Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə76/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   72   73   74   75   76   77   78   79   ...   89

229 

inkişafına təkan verirdilər. Bu da bir növ klassik ənənə, irs-varis 

münasibətlərinin qorunub saxlanılması ilə bağlıdır. 

Baba Babayev “Azərbaycan realist nəsrində satira  “ monoq-

rafiyasında barəsində söhbət açdığı  və  tədqiqata cəlb etdiyi sati-

riklərin  əsərlərinin sənətkarlıq məsələlərindən bəhs edərkən pole-

mika doğuran situasiyalara da sanki zəmin yaratmışdır. Mən bu 

əsəri müəllifin yeni elmi uğurlarının nəticəsi kimi qiymətləndirirəm. 

      

 

 



 

 

Bəkir Nəbiyev, 



akademik 

 

 



 


230 

İddiasız  tədqiqatçı – ziyalı 

 

Omrün yarım  əsrinə yetən Baba Maqsudoğlu öz mühitinin 

layiqli ziyalılarından biridir. Ədəbi mətbuatı  həvəslə  və mütəmadi 

izləmək, təzə çapdan çıxmış  bədii  əsərləri, elmi-tənqidi kitabları, 

teatr tamaşalarını daxili bir ehtiyacla izləmək, onların haqqında 

məqalə, resenziya yazmaq, fikir söyləmək,  ədəbiyyat xadimləri

yazıçı  və  şairlərlə ünsiyyətdə olmaq istəyi onun yalnız peşə-sənət 

borcundan deyil, ilk növbədə qanından, mayasından gəlir. Məhz 

ədəbiyyata vurğunluğu, elmə  həvəsi, məşhur alimləri yaxından 

görüb tanımaq, onlardan elmi tədqiqat işlərinin sirlərini öyrənmək 

eşqi onu doğma kəndin sakit qoynundan qoparıb Bakının qaynar 

mühitinə  gətirmişdir. B.Maqsudoğlu Azərbaycan Milli Elmlər 

Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli yazıçı 

və müəllim Abdulla Şaiqin bədii nəsri haqqında namizədlik 

dissertasiyası yazmış, həmin dissertasiyanın mətni  əsasında eyni 

adlı monoqrafiyanı çap etdirmişdir. 

Sələflərinin elmi ənənələrini davam etdirən tədqiqatçı kitabda 

Şaiq nəsrinin özünəməxsusluqlarını aydınlaşdırmış, yazıçının 

povest, hekayə  və romanlarının ideya-mövzu aləmi, janr-üslub 

xüsusiyyətiəri, yaradıcılıq metodu, onun bədii qəhrəmanlarının 

xarakteri haqqında deyilən mülahizələri dəqiqləşdirmişdir. Azərbay-

can  ədəbiyyatında hekayə janrının klassik nümunələrindən sayılan 

“Məktub yetişmədi”, “Köç”, “Daşqın, yaxud hümmətli cavan”, 

“İntiharmı, Yaşamaqmı?”, “Qarakilsə xatirəsi”, “İblisin hüzurunda”, 

“Vəzifə” və başqa əsərlərin hər birini yeni baxış bucağından təhlil 

edib qiymətləndirmiş, bu əsərlərdə qaldırılan ictimai-fəlsəfi 

problemlərin mahiyyətini aydınlaşdırmışdır. 

Şaiq hekayələrinin təhlillərində elmi orijinallığı səciyyələndirən 

mühüm keyfiyyətlərdən biri bu əsərlərin personajlarının prototipləri 

və avtobioqrafik cizgiləri haqqında mülahizələridir. Bu baxımdan 

“Köç”, “Dəyərli bir xatirə”, “Masama” hekayələrinin təhlili xüsusi 

maraq doğurur. Tədqiqatçı  həmin hekayələrdə  təsvir olunan hadi-

sələrlə yazıçının şəxsi həyatında baş verən əhvalatlar arasında yaxın 

assosiasiyalar, oxşar məqamlar görür və bunları Şaiq romantizminin 

həyati mahiyyəti ilə əlaqələndirir. 



231 

Məlumdur ki, Azərbaycan romantiklərinin, o cümlədən  Şaiqin 

əsərlərində  kədər aparıcı motivlərdəndir. Lakin bu kədər ümüd-

sizlik, pessimizm deyil. Əksinə, onun mayasında yüksək bir 

optimizm-nikbinlik var. Romantiklər həyatın, cəmiyyətin müsibət-

lərini əks etdirərkən diqqəti onun işıqlı tərəflərinə yönəldir, əzablar, 

faciələr içərisində zövqü və  həzzi göstərməyə çalışırdılar.  Əslində 

Azərbaycan romantiklərinin yaradıcılığında kədər cəmiyyətdəki 

eybəcərliklərə, antihumanizmə ciddi etirazın, qatı müxalifətin 

ifadəsi olub, insanları fəaliyyətə, intibaha çağıran bir bədii vasitə idi 

ki, bunları Baba “Ağlaşma” hekayəsinin təhlili prosesində  əsas-

landırır. 

Monoqrafiyanın ikinci bölməsi  Şaiqin “İki müztərib, yaxud 

əzab və vicdan”, “Xasay”, “Əsrimizin qəhrəmanları”, “Bədbəxt 

ailə”, “Araz” kimi roman və povestlərinin təhlilinə  həsr olun-

muşdur. Tədqiqatçı bu əsərlərin ideya mündəricəsi ilə yanaşı, 

sənətkarlıq keyfiyyətlərinin də  şərhinə diqqət yetirmiş, milli nəsr 

tarixində onların yerini müəyyənləşdirməyə çalışmışdır. O, Şaiqin 

əsərlərinin dili, üslubu, xüsusilə  bədii təhkiyə  mədəniyyəti, detal-

lardan istifadə  səriştəsi, psixoloji vəziyyətləri canlı, təsirli təsvir 

ustalığından söhbət açmaqla ədibin sənətkarlığı haqqında dolğun 

təsəvvür yaratmışdır. Öz təhlillərini  əsasən  ənənəvi üsulla aparan 

B.Maqsudoğlu kitabının müvafiq səhifələrində  Şaiqin roman və 

povestlərinin qəhrəmanları, onların xarakteri, romantik düşüncələri 

barədə  sələflərinin söylədiklərinə  təshih-düzəliş verməkdə  də 

çəkinməmişdir. Bəzi hallarda bu təshihləri əsaslandırmaq üçün onun 

söylədikləri fikirlər, güvəndiyi arqumentlər kövrək görünsə  də, 

inandırıcı səslənir və bütövlükdə müəllifin təkcə tədqiqat obyektinə 

deyil, eyni zamanda da həmin obyekt haqqında  ədəbi-elmi 

mənbələrə də yaxından bələd olduğunu təsdiq edir. 

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra B.Maq-

sudoğlu çağdaş  ədəbi prosesi diqqətlə izləməyə başlamış, mətbuat 

səhifələrində yeni əsərlər barədə  məqalə  və resenziyalarla çıxış 

etmişdir. Onun İsa Hüseynov, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Əli 

Kərim, Anar, Elçin, İsa  İsmayılzadə kimi tanınmış  sənətkarların 

yaradıcılığı, həmçinin gənc şair və nasirlərin yeni kitabları haqqında 

məqalələri söz sənətinə, doğma ədəbiyyata sevgisindən xəbər verir. 



232 

Yığcamlıq, konkretlik kimi məziyyətl ilə seçilən bu məqalələrin 

bəzilərində müəyyən bəsitlik, emprizm, hətta qeyri-professionallıq 

da görünə bilər. Amma onların heç birində süni pafos, saxta 

münasibət yoxdur; həmin yazılarda deyilənlərin hər biri müəllifin 

daxili səmimiyyətinin açıq, birbaşa ifadəsidir. 

Baba Maqsudoğlunun ədəbi yazılarının bir qismi xalis jurnalist 

qələminin məhsuludur. Bu təsadüfi deyil. O, bir müddət “İki sahil” 

və “Arqument” qəzetlərinin redaksiyalarında işləmiş, vəzifəsi ilə 

əlaqədar görkəmli sənət adamları, ədəbiyyat xadimləri ilə görüşüb-

söhbətləşmiş, onlardan müsahibələr almışdır. Onun xalq şairi Cabir 

Novruz, yazıçı Afaq Məsud, müğənni Simarə  İmanova, tənqidçi 

Arif Əmrahoğlu, ədəbiyyatşünas Kamran Əliyev, folklorçu Məhər-

rəm Qasımlı, professor Məmmədhənifə Musayev, muzeyçi Aybəniz 

Vəkilova, kinorejissor Şeyx  Əbdül Mahmudbəyovdan götürdüyü 

müsahibələr ilk növbədə suallardakı səmimiyyətin, müəllifin ünsiy-

yət mədəniyyətinin yüksək dərəcəsi ilə fərqlənir.  

Baba hər sorğusunda həmsöhbətinin təkcə  iş, yaradıcılıq, 

zəhmət qayğılarını deyil, həm də onu qəlbinin sarı simini tərpətmək, 

iç dünyası, mənəvi aləmini - mövcud həyat, cəmiyyət, yaşamaq 

barədə fikir və düşüncələrini, arzu və istəklərini açmaq istəyir. Belə 

yanaşma üsulu ona öz həmsöhbətlərindən “ürək sözü” çəkməyə 

kömək edir: müsahibi ona yalnız varını deyil, yoxunu da səmi-

miyyətlə söyləyir: ‘Texnikumu qurtarıb ali məktəbə qəbul olunmaq 

istəyirəm. “Cahargah” muğamını lentə yazdırmaq fikrindəyəm, Bir 

də arzu edirəm ki, kirayənişinlikdən qurtarım, mənim də evim 

olsun”. Bu sözlərlə Baba oxucuya sənətdə ilk addımlarını atan 

müğənni Simarə İmanovanın iç dünyasını təqdim edir. 

“Narazılığım,  əsasən öz çatışmayan cəhətlərimlə bağlıdır. 

Hövsələsizəm, təkliyi sevirəm, adamlara gec isinişirəm və çox nadir 

adamları daxilən qəbul edirəm. Bir sözlə, bir az xudbinəm... Mən 

çox yaşamaq, qocalıb heydən düşənə qədər yazıb-yaratmaq və uşaq-

larımın gələcəyini görmək istəyirəm. Onlardan çox nigaranam... 

Xörək bişirməyi sevmirəm, hərdən yoldaşımın arzusu ilə onun ən 

çox sevdiyi xörəkləri - quymaq, dovğa, plov bişirirəm”. - Bunları 

isə Baba yazıçı Afaq Məsudun dillndən almaqla onun şəxsi xarak-

terini, gələcək arzularını və məişətini oxuculara çatdırır...  



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə