Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə53/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   49   50   51   52   53   54   55   56   ...   89

160 

böyük mütəffəkir, filosof, dramaturq Mirzə  Fətəli Axundovun 

yaradıcılığında özünü təsdiq etmişdir. Axundovun ayağı, necə 

deyərlər sayalı olmuş, hətta onilliklərdə özünü göstərən yeni-yeni 

istedadlı  nəsillər yetişmişdi, üçüncü şərt isə  Bəkir müəllimin 

özünün fitri istedadı,  əzmkarlığı idi. Gənc tənqidçi  Əhmədbəy 

Ağaoğlunu,  Əlibəy Hüseynzadəni, Firudin bəy Köçərlini, Abdulla 

Suru yaxşı oxumuşdur ki, “Firudin bəy Köçərli” monoqrafiyasını 

1963-cü ildə yazıb  ədəbi ictimaiyyətin müzakirəsinə  təqdim etdi. 

“Firudin bəy Köçərlinin yaradıcılıq yolu” namizədlik işinə rəhbərlik 

edən professor  C.Xəndan yazır: “... Mənim rəhbərliyim altında 

hazırlanmış iyirmiyədək aspirant arasında Bəkir Nəbiyev  ən 

istedadlılarından sayıla bilər”. Bəkir Nəbiyev ilk tənqidi məqaləni 

yazanda H.Araslının, C.Xəndanın, M.Hüseynin, M.İbrahimovun, 

M.Arifin, F.Qasımzadənin, M.C.Cəfərovun, K.Talıbzadənin, 

A.Zamanovun və başqalarının əhatəsində idi. Bəlkə də bu ab-hava 

vadar edirdi ki, daha çox oxumalı, öyrənməlisən ki, dəstədən geri 

qalmayasan, həm də qınax yeri olmayasan. Alim klassik və müasir 

ədəbi prosesə  aid məqalələrlə yanaşı, 1996-cı ildə “Müasirlik və 

sənətkarlıq uğrunda”, 1970-ci ildə “Süngiyə çevrilmiş  qələm”, 

1971-ci ildə  “Ədəbi düşüncələr”, 1976-cı ildə “Tənqid və  ədəbi 

proses” adlı  əsərləri ilə  ədəbi ictimaiyyət arasında ciddi, həm də 

istedadlı  tənqidçi kimi tanındı. Professor Şamil Vəliyev yazır: 

“Dünyada olduğu kimi, azərbaycanda da tarixən tənqidi fikir bədii 

şüur qatında yaşayıb,  ədəbi-bədii prosesin bətnində yetişib

ədəbiyyatşunaslıqla vahid müstəvidə  təkmilləşib və  nəzəri-estetik 

qənaətlərdə formalaşıb  ərsəyə yetib, kamilləşib”. Bəkir Nəbiyev 

yaşayıb-yaratdığı ictimai-siyasi və ədəbi mühit bu mənada onu daha 

güclü olmağa sövq edirdi. Yaşadığı  cəmiyyətdə imzasına hörmət 

etməliydi. Başqa cür ola da bilməzdi. Böyüklüyündən kiçikliyindən 

asılı olmayaraq yazılan  əsərlər diqqətlə, dəfələrlə, zərgər dəqiqliyi 

ilə yoxlanılır. Çünki sənin imzanın arxasında böyük şəxsiyyətlər

onların qəhrəmaları, bu qəhrəmanların talelələri, uğurlu düşüncələr, 

işıq saçan xəyallar, həm də iztirablı fikir-mülahizələr və aldanışlar 

dururdu. Tanınmış  ədəbiyyatşunas, professor Mir Cəlal Paşayev 

yazır: “Onun müasir roman və müsbət  qəhrəman, nəsrimizdə 

konfilikt və xarakterin ifadə  tərzi, psixoloji təhlil kimi yaradıcılıq 



161 

problemlərinə dair mülahizələrində yorulmaz bir tədqiqatçının 

əməyilə yanaşı  fəal bir tənqidçinin təfəkkürü də özünü göstərir”. 

Ədəbiyyatşunaslığımızın bilicisi olan Mir Cəlal müəllim bu sözləri 

deyəndə artıq Bəkir Nəbiyev gənc tədqiqatçı kimi “Firudin bəy 

Köçərli”, “Müasirlik və sənətkarlıq uğrunda”, “Ədəbi düşüncələr ” 

və s. əsərlərini nəşr etdirmiş, hətta, akademiyada hazırlanan 2 

cildlik “Azərbaycan sovet ədəbiyyatı” kimi fundamental bir nəşrin 

əsas müəlliflərindən və redaktorlarından biri idi. 

Bəkir Nəbiyev yaradıcılıq yolundan bəhs etmək üçün son illər 

çap olunmuş, seçilmiş əsərlərinin beş cildinə (“Bakı”, “Çinar - Çap” 

2009) diqqət yetirdikdə ötən illərin ağrılı-acılı, bir az da fərəhli 

günləri gözlərimizin önündə canlanır. Tale, bu kişinin üzərinə bütün 

tərəflərdə gülüb, sadəcə bircə  tərəfə baxmayıb. Tanrı onun üzünə 

ona görə gülüb ki, Azərbaycan höküməti, dövləti böyük ədəbiy-

yatşünas kimi bütün yaradıcılığı dövrü onu diqqətdə saxlayıb, nə 

qədər böyük mükafatlar, titullar varsa hamısı ilə onu təltif edib. Tale 

bircə tərəfədə ona baxmayıb, bu da çox sərvət verməməsidir. 

Bəlkə də böyük yaradan düz edib. Var-dövlət versəydi, o elmin 

ən yüksək zirvəsində dayana bilməzdi. Bəlkə, yaxşısı budur. 

Professor Rəhim Əliyevin bir fikri burda yerinə düşür: “Cəmiyyətdə 

sözü və fikrin rütbə  və titulundan aşağı  mərtəbədə qalması uzun 

sürə bilməz. Çünki sağlam maddi sərvətlər də ancaq ağıl və 

müdrikliklə ittifaqda qüvvətli olur”. Bəkir Nəbiyevin imzasına təkcə 

ədəbiyyatşunaslıq elm yox, bütün millətimizin uzun bir zaman eh-

tiyacı olacağı şübhəsizdir. Akademik Bəkir Nəbiyev ömrünün 80-cı 

ilini- müdriklik dövrünü yaşayır. Amma, nəyə desən and içərəm ki, 

ona 60 yaş da verməzsən. Bəkir müəllim bütöv bir nəslin ədəbiyyat 

sahəsində görəcəyi işi, təkcə görüb. İllər ötükcə, nəsillər bir-birini 

əvəz etdikcə  hər  şey köhnələcək, insanlar bir birini əvəz edəcək. 

Təkcə bir şey qalacaq. O da istedadla, həm də halallıqla yazılan 

əsərlərdir. Çəkinmədən deyirəm ki, o, əsərlərin müəllifləri xatırla-

nanda istedadlı  tədqiqatçı, böyük Azərbaycan ziyalısı, qeyrətli 

vətəndaş, kimsəsizlərin dayaq yeri olan bir şəxsin adı hörmətlə, 

ehtiramla yad ediləcək. Bu Bəkir Nəbiyev olacaq. Şeyx Nizami əbəs 

yerə deməmişdi ki,  

Qüvvət elimdədir başqa cür heç kəs 



162 

Heç kəsə üstünlük eyləyə bilməz  

Azərbaycan MEA-nın müxbir üzvü, Nizami Cəfərov “Ustad” 

məqaləsində yazır: “...bu gün Azərbaycanda üç görkəmli ədəbiyyat-

şunas varsa, onlardan biri (bəlkə  də, birincisi) akademik Bəkir 

Nəbiyevdir”. 

Yaşından asılı olmayaraq bütün həyatı boyu onun sözünün  də, 

qələminin də  kəsəri eyni nüfuzda olub. İstər klassik, istərsə  də 

müasir ədəbi axtarışlarında o, daha çox əzab çəkmiş, təqib olunmuş, 

ağır sıxıntılara məruz qalmışları yaddan çıxarmamışdır. Firudin bəy 

Köçərli də, Əhməd Cavad, Almaz İldırım da, Şəhriyar və Xəlil Rza 

Ulutürk də  ədəbiyyat tarixində  məhz belə  qərarlaşdılar. Milli 

müstəqillik yaddaşımızda özünəməxsus yer tutan bu şəxsiyyətlər 

haqqında yazdığı əsərlər bir daha akademikin böyük vətəndaş, milli 

təəssübkeş olduğundan xəbər verir. 

“Təzə izlər sorağında”n (1979) sonra “Kamalın təntənəsi”ni 

(1981) nəşr etdirən alim daha sonra dedi ki, “Söz ürəkdən gələndə” 

(1984), “Roman və müasir qəhrəman”ı (1987) yazmaq olar. “Çətin 

yollar”da (2000) var gəl edən, düşünən  ədəbiyyatşünas olanları 

“Xəzan vurmasın” (2006) deyib, “Hərənin öz yolu var”da (2008) 

qərar tapdı, sanki etdikləri ilə özünü təsdiqlədi. 

Şəxsi kitabxanamda Bəkir müəllimin bütün kitabları saxlanılır. 

Hər birini də yeni çapdan çıxmış kimi almış, diqqətlə oxumuşam. 

Qarşımdakı beş cildliyini vərəqləyəndə sanki bütün Azərbaycan 

ədəbiyyatı Akademik Bəkir Nəbiyev, bütövlükdə, Azərbaycan 

ədəbiyyatıdır - desək səhv etmərik. Nələr yoxdur bu cildlərdə. 

Klassikli, müasirli hamı haqqında bir-birindən gözəl, dəyərli 

monoqrafiyalar, məqalə, resenziyalar sədəf kimi bir sıraya 

düzülüblər. Professor İsrafil  İsrafilov birinci cildə ön sözdə yazır: 

“Birinci cildi vərəqləyirik; burada nələr yoxdur?! “xalq mənəviy-

yatının güzgüsü” (Kitabi Dədə Qorqud)”, “Nizami və  Gəncə”, 

“Möcüzənin bayramı”(Yunus  Əmrə), “Nəsrəddin Tusinin şeir 

dünyası”... Müəllifin (Bəki Nəbiyevin-B.B.) mifoloji mövzuda 

başlayaraq, yazılı  ədəbiyyatımızın, klassik poeziyamızın misilsiz 

nümunələri arasında arxayın əda ilə dolaşır, böyüklüyün qarşısında 

vəcdə gəlir, elmi təbinin hünəri ilə süzülən düşüncələrini vərəqlərdə 

səmimiyyətlə  bəyan edir. Füzuli dühası bu dühanın  şəfəqləri olan 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə