Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə85/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   81   82   83   84   85   86   87   88   89

257 

Kitabla tanışlıqdan ilk andaca alimin gəldiyı nəticələrin olduqca 

aktual, yeni elmi fakt və dəlillərə əsasən sübuta yetirildiyinin şahidi 

olursan. Çünki kitabda satira və gülüşün rəngarəngliyi, onların 

özünəməxsusluqları  məharətlə araşdırılır, nasirlərimizin satirik 

əsərlərindəki orijinallıq üzə  çıxarılır və obyektiv elmi qiyməti 

verilir. 

Kitaba daxil edilmiş  bəzi məqalələrdə Azərbaycan  ədəbiy-

yatında  satira və  gülüşün folklor qaynaqlarından və  ənənələrindən 

bəhrələnməsindən, folklorumuzun ən geniş yayılmış janrlarında 

satira, gülüş doğuran məqamların olduğu da dəyərli faktlarla sübuta 

yetirilir. Alimin bu qənaətinə  bəraət qazandıran akademik Bəkır 

Nəbiyevin B.Babayevin doktorluq dissertasiyasına yazdığı rəydə bu 

sözləri oxuyuruq; "Dissertasıyada Azərbaycan  ədəbiyyatında satira 

  gülüşün folklor qaynaqlarından və  ənənələrindən bəhrələnməsi 

də geniş formada açıqlanmışdır.  Atalar sözu və  məsəllər, lətifələr, 

nağıllar, təmsillər,  qaravəllilər,  həmçinin  şifahi xalq ədətiyyatının 

ən sadə, lakin geniş  ictimai-siyasi,  fəlsəfi  anlam kəsb  edən 

janrlarından biri  olan bayatılarda da satira, gülüş doğuran mə-

qamların olduğu bədii nümunələr əsasında bu dissertasiyada özünün 

təsdiqini tapmışdır. Ümumən, folklorun bir çox janrlarında gülüşə 

rast gəlmək olur. Bunlar təsdiq edir ki, satira və gülüş xalq örnəkləri 

üçün də səciyyəvidir”. 

Azərbaycan satirik nəsrinin, eləcə  də  ədəbiyyatın müxtəlif 

janrlarında satiranın müxtəlif təzahür formaları  və inkişaf mər-

hələləri, satirik nəsrdə M.F.Axundov ənənələri, “Molla Nəsrəddin” 

ədəbi məktəbi, bədii nəsrdə satira və gülüşün özünəməxsusluqları 

ilə bağlı bu kitaba daxil edilmiş yazılar böyük maraq doğurur. Bu 

yazılarda yeni ruhlu, dövrün sosial-mənəvi problemlərini məharətlə 

əks etdirən müəiliflərdən söhbət açılır, onların satiralarının 

sənətkarlıq məsələlərindən geniş formada bəhs edilir. 

Baba Babayevin kitabda böyük önəm verdiyi və  məharətlə 

öhdəsindən gəldiyi məsələlərdən biri də “Azərbaycan bədii nəsrində 

ideya, mövzu və süjet komikliyinin və gülüş üsullarının doğurduğu 

mahiyyət haqqında” nəzəri fıkirləridir. Müəllif burada sənət-

karlarımızın yaratdıqları obrazların tipikliyini, qələmə aldıqları  şə-

raitin komikliyini təhlil edir, klassik satirik nəsrdə  sənətkarlıq 



258 

məsələləri, hekayələrdə bədii, satirik detalların mahiyyəti araşdırılır, 

ədəbiyyatımızın janr, növ, üslub, formaca zəngin olduğu kimi, 

satirik obraz və xarakter, komik situasiyalar, yumoristik pafos, 

komizmin ifadə vasitələri və üsulları baxımından da müxtəlif 

olduğu elmi detallarla, məntiqi fıkirlərlə sübuta yetirilir.  

Təqdirəlayiq haldır ki, müəllifin gəldiyi nəticələr, üzə çıxardığı 

eimi yeniliklər ədəbiyyatşünaslığımızda yaranan müasir metodoloji 

meyillərə əsaslanır və bu kitabda qaldırılan problemlər elmi nəzəri 

qiymətini alır. Kitabda ədəbiyyatımızın mühüm, məsuliyyətli bir 

dövrü və sahəsi araşdırılıb, faktlar və  mənbələr  əsasında çox 

qiymətli elmi nəticələrə  gəlinib. Bu Baba Babayevin böyük əmə-

yinin, məqsədyönlü fəaliyyətinin nəticəsidir.  Əminik ki, kitab 

Azərbaycan  ədəbiyyatşünaslığı üçün qiymətli töhfə, gənc tədqi-

qatçılar üçün böyük elmi məxəz rolunu oynayacaq və geniş oxucu 

kütləsinin marağına səbəb olacaqdır. Çünki Azərbaycan  ədəbiy-

yatında bu formada araşdırma ilk tədqiqat işidir.  

 

Razim Məmmədov,  



filologiya üzrə fəlsəfə doktoru, dosent 

 

 

 

 

 

 

 

 

 

 

 


259 

Satirik nəsrə aid yeni araşdırmalar 

 

Baba Babayev 1952-ci ildə  Zərdab rayonun Məmmədqasımlı 

kəndində anadan olub. Filologiya elmləri üzrə  fəlsəfə doktoru, 

Azərbaycan yazıçılar Birliyinin üzvü, Qabaqcıl maarif xadimidir. 

“Abdulla  Şaiqin bədii nəsri”(1999), “Ədəbi söz qalacaq”(2006), 

“Azərbaycan realist nəsrində satira”(2008) monoqrafiyalarını, 

“Qalacaqdır dünyada”(2001), “Nur çeşməsi”(2003), “Azərbaycan 

ədəbiyyatı” (Abbas Səhhət, Abdulla Şaiq seçilmiş  əsərlərinin 

tərtibçisi və ön sözün müəllifi) kitablarını yazmışdır. “Azərbaycan 

satirik nəsrinə dair araşdırmalar” alimin yeddinci əsəridir. 

XX  əsrin  əvvəllərindən satira, satirik-ədəbiyyat, satirik 

sənətkarlarımızın bədii nəsrin çeşidli janrlarında yazdıqları əsərlər, 

satirik mətbuat  ədəbiyyatımızın vacib problemləri kimi həmışə 

alimlərimizin diqqət mərkəzində olmuşdur. Müstəqillik dövründə 

bu problemlərin işlənməsinə daha çox ehtiyac duyulur. Realizm 

yaradıcılıq metodu, maarifçilik, “Molla Nəsrəddin”  ədəbi məktəbi 

və bütövlükdə satirik ədəbiyyatla bağlı olan mövzünün 

ədəbiyyatşünaslar tərəfindən elmi-nəzəri aspektdə öyrənilmək istəyi 

də bu ehtiyacdan doğdu. XX əsrin  əvvəllərindən zamanın dönüşü 

cəmiyyətin bütün sahələrində-varlıqda və  şüurda, elmdə  və 

ədəbiyyatda, mədəniyyətdə  və incəsənətdə, nəzəriyyədə  və  təcrü-

bədə  əsaslı  təbəddülatlar insanların həyat və  fəaliyyətinə  də  təsir 

edir, onların şüur və təfəkküründə yeni proseslərin baş verməsi üçün 

real imkanlar yaradırdı. Bu işdə  ədəbiyyatın, nəzəri fikrin edə 

biləcəyi  ən vacib iş-həyatı düzgün əks etdirmək, ifşa hədəflərini 

aydın göstərmək, “Əyrini-əyri, düzü-düz” yazmaq, ictimai geriliyin 

səbəblərini araşdırmaq və ondan xilas olmaq onun xəstəliyinin 

mahiyyətini, müalicə  və profilaktikasını göstərməkdir.  Ədəbiyyat, 

ən çox da satirik ədəbiyyat bu missiyanı idarə etmək üçün 

köhnəlmiş  ədəbi metodlardan, ideyalardan istifadə edə bilməzdi. 

Buna görə  də satirik nəsrdə, poeziyada, dramaturgiyada və pub-

lisistikada  ədəbiyyat orijinal ideyalar və ideallar irəli sürməli, 

cəmiyyəti yeni dünyagörüşlə silahlandırmaq vasitəsilə onu geri-

likdən, qaranlıqdan çıxmağa kömək göstərməliydi. Belə zamanda 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə