Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə44/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   40   41   42   43   44   45   46   47   ...   89

132 

məsələsi, ümumən,  ədəbiyyatın inkişafında müstəsna  əhəmiyyət 

kəsb edən məsələlərdəndir.  

Povestdə  gənc bir qızın keşməkeşli həyatından bəhs olunur. 

Çiçəyin atası  Şırağa, anası isə Müslümədir. Ana yazıq, qorxaq, 

hüquqi olmayan, atası isə əzazil, qəddar, kürən bir kişidir. Yazıçının 

kürən ifadəsi Şirağanın naqis, nadan bir insan olacağını xəbər verir. 

Şirağa İsabala adlı birisinin atını oğurlayıb uzaq bir kənddə satmağa 

aparıb, o, hələ qayıtmamış  İsabala onun arvadını – Müsliməni 

qaçırmışdır. Yazıçı atın oğurlanmasını  ən böyük qəbahət, namusa 

sataşmaq kimi bir iş olduğunu göstərir. Azərbaycanlılarda yazıl-

mamış qanunlar var. İstər dağ, istərsə də aran kəndlərdə atın oğur-

lanması, quyruğunun, yalının qırxılması  və yaxud yəhərinin oğur-

lanması çox pis, qana bərabər bir məsələ idi. Belə  oğrunun və ya 

səbəbxarın ailəsinə sataşarlar.  

Povestdə arvadının qaçırıldığını  eşidən  Şirağa bir daha kəndə 

qayıtmır, baş götürüb ölkənin Şimalına gedir. Sonralar kim isə onun 

Uralın ucqar kəndlərində birində gördüyünü xəbər vermişdir. 

Çiçəyin ata-babası Abuzərlə  nənəsi Pərizad fağır, zəhmətkeş 

qocalardır. Ailənin müsibəti qocalara pis təsir edir. Abuzər naxıra 

gedir, ya da arıçılıqla məşğul olması, dağ  ətəyində yerləşən kənd 

evinin təsviri və s. belə məqamlardandır.  

Çiçək bu hadisələr baş verəndə çox kiçik idi. Lakin böyü-

dükdən sonra, yeniyetmə bir qız olduğu vaxtda atası ilə İsabalanın 

hərəkətlərinə qiymət verdi. Nadanlıq, avamlıq, nəfs olmasaydı 

sözügedən hadisə  də baş verməzdi. Povestin maraqlı, həyacanlı 

məqamlarından bir də iki il anasını görməyən Çiçəyin babası  və 

nənəsi ilə üç günlük yol qət etdikdən sonra anasının qaçırıldığı 

kəndə  gəlməsi və “Çiçəyin gözlərinin sol tərəfdəki təzə evin 

astanasına çıxmış boy-buxunlu qadına – anası Müsliməyə sataş-

ması” səhnəsidir. Qan düşmənçili qədər qorxulu olan bu hadisənin 

çözülməsi üçün Abuzər kişi düşmən qarşısında duz-çörək kəsdiyi an 

dediyi ağsaqqal sözləri təsirli və düşündürücüdür. 

Xalası Salatın Çiçəyi  şəhərə  gətirib ona analıq edir. Tənha 

yaşayan, heç vaxt ərə getməyən Salatın qızı özünə isindirmək üçün 

nə lazımdı etdi. Salatın şəhərin böyük kitabxanalarının birində şöbə 

müdiri işləyirdi. Çiçək Tibb İnstitutuna daxil oldu. Salatının 



133 

xəstəlikdən vəfat etməsi qızın taleyinə  qəfil vurulan zərbə oldu. 

Dəfnə nənə ilə baba da gəlmişdi. Bu əsərdə mühakimə deyil, canlı 

həyat lövhələri üstündür, yazıçının diqqət mərkəzində real insanlar, 

onların taleyi durur.  

Çiçək institutu fərqlənmə diplomu ilə qurtardıqdan sonra 

Moskvada qiyabi kursda oxudu. Mənəvi cəhətdən yetkin olan gənc 

mətinlik edərək, hətta pəhriz yeməkxanasında pulsuz işləyir. Po-

vestdə  pəhriz yeməkxanasının müdiri Təvəkkül Talıbov mənfi tip 

kimi verilmişdir.  

Povesti hissiz-həyəcansız oxumaq olmur. Həsən Seyidbəylinin 

qəhrəmanlarında açıq-saçıqlıq yoxdur. Təqdim etdiyi personajların 

xarici görkəmini yazıçı ustalıqla təqdim edir. Detallar obrazın iç 

üzünün açılması üçün əhəmiyyətli  ədəbi üsuldur. Nazirliyin şöbə 

müdiri Suğra xanımın ilk görünüşdə  təqdimi,  İsabalanın və 

Təvəkkülün xarici görkəmlərinin açılmasına, gələcək fəaliyyətlərinə 

zəmin yaradan ustalıqla verilmiş ədib priyomlardır.  

Povestdə  təmizlərlə rüşvətxorlar üz-üzə dayanır. Antipodların 

böhtan dolu məktubları Çiçəyi sarsıtsa da ətrafında olan vicdanlı 

insanlar onu kimsəsiz qoymur, o, tənha qalmır. Vicdanlı adamlar, 

nəzarət işçiləri birlikdə nazirliyə  məktub yazıb Çiçəyi qoruyur, 

müdafiə edirlər. Həsən Seyidbəylinin Çiçəyi də, Xalidi də çox abırlı 

və  həyalı  gənclərdir. Xalid Çiçəyə sevirəm sözünü sanki etinasız 

deyil. Bu sevgililər arasında alışıb-yanma, dli-divanəlilik yoxdur. 

Çiçəyin Xalidin elçilərini  uzaq dağ rayonuna, Laçına, ansı Müsli-

mənin yanına xeyir-dua almağa göndərməsi qızın halal süd əm-

diyindən, məfkurə  zənginliyindən,  milli adət-ənənələrimizə  əməl 

etməsindən xəbər verir. Bu məqamlarda İsabalanın peşmançılığı da 

qəbul edilmir. 

Xalidin Zeynəbin sevgisinə qarşı laqeydliyi qəbulediləndir. 

Çünki Zeynəb uşaq idi. Yazıçı Xalidi ilk vaxtlardan elə təqdim etdi 

ki, sonra bu macəraları ondan gözləmək olmazdı. Çiçək yetim-

çiliklə, kimsəsiz böyüsə  də, yazıçı obrazı elə  məharətlə  işləyib ki, 

əsl azərbaycanlı  qızlara məxsus keyfiyyətlər qəhrəmanda cəmlən-

mişdir. Çiçək bərkiyib, çox ciddi sınaqlardan çıxıb. Oxucu onu belə 

saf, sevgidə səmimi və sərt bir ali təhsilli qız kimi görür, uğurlarına 

sevinir, hətta anası Müslimənin toy ərəfəsi iki oğlu ilə  qəfildən 



134 

qızının evinin gəlməsi və qarşılaşma səhnəsi də Çiçəyi kövrəldə 

bilmir. Bütün məqamlarda o hisslərini cilovlaya bilir.  

Çiçək nəsrimizdə yadda qalan kaloritli, ümumiləşdirilmiş 

azərbaycanlı  qızı surəti kimi sevilir və  həmişə  qəlbləri oxşa-

yacaqdır. Çiçəyin xarakterindəki dönməzlik, ciddilik, uşaqlıqdan 

başına gələn müsibətlər onun dağlar qoynunda keçən və dağlar 

qədər sərt olan uşaqlıq illərinin yadigarı kimi başa düşülür. Tale ona 

qəribə ömür payı  bəxş etmişdir. Atası sağ ola-ola atasız, anası da 

ölməmişdən – anasız qalmışdır. Çiçəklə oxucunun ilk tanışlığı 

pəhriz yeməkxanasından başlayır. Az sonra keçdiyi əzablı günləri 

eşitdikdə bu məsum, kimsəsiz, çox da gözəl olmayan, uşaqlıqdan 

ona “yadigar” qalan çilləri ilə  həmişə insanlardan bir az utanıb-

çəkinən, sıxılan gəncə  rəhmdillik yaranır. Akademiyanın müxbir 

üzvi Kamal Abdulla yazır ki: “...Çiçəkdə, bu zərif və üzü çilli qızda, 

qəribə kişilik var. Yeməkxananın müstəriləri arasında nə zamansa 

uzaq keçmişində onun üçün dəhşətli bir “yox”a çevrilmiş məxluqa 

rast gəlir. Anasını ondan ayıran, indi isə atalıq borcundan danışan  

İsabalaya. Çiçək rədd edir, qovur və bu hərəkəti adi qisas təsiri 

bağışlamır”. 

Yuxarıda qeyd etdiyimiz kimi davranış-hərəkətində olan cid-

dilik, kişi qeyrəti ona doğma torpağından, qayaların sərt üzündən 

sızıb gəlmədisə, daha bir təsiri isə keçirdiyi acınacaqlı yetimliklə, 

boz, sərt üzlərlə rastlaşması  səbəb olub. Çiçək savadlıdır, 

bacarıqlıdır, vicdanlıdır. Kimsəsiz, maddi imkanı olmayan bir qızın 

pulsuz - əmək haqqı almadan işləməsi onun oxucunun gözləri 

önündə daha da ideallaşdırır. Biz bu zəif, amma sərt, inadkar qızı 

pəhrizxanada döyüşən görürük. Və bu döyüşdə  qələbə onunladır. 

Çiçək etdiyi hərəkətləri ilə öz huququna, bir də ona arxa olacaq 

təmiz, namuslu insanlara güvənir (İstər  İsabalaya qarşı olan 

hərəkətlərdə, istərsə  də  pəhriz yeməkxanasını restorana çevirmək 

istəyənlərə). Həsən Seyidbəyli bu zərif surətlə heç də mübariz bir 

obraz yaratmaq istəyində olmayıb. Sadəcə, Çiçək bəzi məqamlarda 

əliəyri, əyyaş, rüşvətxorlarla rastlaşanda mübarizəyə girişməli olub. 

İsabalaya qarşı olan mübarizə yeməkxana müdirinə olan 

mübarizədən fərqlidir. Biri mənəviyyat, digəri isə madiyyat məsə-

ləsidir. Çiçək həmişə bağışlamağa qadir deyil: “Mən sizi ömrü boyu 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə