Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə71/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   67   68   69   70   71   72   73   74   ...   89
    Bu səhifədəki naviqasiya:
  • P.S.

214 

Digər nüfuzlu tədqiqatçılarla bir sırada Təyyar Salamoğlunun 

araşdırmalarına həssas yanaşmada qiymətləndirilməsi həm həm-

karımızın erudisiyasından, nəzəriyyənin dərin qatlarına bələd-

liyindən, nəsrin poetikasını güclü əks etdirməsində, həm də gələcək 

uğurlarından xəbər verir. “Müasir Azərbaycan romanı: janr (XX 

əsrin 80-cı illəri)”(2007)  əsərində  də  əsrin son illərində yaranan 

romanların sənətkarlıq məsələlərinə  ədəbiyyatşunaslığın müasir 

tələbləri səviyyəsində öz baxış bucağında münasibət bildirmişdir. 

Bizcə,  əsərdə alimin gəldiyi elmi qənaətlər aktual olmaqla maraq 

doğurur. “Ən yeni Azərbaycan  ədəbiyyatı  məsələləri” (2008) 

kitabına isə müəllifin bir monoqrafiyası, nəsr bölməsində bu gün 

ədəbi ictimaiyyət arasında tanınan alim-yazıçıların yaradıcılığından 

bəhs edən “Ağarəhim Rəhimovun nəsr üslubu və romanlarının 

poetikasına dair”, Kamal Abdullanın “Yarımçıq  əlyazma romanı 

postmoderizm və polifonik roman konsepsiyalarının sintezində ”, 

“Çağdaş Azərbaycan romanında Qarabağ mövzusu”, həmçinin 

poeziyaya,  ədəbiyyatşunaslığa dair məqalələr toplanmışdır. Təyyar 

Salamoğlu müasirləri ilə yanaşı klassiklərin yaradıcılığına da nəzər 

salır.  


Yaradıcılığı  həmişə diqqətdə olan mərhum Məmməd Məm-

mədov haqqında yazdığı ədəbi portret- “Görkəmli Sabirşunasın 75 

yaşı”, “Vaqifin inkardan nihilizmə qədər”, “Əhmədbəy Ağaoğlunun 

ədəbi-tənqidi görüşləri” məqalələri də elmi səviyyəsi ilə seçilən 

orijinal yazılardır. Bu gün Azərbaycan mətbuatında  ədəbiyyat, 

mədəniyyət, incəsənəti ən çox təbliğ edən , səhifələrində ancaq bu 

mövzulara yer verən “Kredo” qəzetini xüsusi qeyd etmək lazımdır. 

Alim vaxt tapıb “Kredo” qəzetinin 2006-cı il nömrələrində  tənqid 

və ədəbiyyatşunaslıq məsələlərinə toxunması, daha doğrusu, tənqidi 

tənqid süzgəcindən keçməsi də  təqdir olunası  məsələdir. Təyyar 

Salamoğlunun burada seçimli, rəngarəng mövzulara özünəməxsus 

yanaşma tərzi də diqqətdən yayınmır. Çünki ədəbiyyatımızın 

müxtəlif dövrlərinin problem məsələlərinə onun fərdi yanaşma 

metodu və nüfuz etmək bacarığı bizi məmnun etməklə onun 

erudisiyasından xəbər verir. 

Akademik Bəkir Nəbiyev sözü gedən kitaba “Tədqiqatın 

təzəliyi” adlı elmi dəyərə malik, mükəmməl ön sözdə yazmışdır: 

“İstər tipoloji araşdırma, istərsə  də  hər-hansı bir romanın ayrıca 

tədqiqat obyektinə çevirməli olduğu zaman Təyyar Salamoğlunun 



215 

araşdırmalarında bədii materialın  ən xırda detallarına qədər 

mənimsənilməsi müşahidə olunur. Mövcud elmi mövqelərə  həssas 

yanaşma ilə yüksək nəzəri hazırlıq bir araya gətirilir və yeni baxış 

sisteminin meydana çıxmasının  şərtinə çevrilir. Azərbaycan 

romanlarının araşdırılması  ədəbiyyatşünaslığımızda bu və ya digər 

dərəcədə ayrı-ayrı  tədqiqatlarda bədii  əksini tapmışdır. Təyyar 

Salamoğlunun romanları  təhlildə  sələflərinin mülahizələrini inkişaf 

etdirməklə özü də maraqlı  təhlilər verir, əsasən də adı  çəkilən 

romanların janr spesifikası ilə ilgili tədqiqatçıların fikir və 

mülahizələrini ümumiləşdirir, bəzi yeni qənaətləri irəli sürür ”. 

Təyyar müəllim filologiya elmləri sahəsində apardığı 

tədqiqatlarla kifayətlənmir. Ali və orta məktəb dərsliklərinin, dərs 

vəsaitlərinin, proqramların vəziyyəti də onu maraqlandırır. Görünən 

boşluqlar və çatışmamazlıqlar onu narahat edir, düşündürür. Bunları 

onunla  söhbət etdiyim məqamlarda hiss etmişəm. Onun tərtib etdiyi 

proqramlar dövrün əhatəliliyi, zəruri  şəxslərin, klassiklərin, 

müasirlərin həyatı, yaradıcılığını  və  əsərlərin tədrisini məsləhət 

bilməsi ilə şərtlənir. Elmimizin ağsaqqalı, akademik Bəkir Nəbiyevin 

professor Təyyar Salamoğlu haqqında “iti mühakimə, analitik 

təfəkkür, dil rəvanlığı, polemik ruh onun yazı manerasının bir 

özünəməxsusluq verir” fikri xeyir dua kimi dostumuzun 70-80 

illiyində də təki zəkasının-intellektuallığının, qələminin nəsibi olsun. 

Həmişə axtarışında olan yaradıcı  İnsan-tədqiqatçıya can sağlığı, 

gələcək elmi və pedaqoji fəaliyyətində,  ən  əsası da üç gül balasını 

(əlbəttə, həyat yoldaşı ilə birlikdə) ürəyincə böyütməklə xoş günlər, 

uğurlu illər arzulayaraq, onu tanıyanlar və sevənlər ad gününüz 

mübarək olsun, deyirik! 



P.S. Məqaləni redaksiyaya təqdim edərkən eşitdik ki, professor 

Təyyar Salamoğlu ADPU-da keçirilən “İlin alimi” müsabiqəsinin 

qalibi olmuşdur.  

 

Gülüşlə düşündürmək 

 

Azərbaycan siyasi-ictimai həyatının realist panoramını yaradan, 

yaşadıqları  cəmiyyətin təzadlı situasiyalarının konfliktlərini 

işıqlandıranlar və onu satirik-yumoristik planda mənalandırmağa 

üstünlük verənlər “Molla Nəsrəddin”  ənənəsindən bəhrələnmişlər. 



216 

İstər XIX əsrdə Mirzə  Fətəli, istərsə  də sonralar Cəlil Məmməd-

quluzadə,  Ə.Haqverdiyev, xüsusən də “Molla Nəsrəddin”  ədəbi 

məktəbinin nümayəndələri  əsərlərində hadisədən çox, ideya və 

məqsədin mahiyyətinə diqqət yetirirdilər. Onlar əhvalatın zahiri 

tərəflərinin yox, yaşadıqları dövrün və  cəmiyyətin mövcud 

əxlaqının mahiyyətini açmağa səy göstərmişlər.  

“Şirvannəşr” də işıq üzü görmüş “İnkirlə Minkirin hüzurunda” 

kitabında toplanan satirik və yumoristik əsərlərdə müəllif Atababa 

İsmayıloğlu sələflərinin yolunu əsas götürmüş, qəhrəmanı Molla 

Qeybullanın timsalında müasir dövrün aktual, sosial, mənəvi-əxlaqi 

problemlərinə münasibət bildirmişdir. Atababa İsmayıloğlunun 

satirası bəzən ənənəvi xarakter daşıyır, bəzən də özünəməxsus ifşa 

manerası, bədii təsvir vasitələri ilə diqqəti cəlb edir. Kitabdakı 

əsərlərdə müəllif oxucuya gülüş doğuran hadisələr təqdim etməklə 

əyləndirmək məqsədindən tamamilə uzaqdır. Onun əsas məqsədi 

gülüşlə fikirləşdirmək, düşündürməkdir. Atababanın satirik-yumo-

ristik əsərlərinə nəzər saldıqda görmək çətin deyil ki, o ilk növbədə 

görkəmli lətifə  qəhrəmanı Molla Nəsrəddindən yaradıcı  şəkildə 

qidalanmışdır.  

Zaman Molla Nəsrəddin kimi söz sərraflarının qarşısında 

həmişə gücsüz olmuşdur. Molla Qeybullanın spesifik cəhəti də 

Molla Nəsrəddin kimi hazırcavablılığı, yumorlu hadisələri satirik 

planda qiymətləndirmə bacarığı ilə tam ciddi planda təzahür 

etməsidir. O özünü hətta pis vəziyyətdə  də qoymağa da hazırdır, 

təki məqsədinə nail olsun: düşündürə-düşündürə güldürsün, 

güldürə-güldürə düşündürsün. Necə ki, “Molla Nəsrəddin haqqında 

olan məlum lətifələr  Şərqdə  mərdin kədəri kimi qavranılır”, 

(V.Qordlevski) “Molla Qeybulla da xarakterinin müxtəlifliyinə 

baxmayaraq, mərd, ağıllı, hazırcavabdır, kədərin daşıyıcısıdır. 

A.İsmayıloğlunun yaradıcılığında komiklik komiklik naminə 

yaradılmır, onun əsərlərində komiklik real həyatın özüdür. Molla 

Qeybulla bəzən yumşaq, bəzən zərif zarafatlar edir. Sərt zarafatsa, 

V.Mayakovski demişkən “Ən sevimli silah növüdür”. “Molla 

Qeybullanın sərgüzəştləri”, “Pityamin piqmenti”, “İnkirlə minkinin 

hüzurunda” və sair yazılarında cəmiyyət tragizmin də, komizmin də 

əsl mənbəyidir. İnsan həm gülür, həm də gülüş obyekti olur. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə