190
barədə məsələ qaldırıb, ölüsünə bəraət istəyib. Babasının həbs
olunduğu Viladimir həbsxanasına gedib, müxtəlif adamlarla
görüşüb. Hətta babasının qəbrinin nömrəsini öyrənib, onunla bir
kamerada yatan adamı tapıb. Babasının ölüm ayağında vəsiyyətini
soruşub. Həmin şəxs deyib ki, Səid Əlizadəni özüm dəfn etmişəm.
Qəbrinin yerini, nömrəsini də bilirəm. Vəsiyyəti isə olmadı. Bircə
onu deyirdi ki, görəsən mənim evə göndərdiyin kostyum çatdı,
yoxsa yox. Nəvəsi isə bildirdi ki, anam o kostyumu alıb, yadigar
kimi saxlayırdı.
-
Nəvə kostyumla bağlı müəmmalı sirri sizə açıqlamadımı?
Açıqladı. Dedi ki, anamdan xahiş etdim ki, atasının yadigarını
gətirsin. Ciblərini axtardım. Heç nə yox idi. Hiss etdim ki, pencəyin
kürək hissəsi nəsə qalın görünür. Arxa tikişini sökdüm. Və ordan
yarım metrədən çox ağ parça çıxdı. Babam başına gələn bütün
əhvalatları həmin parçaya ərəb əlifbası ilə yazmişdi.
- Siz nə iş gördünüz, həmin yazılar barədə məlumatlarınız
oldumu?
- Həmin yazılı parçanın foto sürətini çıxartdırıb, kitabların titul
səhifələri ilə birlikdə topladığım bütün məlumatları MK-ya təqdim
etdim.
- Reaksiya necə oldu?
Nə iş gördülər?
- Bütün sənədlərə MK-nın idealoji sahə üzrə katibi Həsən
Həsənov baxır, sonra göstəriş verir ki, yayılmaq üçün kütləvi
informasiya vasitələtinə bu barədə informasiya verilsin.
- Bəs sizin institut, (Elmi Tədqiqat Pedaqogika İnstitutu, o
vaxt belə adlanırdı. – B.B.) nə iş gördü?
- Maarif Nazirliyinin xətti ilə geniş elmi praktik konfrans
keçirtdik, həmin yığıncağa nəvə Fərhad Əlizadə ilə Səmərqənd
Universitetinin bir alimi də gəlmişdi.
- Şəmistan müəllim, bununla da bütün işlər görüldümü,
qədərincəmi idi?
- Xeyr. 1987-ci ildə Səmərqənddə Səid Əlizadənin 100 illik
yubileyi keçirildi. Məni ora dəvət etmişdilər. Böyük məruzə ilə
çixiş etdim.
- Sonra... Bəs bizimkilər nə etdilər?
191
- Susur... Nurlu siması, qırmızı yanaqları qıpqırmızı olur, ağıllı
gözləri gözlərimə zillənir və... Bildirdi ki, 2002-ci ilin iyun ayında
Səmərqənddən Azərbaycana - Prezident Aparatına müraciət ediblər.
Səid Rza Əlizadənin yubileyinin keçirilməsi haqqında məsələ
qaldırıblar. Prezident Aparatının məktubu Təhsil Nazirliyinə, onlar
da bizə - Təhsil Problemləri İnstituna göndəriblər. Problemlər
İnstitunun şöbə müdiri, ilk müdiri, tədqiqatçı kimi məktubu mən də
oxumuşam. Konfrans keçirilməsini təklif etmişəm. İnstitutsa razılıq
məktubunu Nazirliyə gündərib. Hələ ki, xəbər yoxdur... Bir kiçik
məlumatı da deyim ki, Səmərqənddən Səxavət adlı bir azərbaycanlı
gənc “Səid Əlizadənin pedaqoji fəaliyyəti” mövzusunda namizədlik
dissertasiyası yazıb. Bakida müdafiə etdi. Mən onun
opponentlərindən biri idim. Səid Əlizadənin geniş yaradıcılıq irsi
bu gün gənc tədqiqatçılarımızın yolunu gözləyir, əsərlərinin nəşri
isə...
- Professor, maraqlı müsahibə üçün sağ olun!
Cəfakeş tənqidçi
1973-cü il iyun ayının ilk günü eşitdik ki, Dövlət İmtahan
komissiyasının sədrləri, Elmlər Akademiyası, Nizami adına
Ədəbiyyat İnstitutunun əməkdaşları – tənqidçi, ədəbiyyatşünaslar
Şamil Salamov və Arif Səfiyevdir. Həmin il Filologiya fakültəsini o
ilk altı qrup qutarırdı. Bizim sədr Şamil müəllim oldu. Yaxşı
yadımdadır, institutun kafedra müdiri, tədris işləri üzrə prorektoru,
mərhum proffesor Davud Hacıyev bizə məsləhət görürdü ki,
oxuduqlarınızı təkrarlayın, güzəşt olmayacaq, yazıçı və şairlər
haqqında yazılan monoqrafiyalara xüsusi diqqət yetirin.
Tələbə yoldaşım Sahib Axundov (indi filologiya elmlər
namizədi, istedadlı şairdir) Şamil müəllimin şəkli və şeirləri olan
“Azərbaycan” jurnalının bir sayını tapıb gətirdi. Sən demə ki,
Salmanov ədəbiyyata şeirlə gəlibmiş və “Sabahınız xeyir, insanlar”
adlı şeir kitabı da varmış. Akademiyadan gəlmiş hər iki komissiya
sədrinin yaradıcılığı haqqında xeyli bilgi əldə etdik. Şamil müəllim
təbiətcə qaynar insan idi, bu balacaboy kişinin gözlərindən od
192
yağırdı. Arif Səfiyev olduqca mülayim, sakit təbiətli idi.
İmtahanların gedişi prosesində Şamil müəllimi elmi kommunizm
dərsliyini yaşadığı mehmanxananın qarşısında bağda, sakit bir
güşədə oxuyan gördük. İlahi bu adamın canında qanında nə qədər
tələbkarlıq var idi? O, vaxtdan bizi nə az, nə çox, düz 30 il ayırır.
Şamil müəllim bu gün də oxuyur, bu gün də yazır. Azərbaycan
MEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi
şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yüzlərlə
elmi məqalənin, onlarla monoqrafiyanın, kitabın redaktoru, müəllifi,
namizədlik və doktorluq işinin elmi rəhbəri, opponenti olmuş, sözün
həqiqi mənasında ədəbi tənqidçilərə örnək olacaq, müəllimlik
edəcək Şamil Salamovun 70 yaşı tamam olur.
İnanmağım gəlmir. 30 il əvvəl gördüyüm insan elecə də qalıb.
Bəlkə də bu mənim subyektiv fikrimdir. Hər halda hər fərdi bir
baxış prizması var. Mənim fəhmimdə, münasibətimdə və təfək-
küründə özünə yer tapmış şəxsiyyətlər çox azdır. Akademik Bəkir
Nəbiyev haqqında da həmişəcavan tənqidçi sözü demiş və
yazmışdır. Şamil Salamovun 70 illik yubleyi haqqında da yəqin ki,
çox yazılacaq. Çünki o, ədəbiyyatın çətin konfiliktlər yaradacaq,
müəlliflərin əsəblərini tarıma çəkəcək, kefinə soğan doğrayacaq bir
sahəsi ilə məşqul olmuşdur. Əslində bütün bunlar yeganə bir
ideoloji-mənəvi zənginliyə, məfkurə dolğunluğuna-ədəbiyyata xid-
mətdən başqa bir iş olmamışdır. Fərdlərin um-küsüşünə görə böyük
yoldan dönmək və ya ona xilaf çıxmaqsa Şamil Salamov kimi
qeyrətli, istedadlı, vətənpərvərlərin xarakterinə yad olan bir
məsələdir.
Qarşımdakı kitablara baxıram. Düşünürəm ki, belə ciddi
əsərləri ərsəyə gətirmək hər insana-alimə müyəssər olan iş deyil.
Diqqətimi M.Rəfilinin “M.F.Axundov” monoqrafiyası cəlb edir.
Ş.Salmanov görkəmli tənqidçi Rəfilinin bu kitabının məziyyətləri
bilərək, müasirlərimiz üçün vacibliyini nəzərə alaraq kitaba
redaktorluq edərək çap etdirmişdir. Ş.Salmanov lap çoxdan
doktorluq müdafiəsi etməliydi. Nədənsə ... onu gecikdirdi, lap sonra
fundamental bir elmi işi ədəbiyyata ərmağan etdi. Adam bəzən
utanır xəcalət çəkir. Ki gör kimlər və nə vaxt, hansı yaşda doktor,
professor olub. Halbuki ədəbi tənqiddə ümumi yeri, çəkisinə görə,
Dostları ilə paylaş: |