Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə45/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   41   42   43   44   45   46   47   48   ...   89

135 

bağışlamayacağam. Siz insan deyilsiniz... siz eybəcər, heybətli 

vəhşisiniz. Bir də buralara ayaq basmayın, siz adam oğrususunuz. 

Ananı baladan, balanı anadan ayıran qəddar canısiniz. Qoy hamı 

xəcalət çəksin ki, utansın ki, sizin kimilərin kökünü hələ  kəsə 

bilməyiblər”.  

Bu monoloq bütün namussuz və vicdansızlara qarşı çevrilmiş 

ittihamdır. Bütün çətin situasiyalarda Çiçəyin köməyinə  gələnlər 

namuslu və mərd insanlar olur. Bütün zamanlarda həyatın qara üzü 

olub və bundan sonra min illər keçsə yenə də olacaqdır. Yazıçı bu 

qara, sərt üzləri bizə  cəsarətlə, azaltmadan reallığı ilə göstərirsə, o 

biri tərəfini – ağ üzünü də eyni dərəcədə qələmə almışdır. Çiçəyin 

sevgisi də özünəməxsusdur.  

Keçirdiyi məşəqqətli günləri onun  sevgisini də sətləşdirmişdir

həm də insanlara olan inam-ümid hisslərini, duyğularını  dəyiş-

dirmişdir. Xalidə bütün qarşıdurma səhnələrində Çiçəyi məğrur, 

dözümlü, lazım gələrsə ölümün də üzünə dik baxa bilən cəsur qız 

kimi görürük.  Bütün məqamlarda o öz hisslərini saxlaya bilir. Həs-

sas və ehtiyatlı  hərəkət edir. əsərin sonunda həyat yoldaşını  tək 

qoyub (Zeynəbə tapşıraraq), uzaq bir yerə - sanatoriyaya işə getməsi 

üçün onun sevgisinə, Xalidə inamından xəbər verir. Cavab olaraq 

bəzi məqamlarda Xalid - Zeynəb münasibətlərinin alovlanması baş 

versə  də  nəticədə hadisələr Xalidin Çiçəyin məhəbbətində 

sadiqliyini və ona layiqli yar olması ilə sonunculanır. Hisslərə 

qapılmayan Xalid də, Çiçək də  səadətlərini itirmirlər. çiçəyin 

xasiyyətində  qızlarımıza məxsus  əsl təmkin, ləyaqət onun qələ-

bəsinə  zəmin yaradır və müsbət obraz kimi oxucunun gözlərində 

ucaldır, sevimli, yadda qalan edir.  

Həsən Seyidbəylinin yaradıcılığı müasirlik hissinin qabaqrıqlığı 

və ideya – mündəricəsinin  əhatəliliyi ilə diqqəti cəlb edir. Yazıçı 

yaradıcılığına müasirlik kimi yüksək estetik prinsiplər baxımından 

yanaşdığı üçün oxucusunu yormur. Yaratdığı obrazların daxili 

aləminə nüfuz etməsi  əsərlərinin ideya – sənətkarlıq xüsusiy-

yətlərini və  həll etmək istədiyi problem dairəsini düzgün müəy-

yənləşdirir.  Ədəbi fəaliyyəti zamanı  Həsən Seyidbəylini müşahidə 

etdiyi insanların,  əsasən, gənclərin mənəvi zənginliyi, ideya 

mətinliyi, yüksək  əxlaqi keyfiyyətləri cəlb etmişdir, yəni insan 



136 

xarakterlərinin vüsətli, cazibədar bədii təcəssümü üçün o, 

istedadının bütün imkanlarından detalına – kiçik məqamlarına qədər 

istifadə etməyə müvəffəq olmuşdur.  



 

Yoxluğun ağır imiş 

 

Deyəsən vaxt-zaman bizə  əməlli başlıca qənim kəsilib. 

Gözümüzü açıb-yummamış Allah tərəfindən verilmiş ömür payını 

alır əlimizdən. Əslinə baxsan bu da Allah işidir. Sadəcə, acığımızı 

tökmək, yoxsa istinadgah nöqtəsi tapmaq üçün deyirik bu sözləri. 

Onda vaxtın  əzazilliyindən də gileylənməyə, umub-küsməyə 

dəyər.... 

Beş il nə tez gəlib keçdi... Nurlu siması gözümüzün önündən, 

şirin, ağıllı, müdrik sözləri qulaqlarımızdan getmir İlyas müəllimin. 

Elə bil ədəbiyyatın ağırlığı onun boynuna-buxununa biçilmişdir. 

Minlərin-milyonların həsəd apardığı işıqlı sima beş il öncə 1996-cı 

ilin oktyabrında həyata vida deyib torpağa tapşırılanda astaca 

pıçıldadım ki, ədəbiyyatımız yetim qaldı. Milli Dram Teatrımızın 

səhnəsi boş. Şükürlər olsun ki, oddan kül törəyər, - deyiblər. Oğlu 

Elçin Əfəndiyev atasının ruhunu nigaran qoymadı. Çiyinlərini irəli 

verib varis kimi, oğul kimi, ən nəhayəti məlum trilogiyası – “Ah, 

Paris, Paris!”, “Dəlixanadan dəli qaçıb” və “Mənim  ərim dəlidir” 

pyeslərini yazıb tamaşaçılara  ərmağan etdi ki, atasının ruhu Dram 

teatr sarıdan nigaran qalmasın. Bununla da teatrda deyəsən  İlyas 

Əfəndiyev yoxluğu hiss olunmur. 30 ildən çox bu məbədə Krallıq 

etmiş  İlyas  Əfəndiyev estafeti uğurla oğlu tərəfindən davam 

etdirildi. Amma qəzet-jurnallara, efirə baxanda da, teatra gedəndə 

də elə bil gözlərim kimisə axtarır.  İlyas müəllimin  ədəbi yoxluğu 

yandırır bizi. Varidatını qoyub getsə  də  ədəbiyyatımıza, 

incəsənətimizə bu yoxluq baha başa gəldi. Ötən əsrin 30-cü illərinin 

sonlarında  ədəbiyyata gələn, biri-birindən məzmunlu hekayələr, 

povest-romanlar, dramlar, oçerklər, publisist çıxış  və  ədəbi-tənqidi 

məqalələr yazan xalq yazıçı  İlyas  Əfəndiyev Azərbaycan  ədəbiy-

yatının nəhəng simalarından idi. Yetim qaldı ədəbiyyatımız.  

Ünlü sənətkarlarımız Mirzə  İbrahimovdan,  İsmayıl  Şıxlıdan 




137 

sonra fikirləşirdik ki, ədəbiyyatımızın təəssübünü çəkən ağsaq-

qallarımızın ümidindəyik. Tale onu da çox gördü bizlərə. Nələr 

görmədik bu böyük insanın bütöv olan, bir olan Ömür payında. 20-

ci  əsrin son – oktyabr ayı yaddaşlarda  ədəbi qalacaq. İlyas  Əfən-

diyevin haqq dünyasına qovuşduğu ay kimi. Mərhum yazıçımız 

Yusif Səmədoğlunun dəfn günü Elçin müəllimin izdihamdan 

yavaşca uzaqlaşıb atasının qəbri yanında dayandığı an keçirdiyi 

hissləri heç vaxt xatirimdən çıxara bilməyəcəyəm. 

 İlyas Əfəndiyev yoxluğu övladlarını, əzizlərini neçə yandırırsa, 

ədəbiyyatı sevərləri də bax beləcə yandırıb yaxır. Beş ilin haqqa 

tapılan günün mübarək, İlyas müəllim, ruhun şad olsun. Yoxluğun 

çox ağır imiş. Yerin yaman görünür.  

 

Mehdi Hüseyn böyüklüyü 

 

1965-ci ilin 10 martında növbətçi müəllim bütün sinif 

şagirdlərini həyətə-seyvanı yerdən az yuxarı olan səkkizlik köhnə 

kolxoz idarəsinin binası olan məktəbimizin qarşısında topladı. 

Bahar gəlməsə də aran yeri olduğundan ağaclar tez tumurcuqlamış, 

şaftalı,  ərik, gilas, ağacları  ağ-çəhrayı çiçəklərə bürünmüş, 

söyüdlərin saçaq-saçaq salxımları başını aşağı salsa da göyərmişdi. 

Böyük tənəffüsdü. Bütün məlumat xarakterli tədbirlər, (əgər 

bunlara tədbir demək mümkünsə) bu vaxtalar keçirilərdi. Balaca 

toplantını məktəbin direktoru açdı və sözü sevimli, gənc ədəbiyyat 

müəllimimiz, sonralar respublikanın  əməkdar müəllimi olan 

Qəzənfər Abdullayevə verdi. Heç iki-üç dəqiqə keçməmiş  məlum 

oldu ki, görkəmli Azərbaycan nasiri, dramaturq, tənqidçi və 

publisisti, ictimai-siyasi xadimi, SSRİ Yazıçılar  İttifaqı    İdarə 

Heyətinin birinci katibi, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan 

KP MK-nın üzvü, Azərbaycan yazıçılar  İttifaqının sədri Mehdi 

Hüseynin ürəyi dayanıb. Bu xəbəri müəllimlər otağında radiodan 

eşidiblər.  Ədəbiyyat müəllimimiz Mehdi Hüseynin yaradıcılığı 

haqqında danışıb qutaranda göz yaşlarını gizlədə bilmədi. 

O gündən uşaq qəlbimdə Mehdi Hüseynə yazığım gəldi. Özüm 

də bilmədən bu imzaya - əsərlərini oxumadan, bilmədən vuruldum. 

Elə bilirdim o, yaxın, istəkli bir əzizimdir. 1968-1969-cu illərdə 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə