175
1997-ci ildə işlədiyim qəzetin redaksiyasına dəvət olunmuşdu.
Əksər müxbirlərin əhatəsində olan millət vəkili, sevimli şairimiz
Cabir Novruz bütün suallara özünəməxsus səbir və təmkinlə cavab
verirdi. Mənim suallarım cəmiyyətdə mövcud olan problem
ədəbiyyat və sənət məsələləri ilə əlaqədar idi. İki-üç sualımdan
sonra şairin bütün diqqəti və nəzərlərinin mənə səmt yönəldiyini
hiss etdim. Sadəcə baxışlarıyla. (Şəxsi tanışlığımız ilk dəfə buradan
başladı). Bir də ki, həmişə cavan, körpə təbəssümlü, nurlu siması
ilə. Xeyli söhbətdən sonra şairi ehtiram və hörmətlə redaksiyanın
maşını ilə yola saldıq. Bir neçə saatdan sonra redaktorumuz məni
yanına çağırıb dedi ki, Cabir müəllim zəng etmişdı, xahış edirdi ki,
müsahibə saxlanılsın, Babanı bizə göndər, istəyirəm müsahibəni o
alsın. Cabir müəllimin evində ilk dəfə olurdum. Çay süfrəsi
arxasında xeyli söhbət etdik. Müşfiq də evdəydi. Deyəsən, ilk
görüşdən, tanışlıqdan Cabir müəllimin qəlbində özümə məhəbbət
qazanmağa nail olmuşdum. Ona vurğunluğum isə 1969-cü ilin
payızında institutun birinci kursunda oxuduğum illərdən başlamışdı.
Yadımdadı, Almaniya səfərinin təəssüratından yaranmış “Qərbi
Berlin” poemasından oxuduğu parçalar bütün zalı titrədir, tələbələri
riqqətə gətirirdi.
İlk yazıdan sonra münasibətlərimiz daha da gücləndi. 65 illiyi
münasibətilə “Həmişə cavan şair” məqaləsini yazdim. “Vətən ədəbi
qoruqdur” kitabının məziyyətləri və poetik gücü ilə əlaqədar
mətbuatda çıxış etdim. (Təəssüf ki, unudulmaz şairimiz barəsində
yazdığım məqalələrdən ikisinin də daxil olduğu “Qalacaqdır
dünyada” kitabımı Cabir müəllimə təqdim edə bilmədim.
Təskinliyim isə nə qədər ağır olsa da bu kitabı onun cümə axşa-
mında, adamlardan xəlvət Müşfiqə verməyim oldu – B.B.)
Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunanda mənə
zəmanəti akademik Kamal Talıbzadə, millət vəkilləri Cabir Novruz
və professor Şamil Qurbanov vermişdir. Sən demə, Cabir müəllim
hər yazara zəmanət verən deyilmiş. Bir dəfə Müşfiq mənə dedi ki,
atam ömrü boyu 9 nəfərə zəmanət verib. Onun da biri sənsən.
Anladım ki, xalq şairi, əməkdar incəsənət xadimi, onlarla lirik
mahnıların müəllifi Cabir Novruz nə qədər xoş sima, ipək xislətli
böyük insan imişsə, bir o qədər də sənətə, ədəbiyyata tələbkar, onun
176
təşəbbüsünü çəkən, keşiyində kişi kimi dayanan ciddi şair, qeyrətli
qələm sahibi imiş. Və Müşfiqin bu 9 nəfər sözü məni daha da
ehtiyatlandırdı. Cabir Novruz poeziyasını kamil bilən, mütəmadi
oxuyan şəxs onun poetik dünyasına düşdükdən sonra çıxmaq belə
istəsə də o gücdə deyil. Şeirlərindəki istiqanlılıq, oynaqlıq, xoş
əhvali-ruhiyyə, nikbinlik oxucunu necə ovsunlayırsa, iç dünyasına
necə sığal çəkirsə, uzun müddət, nə qədər zaman keçsə də onun
təsirindən qurtara bilmirsən. “Vətən əbədi qoruqdur” (Bakı, Yazçı -
1992) kitabındakı, şeirlərindəki xoş əhval-ruhiyyə, gənclik sevgisi,
təravəti ilə “Həyat sən nə qəribəsən” (Azərnəşr, 1971) və ya
“Taleyin tövhələri” (Gənclik, 1972) kitabları arasındakı 20 illik
zaman məsafəsində olan 94 yaşında anasını və erkən (1988) itirdiyi
ömür - gün yoldaşının ayrılığına dözə bilməməsini hüzünlə
xatırlayırdı. Və bu bədbinlik normaları şairin son illər yaradıcı-
lığından kədərli, sızıltılı motivlərlə keçərək lirikasında özünü
büruzə verirdi. “Allahsız yaşamaq çətin.....” şeiri dediklərimizə
nümunədir:
Allahsız yaşamaq zülm,
Mənim Allahlarım getdi.
İkiyə bölündü ömrüm,
Yarım qaldı, yarım getdi...
İki Tanrım birdən köçdü...
Biri mənim anam idi,
Biri mənim sonam idi...
Onlar şair etdi məni
Anam getdi, yarım getdi
Yarım qaldı, yarım getdi.
Belə ağrılarla çox yaşamaq olmazdı. Yarı getmiş şairin qalan
yazısı da – özü də töhmətə dözməyib bir yolluq uzun bir səfərə
getdi...
Cabir Novruz ləyaqətli, namuslu, şərəfli şair ömrü yaşadı. Anar
demişkən “... şair dözümü ilə yaşayır. 65 yaşını üzü ağ, alnıaçıq,
hamının gözünün içinə dik baxa bilərək qarşılayır”.
Əzəli məhəbbətli, ilhamı sönməz, əməlləri, ürəkləri, poeziyaları
177
ilə sağlığında özlərinə heykəl qoyanlardan oldu Cabir Novruz. Düz
40 gün əvvəl hələ qəlbində nə qədər deyilməmiş sözləri, həyata
keçməyən arzuları qalan ünlü bir sənətkarı, xalq şairi Cabir
Novruzu sirli-sehirli dünya ağuşuna aldı. Beləymiş taleyin qədəri.
Gələn bir gün getməlidir. Sən ölməmisən. Tanrı sənə ölməzliyi öz
dəsti-xətti ilə yazıb. Nə qədər həyat var, nə qədər poeziya var, sən
də o qədər olacaq, ədəbiyyat tarixinin səhifələrində o qədər
yaşayacaqsan.
Qəbrin nurla dolsun! Mənim həmişə cavan şairim.
....Mən bu dünyada olmayacağam
Cabir Novruz xalq şairi olmazdan əvvəl xalqın şairi idi.
Azərbaycan adlı bir qədim məmləkətdə elə bir bölgədə, kənd, ev
yox idi ki, onun tanımasın, sevməsin, adı çəkiləndə üzünə təbəssüm
çökməsin... Elə tez ötüb keçdi bu üç il. Yoxluğun ağır imiş...
Yaman göynətdi, yaman kövrəltdi ötən üç il bizi...
Heç yadımdan çıxmaz 1969-cu ilin son ayları idi, birinci kursda
oxuyurduq. Bir qrup şair tələbə gənclərlə görüşmək üşün bizim
instituta gəlmişdi. Cib dəftərimizə köçürüb əzbərlədiyimiz sevgi –
məhəbbət şeirlərinin müəllifi olan istedadlı şairlərimizin bizimlə
görüşə gəldiyini eşidəndə sevincimizin həddi-hüdudu olmadı.
Həmin görüşdə qara köynək geyinmiş, üzügülər, qaynar gözlü,
odlu-alovlu bir cavan şair – Cabir Novruzun əzbərdən dediyi şeirlər
xatirələrə dalanda bu gün də gözümüzün qarşısından getmir. O
poeziya gecəsində Cabir Novruz Qərbi Berlin şəhərinin təəssüratı
ilə yazdığı “Qərbi Berlin” poemasından parçalar söylədi. Və o
məqamlarda aldığımız həzz, gənc şairin nurlu camalı bu gün də
gözlərim önündən getmir. Kimin ağlına gələrdi ki, aradan 28 il
keçəndən sonra həmin tələbələrdən biri – bu sətirlərin müəllifi
məhəbbət və ehtiram bəslədiyi, yaradıcılığını illərlə mütəmadi
izlədiyi, şövqlə şeirlərini oxuduğu sevimli şairimizlə üzbəüz oturub
söhbət edəcək və 28 il əvvəlki görüşü onun yadına salıb sanki körpə
məsum gülüşlü şairə sevinc bəxş edəcək. 1997-ci ildə “İki sahil”
qəzetində işləyərkən onunla tez-tez əbədi məclislərdə, dövlət
Dostları ilə paylaş: |