Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə69/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   65   66   67   68   69   70   71   72   ...   89

208 

 Arif  Əmrahoğlu üçüncü kitabında nəsrin, daha doğrusu

klassik nəsrin poetikasının bəzi məqamlarına nəzəri işıq salmağa 

girişmişdi. Mövcud ədəbi-nəzəri situasiyalar prizmasında təhlilləri 

uğurludur. Tədqiqatın bir hissəsi M.F.Axundov yaradıcılığının 

poetikasına həsr olunmuşdur. Ədəbiyyat tarixində bədii sözün bütün 

inkişafında ayrı-ayrı  şəxsiyyətlər mühüm rol oynamışlar. Alın 

yazısından qaçmaq başı qalmaqallarda olan Fətəlinin bu günahı 

deyildir. İstəsə də, istəməsə də belə olmalı idi. 

 Arif    Əmrahoğlu tam haqlıdır ki, M.P.Vaqiflə qutaran XVIII 

əsrdən yeni dövrə keçidin bütün ağırlığı A.Bakıxanovun boynuna 

düşdü, amma xalqımızın ictimai-bədii və  ədəbi-mədəni fikir 

tarixinin XIX əsrini yaradan isə məhz M.F.Axundov oldu. Kitabın 

ilk “Sənətkar və  sənətkarlıq” fəslində “Fikir, davat və  qələm mü-

barizəsi” məqaləsində alim Fətəlinin uşaqlıq, gənclik və paqon alma 

illərini ümumilləşdirərək elmi-publisist dildə şərh edir ki, oxucuda 

mütəffəkir dramaturqun gələcək,  əzablı yaradıcılığına zəmin 

yaradır. Ömrü boyu xalqının güzəranı onu düşündürmüş və narahat 

etmişdir. O, ruhanilikdən imtina etdiyi halda “Çarizmə xidmətə” 

meyil göstərdi, din xadimliyini çinovlikliyə qurban verdi. Niyə? Nə 

üçün? Suallara sözü gedən yazıda məntiqli ardıcıllıqla cavab 

verilmiş. 

 M.Fətəli əsərin şəxsiyyətlərinin bir-birinə ötürdüyü məsələlərlə 

yanaşı, qarşısı alınmaz bir axınla  Şərqə o, cümlədən Azərbaycana 

gələn  Qərb mədəniyyəti ilə ünsiyyətdə, təmasda olmaq, onları xal-

qa ərz etdirmək və s. ümumxalq mənəvi tələblərinə zəmin yaratma-

ğa çalışırdı. Arif Əmrahoğlu Fətəli  şəxsiyyəti və yaradıcılığı haq-

qında bitərəfli fikir söyləyənlərə  də tutarlı cavab verir ki, 

 

“çinovniklik Axundova eyni zaman da fəaliyyətin miqyaslarını 



genişləndirməyə imkan verir. Çarizmin şübhələri altında yaşayan 

ruhanilərlə müqayisədə dünya arenasına çıxmaq, Şərq dövlətləri ilə 

rəsmi  əlaqə saxlamaq çinovnik üçün daha asan idi və onun özünü 

də, ailəsinin də toxunulmazlığı müəyyən mənada təmin olunurdu. 

 Bütün bunlar isə az iş deyildi- yaşamaq və mövcud olmaq” . 

Mirzə  Fətəli Axundov “Şərq” poemasının ona görə yazırdı ki, 

Puşkinə ehtiramı çox böyük idi, daha çox bəyan etmək istəyirdi ki, 

bu poema həm də mütləqiyyətin həqiqi sənət,  əsl sənətkara qarşı 




209 

mürtəce mövqeyini çarizmin müstəmləkə siyasətinin bütün 

çılpaqlığı ilə  dərk olunması idi. Riyazi bərabərlik aydındır; yəni 

Puskin kimi sənətkarı öldürənlərdən əsarətdə olan xalqların sənətinə 

və  sənətkarına qarşı olunacaq qayğıdan danışmağa dəyməzdi. 

Axundov belə düşünürdü. Alternativ olmayan bir düşüncə. 

 Mirzə  Fətəli Axundov həyatı  dərk etdiyi gündən arzularını 

reallaşdırması üçün ciddi, ölümdən belə qorxmayaraq mübarizə 

aparmışdır. Mirzə  Cəlil demişkən, “Əl vurduğu məsələlərin hamı-

sından qan qoxusu gələn Axundovun düşmənləri çox idi...” Bu 

mübarizə üsullarına tək bədii yaradıcılığı deyil, daşıdığı paqonun 

səlahiyyətlərinin görünməyən tərəflərinin köməyi də aid idi. 

Ömrünün sonuna qədər “Kəmalüddövlə  məktubları” traktatının 

nəşrinə əlifba layihəsinin həyata keçirilməsinə çalışımışdı. 

Əsərdə nəşrin poetikasının ayrı-ayrı komponentləri Mirzə Fətəli 

Axundovun yaradıcılığına istinadən geniş  təhlil olunur. Fətəli 

gülüşü, “Aldanmış kəvakib”də mifik dünyagörüş, əsərin bədii xüsu-

siyyətlərinin şərhi, bizcə, axudovşünaslıq nəzəri cəhətdən ilk dəfədir 

ki, bu aspekdən təhlilə cəlb olunub. “Aldanmış kəvakib” povestinin 

poetikasından bəhs edərkən müəllif doğru olaraq göstərir ki, bu nəşr 

əsərinin ideya-məzmun və poetik-sənətkalıq tərəflərinin bir-biri ilə 

qırılmaz  əlaqədə olduğunu bilərəkdən tədqiq etməyi qarşısına 

məqsəd kimi qoymuşdur. Müəllif qeyd edir ki, “Aldanmış kəvakib” 

realist nəsrimizin ilk nümunəsidir. 

 İlk təcrübə olmasına baxmayaraq, povest ideya-məzmun və 

poetika-sənətkarlıq kamilliyinə görə dünya nəsrinin  ən yaxşı 

nümunələri ilə bir sırada durur. Alim etiraf edir ki, povestin bütün 

sənətkarlıq məharətini hərtərəfli  əhatə etmək çətindir. Tədris 

prosesində (ali və orta məktəblər nəzərdə tutulur-B.B.) daha faydalı 

olsun deyə ictimai-siyasi və  fəlsəfi-etik konsepsiyasının 

aydınlaşmasında başlıca rol oynayan poetik kateqoriyaları, estetik 

prinsipləri nəzərdən keçirməyi məqsədəmüvafiq bilmişdir. Müəllif, 

müəllifin obrazı, hekayəsi, yaradıcı şəxsiyyətin təhlikiyə prosesində 

özünün də bu və ya digər dərəcədə  bədii obrazlı yaratmalı olması 

mühakiməsi paralel müqayisələrlə aydınlaşdırılmışdır.  

Povestdə  təhkiyənin strukturasındakı qeyri-adilik prinsipial 

xarakter daşıdığı üçün alim onun (müəlliflərə müəllif obrazı 



210 

arasında yaxınlıq olmalı idisə, sözü gedən povestdə onların arasında 

ziddiyət vardır), yəni bu ziddiyətlərin nədən ibarət olduğunu mən-

tiqlə  şərh etməyə nail olmuşdur.  Əsərin  ən maraqlı  səhifələrindən 

biri olan komediya və mifologiya məqaləsidir ki, burada “Hekayəti-

Molla  İbrahimxəlil kimyagər” dramında mifoloji motivlər müasir 

ədəbi-nəzəri baxışla, axundovşunaslıq üçün yeni olacaq bu aspektdə 

nəzərdə keçirilmişdir. Arif Əmrahoğlunun qənaəti isə belə 

olmuşdur; Mirzə  Fətəli Axundovun əsərlərində, o cümlədən sözü 

gedən komediyanın mifoloji motiv məhz problemi daha geniş 

zaman konteksində götürməyə imkan verən vasitələrdən biridir. 

Böyük sənətkar məhz buna görə  də dövrün problemində yox, 

ümumiyyətlə, bütün dövrləri, insanın problemindən danışmağa nail 

olmuşdur. Kitab da Axundovun bəzi janr xüsusiyyətləri, janrları 

qarşılıqlı əlaqəsinə də nəzər yetirilmişdir . 

Klassik milli nəsrin bədii sistemi bölməsində epik növün ədəbi 

təşkili ilə  əlaqədar təhkiyənin tipi və xarakteri (XIX əsrin ikinci 

yarısında Azərbaycan nəsri əsasında)  və Sultanməcid Qənizadənin 

“Məktubati-  Şeyda bəy”  əsərində  təhkiyə  məqalələri elmi-nəzəri 

baxışın vüsətinə, yeniliyinə görə seçilir. Epik növün poetik 

strukturuna dair fəsildə isə klassik nəsr və xronotip, klassik nəsr və 

dialoq, klassik nəsr və monoloq, ad-mövqe kimi, Y.V.Çəmənzəmin-

linin hekayələri  əsasında nəsrin poetikası;  ənənə  və novatorluq, 

stereotip davranış və obraz yaradıcılığı məqalələri diqqəti çəkməklə 

oxucunu düşündürdü. “Epik sözün poetik gücü” kitabında son 

məqalələr klassik yazıçılarımız Abdulla Şaiq və Seyid Hüseynin 

nəsr əsərlərində sənətkarlıq məsələlərinə həsr olunmuşdur.  

Əlbəttə, XX əsr ədəbiyyat tariximizdə özünəməxsus yer tutan iki 

böyük yazıçının  əsərlərinin poetikası haqqında iki məqalədə söz 

demək çətindir. Sadəcə, Arif Əmrahoğlu sözü gedən elmi məqalələri 

ilə Abdulla Şaiq və Seyid Hüseyn kimi sənətkarların bədii nəsrinin 

poetikasının araşdırılması  gənc  ədəbiyyatşunaslar qarşısında bir 

başlanğıc mərhələsi kimi müəyyənləşdirilmişdir. 

“Epik sözün poetik gücü ” əsəri klassik nəsrimizin sənətkarlıq 

baxımından öyrənilməsi üçün ədəbiyyatşunaslığımıza qiymətli töhfə-

dir. 


 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə