Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə74/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   70   71   72   73   74   75   76   77   ...   89

223 

mülkədarlarında olan Abdulla Ağanın duzlu məzəli lətifələri, 

kəlamları bu gün də el arasında, xalqın yaddaşında yaşamaqdadı. 

Onun oğlu Pənah ağanın sürgündən 60-cı illər qayıdarkən  əvəz-

olunmaz, sinəsi dolu, fitri qabliyyətə malik, hazırcavab, bədahətən 

şeirlər deyən insanın gülməcələrini bu sətirlərin müəllifi uşaq 

yaşlarında dəfələrlə onun dilindən eşitmiş, xeyir-şər məclislərində 

vurğunluqla onu heyran-heyran dinləmişdi. Bir az keçmişə 

ekskursiya edək, bir iki qeydi xatırlamaqla bildirmək istəyirəm ki

Zərdabın ziyalı  ədəbiyyat sevər xanımlarında olan Solmaz xanım 

Əzizovanın çapa hazırladığı “Zərdab gülməcələri” təsadüfən yox, 

müəyyən zəmin üzərində  bərqərar tapmış, zərurətdən yaranmış bir 

toplumdur. Solmaz xanım bir neçə il əvvəl xeyli əzab  əziyyətə 

qatlaşaraq Zərdabın kəndlərini ev-ev gəzmiş,  şəhid oğularımız 

haqqında tarixdə yaşayacaq bir nisgilli kitabın ərsəyə gəlməsinə nail 

olmuşdur.  İndi isə onun maraq dairəsi tamamilə başqa səmtə 

yönəlmiş, dodaqlara təbəssüm, ürəklərə sevinc gətirən, qulaqları 

üşüdən gülməcələri ilə oxuyucularına xoş ovqat bəxş etmək istəyi ol-

muşdur. 

Gülmək və güldürmək deyəndə Türk dilli xalqların müştərək 

yaradıcılığı sayılan Molla Nəsirəddin yada düşür. Danəndə  Bəhlul 

lətifələri də xalq ədəbiyyatının sözü gedən qoluna şamil olunmaqla 

yaddaşlarda təzə-tər səslənir, məna çalarların, məntiqinə görə sevilir 

və öyrənilir. Dünya ədəbiyyatına diqqət yetirsək Molyerin, 

Qriboyedovun, Çexovun, klassik ədəbiyyatımızda isə Cəlil Məməd-

quluzadənin, Mirzə Ələkbər Sabir kimi dahi söz ustalarının ictimai-

siyasi hadisələrə, ailə məişət əhvalatlarına, idrakın, ağlın, vicdanın, 

bəşər mədəniyyətini zirvəsindən baxa bildiklərini görür, içində 

olduqları  cəmiyyətin eybəcərlikləri ilə,  əksər üçün adi görünən 

qüsurlarla barışmadıqlarının  şahidi olduq. Görüb rastlaşdıqları 

mənfilikləri bağışlamayan bu şəxsiyyətlərin qələmi cərrah bıçağını 

əvəz etmiş, necə ki, bu bıçaq insan orqanizmində olan yaraları kəsib 

atmışdır, onların acı gülüşləri də  cəmiyyətin canına daraşmışları 

kəsib atmaq üçün nə lazımdırsa etmişdir.  

Solmaz xanımın topladığı bu gülməcələri mən lap gənc yaş-

larımdan eşitmiş, dinləmiş  və  əksərinin də yaranma situasiyasının 

şahidi olmuşam. Kitabada toplanılan lətifələrin  əksəriyyəti bütün 



224 

Zərdabın uşaqdan böyüyə qədər sevdiyi gülməcələri dillərində əzbər 

olan zarafatcıl İsbəndiyarla da dəfələrlə görüşüb, söbətlər etmişəm. 

Eləcə də kitabda toplanan gülməcələrin bir qismi Məmmədqasımlı, 

Bıçaqçı, İsaxbağı, Lələağacı, Qoruqbağı və s. kəndlərində yaşayan 

ayrı-ayrı zarafatcıl adamların deyimlərində  ağızdan-ağıza gəzərək 

yaddaşlarda qalanlardır. Böyük əsərinin müəllifləri (İsbəndiyar, 

Şükürəmi oğlu, Məlikmahmud müəllim və s.) isə bizim 

müasirlərimizdəndir. 

Azərbaycan xalqı özünün çox əsrlik inkişafı  qədim və  zəngin 

mədəni irs yaratmışdır. Bu mədəni irsin əsas hissəsinin bədii söz 

sərvəti, o sıradan folklor abidələri təşkil edir. Folklor isə  hər bir 

xalqın mənəvi dünyasının, varlığının canlı  bədii ifadəsi, onun 

dünyabaxışının aynasıdır. Gülməcələr də yuxarıda qeyd etdiyimiz 

kimi xalqın keçmiş irsiylə yanaşı, bu gün də dərk etməyə, bu janrı 

daha geniş-geniş konteksdə öyrənməyə, araşdırmağa, tarixi mədəni 

perspektivi reallığa düzgün müəyyənləşdirməyə müasir ədəbiy-

yatımız əhatəli yardım göstərir. 

Ümid edirik ki, Solmaz xanım bir neçə illik əməyi nəticəsində 

ərsəyə gələn və oxuyuculara ərmağan edilən “Zərdab gülməcələri” 

kitabcası xalq deyimləri lətifələrinin toplanması, nəşri və öyrənil-

məsi işində ilk addım olduğunda uğurlu başlanğıc olacaqdır. Fəqət 

ilk addım da nöqsansız ötüşməyəcək.  İlk təşəbbüs kimi yəqin 

möhtərəm oxuyucularımız bəzi nöqsan və çatışmamazlıqlara görə 

müəllifi bağışlayacaqlar. 

 

 



 

 

 

 

 

 

 

 

 

 


225 

Filologiya üzrə elmlər doktoru Baba Babayevin 

elmi əsərləri haqqında rəylər 

 

 

Satira haqqında yeni tədqiqat əsəri 

 

Bu gün ədəbiyyatın ayrı-ayrı aktual problemlərinin sistemli 



şəkildə öyrənilməsi müasir filologiyanin əsas vəzifələrindəndir. 

Satiranin, satirik nəsrin  bu şəkildə, bu quruluşda öyrənilməsi yeni 

və aktualdır. Azərbaycan satirasının yaranmasını, təşəkkülünü, 

mərhələlərini, inkişafını  və digər elmi-nəzəri məsələlərini sistemli 

şəkildə araşdırmaq da bu qəbildəndir. 

XIX əsrdən başlayaraq Azərbaycanın ictimai-mədəni həyatında 

müşahıdə edilən dəyişikliklər təbii olaraq ədəbi prosesə  də öz 

təsirini göstərmişdir. Ona görə  də  həmin dövrdən  ədəbiyyatımızın 

yeni mərhələsi başlayır. Lakin Azərbaycan klassik nəsrində satira və 

yumordan, gülüşdən, komizm vasitələrindən, üsullarından, ayrı-ayrı 

müəlliflərin satirik nəsrindən bəhs edilsə də, bütövlükdə 1920-ci ilə 

qədərki dövrün satirası ayrı-ayrı janrlar üzrə bir mərhələ, problem 

kimi işlənməmişdir. XIX yüzillik keçid dövrü olduğu üçün burada 

klassik  ənənələrlə yeni dövr ədəbi-mədəni cərəyanları arasında 

qarşılıqlı  əlaqə  də bariz şəkildə özünü göstərir və bu problemlər 

haqqında bəhs edəcəyimiz, bu günlərdə işıq üzü görmüş monoqra-

fiyada öz əksini tapmışdır. (Baba Babayev “Azərbaycan realist 

nəsrində satira” Bakı, Elm, 2008) 

Ədəbi prosesdə baş verən yeniləşmə meyilləri nəzəri məsə-

lələrin qoyuluşu və  təhlili metodologiyasında da müşahidə olunur. 

Lakin yeniləşmə heç də  bədii təfəkkürdə klassik ədəbi  ənənələrin 

inkarı yox, onların bu və ya digər yöndə  dəyışmələrə  uğraması  və 

təkmilləşməsi deməkdir.Ona görə  də klassik ənənələrin və poetik 

vasitələrin XX əsr ədəbi prosesində davam etdirilməsi, bu gün-XXI 

əsrin əvvələrində işlənilməsi təbii qəbul edilməlidir. 

Monoqrafiyanın birinci fəslində müəllif satiranın mahiyyəti, 

ideya-estetik prinsiplərini açıqlayır və qaynaqlarını izləyir. Mütə-

xəssislərin satira və gülüş haqqındakı mülahizələri umumiləşdirilir. 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə