından 

zənginləşirdi. Realizm və satiriklikliyi ilə gücləndi, yeni bir inkişaf 

yoluna düşdü. Ancaq yenilik, əsasən, mövzularda, dil, üslubda və 

mübarizliklə satiranın bütün komponentlərindən yerində  məharətlə 

istifadə  də idi. Bunlar C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, 

Y.Vəzir, A.Şaiq yaradıcılığında müxtəlif  şəkildə özünü biruzə 

verirdi.  

“Molla Nəsrəddin”in realist satira məktəbi, C.Məmməd-

quluzadə,  Ə.Haqverdiyev, Y.Vəzir Çəmənzəminli satirik-yumo-

ristik hekayələri əbəbi mühitin inkişafına da istiqamət verirdi. Bu da 

satirik nəsrin yeni mərhələsini  şərtləndirən amillərdən idi. A.Şaiq, 

S.Hüseyn, Tağı  Şahbazi (Simurğ), B.Talıblı, S.S.Axundov kimi 

yazıçılar yeri gəldikcə satirik ruhlu, yumorlu, gülüş doğuran kiçik 

hekayələr yazırdılar.  

Y.Vəzir Çəmənzəminlinin hekayələrində, lap elə iri həcmli 

əsərlərində  də adlar və  sərlövhələr xüsusi əhəmiyyət kəsb edir. 

Ədibin  əsərlərində simvol, əşya, təfərrüat məqamında işlənir. Hər 

biri ayrı-ayrılıqda obrazların hərəkəti, münasibəti, normalarından 

tutmuş danışığına qədər konkretliliyində  əhəmiyyətli rol oynayır. 

Əsərin sərlövhəsi ilə əsl qəhrəmanın adı arasında olan oxşarlıq üst-

üstə düşür, bir-birini tamamlayırsa, bədii keyfiyyəti artırır, 

hadisələrin açılışı və həllinə zəmin yaradır. Bunlar “Cənnətin qəbzi” 

hekayəsində daha qabarıq nəzərə çarpır. Hadisələr qəbzin çərçi-

vəsində  cərəyan edir, məkan da Veylabad şəhəridir. Adın doğul-

duğu mənanın yozumuna ehtiyacı yoxdur. Çünki veyl sözündən 

yaranmış Veylabad adı sakinlərinin kimlər olduğundan xəbər verir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə