Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə70/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   66   67   68   69   70   71   72   73   ...   89

211 

Həmişə axtarışda 

 

Onun imzasına  ədəbi bədii materiallara daha çox yer verən 

“Kredo”, “525-ci qəzet ”, “Azərbaycan”, “Ulduz” və b. qəzet-jurnal 

səhifələrində tez-tez rast gəlinirdi. Yazdığı elmi məqalələrin 

polemika doğurması, aktuallığı, əsasən də müasir ədəbi prosesə aid 

olması  fəhmli oxucunun nəzərindən yayınmazdı. Və istər-istəməz 

bu mövzuların müəllifinin yazıları ədəbi ictimaiyyətin diqqətinidən 

də kənarda qala bilməzdi. Təbii ki, söhbət ədəbiyyatı yaradanlardan 

və yaşadanlardan gedir. Təyyar Salamoğlu Cavadovu 5-6 il öncə 

bizim Nizami adına Ədəbiyyat İnstitutunda görmüşdüm. “Yoldaşlar 

ADPU-nun müəllimidir”, - demişdilər. Başını  aşağı salıb  ətrafın-

dakıları görməyibmiş kimi öz işində olurdu. Elə bil harasa tələsirdi. 

Sözün düzü, elə indi də köhnə  vərdişlərindən  əl çəkməyib. Qaça-

qaça gələnlər, mübarizələrdən çıxan kimi bir göz qırpımında yox 

olur.  

Bəli, filologiya elmləri doktoru, proffesor Təyyar Salamoğ-



lunun yaşının bu qaynar, çağlayan vaxtlarında tələsməyə  mənəvi 

haqqı var. Çünki onun kitabxanalardakı  nəcib, işgüzar, gülərüz 

işçilər, auditoriyalardakı qaynargözlü gələcək filoloqlar Azərbaycan 

Dövlət Pedaqoji Universitetində, kafedra müdiri olduğu Bakı Qızlar 

Universitetindəki tələbələri və iş yoladaşları, bir də evdə ömür-gün 

yoldaşı  və övladaları  həmişə  səbirsizliklə gözləyir. Bir nüansı da 

vurğulamaq istəyirəm ki, proffesor Təyyar Salamoğlu bizim 

İnstitutun da tələbələrinin, magistrlərinin  ən sevimli, hörmət və 

ehtiram bəslədiyi alim-müəllimlərdəndir.  Bu fikirləri rəhbəri oldu-

ğum şöbənin Azərbaycan ədəbiyyatı ixtisasında təhsil alan magist-

rant qızları  dəfələrlə  tədrislə  məşğul olanlardan söhbət düşərkən 

bildiriblər. Mənsə bütün bunları bildiyim halda qızların tərifindən 

ləzzət almış, həmkar dostumu tələbələrin sevimlisi olmasına 

qürurlanmışam. Yaxşı təsəvvür edirəm ki, düşünə-düşünə gəzərkən 

o, qəlbindən keçən neçə -neçə klassik və ya müasiri haqqında 

yazacağı məqalələrin süjet xəttini cızır.  

Hələ böyük sənət xadimləri haqqında yübiley yazıları, disser-

tasiyalara yazdığı  rəyləri, redaktorluğunu demirəm. Təyyar tələsir 

ki, zamanla ayaqlaşa bilsin. Ancaq təkcə bu deyil, onun çalışmaları 



212 

zamanı qabaqlaya bilmək üçündür. Bütün bunlarsa riyaziyyatda 

misalların həllində  bərabərlikdən sonra cavabı yazdığı kimi, onun 

da yuxusuz gecələrinin, arxivlərdə toz basmış  qəzet-jurnal səhifə-

lərinin kif atmış qoxusunu ala-ala düşüncələrə dalmasından və  ağ 

vərəqləri qara rəngdə boyanmasından sonra  baş verir. Təyyarın 

yaradıcılığında söhbət açmazdan əvvəl onun yazıb-yaratdığı 

ictimai-siyasi və  ədəbi mühitin necəliyini bilmək lazımdır. Çünki 

“mühiti bilmədən və  şəxsiyyətin portret cizgiləri haqqında danış-

maq çətindir”- özü də Azərbaycan  ədəbi-bədii fikrinin inkişafında  

XXI əsrin birinci onilliyinin özünəməxsus bir yer tutduğu vaxtlarda.  

Xalq yazıçısı, proffesor Elçin son 15-20 ildə yetişən istedadlı 

tənqidçilər sırasında onun da adını çəkir: “burasına heç vəchlə göz 

yumaq olmaz ki, bədii  ədəbiyyatımızda istedadlı  əsərlər meydana 

çıxıb, həmin son 15-20 ildə artıq özlərini təsdiq etmiş, biri az, o biri 

nisbətən aktiv tənqidçilərimiz yetişib (Aydın Talıbzadə, Tehran 

Əlişanoğlu, Əsəd Cahangir, Cavanşir Yusifli, Bəsdi Əlibəyli, Elnarə 

Akimova, Təyyar Salamoğlu və b.”), (525-ci qəzet 1 mart 2006-cı 

il). 

Elmi uğurlara nail olmaq üçün min bir əziyyətə qatlaşan 



cəfakeş alim həmkarımın mübarək 50 yaşının olmasını  nə dostlar, 

nə  də ki, qaraqabaq, çox dinləyib az danışan alim dostum özü də 

hansısa bir söhbət  əsnasında bildirməmişdir. Neçə illər üzərində 

işlədiyim “Həsən Seyidbəylinin bədii nəsri” monoqrafiyasına Təy-

yarın sonuncu – “Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar” 

kitabından sitat verərək gözüm kitabın sonunda onun həyat-

yaradıcılığı haqqındakı bu məlimata sataşdı. Sözün düzü, bu neçə 

illərdə o bircə dəfə də haralı olduğunu dilə gətirməmişdi. Heç mən 

də soruşmamışdım. Çünki belə sözlər bizi bütövlüyə, birliyə 

qoymur, daha da kiçikdir və xırdalayır.  

Ədəbiyyatşünas, tənqidçi Təyyar Salamoğlu Cavadov 1960- cı 

ilin aprel ayının 27-də Sabirabad rayonunun Mürsəlli kəndində 

anadan olmuşdur. Onun Sabirabadan Bakıya gəlmək istəyi orta 

məktəb illərində ürəyindən keçən ən böyük arzusu idi. Çünki, sinif 

yoldaşlarından fərqli olaraq o, bədii əsərləri daha çox mütaliə edir, 

fəallığı və çalışqanlığı ilə seçilirdi. Sinifdə ədəbiyyatdan birinci idi. 

Bu işdə ona ixtisas müəlliminin göstərdiyi qayğını proffesor bu gün 



213 

də unutmur, onu məmnunluqla xatırlayır. Atalar məsəli var, - deyir 

niyyətin hara mənzilin də ora. Təyyar Salamoğlu 1981-ci ildə APİ-

nin (indiki ADPU-nun) filiogiya fakültəsini fərqlənmə diplomu ilə 

bitirib işləməyə doğma kəndlərinə gedir. Arzuları bu gəncə rahatlıq 

vermir, daha da çox çalışmağa, irəli getməyə sövq edir, nəhayət, 

1984-cü ildə aspiranturaya qəbul olunur, 1988-ci ildə “XIX əsrin 

sonu, XX əsrin  əvvələrində Azərbaycan uşaq poeziyası” 

mövzusunda namizədlik, 2007-ci ildə isə “80-cı illər Azərbaycan 

romanı: janr təkamülü” mövzusunda doktorluq dissertasiyasını Bakı 

Dövlət Universitetinin Müdafiə  Şurasında çox yüksək səviyyədə, 

müvəfəqiyyətlə müdafiə edir.  

Yaxşı yadımdadır, 90-cı illərin  əvvələrində  Təyyar müəllimin 

də müəlliflərindən biri olduğu “Pedaqoji mühit və uşaq ədəbiyyatı” 

(prof.M.Məmmədov və dos.Yaqub Babayevlə birlikdə, 1992) əsəri 

ədəbi və pedaqoji ictimaiyyət arasında necə də böyük ürək açıqlığı 

ilə qarşılandı.  Əsər barəsində nüfuzlu alimlərimiz qiymətli 

mülahizələr söylədilər. Təyyar Salamoğlunun tədqiqat obyektləri 

müxtəlifdir. Müxtəlif olduqları qədər də ədəbiyyatşünaslıqda ən az 

araşdırılan sahələrdir. Gəlinən qənaətlər isə, təbii ki, elmi səviyyəsi 

ilə seçilir. “Faciəli talelər (Azərbaycan represiya və mühacirət 

şeirinə dair portret oçerklər)” (1988) kitabında sözsüz ki, oxucu 

hansı  bədnam illərdən və talesizlərdən söhbət getdiyini əsərin 

sərlövhəsindən bilir. Bu əsər vətəndaş qeyrəti, milli təəssübkeşlik 

ruhuna yana-yana yazılmışdır. 

“Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-cı illəri 

2005)”  əsəri isə olduqca aktual bir problemin tədqiqinə  həsr 

olunmuşdur. Monoqrafiyada ədəbiyyatşünas 80-cı illərə qədər məhz 

Azərbaycan romanının keçdiyi tarixi inkişaf yolu ilə müqayisədə 

sözügedən dövrün roman təsərrüfatında janr təkamülü baxımından 

hansı proseslərin yaşandığına elmi aydınlıq gətirmək məsələlərini 

tədqiqat obyekti seçilmişdir.  Əbəs yerə deyil ki, Təyyarın romana 

tədqiqatçılığı tanınmış  ədəbiyyatşünas  Şirindil Alışanlının da 

diqqətini cəlb etmişdir. Şirindil Alışanlı yazır: “Elçin, A.Hüseynov, 

N.Cəfərov, T.Əlişanoğlu, A.Hacıyev, Y.İsmayılov, N.Cabbarov, 

H.Qasımov, T.Salamoğlu və digərlərinin araşdırmaları  nəsrin 

hərəkətini janrın yaddaşında izləyir”.  



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə