166
aprel 2010). Böyük alim bütün fikir münasibətlərində tövsiyə verir,
nümunəvi yol göstərir. O yolu ki, onun sonunda hər əli qələm tutan
kəs göstərə bilməz. Necə ki, Tofiq müəllim demiş “... doqquz
beyitlik bir qəzəl götürüb, onun bələdçiliyi ilə qədim tarixə malik
olan Azərbaycan şeirinin səkkiz yüz illik dövrünü izləyir. İyirmi iki
səhifəlik məqalədə müəllif bir kitabın sözünü deyib”.
İkinci Dünya müharibəsi (1941-1945) haqqında çoxlu sayda
tədqiqat əsərləri yazılıb. Nədənsə müharibə ilinin ədəbiyyatında söz
düşəndə, bir məqalə yazmalı olanda ilk istinadgah nöqtəsi, ilk
mənbə kimi Bəkir müəllimin “Müharibə və ədəbiyyat” monoq-
rafiyası yada düşür. Çünki bu ədəbi məhsul istedadlı alimin düzgün
elmi əsaslar üzrə ümumiləşdirmələr aparmasından sonra meydana
çıxıb. Akademik Həmid Araslı Bəkir müəllimin yaradıcılığını
səciyyələndirərkən “Firudin bəy Köçərlinin çoxşahəli fəaliyyətinin
elmi əhəmiyyətini açıb göstərən ilk və bu günə qədər yeganə kitabı
Bəkir Nəbiyev yazmışdır. Bəkir Nəbiyevin əsərləri, xüsusən,
“Azərbaycan ədəbiyyatı Böyük Vətən müharibəsi illərində”,
“Süngüyə çevrilən qələm”, “Böyük Vətən müharibəsi və Azərbay-
can ədəbiyyatı” kitabları müharibə dövrünün Azərbaycan ədəbiy-
yatının monumental mənzərəsini yaratdığı, ... yazılmış əsərləri
sistemə salıb istiqamətlərini müəyyən etdiyi üçün həm mütəxəssis-
lərin, həm də geniş oxucu auditoriyasının rəğbətini qazanmışdır-
demişdir ”.
Bu gün 80 yaşının tamam olmasına baxmayaraq, istər dövlət
tədbirlərində, yubiley gecələrində, istərsə də dövri mətbuatda ən çox
çıxış edənlərdən birincisi ədəbiyyatşunas Bəkir Nəbiyevdir. Onun
hər bir çıxışı, yeni bir əsəri filologiya elmimiz üçün, tənqidimiz
üçün yeni töhfə və ərmağandır. Xalq şairi Bəxtiyar Vahabzadə ona
həsr olunmuş “Zirvəyə gedən yol” adlı məqaləsi ilə əlaqədar Bəkir
müəllim özü haqqında yazır: “Bu məqalə yaradıcılığımın müəyyən
dövrünə işıq salıb ondan sonra keçəcəyim yollara yön verdi”.
Azərbaycan ədəbiyyatı tarixinin mükəmməl bilicisinin ayrı-ayrı
əsərləri haqqında yazmaq çətindir. Çünki bunun üçün gərək cild-
cild əsərlər yazasan. Sadəcə, biz neçə illər onunla üzbəüz oturub
(Allah bu xoşbəxtliyi mənə nəsib etdiyi üçün ona şükürlər edirəm)
ünsiyyətdə olduğumuz üçün alimin portret cizgilərindən, xarak-
167
terindən, əsasən də işləmə metodundan az da olsa söhbət açmağı
daha önəmli, özünə mənəvi borc saydıq. Onsuz da Bəkir müəllim
haqqında dostları, müasirləri, tələbə-aspirantları o qədər yazıblar ki,
şişirmə olmasın əsərlərinin yarısı qədərdir. Xalq şairi Fikrət Qoca
poetik dillə böyük alimi, həmyerlisini belə xarakterizə edir:
Alim çoxdur dünyada
Bəkirsə də dürdanədir.
Bəkir çoxdur dünyada
Ağdaşlı – bir danədir.
Deputat tribunası
- Milli Məclisdə təbii ehtiyatlar, energetika və ekoloji məsə-
lələr komissiyasının üzvüsünüz. Fəaliyyət göstərdiyiniz komis-
siyanın qəbul etdiyi qanunların keyfiyyəti sizi qane edirmi?
- Şübhəsiz, çox mühüm qanunlar qəbul etmişik. Asiya xanım
komissiya sədri kimi özü də çox işləyir, bizi də çox işlədir.
Təvazökarlıqdan uzaq olsa da, bəlkə də bizim komissiya qədər
qanun qəbul edən yoxdur. Bu gün cəmiyyətimizdə energetikaya dair
problemlər boldur. Ekologiya da insan amili, yaşayışı, sağlamlığı
üçün vacib və zəruridir. Qəbul olunan qanunlar işləsə xalqın sosial
sahədə vəziyyəti yaxşı olar. Mən qələm sahibiyəm. Mədəniyyət
haqqında qanun qəbul olunurdu. Bildiyimiz kimi o komissiyanın
sədri yazıçı dostum Anardır. Mən orada çıxış etdim, həmin sahədə
olan acınacaqlı vəziyyət barədə fikir və mülahizələrimi söylədim.
Əmək haqlarının aşağı olması, diqqətsizlik və qayğısızlıq mənəvi
dəyərlərimizi itirməklə nəticələnib. Mədəniyyət sahəsi bu gün
maddi köməyə möhtacdır. Hörmətli prezidentimiz son vaxtlar nə
qədər mədəniyyət-incəsənət xadiminə təqaüdlər ayırdı, əmək
haqlarını artırdı, orden-medallarla təltif etdi. Etiraf edirəm ki, heç
bir MDB ölkəsində belə iş yoxdur. “Azərbaycan”, “Ulduz”,
“Literaturnu Azərbaycan” jurnalları və “Ədəbiyyat” qəzeti bağla-
nırdı. 70-80 ildir bunlar nəşr olunur. Ədəbiyyatın təbliğində onların
168
misilsiz xidmətləri olub. Heydər Əliyevin bilavasitə qayğısı ilə
həmin ədəbi orqanlara maddi kömək olundu. Onlar elə bil yenidən
həyata qaytarıldı. Yazıçılar bu jurnallardan həm maddi, həm də
mənəvi yardım alırlar.
- Cabir Novruz həyatını sərt, boz üzünə sinə gərək yaşayıb,
yazıb-yaradıb. Bəs bu gün necə? Axı siz deputatsınız?
- Həyat ümümən sərtdir. Şairlər üçün daha çox ona görə sərtdir
ki, xalqın taleyi ilə yaşayırlar. Çətinlik olanda şair xiffət çəkir, na-
rahat olur. Dağlıq Qarabağ bizi çətin günlərə düçür edib. Bu kon-
flikt sülh yolu ilə həll olunmalıdır. Başqa yol görmürəm. Bütün
bunlar bizim həyatımızı da, günümüzü də sərt edib. 1994-cü il 4
oktyabrda gecə saat 3-də prezident Heydər Əliyevin yanında
“Özünü qoru xalqım” şeirini oxudum. Xalqın belə bir dövründə
sakit, rahat, xoşbəxt ola bilmərik. Istər deputat, istər şair, istərsə də
vətəndaş kimi. Bütün varlığımızla amalımız uğrunda mübarizə
aparmalıyıq.
- Cabir müəllim gec çap olunmursunuz ki?
- 1996-cı ildə “Özünü qoru xalqım”, 1999-cu ildə isə “Yaza
həsrət günlər kimi” şeir kitablarım nəşr olunub. Ötən il
“Azərbaycan” jurnalının 5-ci sayında “İxtiyarım olsaydı” poemam
dərc olundu. Son illərin dərd-sərini orada poetik dillə deməyə
çalışmışam.
- Seçicilərinizin sosial məsələləri ilə maraqlanır və ya
görüşlərinə gedirsinizmi?
- Mütəmadi olaraq Abşeron rayonunda olur, irili-xırdalı bütün
tədbirlərində iştirak edirəm. Problemlərin həlli üçün səy göstərirəm.
Hesab edirəm ki, deputat xalqın içərisində olmalıdır.
- Son vaxtlar musiqiçilər üçün nəğmələr yazırsınız?
- Bəli. Sizinlə söhbətdən əvvəl deputat həmkarım, xalq artisti
Zeynəb Xanlarova ilə söhbət edirdim. Təzə bir İlahi duası kimi “Ya
Rəbb” kantatası hazırlayırıq. Bəstəkarı Tahir Əkbərovdur. Bu
kantata İlahiyə bir yalvarışdır. Dünya narahatdır. O qədər nüvə
silahları yaranıb ki, bəşəriyyəti məhv edə bilər. Bu çağırışla Allahı
köməyə çağırır. Bu ruhda insan və zaman, insan və dünya fonunda
tanrıya minnət edərək bəşəri nakəslərdən xilasa çağırırıq. Bəstəkar
Tahir Əkbərov “Amin”, “Sən elə vaxtda rast gəldin mənə”, “Ağrın
Dostları ilə paylaş: |