Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə57/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   53   54   55   56   57   58   59   60   ...   89

172 

Özünü qoru xalqım 

 

“Bütün  şeir və poemalarım, kitablarım mənə son dərəcə doğ-



madır. Çünki onlar mənim mənəvi balalarımdır. Balanın isə yadı, 

doğması olmaz...”. Bu sətirlər sevimli, həmişəcavan şairimiz, Milli 

Məclisin deputatı Cabir Novruzun bizə şəxsən avtoqrafı ilə təqdim 

etdiyi “Vətən  əbədi qoruqdur” kitabına yazdığı “Yaradana yarat-

dıqları  əzizdir” ön sözdən götürülmüşdür. Kitaba şairin yaradı-

cılığının son illərinin, yəni 1997-ci ilə  qədərki poetik nümünələri 

daxil edilmişdir.    

 Xarakterimdəki oxu üslubu vərdişimi “Vətən əbədi qoruqdur” 

kitabına da tətbiq etdim. Əvvəlcə ön sözlə, sonra da sonda - kitabın 

içindəkilərlə tanış oldum. Sadəcə adətimə xilaf çıxmadım. Maraqlı, 

oxucu diqqətini cəkən bölmələr - “Vətən əbədi qoruqdur”, “Milyon 

il sonra da belə olacaq”, “Məhəbbətdir  bu dünyanın atlası”, 

“Uşaqlar üçün” və “Poemalar” - yüksək vətəndaşlıq yanğısı ilə poe-

tik istedadın vəhdətində bütövləşdirilərək oxucuya təqdimi poe-

ziyamıza yaradıcılığı büllürlaşmış bir şairin  ərmağan etməsindən 

xəbər verir. Biz bu fikrə kitabdakı şeirləri düşünə-düşünə, ölçüsünə-

biçisinə  nəzər sala-sala oxuduqdan sonra gəldik. Səmimi, günü-

müzün  ağrılı –acılı anlarını içində yaşaya - yaşaya “yetişdirən” şair 

əzabsız-əziyyətsiz, ilhamının tapşırığı ilə bu misraları  sətirlərə 

köçürüb. Şair Cabirə gözəgörünməz bir Cabir diqtə edib, o da yazıb, 

özü də elinə, obasına, vətəninə, dost –aşnasına və  ən nəhayət, 

şairliyinə xəyanət etmədən yazıb. Nəyi görüb, necə hiss edib elə də 

qələmə alıb. Ön sözdə  şair yazır; “...Mən özüm də bu əsərləri 

yazanda bütün varlığımla bunu hiss edirdim ki, şeirə könül verdiyim 

otuz-qırx il ərzində bu qədər əli –qolu açıq, ruhən həqiqətə bu qədər 

sadiq olmamışam”. 

Cabir Novruz zamanın sınağından çıxmış  şair kimi hec nədən 

qorxmaqan, çəkinmədən mövcüd eybəcərlikləri Sabirsayağı  tənqid 

atəşinə tutur, var-dövlət hərislərinə acı-acı gülür, dünyanın fani 

olduğunu məsləksizlərə başa salır. 

 

Hər şey alınır, satılır, 



Vicdan alınır, satılır, 


173 

Məslək alınır, satılır... 

Quran alınır, satılır... 

Qəbr baha, dam bahadır, 

Heyvan insandan bahadır... 

 

Kiçik bir qəzet məqaləsində kitabdakı şeir nümünələri haqqında 



bəhs etmək çətindir,  əslinə baxsan bu qənaətdə  də deyilik. 

“Azərbaycan” və “Qəbiristan” poemalarının hər biri haqqında pole-

mika açmağa, xoş sözlər deməyə, iri həcmli məqalələr yazmağa 

ehtiyac var, nəinki  şeirləri ola. Şairin  əvvəlki nəşrlərini də 

oxumuşuq. “Vətən əbədi qoruqdur” əsərində yanğı da çoxdur, sevgi 

də, giley də var, nigarançılıq da. Yaşının müdriklik, yaradıcılığının 

fəlsəfi dövrünü yaşayan şairin təqdim olunan kitabından bir qırmızı 

işıq zolağı keçir. 90-cı illərdən üzü bu yana xalqımızın başına 

gətirilən müsibətlər, “bədbəxt ola-ola səadətdən dəm vurmağımız, 

məhkum ola-ola azadlıqdan dil-dil ötməyimiz qaysaq bağlamış yara 

kimi keçmişin SSRİ-nin dərdi kimi qəlbimizdə qövr edib

gözlərimizin qarşısından qara pərdələr daima bizi dünyanı qara 

rəngdə görməyə vadar edib. Azadlığın dadını isə indi-indi azacıq 

dadmağa başlamışıq. Bütün bunlar poetikləşərək yeni şeirlərin 

yaranmasına səbəb olub. Şair çox ehtiyatlanır, xalqını sağdan, 

soldan qorunmağa çağırır, zəmanənin gərdişinə bel bağlamamağı 

oxucuya məsləhət bilir. Əsasən də kitabdakı iki poemasında 

dünyayla, ölüm-itimlə, vətən dərdi, vətən yanğısı ilə bağlı fikir və 

mülahizələri inandırıcı  və  səmimiyyətlə poetikləşdirib. Kitabdakı 

nəğmələr və uşaqalar üçün yazılımış şeirlər də həvəslə oxunur. Nə 

qədər xaqanların, hakimlərin başına od-alov tökməsinə, min yerdən 

doğrayıb sökməsinə baxmayaraq dünya hələ gozəldir, - deyən  şair 

gələcəyə nikbin baxır, oxucusunu keçmiş  ağrıları unutmağa, yeni 

dünya qurmağa, xariqələr yaratmağa, vətəndaş həmrəyliyinə çağırır. 

“Qəbiristan” poemasını nisgilsiz oxumaq mümkün deyil. Gördük-

lərini, həyati müşahidələrini qələmə aldığından poema bir nəfəsə 

oxunur və sanki Cabir Novruz oxucusunu da dünyanı dərkə çağırır. 

“Mən yola salmıram belə bir ili”...(1988), “Fələk məndən nə 

istəyir?”, “Ölüm palatasında son görüş”, “Həyat dönüb nağıl olur”, 

“Bəs kim məni oxşayacaq öləndə”, “Səndə belə unuduldun”və s 




174 

şeirləri yanğısız, hissə qapılmadan oxumamaq mümkünsüzdür. 

1988-ci ildən narazıdır  şair, mənə  qənim kəsildi,- deyir-  bu il. 

Yetim qaldım, doğma anam öldü, yoldaşım öldü, iki əzizimə birdən 

qıydı bu il, hesaba almıram belə ili; başqa bir şeirindəsə; 

 

Anam getdi, bacım getdi dünyadan,  



Ömür dostum qəfil uçdu əlimdən. 

Bəlkə elə sən deyesən, xudaya, 

Bəs kim məni oxşayacaq öləndə?... 

 

Bir birinin ardınca baş verən ailə faciəsi məhz bu kimi oxucu 

ovqatına məlhəm çəkən  şeirlərin yaranmasına səbəb olur və istər-

istəməz oxucu şairinin bu dərdlərinə  şərik çıxır, onu özününkü-

ləşdirir. Bizcə Cabir müəllimin “Vətən əbədi qoruqdur” əsəri oxu-

cuların stolüstü kitabı olmağa layiqdir. 



 

Həmişəyaşar şairimiz 

 

Cabir Novruz yoxluğunu dilə  gətirmək çox ağırdır. Düşünür-

düm.Yenə bayram axşamlarında onu təbrik edəcək, hal-əhval 

tutacaq, bayramlaşacağam. Ayrı-ayrı  tədbirlərdə görüşüb doyunca 

söhbətləşəcəyəm. Yox deyəsən yanılıram... 2002-ci ilin dekabrın 

31-i axşam telefonla üz-üzə qalmışdım. Tanış nömrələri yığmağa 

əlim gəlmədi. Qələm dostum, şairin oğlu Müşfiqə nə deyəcəydim? 

Yas içindədir. Bütün varlığımla yaradıcılığına,  şəxsiyyətinə, 

mehrinə, mənəvi zənginliyinə, ən ümdəsi, insanlığına vurulduğum, 

səcdə etdiyim istedadlı bir Azərbaycan oğlu, xalq şairi Cabir 

Novruz artıq həyatda yoxdur. Şairlər Tanrı  cəzasını  çəkənlərdi, 

torpağa gömüləndə  də  əbədiyyətə qovuşurlar. Bu dünyada səma-

vilərlə  vəhdətdə olan, onların buyruğu ilə  qələmə sarılıb möcüzə 

yaradanlar. Mütləq o dünyada da behiştdə olurlar. Cabir Novruz 

poeziyasını dərk etmək üçün onun şəxsiyyətinə bələdçilik lazımdır. 

Ünsiyyətdə olub mehri-ülfət yaratdıqdan sonra o böyuk insanın 

mənəvi dünyasına düşərək zənginliyini tez bir məqamda duymaq, 

hiss etmək olardı. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə