Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə67/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   63   64   65   66   67   68   69   70   ...   89

202 

zılmış dərsliyi xüsusi qeyd etməliyik . Kitabın müəllifi Bakı Dövlət 

Universitetinin Türk və Qafqaz xalqlarının tarix kafedrasının 

professoru Nisbət Mehdiyevadır. 

Təhsil səviyyəsinin artırılması üçün əsas amillərdən biri də 

fundamental və orijinal, elmi, milli dəyərlərə söykənən dərsliklərin 

yazılması  və  tədris prosesində onlardan istifadə olunmasıdır. Heç 

şübhəsiz, bu milli dərsliklərin yazılması, nəşri bütöv bir nəslin 

təhriklərə, ideoloji müdaxilə  və “redaktələrə” məruz qalmış tarixi 

zamanda qohum xalqların bir-birini yaxından tanımasında zəminə, 

mənbəyə çevrilir.  

Vacib inamlardan biri professor Nisbət Mehdiyevanın kitabının 

bu və digər dərəcədə iki profili, aspekti özündə birləşdirməsidir. 

Türk xalqlarının yeni dövrünün tarixini müəllif  həm dərslik, həm 

də monoqrafik tədqiqat səviyyəsində araşdırmışdır. Türk xalqlarının 

yeni dövrünün öyrənilməsində və tədrisində ilk təcrübə, ilk təşəbbüs 

olduğundan haqqında söhbət gedən əsər ikiqat əhəmiyyət kəsb edir, 

növbəti dərsliklər və  tədqiqatlar üçün örnək və  ənənələrin təməli 

qoyulur. Burada ədəbi-elmi ictimayyətə məlum bir həqiqəti də qeyd 

etmək lazımdır. Belə ki, çar Rusiyası  və sovet dönəmində 

Azərbaycan müstəmləkiçilik siyasətinə qarşı mübarizədə, milli 

mənlik  şüurunun gücləndirilməsi, etnik milli özünəməxsusluqların 

qorunmasında, azadlıq, türkçülük ideyalarının hər bir vətəndaşın 

amalına çevrilməsində öndə gedərək mühüm  rol oynamışdır. 

Bunları biz N.Mehdiyevanın dərsliyinin timsalında da görə bilərik. 

Müstəqillik qazandıqdan sonra keçmiş SSRİ  məkanında türk 

xalqlarının tarixi və  ədəbiyyatını öyrənmək istiqamətində ilk 

fundamental işlər məhz Azərbaycanda gerçəkləşirdi. Bu baxımdan 

Bakı Dövlət Universitetində  həyata keçirilən təşkilati işlər və 

tədqiqatları xüsusi qeyd etmək lazımdır. N.Mehdiyevanın 13 ildən 

çox üzərində işlədiyi dərsliyi də düşüncələrimizin əyani təsdiqidir. 

Dərslik XX əsrin əvvələrində türk xalqlarının ərazi, əhali, sosial 

tərkib və inkişaf səviyyəsinə görə bir-birindən fərqlənməsi dəqiq 

faktlar və araşdırmalar  əsasında tədqiq edilmişdir. Müəllif çox 

böyük zəhmət hesabına apardığı  tədqiqat  əsasında ayrı-ayrılıqda 

türk xalqlarının özünəməxsus spesifik xarakter xüsusiyyət və 

əlamətlərini, inkişaf tərzi, çətinlik və çatışmazlıqları obyektiv 



203 

şəkildə  və elmi cəhətdən  əsaslandırılmış  tərzdə  şərh edilmişdir. 

Əsərdə Mərkəzi Asiya və Qazaxıstan, Volqaboyu, Sibir və Kırımda 

mövcud idarəetmə sistemi, ictimai-iqtisadi və siyasi vəziyyət, elm 

və mədəni həyat kifayət qədər dərin işlənilmişdir. 

Dərslik türk xalqlarının mürəkkəb dövrünü əhatə edir. Məlum 

olduğu kimi XIX əsrin ikinci yarısında çar Rusiyası türk 

dövlətlərinin işğalını başa çatdırmışdır. İnkişaf mərhələlərinin yaşa-

yan türk xalqlarının fərdi durumunu müəyyənləşdirmək, ümumil-

ləşdirmək nə  qədər çətin olsa da müəllif bu işin öhtəsindən məha-

rətlə  gəlmişdir. Tədqiqat-dərsliklə tanış olarkən məlum olur ki, 

proffesor N.Mehdiyeva qarşısında qoyduğu möhtəşəm məqsədə 

çatmaq üçün Bakı, Daşkənd, Almatı, Bişkək, Aşqabad, Səmərqənd 

kimi  şəhərlərin kitabxana və arxivlərində  işləmiş, mövzu ilə bağlı 

mənbələri, materialları hərtərəfli öyrənmişdir. 

“Türk xalqlarını tarixi” fundamental dərsliyi mövzuya, 

problemə uyğun olaraq səkkiz fəslə ayrılmışdır. Tədqiqatın mövcud 

strukturu, xronoloji-məntiqi ardıcıllığı XIX-XX əsrin  əvvələrində 

türk dövlət və xalqlarının tarixinin əsas inkişaf meyillərini, 

mərhələlərini bütün miqyası, mürəkkəbliyi və  zənginliyi ilə  əhatə 

etməyə imkan vermişdir. Müəllif ilk növbədə türk xalqlarının- 

sosial-iqtisadi, siyasi, elm-mədəni inkişaf səviyyəsi, qarşılıqlı  əla-

qələri haqqında obyektiv təsəvvür yaratmışdır. 

Tədqiqatçı türk xalqlarının işğalı prosesini araşdırarkən çar 

Rusiyasının strateji maraqlarını dəqiq müəyyənləşdirməklə bu işğalı 

özü ilə  gətirdiyi müsbət cəhətlərə  və  fəlakətlərə xüsusi diqqət 

yetirmişdir. Dərslikdə XX əsrin  əvvələrində inqilablar dövründə 

türk xalqlarının vəziyyəti Rusiya donanmasında türk deputatlarının 

fəaliyyəti, birinci dünya müharibəsində, fevral inqilabında, sonrakı 

dövrdə türk xalqlarının taleyi və s. kimi aktual problemlərin yüksək 

elmi səviyyədə  araşdırılması faktiki material əsasında ümumi 

mənzərəsinin yaradılması təqdirə layiqdir.  

Çar Rusiyasının türk xalqalarının işğalından sonra onların 

mədəniyyəti də yeni istiqamətdə inkişaf etməyə başladı. Qabaqcıl 

demokrativ rus ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi, elm-sənət 

xadimləri ilə yaxından tanışlıq, rus dili vasitəsi ilə dünya, xüsusən 

Avropa mədəniyyəti,  ədəbiyyatı ilə  təmas türk xalqlarının mədəni 



204 

inkişafına  əsaslı  təsir göstərmişdir. Qədim və ulu milli ədəbi-

mədəni  ənənələrinə sadiq qalan türk ziyalıları Avropa ədəbiy-

yatının, mədəniyyətinin  ən yaxşı, mütərəqqi  ənənələrini mənimsə-

məklə xalqın maariflənməsinə, onlarda milli-ictimai şüurun güclən-

məsinə təkan verən əsərlər yaratdılar. Dərslikdə düzgün qeyd olunur 

ki, türk xalqlarının XIX əsr mədəniyyəti maarifçi ruhunda, 

məzmunda idisə, XX əsrin əvvələrində bu mədəniyyətdə   milli ruh, 

məzmun güclənməyə başladı. Bu isə artıq o demək idi ki, türk 

xalqlarının mədəniyyəti bu xalqların  əsarətə, müstəmləkə siyasəti 

ilə barışmamasında həlledici rol oynamışdır. 

 Təqdirəlayiq hal kimi dərsliyin  əyani vəsaitlərlə  təmin 

olunması qeyd olunmalıdır. Türk xalqlarına aid xəritələrin, qazax, 

özbək, tatar, Krım-tatar və s. xalqların görkəmli yazıçısı, şair, alim, 

pedaqoq və maarifçilərin portretlərinin, ayrı-ayrı mədəni abidələrin 

şəkillərinin və s. illüstrativ material kimi verilməsi dərsliyin elm-

liliyi ilə yanaşı, təsir və tərbiyəvi əhəmiyyətini artırır. 

Respublikanın görkəmli alimlərindən professor, millət vəkili 

Y.Mahmudov, professorlar A.Mustafayev, R.Süleymanov, T.Baxşə-

liyev və tarix elmlər namizədi A.Göyüşov kitaba rəy vermişdilər. 

Dərsliyin redaktoru, proffesor T.Vəliyevin belə bir mülahizəsinə 

haqq qazandırmaq lazımdır ki, “professor N.Mehdiyevanın yazdığı 

dərslik ilk uğurlu  addım kimi bəyənilməlidir”. Yüksək elm səviy-

yəsi, çətin, mürəkkəb tarixi prosesləri anlaşıqlı, aydın dildə 

çatdırılması baxımından da bu qiymətli tədqiqat əsəri, əminik ki, ali 

məktəb tələbələri, magistrlər, aspirantlar, müəllimlər və elmi 

ictimaiyyət tərəfindən rəğbətlə qarşılanacaqdır. 

 

 



Ziyalı alim 

 

Əgər mən yazıçı olub yazacağım bədii nəsr  əsərimin qəh-

rəmanını seçərkən ideal obraz, ideal insan və ideal alim axtarışına 

çıxası olsaydım, təbii ki, onun prototipi daha çox yaxından tanı-

dığım dostum, ləyaqətli insan, istedadlı  ədəbiyyatşünas, tənqidçi, 

filologiya elmləri doktoru, professor Şamil Vəliyev olardı. 25 ildir 

ki,  Şamili tanıyıram. Gəncliyində necə idisə, eləcə  də qalıb; 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə