Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə72/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   68   69   70   71   72   73   74   75   ...   89

217 

Yazıçının  əsərləri günümüzlə  sıx bağlı olduğundan Molla 

Qeybulla müasirlərini topa-tüfəngə tutmur, yalnız motolpapaqları 

deyil, sığal çəkə-çəkə “tumarladığı” qalstuklu zayalılar, 

hakimiyyətdə oturan boynu yoğun, üz-yanağından yağ axan, yağ 

içində böyrək kimi yaşayanlar – nazirindən tutmuş baş  həkiminə 

qədər olan tipləri “marallarına” çevirir. Bu tiplər cildini dəyişməklə 

bütün zamanlarda mövcud olubdur. Bütün bunlar cəmiyyətin 

müəyyən situasiyalarından yaranan tiplərdir.  əbəs yerə  dəməyiblər 

ki, gülüş doğuracaqlar – inkişaf etmiş  mədəniyyətin məhsuludur. 

Atabalanın Mollası da içində yaşadığı cəmiyyətdən kənarda qalmır. 

“Ürəyinə de” satirasında sürücülük vəsiqəsi almaq istəyən Molla 

Qeybulla tipik mənzərə ilə qarşılaşır. “Az qala dilənmək yolu ilə 

yığılan bu pulların bir hissəsi şöbə müdirinə, bir hissəsi baş həkimə, 

ordan da nazirə gedib çıxırdı”.  

Günümüzün ikrah doğuran həqiqəti Molla Qeybullanın artıq 

ictimai rəyi kimi səslənir. Vəzifə sahiblərinin düçar olduqları bir 

“xəstəlik” – kitab yazdırıb nəşr etdirmək istəyi də yumoristik 

planda, lakonik şəkildə ifşa edilir. Müəllifin tənqid hədəfi hər gün 

gedib-gəldiyimiz, istifadə üçün 3-4 dəfə qapılarını açdığımız idarə, 

təşkilat, xəstəxana, maqazinlər və s. obyektlər, orada çalışan bir sıra 

tiplərdir. Sırtıqlıq edib əndazəni keçən həyasızlar iştimai yerlərdə 

əxlaq və milli davranış normalarına  əməl etməyən gənclər, 

geyimində  dəbə ifrat dərəcədə meyil göstərən qızlar, sahə 

müvəkkili, həkim, vergi işçisi və başqaları onun sevdiyi” tiplərdir. 

Gülüş düşündürücü olduğu qədər də islah edici olmalıdır. “Pityamin 

pitmenti” bölməsinə toplanmış  əsərlərində bunu görmək çətin 

deyildir. 

Elmi institutlarda çalışanların dolanacağının acınacaqlı  vəziy-

yətlərdə olması onların mütiləşməsinə  gətirib çıxardır. Müəllim-

lərin, elmi işçilərin, həkimlərin məvacibinin itə qulluq edənin 

maaşından çox aşağı olması  cəmiyyətdə inkişafa, tərəqqiyə müna-

sibətin rəmzinə çevrilir.  

“Darıxma, qara külüm, qara kürüm” essesində, “Pityamin 

pitmenti” novellasında, “Tibbi arayış” səhnəciyində  ağrılı prob-

lemlər qaldırılır, tale yüklü məsələlərə xüsusi diqqət yetirməklə 

müəllif sanki həyəcan təbili çalır. “İnkirlə Minkirin hüzurunda” 



218 

reklamçılar birliyinin başqanının sərvətinin kazinolardan, siqa-

retlərdən, spirtli içkilərdən, pamoqrafiyadan – qanuna və  əxlaqa 

zidd reklamlardan gəldiyi ifşaedici planda təsvirini tapır. “Çay, Faiq 

müəllim” də işə əxlaqsızlıqla şeir qələmə aldıran, hətta haqqında ən 

nüfuzlu tənqidçilərlə  də  rəy yazdırıb çap etdirən mənəviyyatsız 

qadınlardan söhbət açılır.  

Mirzə  Cəlil haqlı qeyd edirdi ki, “Mollla Nəsrəddin”i 

zəmanənin özü yaratmışdır. Jurnal xalqı  qəflət yuxusundan oyat-

mağı özünə borc bilirdi. Molla Qeybulla da hamımızı gördüyümüz, 

bildiyimiz həqiqətləri bədii təsvirin mərkəzinə  çəkməklə bir daha 

cəmiyyətin diqqətini bu bəlalara yönəltməyə çalışır.  Əsas məsələ 

problemin həlli deyil, problemin bütün şərtliyi, kəskinliyi və 

aktuallığı ilə qaldırılması, buna qarşı barışmazlıq hissi forma-

laşdırmaqdır. A.İsmayıloğlu müntəzəm  şəkildə  dəbdə olmayan bir 

işlə məşğuldur – acı həqiqətlərin  bədii təsvirini vermək və bunların 

bəla olduğunu xatırlatmaq. Haqqında danışılan kitabça da sübut edir 

ki, müəllif məqsədinə bu və ya digər dərəcədə nail olur.  



 

Müasir Azərbaycan romanlarına yeni baxış 

 

“İlk Azərbavcan romanları” (Bakı, Elm.1998)  monoqrafi-

yasından sonra fılologiya eimləri namizədi. dos.Salidə  Şərifova 

“Müasir Azərbaycan romanlarında ictimai siyasi mühitin təsviri 

problemləri”  əsərini vazıb oxuculara təqdim edib (elmi redaktoru 

prof T.Hüsevnoglu). Tədqiqatcı monoqrafiyada son zamanlar 

qələmə alınmıs Azərbaycan romanlarını təhlil edərək sosial varlıgın 

ən  ziddiyyətli amillərinin necə  əks etdirilməsinin qanunauy-

ğunluqlarını  aşkarlamağa cəhd göstərib. Tədqiqat  prosesində 

müəllif “sosial problemlər bu janrda necə əks tapıb” sualına cavab 

axtararaq fikir və mülahizələrini bildirib. 

Müəllifın “son dövrdə  qələmə alınmış romanlarda sosial 

problemlərə, onların ideya bədii  əksinə daha çox diqqət yetirilir” 

fıkri təbii qəbul edilməlidir. Bu amil bir neçə  səbəbdən 

Azərbaycanın, o cümlədən müasir tarixi reallığın özünəməxsus-

luqlarından və yazıçılarımızın dövrün sosial problemlərinə daha çox 



219 

diqqət yetirmək meylindən irəli gəlir.  Əlbəttə, heç bir ədəbi növ 

dünyanın tarixini, öncə ictimai siyasi və mənəvi həyatını, zamanın 

təzadlı, düşündürücü, həm də ehtiras və pafosunu roman janrı qədər 

əhatəli, dərindən, sözün gücü ilə  əks etdirmək qabiliyyətinə malik 

deyildir. Üçüncü minillik ahəstə-ahəstə XXI əsri ağuşuna alaraq 

ağır ləngərlərlə irəli, daha dərin, təzadlı, mürəkkəb  ənginliklərə 

doğru apardığı bu gündə roman janrı geniş müzakirə obyektindən 

kənarda qalmayıb. 

Cəmiyyətdə hökm sürən sosial iqtisadi nöqsanlar və ziddiy-

yətlərin bədii inikasının müasir romanlarda əks etdirilməsi üsulları 

A.Rəhimovun “Girdab”, “Səfalət”, “Cinayət və etiraf” romanlarında 

daha qabarıq təzahürünü tapıb. “Girdab” romanının təhlilində sosial 

ədalətsizliyin təzahürü və onun yaranma səbəblərinin süjet xəttində 

və obrazlarm talelərində bu problemlərin ifadə  tərzi geniş  təhlil 

olunub. “Girdab” romanında “ikili” mənəviyyata malik olan insan-

ların təsvirinin özəlliyinə xüsusi yer ayrılıb. Nəsrimizin janr daxili 

əlvanlığnın, zəngin xarakterlər qalareyasını aydın təsəvvür etmək 

üçün yazıçı A.Rəhimovun digər bir əsəri “Səfalət” romanı da elmi 

təhlil süzgəcindən keçirilib. Bu zaman romanın  əsas problema-

tikasını  təşkil edən rüşvətxorluğun qəhrəmanlarının taleyinə  təsi-

rinin təhlilinə də xüsusi diqqət yetirilib. 

Müasir romanlarımızda sosial varlığın təsviri zamanı  təbiətə 

müraciət də monoqrafıyada işıqlandırılıb. Müəllif oxucuya 

göstərməyə (bəlkə  də diqtə etməyə B.B.) çalışır ki, təbiətin təsviri 

vasitəsi ilə yazıçılar müxtəlif məqsədlərə bu və ya digər dərəcədə 

nail olmaq üçün təbiətin harmoniya və kamilliyinin təsir gücünü 

gözümüzdə canlandırır. Məsələn, S.Rüstəmxanlının “Göy tanrı” 

romanına münasibət bildirən S.Şərifova qeyd edir ki, əsərdə təbiətin 

təsviri zamanı  bədii detal, təfərrüatlar, bədii təsvir vasitələrindən 

istifadə romana xüsusi gözəllik verərək oxunaqlı edir. E.Mehrə-

liyevin “Doxsanıncı illər” romanında isə təbiətin təsvirində doğma 

torpaqlara olan məhəbbətin təcəssümünün verildiyi bildirilirsə, 

A.Rəhimovun “İkili dünyam” və “Ovlaq keçidi” romanlarında 

hadisələrin dinamikası  və yaranmış  gərginliyin açıqlanmasının 

situasiyadan asılı olaraq təbiət hadisələri fonunda verildiyi real 

faktlar  əsasında açıqlanır. Bu və digər oxşar  əsərləri də  təhlil 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə