Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə63/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   59   60   61   62   63   64   65   66   ...   89

190 

barədə  məsələ qaldırıb, ölüsünə  bəraət istəyib. Babasının həbs 

olunduğu Viladimir həbsxanasına gedib, müxtəlif adamlarla 

görüşüb. Hətta babasının qəbrinin nömrəsini öyrənib, onunla bir 

kamerada yatan adamı tapıb. Babasının ölüm ayağında vəsiyyətini 

soruşub. Həmin şəxs deyib ki, Səid Əlizadəni özüm dəfn etmişəm. 

Qəbrinin yerini, nömrəsini də bilirəm. Vəsiyyəti isə olmadı. Bircə 

onu deyirdi ki, görəsən mənim evə göndərdiyin kostyum çatdı, 

yoxsa yox. Nəvəsi isə bildirdi ki, anam o kostyumu alıb, yadigar 

kimi saxlayırdı. 

-

 

Nəvə kostyumla bağlı müəmmalı sirri sizə açıqlamadımı? 



Açıqladı. Dedi ki, anamdan xahiş etdim ki, atasının yadigarını 

gətirsin. Ciblərini axtardım. Heç nə yox idi. Hiss etdim ki, pencəyin 

kürək hissəsi nəsə qalın görünür. Arxa tikişini sökdüm. Və ordan 

yarım metrədən çox ağ parça çıxdı. Babam başına gələn bütün 

əhvalatları həmin parçaya ərəb əlifbası ilə yazmişdi.  

- Siz nə  iş gördünüz, həmin yazılar barədə  məlumatlarınız 

oldumu?  

- Həmin yazılı parçanın foto sürətini çıxartdırıb, kitabların titul 

səhifələri ilə birlikdə topladığım bütün məlumatları MK-ya təqdim 

etdim.  


- Reaksiya necə oldu? 

Nə iş gördülər? 

- Bütün sənədlərə MK-nın idealoji sahə üzrə katibi Həsən 

Həsənov baxır, sonra göstəriş verir ki, yayılmaq üçün kütləvi 

informasiya vasitələtinə bu barədə informasiya verilsin.  



- Bəs sizin institut, (Elmi Tədqiqat Pedaqogika İnstitutu, o 

vaxt belə adlanırdı. – B.B.) nə iş gördü?  

- Maarif Nazirliyinin xətti ilə geniş elmi praktik konfrans 

keçirtdik, həmin yığıncağa nəvə  Fərhad  Əlizadə ilə  Səmərqənd 

Universitetinin bir alimi də gəlmişdi.  



-  Şəmistan müəllim, bununla da bütün işlər görüldümü, 

qədərincəmi idi? 

- Xeyr. 1987-ci ildə  Səmərqənddə  Səid  Əlizadənin 100 illik 

yubileyi keçirildi. Məni ora dəvət etmişdilər. Böyük məruzə ilə 

çixiş etdim. 



- Sonra... Bəs bizimkilər nə etdilər? 


191 

- Susur... Nurlu siması, qırmızı yanaqları qıpqırmızı olur, ağıllı 

gözləri gözlərimə zillənir və... Bildirdi ki, 2002-ci ilin iyun ayında 

Səmərqənddən Azərbaycana - Prezident Aparatına müraciət ediblər. 

Səid Rza Əlizadənin yubileyinin keçirilməsi haqqında məsələ 

qaldırıblar. Prezident Aparatının məktubu Təhsil Nazirliyinə, onlar 

da bizə - Təhsil Problemləri  İnstituna göndəriblər. Problemlər 

İnstitunun şöbə müdiri, ilk müdiri, tədqiqatçı kimi məktubu mən də 

oxumuşam. Konfrans keçirilməsini təklif etmişəm. İnstitutsa razılıq 

məktubunu Nazirliyə gündərib. Hələ ki, xəbər yoxdur... Bir kiçik 

məlumatı da deyim ki, Səmərqənddən Səxavət adlı bir azərbaycanlı 

gənc “Səid Əlizadənin pedaqoji fəaliyyəti” mövzusunda namizədlik 

dissertasiyası yazıb. Bakida müdafiə etdi. Mən onun 

opponentlərindən biri idim. Səid  Əlizadənin geniş yaradıcılıq irsi 

bu gün gənc tədqiqatçılarımızın yolunu gözləyir,  əsərlərinin nəşri 

isə... 


- Professor, maraqlı müsahibə üçün sağ olun!  

 

Cəfakeş tənqidçi 

 

1973-cü il iyun ayının ilk günü eşitdik ki, Dövlət  İmtahan 



komissiyasının sədrləri, Elmlər Akademiyası, Nizami adına 

Ədəbiyyat  İnstitutunun  əməkdaşları – tənqidçi,  ədəbiyyatşünaslar 

Şamil Salamov və Arif Səfiyevdir. Həmin il Filologiya fakültəsini o 

ilk altı qrup qutarırdı. Bizim sədr  Şamil müəllim oldu. Yaxşı 

yadımdadır, institutun kafedra müdiri, tədris işləri üzrə prorektoru, 

mərhum proffesor Davud Hacıyev bizə  məsləhət görürdü ki, 

oxuduqlarınızı  təkrarlayın, güzəşt olmayacaq, yazıçı  və  şairlər 

haqqında yazılan monoqrafiyalara xüsusi diqqət yetirin. 

Tələbə yoldaşım Sahib Axundov (indi filologiya elmlər 

namizədi, istedadlı  şairdir)  Şamil müəllimin  şəkli və  şeirləri olan 

“Azərbaycan” jurnalının bir sayını tapıb gətirdi. Sən demə ki, 

Salmanov ədəbiyyata  şeirlə gəlibmiş və “Sabahınız xeyir, insanlar” 

adlı şeir kitabı da varmış. Akademiyadan gəlmiş hər iki komissiya 

sədrinin yaradıcılığı haqqında xeyli bilgi əldə etdik. Şamil müəllim 

təbiətcə qaynar insan idi, bu balacaboy kişinin gözlərindən od 



192 

yağırdı. Arif Səfiyev olduqca mülayim, sakit təbiətli idi. 

İmtahanların gedişi prosesində  Şamil müəllimi elmi kommunizm 

dərsliyini  yaşadığı mehmanxananın qarşısında bağda, sakit bir 

güşədə oxuyan gördük. İlahi bu adamın canında qanında nə  qədər 

tələbkarlıq var idi? O, vaxtdan bizi nə az, nə çox, düz 30 il ayırır. 

Şamil müəllim bu gün də oxuyur, bu gün də yazır. Azərbaycan 

MEA Nizami adına  Ədəbiyyat  İnstitutunun  Ədəbiyyat nəzəriyyəsi 

şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, yüzlərlə 

elmi məqalənin, onlarla monoqrafiyanın, kitabın redaktoru, müəllifi, 

namizədlik və doktorluq işinin elmi rəhbəri, opponenti olmuş, sözün 

həqiqi mənasında  ədəbi tənqidçilərə örnək olacaq, müəllimlik 

edəcək Şamil Salamovun 70 yaşı tamam olur. 

İnanmağım gəlmir. 30 il əvvəl gördüyüm insan elecə də qalıb. 

Bəlkə  də bu mənim subyektiv fikrimdir. Hər halda hər fərdi bir 

baxış prizması var. Mənim fəhmimdə, münasibətimdə  və  təfək-

küründə özünə yer tapmış  şəxsiyyətlər çox azdır. Akademik Bəkir 

Nəbiyev haqqında da həmişəcavan tənqidçi sözü demiş  və 

yazmışdır. Şamil Salamovun 70 illik yubleyi haqqında da yəqin ki, 

çox yazılacaq. Çünki o, ədəbiyyatın çətin konfiliktlər yaradacaq, 

müəlliflərin əsəblərini tarıma çəkəcək, kefinə soğan doğrayacaq bir 

sahəsi ilə  məşqul olmuşdur.  Əslində bütün bunlar yeganə bir 

ideoloji-mənəvi zənginliyə, məfkurə dolğunluğuna-ədəbiyyata xid-

mətdən başqa bir iş olmamışdır. Fərdlərin um-küsüşünə görə böyük 

yoldan dönmək və ya ona xilaf çıxmaqsa  Şamil Salamov kimi 

qeyrətli, istedadlı, vətənpərvərlərin xarakterinə yad olan bir 

məsələdir. 

Qarşımdakı kitablara baxıram. Düşünürəm ki, belə ciddi 

əsərləri  ərsəyə  gətirmək hər insana-alimə müyəssər olan iş deyil. 

Diqqətimi M.Rəfilinin  “M.F.Axundov” monoqrafiyası  cəlb edir. 

Ş.Salmanov görkəmli tənqidçi Rəfilinin bu kitabının məziyyətləri 

bilərək, müasirlərimiz üçün vacibliyini nəzərə alaraq kitaba 

redaktorluq edərək çap etdirmişdir.  Ş.Salmanov lap çoxdan 

doktorluq müdafiəsi etməliydi. Nədənsə ... onu gecikdirdi, lap sonra 

fundamental bir elmi işi  ədəbiyyata  ərmağan etdi. Adam bəzən 

utanır xəcalət çəkir. Ki gör kimlər və nə vaxt, hansı yaşda doktor, 

professor olub. Halbuki ədəbi tənqiddə ümumi yeri, çəkisinə görə, 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə