141
Dövrün ən mütaliəli, nəzəri biliklərə dərindən yiyələnmiş,
imzası bütün İttifaqda tanınan Mehdi Hüseyn çoxcəhətli yaradı-
cılığa malik bir sənətkardır. O, ədəbiyyatın başqa sahələri ilə yanaşı,
dramaturgiya ilə də yaxından məşğul olmuş, qələmini bu sahadə
sınayaraq 1938-1944-cü illər arasında “Şöhrət”, “Şamil”, “Nizami”,
“Cavanşir ”, “İntizar” pyeslərini yazmişdır. Bu əsərlərin əsasında
xalq və qəhrəman, xalq və saray, xalq və hökmdar, problemləri
dayanır. Ədibin bu problemlər haqqında maraqlı, orijinal müha-
kimələri, aydın, prinsipial konsepsiyası vardır. O, tarixdə xalq və
qəhrəman probleminə orijinal mövqelərdən yanaşmış, onun öz
dünyagörüşünə, ictimai-bədii məramına uyğun şəkildə həll etməyə
çalışmış və müvəffəq olmuşdur. 1938-ci ilin sonu, 1939-cu ilin
əvvələrində yazılmış “Şöhrət” pyesi “Tərlan”ın davamı idi. 1940-
1941-ci illərdə yazmış “Şamil” dramının mövzusu keçmiş Çar
Rusiyasının işğalçı ordularına qarşı iyirmi beş ilə yaxın mərdliklə
mübarizə aparmış, öz azadlıq və istiqlaliyyətlərini qorumaq üçün
böyük bir imperiyaya mətanətlə müqavimət göstərmiş, Dağıstan
xalqının milli azadlıq hərəkatından alınmışdır. Sovet dövründə Çar
Rusiyasına qarşı mübarizənin qəhrəmanı Şeyx Şamil haqqında pyes
yazmaq da hər yazıçının hünəri deyilidi.
Ədibin müharibənin ilk illərində yazdığı ilk əsərlər arasında
“Moskva” və “Cəbhə xatirələri” xüsusi yer tutur. 1942-ci ilin
əvvələrində Moskvaya – paytaxta səfəri nəticəsində yazmış
“Moskva” oçerkində o, gördüklərinə bitərəf səyyah gözü ilə yox,
həqiqi Sovet sənətkarı kimi baxdığı üçündür ki, təsvir etdiyi ayrı-
ayrı epizodlar bir tam kimi birləşərək, məğlubedilməz mətin
şəhərin, onun qorxmaz müdafiəçilərinin canlı surətini yaradır.
Böyük sənətkarın “Fəryad” povesti nəsrimizdə hadisələrin genişliyi
və dərinliyi ilə mənəvi planda göstərmək cəhdinin başlandığını
göstərən ilk əsərlərdən biri oldu.
Mehdi Hüseyn ikinci tarixi dramı “Nizami”dir . Bu mövzuda
bədii əsər yazmaq hər bir sənətkarda xüsusi istedad, cəsarət, böyük
məsuliyyət hissi tələb edir. Çünki Nizaminin adı, şəxsiyyəti, bədii
və fəlsəfi təfəkkürün təzahürü olan poemaları əsrlərdir ki, mütəfək-
kirlərin, yazıçı və filosofların, pedaqoqların, nəzəriyyəçilərin
diqqətini cəlb etmiş, kamal, idrak sahiblərinin hörmət və rəğbətni
qazanmış, barəsində saysız-hesabsız elmi, bədii əsərlər yazılmış-
142
dır.Mehdi Hüseyn bu məsuliyyəti dərk edərək belə bir məsuliyyətin
öhdəsindən ustalıqla gələ bilmişdir. Akademik M.A.Dadaşzadə
yazırdı: ““Nizami” dramı müdrik-romantik və eyni zamanda qəhrə-
manlıq üslubunda verilmiş tarixi bir əsərdir. Bu əsərdə Nizaminin
sadəcə tərcümeyi-halından çox Azərbaycan xalqının orta əsrlərdəki
ictimai-siyasi vəziyyətini təsvir edən geniş bir səhnə əsəridir”.
1
Xalq
yazıçısı, akademik Mirzə İbrahimov isə “Nizami” haqqında “...
vətənpərvərlik hissi ilk plana çəkilərək qabardılmış, qəhrəmanların
sevgi və məhəbbətləri də bu müqəddəs hissə tabe tutulmuşdur”
2
-
demişdir.
1943-1944-cü illərdə - Böyük vətən müharibəsinin ən ağır,
dəhşətli illərində yazıçı üçüncü tarixi dramı olan “Cavanşir”i
yazdı.1945-ci ildə pyesi tamamlayan müəllif onu “Vətən uğrunda”
jurnalında çap etdirdi. Burada tarixi hadisələrə müasirlik duyğusu
ilə yanaşan Mehdi Hüseyn dövrün ruhuna, ictimai tələblərinə uyğun
olaraq qəhrəmanlıq və vətənpərvərlik motivlərini ön plana çək-
mişdir. Dramın mövzusu Şərqin tanınmış sərkərdələrindən biri, VII
əsr Girdman hökümdarı Cavanşirin həyatından və onunla bağlı
tarixi hadisələrdən alınmışdır. 1941-1945-ci illərdə Mehdi Hüseyn
tarixi dramları ilə yanaşı bir çox hekayə, oçerk və povestlər də
yazmışdır. “Nişan üzüyü ”, “Çiçəklər”, “Dost”, “Cəbhə xatirələri”
başlığı altında çap etdirdiyi “Möcüzə”, “Qanlı sular”, “Satqın” kimi
hekayələri və 1944-cü ildə yazdığı “Fəryad” povesti bu mövzulara
həsr olunmuşdur. Bu illərdə ədib İlyas Əfəndiyevlə birlikdə
“İntizar” pyesini yazdı. 1943-cü ildə isə Ənvər Məmmədxanlı ilə
yazdığı “Fətəli xan” kinodramını çap etdirdi. 1946-cı ildə Mehdi
Hüseyn “İnqilab və mədəniyyət” məcmuəsində “Ürək” povesti çap
etdirdi. Povest Böyük Vətən Müharibəsi dövründə arxa cəbhə
adamlarının fədəkar əməyi, arzu və dolanacaqları haqqında realist
yazıçı qələmindən çıxmış gözəl bir əsərdir.
Uzun illərdən bəri kənd həyatından əsərlər yazan böyük
sənətkar 1947-ci ildə neft sənayesi fəhlələrinin həyatından bəhs
edən “Abşeron” romanını yazdı. Hadisələrin realistcəsinə təsviri və
1
“Kommunist” qəzeti, 19 avqust 1942-ci il
2
“Ədəbiyyat” qəzeti, 15 dekabr 1942-ci il
143
sənətkalıq cəhətdən bu roman nəinki M.Hüseynin yaradıcılığında,
həmçinin bədii nəsrimizdə xüsusi yer tutur. Azərbaycan və rus
ədəbi tənqidi “Abşeron”un meydana çıxmasını ciddi ədəbi hadisə,
ümumsovet ədəbiyyatının yaradıcılıq uğuru kimi qiymətləndirmişdi.
M.Arif, Ə.Sultanlı, C.Cəfərov, L.Klimoviç, N.Çertova, S.Ştut, S.
Babenişeva bu roman haqqında qiymətli bir fikir söyləmiş,
məqalələr yazmışdır. Əsgər SSRİ dövlət mükafatına laiq
görülmüşdür.
Mehdi Hüseynin hər sözü, əsəri dərhal diqqəti cəlb edir,
müzakirə olunur, mübahisə mövzusuna çevrilirdi. “Abşeron”
romanı çıxanda realist nəsrin qələbəsi kimi qiymətləndirildi.
O dövrün tənqidçiləri Mehdi Hüseynin baş qəhrəmanı Tahiri
Balzakın qəhrəmanları ilə müqayisə edirdi.
“Abşeron”u Venesuela yazıçısı Roman Şançesin “Neft”
romanı ilə yanaşı tutulurdu. Təsadüfi deyil ki, bu əsər dünyanın 30-
dan çox dilinə tərcümə olunmuşdu. Səməd Vurğun əsəri oxuyub
yazmışdı: ““Abşeron” romanı öz həyatiliyi , həyatımızı düzgün əks
etdirməsi ilə bizi sevindirir”.
Fransız yazıçısı Lui Araqon deyirdi: “Mehdi Hüseyn bütün
biliyini və yaradıcılığını ədəbiyyatın vəzifələrindən ayırmayan bir
sənətkardır”. Məhz bu cəhətinə görə xalqın sevgisini, etibarını
qazanmışdı. Bu etibarın dayaq nöqtəsi yazıçı saflığı, insan amalı idi.
İsa Muğanna xatırladır ki, Mehdi Hüseyn əsl yazıçı xarakteri
tərbiyələndirmişdi özündə. Əsl insan xarakteri tərbiyələndirmiş bir
insan idi. Çalışırdı ki, yazıçılığı da bu uca məqsədə, insan yetirməyə
tabe etsin.
Ədəbiyyatın Səməndər quşu, fenomen yaradıcılıq qabliyyətinə
malik olan görkəmli ədib Mehdi Hüseyn 1958-ci ildə “Ədəbiyyat və
sənət məsələləri ” adlı kitabı çap etdirir.
“Abşeron” romanından sonra yazıçı tarixi mövzuya yenidən
müraciət edərək “Səhər” romanını yazdı. Romanın əsas bədii konfi-
likti bir-birinə zidd qüvvələrin barışmaz ictimai mübarizəsi üzərində
qurulmuşdur. “Səhər” romanı ilə əlaqədar akademik M.Arif “...
“Səhər” romanı üzərində M.Qorkinin “Ana ” romanının təsiri hiss
Dostları ilə paylaş: |