Microsoft Word Baba n r variant seva


statusunu təsdiqləyən fərman verib. Artıq 40 ildir ki



Yüklə 1,74 Mb.
səhifə60/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   56   57   58   59   60   61   62   63   ...   89

181 

statusunu təsdiqləyən fərman verib. Artıq 40 ildir ki

Türkiyənin Qaraman şəhərində  həmin günün şərəfinə  ənənəvi 

Dil bayramı keçirilir. Bu gün yenə xalqımız bayram əhval-

ruhiyyəsindərir. Azərbaycanın Avropa Şurasına üzv olması ilə 

əlaqədar sizi təbrik edirik. Qəzetimizin oxucularına bu barədə 

sözünüz.  

- Mən də sizi təbrik edirəm. Hamımızı  təbrik etmək lazımdır. 

“İki sahil”in oxucularını da təbrik edirəm. Bu doğrudan da 

Azərbaycanın tarixində  çox böyük bir hadisədir. Azərbaycanın 

taleyində dönüş nöqtələrindən biridir.  

- Anar müəllim, “Dədə Qorqud” dastanının 1300 illik 

yubileyi ilə  əlaqədar bir müsahibənizdə “Dədə Qorqud” 

dastanının təbliği barədə iradlar demisiniz... 

- “Dədə Qorqud” nə iqtidarın, nə müxalifətin, nə Yazıçılar 

Birliyinin, nə  də ayrı bir qurumundur. Xalqın mənəvi sərvətidir. 

Hamı bu tədbirlərə sevinclə, fərəh hissi ilə qatılmalıdır və geniş 

işıqlandırılmalıdır. 

- “Ədəbiyyat” qəzetindən ötən onilliklərin, yəni 70-80-cı 

illərin təamı gəlmir. Ədəbi xəbərlər qəzetinə oxşayır. Redaktoru 

zəifdir, yoxsa seçilən yazarlar, tənqidçilər orada çıxış etmək 

istəmir? Bunu “Azərbaycan” və “Ulduz” jurnalları haqda 

demək insafsızlıq olardı.  

- Bu fikirlə razı deyiləm. Çünki əvvəllər, “ədəbiyyat” qəzeti 

yox, “ədəbiyyat və incəsənət” qəzeti var idi. Və elə adından 

göründüyü kimi, yarısı  ədəbiyyata, yarısı isə incəsənətə  həsr 

olunurdu. İki idarənin, iki qurumun  orqanı idi – Yazıçılar Birliyinin 

və  Mədəniyyət Nazirliyinin. Təbii ki, yazıçılara olduğu qədər 

mədəniyyət işçilərinə  də diqqət edilirdi. İndi bu yalnız Yazıçılar 

İttifaqının qəzetidir. Və  “Ədəbiyyat” qəzetidir. Bəzi nömrələrində 

yeknəsəklik var. Bəzi materialların səviyyəsi istədiyimiz kimi deyil. 

Ümumiyyətlə, “Ədəbiyyat qəzeti”ni başqa qəzetlərdən fərqləndirən 

odur ki, bu qəzet sensasiyaya, skandala, şaiyəyə, dedi-qoduya və s. 

kimi oxucuların bir qismini cəlb edən yollara əl atmır. “Ədəbiyyat” 

qəzeti, məsələn, aktrisaların intim həyatı, kim-kimi öldürdü, kim-

kimlə yaşadı, kim-kimə  nə etdi...haqda materiallar versəydi, onun 

oxucusu da çox olardı, amma ədəbiyyat qəzetliyindən çıxardı. 



182 

Məsələn, müqayisə etsəniz məşhur “Literaturnaya qazeta”nın son 

illər çıxan nömrələrində görərsiniz ki, ədəbiyyata az yer verir. 

“Ədəbiyyat qəzeti”, yenə  də deyirəm,  ədəbiyyat qəzeti kimi, yəni 

ədəbiyyat məsələlərini işıqlandıran bir qəzet kimi fəaliyyətini 

davam etdirir. Mən də bizim hörmətli  şairimiz , qəzetin redaktoru 

Ayaz Vəfalıya deyirəm ki, bir az da cəsarətli məqalələr verin. Onlar 

haqlıdırlarsa, açıq deyin ki, biz haqsız, siz haqlısınız. Əks təqdirdə, 

öz haqqınızı sübut edin. Daha geniş yazıçı kütləsini, yazıçılardan 

əlavə, jurnalistləri, alimləri cəlb edin. Bilirsiniz, bir məsələ  də var 

ki, bəzən “Ədəbiyyat qəzeti”nə münasibət bu cür olur – “qəzeti 

oxumuram, çünki pisdir”. Əvvəl oxu, sonra nəticə  çıxar. Oxumur-

sansa, nə bilirsən ki, pisdir?... Qəzet pisdirsə, bu sözü deyən 

yazıçıların da günahı az deyil.Əgər siz bu qəzetdə çap olunmur-

sunuzsa, yazıçılarınızı başqa qəzetlərə verirsinizsə, təbii ki, bu 

qəzetin səviyyəsi o cür olmayacaq. Amma hamımız  əl-ələ verib, 

sanballı yazıları bu qəzetin səhifələrində çap etdirməyə çalışsaq, 

“Ədəbiyyat qəzeti”nin səviyyəsi də, təbii ki, artar. 



- Deyirlər ki, atanız, xalq şairi, sevimli sənətkarımız Rəsul 

Rza uzun illər təqiblərə məruz qalıb. Xatırlayırsınızmı o illəri? 

Heç o böyük insana balaca Anar çətin anlarında pasiban 

olubmu? “Rənglər”lə bağlı hücumlara bir az aydınlıq gətir-

səniz, yaxşı olar.  

-Bilirsiniz, mənim “Sizsiz” adlı bir yazım var. Oxumusunuzsa, 

bunların hamısını yazmışam. 1962-ci ildə 24 yaşım var idi. 

Moskvada oxuyurdum. Ssenari kurslarında. Atam mənə Bakıdan 

“Ədəbiyyat qəzeti” yazdırmışdı. Hər nömrəsində ona qarşı yazı 

gedirdi. “Rənglər” silsiləsinə görə  hər nömrədə atama qarşı  tənqid 

yox, təhqir, söyüş, böhtan çap olurdu. Cahil və nadan münasibətin 

bəhrəsi olan yazılar çıxırdı. Mən də təbii ki, bunu ürəyimə salırdım. 

Məktublaşırdıq. Məktublarımda çalışırdım ki, ona ürək-dirək verim. 

Təbii ki, onun buna ehtiyacı yox idi. Əksinə, o, mənə yazırdı ki, sən 

belə şeyləri ürəyinə salma, bunlar olan işlərdir. Onun məktublarını 

“Sizsiz” əsərimdə çap etdirmişəm. Maraqlananlar oxuya bilərlər.  



- Nigar xanımın xarakterik xüsusiyyətləri – oğula, qıza, 

Rəsul müəllimə olan münasibətləri buğunkü oxucularımıza 

örnək ola bilər? Necə xatırlayırsınız? 


183 

- Adam anasını necə xatırlayar? – Ancaq işıqlı bir varlıq kimi. 

Sənə həyat vermiş, sənin qayğına qalmış bir insan kimi. Anam çox 

ləyaqətli bir insan idi, çox mülayim bir insan idi, çox yumşaq 

xasiyyətli, eyni zamanda çox möhkəm xarakterli bir insan idi. Atam 

da, anam da heç vaxt bizə deməyiblər ki, bu işi bax belə edin. Biz 

onlara baxıb tərbiyə almışıq, onların münasibətlərinə, onların 

insanlığına. Bizim evdə ömründə (sonralar gördüm ki, başqa 

evlərdə belə  şeylər var) atam və yaxud anam kiminləsə telefonla 

danışıb dəstəyi asandan sonra desin ki, bu belədi, bu filandı. Yəni 

nə idisə, elə o idi. Bizə başa saldılar ki, insan riyakar olmamalıdır, 

insan yalan danışmamalıdır, üzdə bir, dalda başqa cür olmamalıdır. 

Yəni bizi xüsusi tərbiyə etmirdilər.  

Bir də anamın bir cəhətini mən onralar başa düşdüm. Az-çox 

bilirdim ki, uşaqlığı, həyatı  nə cür çətinliklərlə keçib.bilirsiniz ki, 

atası Azərbaycan Cümhuriyyətinin ilk səhiyyə naziri olub, 1920-ci 

ildə güllələnib. Heç vaxt bizə bu məsələləri danışmazdı, bizi 

qoruyurdu, istəmirdi ki, bizdə kiməsə nifrət hissi oyansın, 

ürəyimizdə bir şikəstlik duyulsun. Sonra bildim ki, içində nə qədər 

əzablar çəkib. Həyatında təhlükəli, qorxulu anlar olub. İndi üzə çıxır 

o sənədlər. Mənim anamın da, nənəmin də sürgün olunması barədə 

Bağırova təqdimat veriblər. Onları saxlayıblar, amma başqa 

qohumları sürgün ediblər.  

- Anar müəllim bu gün kimi oxuyur? 

- Desəm ki, heç kəsi, deyəcəklər ki, bu necə adamdır ki, heç 

kəsi oxumur. Ancaq qəzetləri oxuya bilirəm. Yazıçılar Birliyinin, 

Milli Məclisin cari işləri ilə  məşğul olduğumdan kitab oxumaq 

imkanım çox məhduddur.  

- Xarici ölkələrdə çap oluna bilirsinizmi? 

- Son kitablarım Türkiyədə çap olunub. Əvvəllər də çıxıb, son 

beş-altı ildə də bir kitabım Moskvada çap olunub. 

-1988-2000-ci illər Azərbaycanın ictimai-siyasi fikir tarixi 

təzadlarla dolu olduğundan iki, yaxud üç hissəli romanın  

yazılmasına yaman çox ehtiyac duyulur. Anar müəllim görəsən 

özündə belə bir fikrə, qərara gəlibmi? Prototiplərin  əksəriyyəti də 

göz qabağındadır. 

-Şübhəsiz, mən həmişə deyirəm ki, son 10-12 ildə yaşadığımız 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə