Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə68/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   64   65   66   67   68   69   70   71   ...   89

205 

təmkinli, məntiqli, xoşsima, təvazökar, yoldaşa yanan, diqqətcil, 

təəssübkeş  və  zəhmətkeş. Hansısa müdrik bir şəxs yazarlar haq-

qında deyib: “Onlar Tanrı  cəzasını  çəkənlərdir”. Bu hikmətə  əl 

gəzdirmədən – bəzəksiz-düzəksiz demək olar ki, məhz  Şamil 

Allahın həmin bəndələrindəndir. Yaş  fərqimizə baxmayaraq, ötən 

illər ərzində çox səmimi dostluq münasibətlərimiz olub. 80-cı illərin 

ortalarında onunla ilk tanışlığımız mərhum akademik Kamal 

Talıbzadənin iş otağında olub. Hər ikimiz bu böyük alimlə  əlaqəli 

olan tədqiqatlar üzərində işləyirdik.  

Şərəfli, ziyalı alim ömrünün altıncı onilliyinə inam və şövqilə, 

ən çoxu da məhəbbətlə  qədəm qoyan Şamil Vəliyevin alimlik 

fəaliyyəti mənim gözlərim qarşısında keçib, - desəm, səhv etmiş 

olmaram. Artıq bu gün Azərbaycan Milli Elmlər Akademiyası 

Nizami adına  Ədəbiyyat  İnstitutunda bir şöbədə çalışırıq.  Şamil 

Vəliyev  ədəbi ictimaiyyət arasında istedadla deyilmiş sözü, xüsusi 

yeri olan ləyaqətli bir alim, ziyalı kimi tanınır, sevilir və oxunur.  

Şamil Vəliyev şəxsiyyət kimi də, təşkilatçı və alim kimi də öz 

yerində olan, müsahibini diqqətlə dinləyən, artıq-əskik söz və 

ifadələrə yol verməyən, həll olunan məsələlərə  tələsik müdaxilə 

edib münasibət bildirməyən ziyalı alim, böyük insandır. Şamilin 50 

yaşı tamam olur. Elə bil əlli ildir ki, o, səninlə dostluq edir. 20-25 il 

bundan əvvəl də Şamil müdrik ağsaqqal kimi danışır, hərəkət edər, 

yol göstərərdi. Bu gün Şamil Vəliyev filologiya elmləri doktoru, 

professor kimi ən böyük elm, təhsil məbədgahımız olan Bakı Dövlət 

Universitetində  Mətbuat tarixi və ideoloji iş metodları kafedrasına 

rəhbərlik edir. XXI əsrin yaxın gələcək dövrü üçün istedadlı 

jurnalist kadrların hazırlanmasında fəaliyyət göstərir.  

Şamilin dosta, iş yoldaşına canıyananlığını, elmə  təəssübünü 

mən şəkər xəstəliyi ilə ərsəyə gətirdiyim doktorluq dissertasiyamın 

necə diqqətlə oxunmasında və  şöbədə müzakirə olunarkən onun 

prinsipial çıxışında görmüşəm. Bir ədəbiyyatşünas, tənqidçi kimi 

onun erudisiyası, orijinal münasibətləri, peşəkarlıqla söylədikləri 

tövsiyələri sonralar digər müzakirələrdə müşahidə etməyim gənc 

alimi gözlərim önündə birə-min ucaltdı.  

Ötən əsrin onillikləri bir-birini sürətlə əvəz etsə də, XXI əsrin 

ilk dövründə arxada qalan ədəbi prosesi sərf-nəzər etdikdə deyi-

lənlərlə razılaşırsan ki, XX əsrin əvvəlləri əhəmiyyətli bir mərhələ 




206 

kimi həmişə  ədəbiyyatşünasların qarşısında ciddi elmi-ictimai 

maraq doğurmuş, haqlı olaraq intibah illəri kimi yaddaşlarda 

qalmışdır. Filologiya elmləri doktoru, professor Şamil Vəliyev 

bəlkə  də, elmi yaradıcılığının böyük bir hissəsini məhz özü bilə-

rəkdən həmin illərə  sərf etmişdir. Alim sanki tədqiqat aparacağı 

dövrdə olan boşluğu görmüş, hələ vaxtilə demişdir: “Həmin dövrlə 

əlaqədar bu və ya digər yaradıcı  şəxsiyyət, fakt, hadisə, problem, 

ədəbiyyat, mətbuat orqanı, nəzəri-estetik keyfiyyət, hər hansı bir 

bədii sənətkarlıq elementi və s. konkret şəkildə öyrənilsə də, ədəbi 

mühit və yaxud müəyyən ədəbi məktəbi-hərəkatı bütöv şəkildə əks 

etdirən elmi əsərlər yox dərəcəsindədir”. Təbii ki, bu düşüncədə 

olan gənc tədqiqatçı alim görəcəyi işləri çox götür-qoy etdikdən, 

həm də akademik Kamal Talıbzadə kimi ustaddan tövsiyə aldıqdan 

sonra ciddi araşdırmalara girişmiş “Füyuzat ədəbi məktəbi” (Bakı, 

“Elm” 1999), “XX əsr Azərbaycan  ədəbi tənqidində poeziya 

problemləri (1895-1917)” monoqrafiyalarını uzun illərin gərgin 

axtarışlarından sonra ədəbi-elmi ictimaiyyətin ixtiyarına vermişdir.  

Bəli,  Şamil Vəliyevin elmi tədqiqatla məşğul olduğu dövr 

əsasən XX əsrin  əvvəllərinə  təsadüf edir. Ən önəmli cəhət isə 

ədəbiyyatımızın və  mədəniyyətimizin  ağrılı yeri olan, on illərlə 

öyrənilməsi yasaq olunmuş “Füyuzat” jurnalının elmi araşdırmaları 

ilə bağlı apardığı fundamental tədqiqatlar olmuşdur. Kommunist 

ideologiyasının kəsəkəs vaxtlarında Əlibəy Hüseynzadənin, Əhməd 

bəy Ağayevin nəinki  əsərlərinin məziyyətləri, heç onların adlarını 

da dilə  gətirmək hər kişinin işi deyildir. Bütün qadağalara 

baxmayaraq, akademik Kamal Talıbzadə o illər heç kimdən, heç 

nədən qorxmadan onlar haqqında fikirlərini biz yetişdirmələrinə 

bildirərdi. Sevimli tələbəsi Şamil Vəliyevə bu mövzunun işləməsini 

etibar etməsi də akademikin illərlə  qəlbində qövr edən yaraların 

sağalacağı ümidləri ilə bağlı idi. Yaxşı yadımdadır, o illər Şamillə 

ən çox Mərkəzi kitabxanada rastlaşardıq. Gəncliyimizə baxma-

yaraq, arxiv materiallarının saatlarla səbir və dözümlə  nəzərdən 

keçirilməsi üzümüzü bozartmış, gözlərimizin altının tulumunu 

böyütmüşdü. Beş-altı saatdan bir hava almaq üçün Sahil bağına 

çıxanda  Şamil yorğunluğuna baxmayaraq, təbəssümlə deyərdi ki, 

“ədəbiyyatın yolu çətindir, ağırdır, təzadlar, iztirablarla doludur. 

Burada aldanış da, səhv də var, itki də, uğur da, faciə də, əfsanəvi 




207 

Səməndər quşu tək yenidən dirilmək xoşbəxtliyi də... Əsl ədəbiyyat 

adamı olmaq üçün yalnız elm, savad, bilim yetərli deyil, gərək həm 

də onun qayğılarına ömür-gün sərf edəsən, onun qanunları ilə 

yaşayasan”. 

İstedadlı ədəbiyyatşünasın bu əsərləri az müddət ərzində nəinki 

bütün həmvətənlərimiz arasında, hətta intellektual “çevrənin adam-

ları üçün qiymətli mənbə” rolunu oynadı. “Füyuzat ədəbi məktəbi” 

monoqrafiyasına ön sözdə akademik Kamal Talıbzadə yazır: “Onun 

Nizami adına Ədəbiyyat İnstitutuna gəldiyi ilk günlər xatirimdədir. 

Özüm üçün doğma olan elm-sənət ocağına onun müqəddəs bir 

məbədgah kimi baxması, sadə davranışı, saf, təmiz ünsiyyəti, 

yüksək mədəniyyəti ilə yanaşı, elmi-nəzəri hazırlığı və intellektual 

yetkinliyi diqqətimi çəkdi. Elə buna görə  də onun tənqid tarixi və 

nəzəriyyəsi ilə məşğul olmasını tövsiyə etdim”. 

Qarşımdakı digər kitablara nəzər yetirirəm. Tanınmış 

ədəbiyyatşünas alim, professor Nizaməddin  Şəmsizadə haqqında 

yazdığı “Azərbaycanşünas alim” (Bakı, “Elm”, 2004) və filologiya 

elmləri doktoru “Əflatun Saraclı” (1996) əsərləri də  Şamil 

Vəliyevin müasirlərinə diqqət və qayğısından, onlara məhəb-

bətindən, elmi təşəbbüskeşliyindən irəli gələn məsələlərdir.  Şamil 

Vəliyevin “XX əsr Azərbaycan  ədəbi tənqidində poeziya 

problemləri (1895-1917)” monoqrafiyası Azərbaycan  ədəbiyyatşü-

naslığının nəzəri metodoloji əsaslarını möhkəmlətmək, ideya-bədii 

axtarışlar təcrübəsini öyrənmək baxımından milli ədəbiyyatımızın 

gələcək tədqiqatçılarına çox lazım olacaq qiymətli məxəzdir.  

Sizi irəlidə çox onilliklər, yeni-yeni yaradıcılıq uğurları, elmin 

açılmamış səhifələrini araşdırmaq gözləyir. Yolun uğurlu olsun! 50 

yaşın mübarək, əziz dostum!  

 

 

Sözün gücü 

 

Son illər Azərbaycan bədii nəsrinin poetikasına həsr olunmuş 

əsərlər içərisində  nəzəriyyəçi alim, filologiya elmlər namizədi Arif 

Əmrahoğlunun “Epik sözün poetik gücü” əsəri özünəməxsusluqları 

ilə seçilir. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə