205
təmkinli, məntiqli, xoşsima, təvazökar, yoldaşa yanan, diqqətcil,
təəssübkeş və zəhmətkeş. Hansısa müdrik bir şəxs yazarlar haq-
qında deyib: “Onlar Tanrı cəzasını çəkənlərdir”. Bu hikmətə əl
gəzdirmədən – bəzəksiz-düzəksiz demək olar ki, məhz Şamil
Allahın həmin bəndələrindəndir. Yaş fərqimizə baxmayaraq, ötən
illər ərzində çox səmimi dostluq münasibətlərimiz olub. 80-cı illərin
ortalarında onunla ilk tanışlığımız mərhum akademik Kamal
Talıbzadənin iş otağında olub. Hər ikimiz bu böyük alimlə əlaqəli
olan tədqiqatlar üzərində işləyirdik.
Şərəfli, ziyalı alim ömrünün altıncı onilliyinə inam və şövqilə,
ən çoxu da məhəbbətlə qədəm qoyan Şamil Vəliyevin alimlik
fəaliyyəti mənim gözlərim qarşısında keçib, - desəm, səhv etmiş
olmaram. Artıq bu gün Azərbaycan Milli Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat İnstitutunda bir şöbədə çalışırıq. Şamil
Vəliyev ədəbi ictimaiyyət arasında istedadla deyilmiş sözü, xüsusi
yeri olan ləyaqətli bir alim, ziyalı kimi tanınır, sevilir və oxunur.
Şamil Vəliyev şəxsiyyət kimi də, təşkilatçı və alim kimi də öz
yerində olan, müsahibini diqqətlə dinləyən, artıq-əskik söz və
ifadələrə yol verməyən, həll olunan məsələlərə tələsik müdaxilə
edib münasibət bildirməyən ziyalı alim, böyük insandır. Şamilin 50
yaşı tamam olur. Elə bil əlli ildir ki, o, səninlə dostluq edir. 20-25 il
bundan əvvəl də Şamil müdrik ağsaqqal kimi danışır, hərəkət edər,
yol göstərərdi. Bu gün Şamil Vəliyev filologiya elmləri doktoru,
professor kimi ən böyük elm, təhsil məbədgahımız olan Bakı Dövlət
Universitetində Mətbuat tarixi və ideoloji iş metodları kafedrasına
rəhbərlik edir. XXI əsrin yaxın gələcək dövrü üçün istedadlı
jurnalist kadrların hazırlanmasında fəaliyyət göstərir.
Şamilin dosta, iş yoldaşına canıyananlığını, elmə təəssübünü
mən şəkər xəstəliyi ilə ərsəyə gətirdiyim doktorluq dissertasiyamın
necə diqqətlə oxunmasında və şöbədə müzakirə olunarkən onun
prinsipial çıxışında görmüşəm. Bir ədəbiyyatşünas, tənqidçi kimi
onun erudisiyası, orijinal münasibətləri, peşəkarlıqla söylədikləri
tövsiyələri sonralar digər müzakirələrdə müşahidə etməyim gənc
alimi gözlərim önündə birə-min ucaltdı.
Ötən əsrin onillikləri bir-birini sürətlə əvəz etsə də, XXI əsrin
ilk dövründə arxada qalan ədəbi prosesi sərf-nəzər etdikdə deyi-
lənlərlə razılaşırsan ki, XX əsrin əvvəlləri əhəmiyyətli bir mərhələ
206
kimi həmişə ədəbiyyatşünasların qarşısında ciddi elmi-ictimai
maraq doğurmuş, haqlı olaraq intibah illəri kimi yaddaşlarda
qalmışdır. Filologiya elmləri doktoru, professor Şamil Vəliyev
bəlkə də, elmi yaradıcılığının böyük bir hissəsini məhz özü bilə-
rəkdən həmin illərə sərf etmişdir. Alim sanki tədqiqat aparacağı
dövrdə olan boşluğu görmüş, hələ vaxtilə demişdir: “Həmin dövrlə
əlaqədar bu və ya digər yaradıcı şəxsiyyət, fakt, hadisə, problem,
ədəbiyyat, mətbuat orqanı, nəzəri-estetik keyfiyyət, hər hansı bir
bədii sənətkarlıq elementi və s. konkret şəkildə öyrənilsə də, ədəbi
mühit və yaxud müəyyən ədəbi məktəbi-hərəkatı bütöv şəkildə əks
etdirən elmi əsərlər yox dərəcəsindədir”. Təbii ki, bu düşüncədə
olan gənc tədqiqatçı alim görəcəyi işləri çox götür-qoy etdikdən,
həm də akademik Kamal Talıbzadə kimi ustaddan tövsiyə aldıqdan
sonra ciddi araşdırmalara girişmiş “Füyuzat ədəbi məktəbi” (Bakı,
“Elm” 1999), “XX əsr Azərbaycan ədəbi tənqidində poeziya
problemləri (1895-1917)” monoqrafiyalarını uzun illərin gərgin
axtarışlarından sonra ədəbi-elmi ictimaiyyətin ixtiyarına vermişdir.
Bəli, Şamil Vəliyevin elmi tədqiqatla məşğul olduğu dövr
əsasən XX əsrin əvvəllərinə təsadüf edir. Ən önəmli cəhət isə
ədəbiyyatımızın və mədəniyyətimizin ağrılı yeri olan, on illərlə
öyrənilməsi yasaq olunmuş “Füyuzat” jurnalının elmi araşdırmaları
ilə bağlı apardığı fundamental tədqiqatlar olmuşdur. Kommunist
ideologiyasının kəsəkəs vaxtlarında Əlibəy Hüseynzadənin, Əhməd
bəy Ağayevin nəinki əsərlərinin məziyyətləri, heç onların adlarını
da dilə gətirmək hər kişinin işi deyildir. Bütün qadağalara
baxmayaraq, akademik Kamal Talıbzadə o illər heç kimdən, heç
nədən qorxmadan onlar haqqında fikirlərini biz yetişdirmələrinə
bildirərdi. Sevimli tələbəsi Şamil Vəliyevə bu mövzunun işləməsini
etibar etməsi də akademikin illərlə qəlbində qövr edən yaraların
sağalacağı ümidləri ilə bağlı idi. Yaxşı yadımdadır, o illər Şamillə
ən çox Mərkəzi kitabxanada rastlaşardıq. Gəncliyimizə baxma-
yaraq, arxiv materiallarının saatlarla səbir və dözümlə nəzərdən
keçirilməsi üzümüzü bozartmış, gözlərimizin altının tulumunu
böyütmüşdü. Beş-altı saatdan bir hava almaq üçün Sahil bağına
çıxanda Şamil yorğunluğuna baxmayaraq, təbəssümlə deyərdi ki,
“ədəbiyyatın yolu çətindir, ağırdır, təzadlar, iztirablarla doludur.
Burada aldanış da, səhv də var, itki də, uğur da, faciə də, əfsanəvi
207
Səməndər quşu tək yenidən dirilmək xoşbəxtliyi də... Əsl ədəbiyyat
adamı olmaq üçün yalnız elm, savad, bilim yetərli deyil, gərək həm
də onun qayğılarına ömür-gün sərf edəsən, onun qanunları ilə
yaşayasan”.
İstedadlı ədəbiyyatşünasın bu əsərləri az müddət ərzində nəinki
bütün həmvətənlərimiz arasında, hətta intellektual “çevrənin adam-
ları üçün qiymətli mənbə” rolunu oynadı. “Füyuzat ədəbi məktəbi”
monoqrafiyasına ön sözdə akademik Kamal Talıbzadə yazır: “Onun
Nizami adına Ədəbiyyat İnstitutuna gəldiyi ilk günlər xatirimdədir.
Özüm üçün doğma olan elm-sənət ocağına onun müqəddəs bir
məbədgah kimi baxması, sadə davranışı, saf, təmiz ünsiyyəti,
yüksək mədəniyyəti ilə yanaşı, elmi-nəzəri hazırlığı və intellektual
yetkinliyi diqqətimi çəkdi. Elə buna görə də onun tənqid tarixi və
nəzəriyyəsi ilə məşğul olmasını tövsiyə etdim”.
Qarşımdakı digər kitablara nəzər yetirirəm. Tanınmış
ədəbiyyatşünas alim, professor Nizaməddin Şəmsizadə haqqında
yazdığı “Azərbaycanşünas alim” (Bakı, “Elm”, 2004) və filologiya
elmləri doktoru “Əflatun Saraclı” (1996) əsərləri də Şamil
Vəliyevin müasirlərinə diqqət və qayğısından, onlara məhəb-
bətindən, elmi təşəbbüskeşliyindən irəli gələn məsələlərdir. Şamil
Vəliyevin “XX əsr Azərbaycan ədəbi tənqidində poeziya
problemləri (1895-1917)” monoqrafiyası Azərbaycan ədəbiyyatşü-
naslığının nəzəri metodoloji əsaslarını möhkəmlətmək, ideya-bədii
axtarışlar təcrübəsini öyrənmək baxımından milli ədəbiyyatımızın
gələcək tədqiqatçılarına çox lazım olacaq qiymətli məxəzdir.
Sizi irəlidə çox onilliklər, yeni-yeni yaradıcılıq uğurları, elmin
açılmamış səhifələrini araşdırmaq gözləyir. Yolun uğurlu olsun! 50
yaşın mübarək, əziz dostum!
Sözün gücü
Son illər Azərbaycan bədii nəsrinin poetikasına həsr olunmuş
əsərlər içərisində nəzəriyyəçi alim, filologiya elmlər namizədi Arif
Əmrahoğlunun “Epik sözün poetik gücü” əsəri özünəməxsusluqları
ilə seçilir.
Dostları ilə paylaş: |