Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə77/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   73   74   75   76   77   78   79   80   ...   89

233 

Müəllimlikdən ədəbiyyatşünaslığa, oradan da jurnalistikaya və 

yenidən müəllimliyə - Baba Maqsudöğlunun keçdiyi ömür (iş, 

ixtisas) yolunun ana xətti belə olub. Bu yolun coğrafi məkanı isə 

doğma Məmmədqasımlı  kəndindən başlanıb rayon mərkəzi 

Zərdaba, Gəncəyə doğru gedib və Bakıda bənd alıb. İnanıram ki, bu 

yollarda rastlaşdığı narahatlıq, qayğı  və  əzablar axırda yeni-yeni 

kitablara çevrilib onun təkcə özünə yox, bütün yaxınlarına da sevinc 

gətirəcəkdir.. 

 

Zaman Əsgərli 

Filologiya üzrə elmlər doktoru, professor 

 

 



234 

Satirik nəsrimizə dair yeni araşdırmalar 

 

Azərbaycan  ədəbiyyatında satira böyük bir inkişaf yolu 

keçmişdir. Şifahi xalq ədəbiyyatımızın xalq tamaşaları, lətifə, nağıl, 

atalar sözü və s. janrlarında aparıcı keyfiyyətlərdən biri kimi təzahür 

edən bədii gülüş (satira və yumor) klassik yazılı  ədəbiyyatımızın 

XIX  əsrə  qədərki mərhələsində  zəif görünsə  də, yeni dövrün 

realizıminin uğurlarını  ədəbiyyatın satirik təbiətindən kənarda 

təsəvvür etmək mümkün deyil. XX əsrin  əvvəllərində M,Ə.Sabir, 

C.Məmmədquluzadə irsində  və ümumən “Molla Nəsrəddin”  ədəbi 

məktəbinin nümayəndələrinin yaradıcılığında həyat həqiqətini bədii 

inikasda zirvə  məqamına yetişən “yas və  ələmlə dolu

w

 

(Ə.Hüseynzadə) satirik gülüş qüdrətli ədəbi vasitə kimi sovet dövrü 

Azərbaycan ədəbiyyatında da kifayət qədər işlək olmuşdur. 

Ə.Hüseynzadə, S.Huseyn, F.Köçərli, bir qədər sonra – XX 

əsrin 20-30-cu illərində  Ə.Nazim, M.Hüseyn, Ə.Abid, H.Zeynallı, 

M.Arif və başqa görkəmli tənqidçilər satirik gülüşün həyati 

əhəmiyyəti və estetik təsir gücü, satirik sənətin böyük nüma-

yəndələri M.Ə.Sabir, C.Məmmədquluzadə  və digərləri haqqında 

dəyərli mülahizələr söyləmiş, məqalələr yazmışlar. Bununla belə

ədəbiyyatımızda satirik gülüşün inkişaf tarixi (həm folklorda, həm 

də yazılı  ədəbiyyatda) bir sistem halında və  ən müxtəlif 

istiqamətlərdən daha çox 60-cı illərdən sonra araşdırılmağa 

başlamışdır. 

Ə.Mirəhmədov, K.Məmmədov, N.Axundov, H.Əfəndiyev, 

F.Hüseynov, Y.Qarayev, T.Hacıyev, Q.Kazımov,  İ.Həbibbəyli, 

M.İmanov (Kazımoğlu), A.Əmrahoğlu, C.Yusifli, B.Əhmədov kimi 

nüfuzlu alimlərin elmi araşdırmalarında satirik ədəbiyyatın tədqiqi 

ciddi yer tutmuşdur. Yeni əsrin başlanğıcında bu alimlərin satirik 

ədəbiyyatın tədqiqi sahəsindəki yolunu uğurla davam etdirən 

ədəbiyyatşünaslardan biri də Baba Babayevdir. İstedadlı  ədəbiy-

yatşünasın bir-birinin ardınca çap etdirdiyi “Azərbaycan realist 

nəsrində satira” (Bakı, “Elm”, 2008) və “Azərbaycan satirik nəsrinə 

dair araşdırmalar” (Bakı, “Müəllim”, 2009) kitabları onun uzun illər 

apardığı tədqiqatların nəticəsi olaraq meydana çıxmışdır.  

Birinci kitab onun “Azərbaycan realist nəsrində satiranın 



235 

təşəkkülü, inkişaf mərhələləri və problemləri (1850-1920)” möv-

zusunda yazdığı doktorluq dissertasiyasının monoqrafiya şəklində 

meydana çıxan səmərəli nəticəsidir, B.Babayevin doktorluq 

dissertasiyasının predmeti XIX əsrin ikinci yarısı, XX əsrin 

əvvəllərindəki realist nəsrdə satira probleminin araşdırılması ilə 

hüdudlanır.  İkinci kitabda alim Azərbaycan  ədəbiyyatında satira 

probleminə konkret bir tarixi mərhələnin hüdudları  çərçivəsində 

yox,  geniş və əhatəli kontekstdə yanaşır. Məqalələr məcmuəsi kimi 

ərsəyə  gələn kitabda satirik gülüşün imkanları folklordan sovet 

dövrünün ilk onilliklərinə  qədər izlənir. Tədqiqatın bu istiqamətdə 

gerçəkləşməsi artıq alimin satira probleminə elmi marağının da-

vamlı və konseptual xarakter aldığını göstərir; Azərbaycan ədəbiy-

yatında təzahür xüsusiyyətlərindəki irs-varislik əlaqəsini - ənənəsini 

və ona novator münasibəti aşkarlamaq məqsədi daşıyır.   

 “Azərbaycan satirik nəsrinə dair araşdırmalar kitabı folklor 

janrlarının tarixı təkamül yolunu izləməyə geniş imkan verir. Əgər 

nəzərə alsaq ki, “hər bir milli ədəbiyyatın tarixdən gələn bütövlüyü 

vardır” və  “ədəbiyyat öz təbiəti etibarilə tarixidir” (N.Cəfərov), 

onda B.Babayevin tədqiqatlarının metodoloji baxımdan düzgün 

istiqamətdə getdiyi aydın olar. Kitab məqalələr toplusu olduğu üçün 

ilk baxışda məsələlərin qoyuluşu bir qədər dağınıq təsir bağışlayır. 

Misal üçün, “Ü.Hacıbəyovun satirik hekayələri”  məqaləsindən 

sonra  “Epik folklor örnəkləri Azərbaycan satirik nəsrinin qay-

naqları”  məqaləsi gəlir və onların bu cür düzülüşü araşdırmaların 

elmiliyi haqqında təəssüratı  zəiflədir.  Əslində isə (mahiyyət 

planında) məsələ tamam başqa cürdür. Araşdırmaların elmiliyi 

ümumən kitabda qoyulan problemlərin bir-birini tamamlaması; 

daxili bütövlük yarada bilmək imkanı ilə şərtlənir. Hətta bu “xaotik” 

düzülüşün içərisində fəhmli oxucu araşdırmaların nəsr kontekstində 

- satirik gülüşün Azərbaycan nəsrinin (həm folklor, həm də realist 

nəsr) tarixi yaddaşında ehtiva olunan bədiilik imkanlarında 

gerçəkləşdiyini aydın görə bilər. Məsələlərə satiranın tarixi inkişafı 

kontekstində yanaşsaq, görərik ki, tədqiqatçı öncə folklor nəsrini, 

sonra realist nəsrin banisinin - M.F.Axundovun, daha sonra XX əsr 

satiriklərinin,  ən nəhayət isə 20-30-cu illər nasirlərinin yaradıcılıq 

yolunu elmi təhlilin predmetinə çevirmişdir. Bu mənada “Realist 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə