Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə38/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   34   35   36   37   38   39   40   41   ...   89

114 

Ancaq Gülxanımın  

qaragöz kiçik qızı... 

Beşcə qulac bez aldılar bazardan . 

Quyruğunu qoyub belinə 

qaçır, tullanır 

Sarı dana indi,  

Ancaq, soruşan yoxdur,  

yaşıl otlar içindəki  

o balaca qəbir kimindir! 

 

Fikir  şairi, ideologiyalar üsyanıyla Sovet demokratiyasının iç 

üzünü göstərməklə isbat edirdi ki, sosializmdə demokratiya ancaq 

sözlərdir. Bu şerində  şair vətəndaşlarını ürəkdən sevdiyini daha 

yüksək sənətkarlıqla, həm də cəsarətlə ifadə etməyə nail olmuşdur. 

Rəsul Rzanın istər bu, istərsə  də digər süjetli poeziya 

nümunələri V.Mayakovskinin, N.Hikmətin epik-lirik əsərlərini 

xatırladır. Belə poetik parçalarla yığcam süjet xətti ilə yanaşı böyük 

şairin hiss və həyəcanını bildirən misralar da çoxdur. Rəsul Rzanın 

şeirləri məzmunca daha dolğun, həm də yuxarıdakı parçadan 

göründüyü kimi mübariz ruhludur. 

O,  ədəbi fəaliyyətinin bütün dövrlərində  çətinliklər üzərində 

qələbənin ağır, məşəqqətli, qurbanlar hesabına başa gələcəyini yaxşı 

bilirdi. Fəqət təzyiqlərə, hədə-qorxulara, yasaqlara baxmayaraq 

yüksək sənət  əsərlərinə xas olan bir sənətkarlıq həvəsi, ehtirası ilə 

bir-birinin ardınca gözəl bədii nümunələr yaradırdı. O, döyüşkən 

ruhlu, nikbin bir şair idi. Ən çətin məqamlarda, əzab-əziyyət çəkdiyi 

vaxtlarda bədbinləşməmişdi. Poeziya axtarışlarındakı bu kimi 

spesifik xüsusiyyətlər apardığı inadlı, haqlı mübarizənin tezliklə 

qələbə çalacağına yüksək inam bəsləməsi kimi başa düşülməlidir. 

Rəsul Rza heca vəznində də şeir yazırdı. Əgər lirikanın mövzu 

dairəsini genişləndirmək, ictimai silqətini, müasirlik duyğusunu 

gücləndirmək, sərbəst vəzndə yazdığı  şeirlərini inkişaf etdirmək 

“Çinar” (1938) kitabındakı poeziya nümunələrinin  səciyyəvi 

əlamətlərindən idisə, heca vəznində yazılmış “Bakı” şeirində rəvan, 

dinamik, sədəf kimi düzülmüş, axıcı, xalq şeirinin,  əlbəttə epik 

qüvvətini görmək olar. Xalq yazıçısı, mütəfəkkir  şair oğlu Anar 



115 

Rəsul Rzanın seçilmiş əsərlərinin (beş cilldə) I cildinə “Çinar ömrü”  

sərlövhəli ön sözdə yazır: “Rəsul Rza adı gələndə ilk öncə sərbəst 

vəzn anlayışı yada düşür. Şair özü də xatırlayıdı ki, gənclik illərində 

cavan  şair  və yazıçılarımız bir-birinə müxtəlif ayamalar verəndə, 

onun özünün ayaması “Sərbəst” imiş. Bununla belə Rəsul Rza irsinə 

nəzər salanda aydın olur ki, onun hecayla yazdığı  şeirlər təqribən 

elə sərbəst vəznlə yazdıqları qədərdir.” 

1933-1934-cü illərdə kimlər üçünsə dünyanın  əmin-əmanlıq 

dövrü idi. Məhz həmin illərin epik şeiri üçün səciyyəvi cəhətin bədii 

inikasını Rəsul Rzanın “Almaniya” (1933-1934) poemasında görü-

rük. Doğrudur, bu poemadan əvvəl  şair “Çapey” (1932) , “Cəl-

ladları durdur” (1932) poemalarını yazmışdır. Sərhədlərdə kənarda 

baş verənlərə Rəsul Rza kimi gənc bir istedad biganə qala bilməzdi. 

Onun öz dünyası  və dünyaya yalnız məxsusi Rəsul Rza baxışı 

vardır. Tərəfini saxladığı, döyüşkən poeziyası ilə müdafiə etdiyi 

bəşəri prinsipləri həyata keçirmək, haqq səsi ilə dünyaya car etmək 

üçün poetik imkanları birləşdirir, içində olduğu hadisələri ciddi 

izləyir, sərf-nəzər edib öyrənir, sonda qələmə alaraq poetik-

ləşdirirdi. 

1930-cu illərin axırlarında beynəlxalq mövzuda yazdığı şeirlər 

sənətkarlıq baxımından yüksələn xətt ilə  əvvəlki illərdəki 

yaradıcılığında özünəməxsusluqları ilə  fərqliydi. Yəni sosializm 

ideologiyasını “təsdiq edən bu lirika yalnız  şairin özü haqqında 

təhkiyəsi ilə kifayətlənə bilməzdi, o həm də zaman haqqında, 

şəxsiyyətin təşəkkülünü  şərtləndirən mühit və tarix haqqında 

təhkiyə olmalı idi ”. Çağırış ruhlu, həyəcanla yazılmış bu əsərlər 

“Həbəşistan” (1936), “Qüvvət nəğməsi” (1937), “Madrid” (1937), 

“İnqalesyo” (1938) şairin siyasi lirikasında qırmızı bir xətt kimi 

keçir. Akademik Məmməd Cəfər sözü gedən şeirlər haqqında doğru 

qənaətdə idi ki, “Bunlar (“Həbəşistan”, “Madrid” və  “İnqalesyo”) 

süjetli sərbəst şeirlərdir. Bundan artıq şair natiqlik etmiş, təsvir edir, 

söhbət edir, müəyyən təsirli bir hadisəni həyəcanla nəql edir. Başqa 

sözlərlə bunlarda şairanə emosionallıq, hiss, həyəcan, nifrət və 

qəzəb hücümçu sözlərlə, münaqişə  və mübahisələrlə deyil, təsvir, 

hekayə yolu ilə ifadə edilirdi”. Rəsul Rza zəhmətkeş və məhsuldar 

bir yaradıcı bir şəxsiyyət olmuşdur. Onun poeziyası üçün məkan, 



116 

zaman məfhumu yox idi. Azərbaycanın beynəlxalq səviyyədə ədəbi 

əlaqələrinin genişlənməsində  də  səy göstərmişdir. Sabirdən də 

yazıb, Lenindən də. “Xalq şairi” adlı kiçik poemasında (M.Ə.Sabirə 

ithaf edilib) “gərgin dramatik səhnələri, dərin psixoloji sarsıntıların 

təsviri vasitəsilə fikirlərini oxuyucuya inamla çatdıra bilmişdir.” 

“Almaniya” poemasında isə poeziyamızda faşizmin qeyri-

əxlaqı, humanizm çərçivəsinə  sığmayan mahiyyətini qəzəblə, 

sərbəst şeirin sərt bir dili ilə ifadə edirdi. Elə bil şair nəyisə, nəsə bu 

Almaniyadan gözləyirdi. Bu gözləmələr çox çəkmədi. Avropaya od-

alov saçan, az qala dünyanın altı üstünə çevrilən  İkinci Dünya 

müharibəsinin məhz başlanmasına da Almaniya səbəb oldu və bu 

od-alov saçan 1941-1945-ci illərdə mütəfəkkir  şair “Bəxtiyar”, 

“And”, “Dörd yüz on altı”, “Pilot qardaş”, “İntiqam”, “Şam”, 

“Krım” və başqa qiymətli poeziya incilərini yaratdı. Bu şeirlərdə və 

sonrakı illər yazacağı poetik nümunələrdən klassik və xalq şeiri 

şəkillərində  qələmə aldığı mözularda onun ənənəvi poeziya şəkil-

lərindən məxsusi yaradıcılıqla istifadə etdiyini “Bəxtiyar” (1942) 

şeirində duymaq çətin deyil: 

 

Külək qarı səpələr, Bəxtiyar  

Ağ geyinmiş təpələr, Bəxtiyar. 

Gecə qara, yol uzaq, qardaşım 

Göylər bulud, çöl, düz ağ, qardaşım! 

Kaman çalan kimidi o, Bəxtiyar? 

Küləkdi, ya simdir o, Bəxtiyar? 

Sən qorudun Vətəni, Bəxtiyar. 

Vətən unutmaz səni, Bəxtiyar, 

Bundan sonra fəxr ilə analar, 

Körpələrə ad qoyar: Bəxtiyar! 

 

Bu parçada Rəsul Rzanın “Klassik və xalq şeiri” şəkillərindən 

istifadəsi və ya müəyyən dərəcədə ona təsiri duyulur. Fikir 

bitginliyi, axıcılıq, hadisənin sanki ssenari əsasında düzülüşü, 

sözlərin çeşidi və çaları, ahəng qanununun gözlənilməsi mətnin 

məzmununa bir gözəllik, oxunaqlıq gətirmişdir.  İkinci Dünya mü-

haribəsi illərinin ilk və mübariz şeirini yaradan sənətkarlardan olan 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə