Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə59/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   55   56   57   58   59   60   61   62   ...   89

178 

tədbirlərində görüşür, qəzetimiz üçün müsahibələr hazırlayır, nəşr 

olunan yeni kitabları haqqında yeni məqalələr yazırdım... 

Bu üç il nə tez ötüb keçdi. Elə bil dünən idi xalq şairi. Cabir 

Novruzun gəlimli-gedimli dünyayla vidalaşmağı. Soyuq bir qış 

günü – 12 dekabr 2002-ci ildə axşam bütün telekanallar və digər 

informasiya vasitələri onun ölümünü özündən, canından çox istədiyi 

xalqına – bütün Azərbaycana hüznlə  xəbər verdi. Yoxluğunu dilə 

gətirmək çətindir. Fəqət istəsək də istəməsək də dünyanın 

“tələbi”dir bütün bunlar. Ondan qaçmaq, gizlənmək, qarşısını almaq 

mümkünsüzdür. Sadəcə  təskinliyi onda tapırıq ki, üç il zaman 

müddətində elə  mətbuat, elə televiziya kanalı olmayıb ki, sevimli 

şairimiz Cabir Novruzun sözlərinə yazılmış mahnı  səsləndirməsin, 

barəsində veriliş hazırlamasın, kitabları  nəşr olunmasın, haqqında 

xoş sözlər yazılmasın, xoşməqamlı qədirbilən insanların səyi, birdə 

ki, övladlarının istəyi heç olmaya atalarının ruhu qarşısında olan 

borclarını yerinə yetirmək istədiyi nəticəsində bu işlər görülür, 

xatırlanır.  Ən ümdəsi isə görülən işlər dövlət və hökümətin 

ədəbiyyat, incəsənət adamlarına bəslədiyi qayğının təzahürləridir. 

Bütün bunlar yaxşı yadımdadır, Milli Məclisin deputatı  əməkdar 

incəsənət xadimi Cabir Novruza xalq şairi fəxri adı veriləndə 

təbrikə getdim və  qəzetimiz üçün müsahibə hazırlayərkən sual 

verdim ki, “Qəbiristan” və “Azərbaycan” poemalarınızı nisgilsiz 

oxumaq olmur. Bu əsərləri hansı zərurətdən yazdınız.  

Sevimli şairimiz cavab verdi:  

“Həsrət, kədər, nisgil mənim xarakterimdədir. Taleyimdə, 

varlığımda olan dərdlər çoxdur. Anamı, həyat yoldaşımı, nakam 

bacımı itirmişəm. Onların ölümü mənə yaman dərd oldu. Bu 

kədərlər, ələmlər mənim içimdən keçdi. Bax “Qəbiristan” poeması 

bu ağrılardan yaranıb. “Azərbaycan” poeması isə köçkün-qaçqın 

problemləri, çadır həyatı keçirən vətəndaşlarımızın üzüntülü 

dərdləri sayəsində yaranıb. Dağlıq Qarabağ bizi yaman günə qoydu. 

Gecələr də yuxumuzdan çıxmır”.  

Şeirlərindəki oynaqlıq, istiqanlıq, xoş-əhval ruhiyyə, nikbinlik 

oxucunu necə ovsunlayırsa, iç dünyasına necə  sığal çəkirsə, nə 

qədər zaman keçsə  də onun təsirindən qurtara bilmirsən.  Şair nə 

yazır yazsın, odlu ilhamla, min bir zövqlə yazır. Sətirlərə çevrilənlər 



179 

ürəkdən gəlir, yanğıdan yaranır. Özü deyirdi ki, “Mən aç olanda, 

narahat olanda daha yaxşı yazıram”.  

Yenə yuxarıda xatırladığım müsahibədə bir məqam yadıma 

düşdü. Sual vermişdim ki, - Cabir müəllim poeziyanın bətnində 

hazırlanmasına və “doğuşuna” Tanrı köməyi olurmu? Nə vaxt hiss 

edirsən bunları? Vəhydən tapşırıqlar alırsanmı? Xalq şairi Nəbi 

Xəzri bir dəfə müsahibəsində dedi ki, vəhydən gələn diktə, göstəriş, 

tapşırıqlarla yazıram. Sizə necə? Cavabında dedi ki, “Yazmaq özü 

mürəkkəb prosesdir, adamın özündən asılı deyil. Mən bir poema, 

yaxud şeir yazım. Ola bilməz. Mühasibat işi deyil ki. Sövq – təbii 

haldır, vəhy deyim, nə deyim bilmirəm, yazıram. Bir də görürsən ki, 

bir şair illərlə yarımçıq qalır, tamamlaya bilmirsən, amma cild-cild 

digərlərini yazırsın. İlham adlı nəsə var. O məcbur edir ki, yazasan”. 

Uşaqlıq və gənclik illəri əzab-əziyyətlə, yoxsulluq içində keçən 

Cabir Novruz zamanın sınağından mərdliklə  çıxmış, vətəndaş  şair 

kimi heç nədən qorxmadan, çəkinmədən, mövcud eybəcərlikləri 

Cabirsayağı tənqid atəşinə tutur, var-dövlər hərislərinə acı-acı gülür, 

dünyanın fani olduğunu məsləksizliklərə başa salırdı:  

 

Hər şey alınır, satılır, 



Vicdan alınır, satılır, 

Məslək alınır, satılır... 

“Quran” alınır, satılır... 

Qəbir baha, dam bahadır, 

Heyvan insandan bahadır... 

 

Doxsanıncı illərin sonunda nəşr olunan “Özünü qoru xalqım” 



(1996), “Yaza həsrət günlər kimi” (1999) şeir kitabları, “İxtiyarım 

olsaydı” poeması  və başqa  əsərlərində  həmin illərin dərdi sərini 

poetik bir dillə deməyə müvəffəqiyyətlə nail olmuşdur. 1994-cü il 4 

oktyabrda gecə saat 3-də Azərbaycan Prezidenti Heydər  Əliyevin 

yanında “Özünü qoru xalqım”  şeirini oxuyarkən Cabir Novruzun 

siyasət meydanında, qorxulu vaxtlarda xalqına müraciət etməsi, 

müstəqilliyimizin, dövlətçiliyimizin qorunub saxlanması  uğrunda 

çalışdığı çağırışı bu gün yaddaşlardadır və bütün bunlar onun 

vətəndaş şair olmasından xəbər verir. Cabir Novruzun həyatı bütün 



180 

xalqın gözü qarşısında keçdi. Ləyaqətli, namuslu, şərəfli bir ömür 

yaşadı, bənzərsiz bir ömür. Abır həyasına sığınaraq, qısılaraq, heç 

kəsə  əyilmədən, ağız açmadan, həyatın ağrılarına dözərək, kitab-

larının nəşri üçün qapıları döymədən yaşadı.  İlahi bir insan ömrü, 

şairi ömrü yaşadı, heç bir iddiada olmadı.  Şan-şöhrət dalınca 

qaçmadı, əyilmədi. Nəyi vardısa eləcə onunla da qaldı.  

Belə də olmalıydı. Axı şairlər Tanrı cəzasını çəkənlərdir. Xalq 

yazıçısı Anar yazır: “Cabir Novruz şair dözümü ilə yaşayır, 65 

yaşını üzüağ, alnıaçıq, hamının gözünün içinə dik baxa biləcək 

qarşılayır”. Bizim gördüyümüz, müşahidə etdiyimiz kimi. Bütün 

vücudu məhəbbətli, ilhamı sönməz, poeziya ilə ürəkləri fəth edən, 

sağlığında klassikləşən, özünə heykəl qoyanlardan oldu Cabir 

Novruz. Üç il əvvəl bir qış günü qəlbində  nə  qədər deyilməmiş 

sözləri, həyata keçməmiş, yarımçıq qalmış arzuları qalan ünlü bir 

sənətkarı, xalqın sevimli şairini - Cabir Novruzu sirli-sehrli dünya 

görməmiş kimi “təşnəliklə nuş” etdi, ağuşuna aldı. Taleyin qədəri 

belə imiş. Amma sən ölməmisən, uca Tanrı sənə ölməzliyi, öz dəsti-

xəttiylə yazıb. Nə  qədər Azərbaycan xalqı var, nə  qədər onun 

ədəbiyyatı, poeziyası var, sən də o qədər olacaq, yaşayacaqsan. 

Qəbrin nurla dolsun, yerin behiştlik olsun, ruhun şad olsun, bizim 

həmişəyaşar sevimli şairimiz.  

 

 

Özgəni ləkələməklə özünü təsdiq etmək olmaz 

 

- Anar müəllim, xoş gördük, necəsiniz? 

- Çox sağ olun. 



- Biz sizinlə görüşə, müsahibə almağa gələndə Türkiyədə 

Dil bayramında iştirak edib yenicə  vətənə dönmüşdünüz. 

“Azərbaycan dilinin işlənməsi və qorunması haqqında” qanun 

layihəsi artıq MM-də birinci oxunuşda qəbul olunmuşdu. 

Deyilənə görə, Azərbaycan parlamentinin qəbul etmək istədiyi 

qanunu 723 il öncə Anadolu bəylərindən biri qəbul edibmiş. Sən 

demə, osmanlılardan öncə Anadoluda yaşayan Qarmanlı 

Mehmet bəy 1277-ci il martın  17-də türk dilinin bu ərazidə 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə