Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə39/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   35   36   37   38   39   40   41   42   ...   89

117 

Rəsul Rza nəinki sərt poeziyası ilə  hətta, özü də qeyrətli bir 

vətəndaş kimi Vətənin ağır günlərində ön cəbhədə olmuş,  əsl 

vətənpərvərlik nümayiş etdirmişdir. “Vəfa” dramında məhəbbət 

xətti aparıcı olsa da müharibə illərində yazılan bu əsər bir çox 

poetik duyum, özünəməxsusluqları ilə seçilir. 1941-1945-ci illərdə 

Rəsul Rza poeziyası mündəricə etibarilə yeni motivlər, təzə-tər 

mövzularla zənginləşdiyi kimi bədii forma, sənətkarlıq cəhətdən də 

xeyli təkmilləşmişdir. Bu illər həyat lövhələrini, mübarizə ruhunu 

və  əzmini lirik, epik və dramatik formalarda əks etdirməyə  uğurla 

nail olmuş, poetik təhkiyəsini mövzunun ruhuna uyğun olaraq 

psixoloji-mənəvi, sosial-fəlsəfi mündəricələrə köklənməyi, həm də 

ideyaya uğurlu istiqamətləndirməyə müvəffəq olmuşdur. Müharibə 

dövründə söz düşmüşkən bir nüansı vurğulamaq yerinə düşərdi ki, 

istedadlı  şair odlu-alovlu illərdən sonra iri həcmli, istedadla 

yazılmış “Lenin” poemasının ədəbi ictimaiyyətə təqdim etdi. Uzun 

illər bu əsərin üzərində işləyən Rəsul Rza o illərin poeziyasında bir 

titrəyiş yaratdı. Çünki məğrur şair “Lenin” poeması ilə sübut etdi ki, 

o sərbəst  şeiri tamamilə  fəth edib, sanki alpinistlər kimi ən uca 

zirvəyə məhz özünün- Rəsul Rzanın şeirinin bayrağını sancdı. Ola 

bilsin ki, Lenin bu gün heç kimdir. Hər nə olur olsun, o dövrün 

sosializm adlanan bir ictimai-siyasi formasiyanın yaradıcısı, banisi 

idi. Təkcə SSRİ-də yox, bütün dünyada ki sosializmi ilk dəfə Lenin 

qurdu, Lenin yaratdı. “Lenin” poeması tarixi bir əsər olmaqla 

Azərbaycan  ədəbiyyatı tarixinin səhifələrindən həmişə yaşaya-

caqdır. Bu poema Rəsul Rzanın epik istedadını üzə  çıxmaqla  şeir 

dilimizin bəzi açılmamış qatlarındakı böyük imkanlardan xəbər 

verdi. Bu xəbər vermədə  şairin yaxın gələcəkdə poeziya axta-

rışlarında yeni tapıntıların olacağı gözlənilirdi. AMEA-nın müxbir 

üzvi Teymur Kərimli yazır: “Rəsul Rza xronoloji baxımdan 

müasirlərimiz olsa da, genəl şəkildə klassikdir, gələcəyin şairidir. O, 

Şərq poeziyasının örnəklərinə söykənməklə, orijinal yolla gedir”. 

(“Ədəbiyyat” qəzeti. 7 may, 2010) 

Hər yüzillik onilliklərdən ibarətdir. Bu onilliklər qırılmaz tellər 

bir-birinə bağlıdır. Bunların birinin həlqəsini zəncirdən qopartsan 

əlaqə  kəsilər, xaos yaranar. Bax, Lenin XX əsrin, onun onil-

liklərinin elə qurucusudur ki, o illəri tarixdən silmək olmaz. 



118 

Yaranan ədəbiyyatlarsa həmin dövrün məhsuludur. Tarix inkişafda 

olub, ədəbiyyatı, incəsənəti, mədəniyyəti də yaradıb. Nəticə olaraq 

“Lenin” poemasına ağız büzməyə lüzum yoxdur. Poema sənət-

karlıqla, istedadla, çox nəhəng erudisiyaya malik, fenomen şair 

tərəfindən ciddi yaradıcılıq axtarışlarından sonra ərsəyə  gəlib. 

“Lenin” poeması gələcək yüzilliklərdə daha qiymətli olacaqdır. Bu 

poemada Rəsul Rzanın məharəti akademik Məhəmməd Cəfər 

demişkən “... sərbəst  şeirin məhz Azərbaycana məxsus milli 

formasını axtarıb tapa bilməsi” olmuşdur.  Şeirdə yeni formalar 

yaradan şair (təkcə “Lenin” poemasında yox-B.B) ümumən, inqilabi 

məzmunlu, siyasi poeziyanın daha ritmik, ahəngdar, bədii formalar 

axtarır və bu yolda müasirlərin hamısından daha çox uğur qazanırdı, 

- desək səhv etmiş olmarıq.  Şeirdə yeni formaları (novatorluq) 

şairin təkcə poetik parçalarının xarici formasından deyil, həm də 

fəsahətin komponentlərindən – təşbeh, təkrir, istiarə, yeni sözlər, 

yeni tərkiblər, orjinal qafiyələr, təzə  təsvir və ifadə vasitələrində 

işlədirdi. Sözlərin çaları, sinonimliyi ilə yanaşı o, arxaizmlərdən də 

bəhrələnirdi. Yəni  əvvələr dilimizdə  işlənən bəzi sözlərin başqa 

formalarını yeni tərzdə işlətməyə müvəffəq olubdu. 

Rəsul Rzanın seçilmiş  əsərlərinin ikinci cildində “Damğa” 

sərlövhəsi altında satirik şeirləri nəşr edilmişdir. “Çeşid-çeşid 

insanlar”  şeiri ilə başlanan satira nümunələri “Doğrunun acısı” ilə 

qutarır. Bu başlıq altında olan poetik nümunələrin hamısına satirik 

ruh hakimdir; yaltaqlıq, şöhrətpərəslik, ikiüzlülük və s. kimi mənfi 

kefiyyətlər tənqid edilir. Nizami dahiyanə müdrikliklə tənqid etdisə, 

qəzəlin peyğənbəri Füzuli eşq atəşində yanan qəlbilə “şikayətləndi”. 

Vaqif gözəllik və  həyat sevgisilə “mən cahan mülkündə mütləq 

doğru halət görmədim” – deyə gileyləndi. Sabir təpədən dırnağa 

qədər sancmalı, təsirli gülüşü ilə Tanrı verəndən nəyi varsa – 

ürəyindən keçənləri deyib millətinin halına için-için ağladı, ürəyi, 

ciyəri yara bağladı. Fəqət bu dahi söz sərkərdələrinin heç birinə 

yaşadıqları dövrdə  əsl bəxtəvərlik nəsib olmamışdır. Görəsən, 

“Doğrunun acısı” deyən Rəsul Rza xoşbəxt oldumu? Bütün həyatı 

təqib-təsirlərlə keçən  şair sosrealizm xidmət etdisə  də gülə-gülə 

yazarkən, qəlbində için-için ağladı. 

Rəsul Rza poeziyasının gücü – yeni fikir, ayıq duyumu, 



119 

düşüncəsi ilə müasirlərini heyrətə  gətirdi. Orijinal şeirlərinin 

parlaqlığı, müdrikliyi, bir də sərtliyi gənclik illərindən şölə saçmağa 

başladı.  İllər bir-birini qova-qova XXI əsrin birinci onilliyinin 

sonuna gəlib çıxıb və Rəsul Rzanın bu gün nə az, nə çox, yüz yaşı 

tamam olur. Amma onun şeirlərinin hərarəti, şöləsi sönmək bilmir, 

əksinə yeni bir qüvvə ilə bərq vurur. Bu da təbii sayılmalıdır. İllər, 

on illiklər keçdikcə baş verən hadisələr uzaqlaşır, yaddaşlar 

korşalaşdıqca xatirələr tədricən, yavaş-yavaş sönür, kimliyindən 

asılı olmayaraq insan tarixi, ədəbi, hətta  şəxsi həyatına aid olan 

faktlardan uzaqlaşır. İstəsə də o illəri yada sala bilmir. Nə yaxşı ki, 

xeyirxaqların səyi və  təşəbbüsü ilə böyük şairin  əsərləri zaman-

zaman toplanıb nəşr olunaraq gələcək nəsillərə ötürülmüşdür. Xalq 

yazıçısı,  ədəbiyyatımızın qeyrət, namus mücəssəməsi sayılan Ana-

rın tərtib etdiyi Rəsul Rzanın seçilmiş əsərlərinin beş cildliyi də bu 

mənada dəyərli bir addım kimi qiymətləndirilməlidir. Yüz yaşlı 

ağsaqqal Rəsul Rzaya bu beşcildliklər böyük ərmağandır. Lakin 

qəribəsi də budur ki, illər ötdükcə biz Rəsul Rzadan ayrılsaq da, ona 

daha da yaxınlaşırıq.  Şairin poetik dünyasının yeni çalarlarını 

zaman bir daha açıb bizə göstərir. Düşünməməyə, təsirlənməməyə 

bilmirsən. Onun şeirlərinin fikir tutumunu yenidən dərk edir

incəliklər ortaya çıxır və bütövlükdə bu yeni çalarla dolu incələ-

mələr, hiss, duyğu, fikirlər bizi ona, onu bizə daha da yaxın-

laşdıraraq doğmalaşdırır. Rəsul Rza XX əsrdə yeni bir ədəbi mək-

təbin bünövrəsini qoydu. Şair Vaqif Bəhmənli “... O, bənzərsiz şairi 

idi. Onun yeni ədəbi məktəbin yarada bilməsinin kökü ürəklə  ağlı 

birləşdirmək gücündən gəlir” - fikrində doğru qənaətdədir. “Nə 

qərinələrin boranlı  və çovğunlu hadisələri, nə  də ki, illərin və 

əsərlərin soyuqluğu bu hərarəti azalda bilmir. İllər bir-birini təqib 

edib keçir, tarix hökmünü, sular yatağını, torpaq simasını dəyişirsə 

də sənətin hökmü gücündə, sözün qərarı qüvvəsində, şeirin mənası 

geridə qalır”. 

Rəsul Rza ən kiçik şeirində də daha böyük, mürəkkəb bir yolla 

gedərək  əsl poeziyaya, özü də düşündürücü, fikir poeziyasına xas 

konkret bir süjet, yaxud bitkin məzmun vasitəsilə poetik parçada 

müraciət etdiyi ideyaya, məsələn, rəngə, istehza daha çox münasib 

olan  əsas məna çalarını  əks etdirir. Ədəbiyyatşünas Vaqif Yusifli 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə