Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə66/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   62   63   64   65   66   67   68   69   ...   89

199 

Hər misrası bir öpüşdən, - 

Bu alverdən xoşun gəlir? 

 

“Xəbərin varmı?” şeirindəki: 



 

..Dodağında qan izi var

Aşiqini qana suvar... 

 

misraları bizə yeri gəldikcə xalq şeiri formalarında  şeirlər 



yazmış, bir sıra cinaslı bayatılar yaratmış, Azərbaycan poeziyasında 

məktəb yaratmış xalq şairi Rəsul Rzanın : 

 

Dodağımda qan qaldı! 



Öpüşündən qan qaldı. 

Sən nazik dodaqlısan, 

Ya dodağın qanqaldı 

 

Kitabda toplanan poeziya nümunələrinin  sırasında Vətən 



təəssüblü, Qarabağ  həsrəti ilə alışıb yanan kövrək  şair qəlbinin 

sızıltılarına həsr olunmuş  şeirlər də xüsusi yer tutur və ürək ağrısı 

ilə oxunur. “Göstərin” şeirindən oxuyuruq: 

 

Mən Şuşanı görməmişəm, -  



Şuşanı mənə göstərin. 

Dağ başından uçuruma, 

Düşəni mənə göstərin... 

...İlk baharın sazağında , 

Anasının qucağında,  

Xocalının ocağında 

Bişəni mənə göstərin. 

 

Kitabda toplanmış  şeirləri vərəq-vərəq oxuduqca Teymur 



Kərimlinin Azərbaycan poeziyasını incəliklərinə qədər – fərq etməz 

lirik, satirik, yaxud siyasi – bildiyini müşahidə edirik. Elə bil o 

məlum qafiyələr şairi yerindən oynadıb, oxsuduqca özü də ehtiraza 

gəlib ilham pərisini cilovlamaqla aciz qalıb, odlu-həsrətli misralar 




200 

yaranıb. Belə məqamlarda atalar sözü, məsəllər də yazacağı şeirlərə 

stimul verib, istinadgah nöqtəsi olub. Şairin məhəbbət mövzusunda 

yazdığı gözəl nümunələr göstərir ki, aşıq məşuqun yolunda çox 

cövrü-cəfalar çəkir, yalvarır, imdad istəyir, tənə edir, atmacalar 

deyir – nə desən edir, “bir sevgi uğrunda ölmək də istəyir”. Hicran 

ömrü yaşayan  şairin həsrətdən zəhləsi gedir, “əllərimlə boğam 

həsrəti”, “əndamını qiymə-qiymə doğrayam həsrətin” – deyir. Bu 

bölmədə toplanan qəzəllər də maraqla oxunur və özünəməxsus-

luqları ilə seçilir. Kitabın “İtfahlar” bölümünə  şairin görkəmli 

müasirləri akademik Bəkir Nəbiyev, xalq şairi Məmməd Araz, alim-

şair Hüseyn Kürdoğlu, yazıçı-publisist Abuzər Bağırov, tənqidçi 

Şamil Salmanov, dünya şöhrətli müğənnilər Alim və  Fərqanə 

Qasımovalar və başqaları dost qohumlarının daxil edilməsi onun 

şeirlərinin mövzu dairəsinin genişliyindən xəbər verir. İrili-xırdalı 

bu poetik parçalarda diqqəti çəkən məqamlar səmimiyyət və 

təvazökarlıqdır.  

Bənzəmələr, sancmalar, bənzətmələr bölümündəki şeirlər hansı 

mövzuya, kimə ithaf olunmasına baxmayaraq ruha qida verən, 

ürəkdən oxxay çıxaran, qulaq oxşayan, dodaq qaçıran, insanı 

təmizliyə, düşünməyə çağıran nikbin notlu poeziya nümunələridir. 

Füzuliyə, Seyid Əzimə, Aşıq  Ələsgərə, Səhhətə, Sabirə, Vahidə 

bənzətmələr poetik istedaddan əlavə Teymurun müəyyən etdiyi 

mövzunu  əlində mum kimi istədiyi formaya salması  həm heyrət 

doğurur, həm də  təəccüb. Deyir, görünən kəndə  nə  bələdçi,  əruz 

vəzninin  ən incə qatlarına, fəsahətin komponentlərinə  dərindən 

bələdlilik göstərir ki, o, çox arxayın, qorxmadan, özünə, ilhamına 

güvənərək yazır, nəticədə istedadla yazılmış poetik əsərlər ortaya 

çıxır.  

Şeir toplusunu oxuduqdan sonra məlum olur ki, kitabın adına 

qoyulmuş  sərlövhə  əbəs yerə seçilməmişdir. Bu ad əsərdəki ayrı-

ayrı bölmələrin və onların məzmun-ideya qatlarının kilididir. Daha 

maraqlısı odur ki, Teymur Kərimlinin poeziyasının ruhunu, incə 

duyumunun sərhini ilkin olaraq onun şəxsiyyətində axtarmağa 

lüzum yoxdur. Bu poeziya bütövlükdə onun xarakteridir. Onun 

xarakteri bu poeziyadır. Bir də oxucu bu poeziyada özünə tanış olan 

çox  şey tapır, özünü arada görür. Belə olduğu təqdirdə “Hicran 



201 

ömrü”nü oxumağa, ibrət götürməyə dəyər.  

Teymur Kərimli klassik Azərbaycan  şeirinin  ənənəvi təsvir 

vasitələrinin bir çoxuna müraciət etmiş, poetik ziynətlərdən özünə-

məxsus bir məharətlə  faydalanmışdır. Bunlar da şairin Azərbaycan, 

türk, fars qəzəllərinə, onun poetikasının incəliklərinə  bələd olma-

sından irəli gələn xüsusiyyətlərdir.  

Biz Teymur Kərimlinin  şeirlərinin bütün poetik incəliklərinə 

toxunmaq, onun şeirlərində  işlənən bədii fiqurların hamısını  şərh 

etmək istəsək də, təbii ki, bu bir məqalənin imkanları xaricində 

olduğu üçün, sadəcə izahlarımız  şairin ilk şeir toplusu haqqında 

ədəbi ictimaiyyətə bilgi, məlumat vermək istəyindən irəli gəlmişdir. 

 

 

Qiymətli tədqiqat əsəri 

 

Eyni etnik mənşəyə, ortaq mədəni-ədəbi sərvətə, inama, 

etiqada, adət-ənənəyə, düşüncə və həyat tərzinə malik türk xalqları 

əsrlər boyudur ki, müxtəlif təzyiqlərə, təsirlərə məruz qalırdı. Türk 

xalqları tarixin müxtəlif dönəmlərində ayrı-ayrı dövlətlər tərəfindən 

işğal olunmuş, onların müstəqil dövlətləri məhv edilmiş, və ya 

suveren dövlət qurmaq cəhdlərinin qarşısı amansızcasına alınmışdır. 

Bütün bunlar azmış kimi, müstəmləkəçiliyin ömrünün uzatmaq 

üçün onların yadlaşmasına, eyni kökdən olduqlarını unutmalarına 

cəhdlər göstərilmişdir. Bu məqsədilə çar Rusiyasında da, sovet 

imperiyası dövründə  də yadlaşmanı gücləndirmək məqsədilə türk 

xalqlarının bir-birinin tarixini, ədəbiyyatını, incəsənətini öyrətmə-

lərinə ya icazə verməmiş, ya da sovet ideologiyasına uyğun 

aspektdən araşdırılmasına, tədrisinə imkan yaratmışlar.  

Bütün bunlar isə türk xalqlarının tarixi və  ədəbiyyatının 

araşdırlmasında, orta, ali təhsil ocaqlarında tədris prosesində boşluq 

yaratdı. Türk dövlətləri müstəqillik qazandıqdan sonra mövcud 

boşluğun aradan qaldırılması istiqamətində əsaslı və kompleks işlər 

görülməyə başladı. Belə faydalı, zəruri işlər sırasında yeni nəşr 

olunmuş bir kitab -  Mərkəzi Asiya, Qazaxıstan, Volqaboyu, Sibir 

və Krım türklərinin yeni dövr tarixinə  həsr olunmuş “Türk xalq-

larının tarixi. Yeni dövr (XIX-XX əsr)” adlı ali məktəblər üçün ya-




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə