Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə88/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   81   82   83   84   85   86   87   88   89

267 

haqqında rəy də maraq doğurur. 

İnanırıq ki, “Qalacaqdır dünyada” təkcə  ədəbi ictimaiyyət və 

jurnalistlər üçün yox, bütövlükdə, geniş oxucu kütləsi üçün maraq 

və həvəslə oxunan, yadda qalan kitab olacaq. 

 

Günay 

“525-ci qəzet” 

 

 

 

 

 

 




268 

Ədəbi sözün işığı 

 

Gənc nəslin ədəbi təhsili, tərbiyəsi, inkişafı vəzifələrinin yerinə 



yetirilməsi bir sıra ciddi amillərlə bağlıdır. Həmin amillər sırasında 

ədəbi təhsil sahəsində müasir tələblərə cavab verən yeni filoloji 

araşdırmaların yazılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan 

öz fəaliyyətində elmi-ədəbi tədqiqatları pedaqoji-metodik vəzi-

fələrin yerinə yetirilməsi ilə yaxından uzlaşdıran, filologiya elmləri 

namizədi Baba Babayevin çapdan yeni çıxmış “Ədəbi söz qalacaq” 

adlı məqalələr toplusu (Bakı, “Elm” 2006. Elmi redaktoru filologiya 

elmləri doktoru, professor Zaman Əsgərli) kitabı yaxşı bir hadisə 

kimi qiymətləndirilməlidir. 

Kitabdakı məqalələr iki qrupa bölünür:  

1. Klassik ədəbiyyatımızın ayrı-ayrı nümayəndələrinin yara-

dıcılığına həsr olunan tədqiqlər;  

2. Müasir ədəbiyyatımızın dəyərli örnəklərindən bəhs edən 

rəylər və resenziyalar. 

Müəllif klassik sənətkarlardan Abbas Səhhət və Abdulla Şaiqin 

yaradıcılığını yeni baxış bucağından müasir fıloloji təfəkkür 

müstəvisində  təhlii etmişdir. Onun A.Səhhətə  həsr olunmuş 

“Görkəmli  şəxsiyyət, yaradıcı ziyalı” məqaləsi  əslində bu qüdrətli 

şair haqqında portret-oçerkdir. Məlumdur ki, A.Səhhətin həyat və 

yaradıcılığı ali və orta məktəblərimizdə geniş tədris olunur. Hazırda 

müəllim və  tələbələrin A.Səhhət yaradıcılığından, xüsusilə, onun 

romantizmindən və  bədii sənətkarlıq xüsusiyyətlərindən bəhs edən 

elmi əsərlərə böyük ehtiyacı vardır. Müəllif həmin məsələdən bəhs 

edərkən haqlı olaraq qeyd edir ki, sovet rejimi romantizm ədəbi 

cərəyanın  əsas nümayəndələrinin bədii irsinin əsaslı  şəkildə 

öyrənilməsinə ciddi maneələr yaratmağa çalışmış, fıloloq alimlərə 

bir sıra bədii komponentlərə toxunmaq yasaq olmuşdu. Ölkəmizin 

müstəqillik əldə etdiyi bir dövrdə ədəbi-nəzəri problemlərə yenidən 

qayıtmaq, qüdrətli romantik sənətkarın  ədəbi irsinə bütöv şəkildə 

yanaşmaq, təhlilləri təkcə ideya-məzmun baxımından deyil, həm də 

poetika istiqamətində aparmaq və onların  əsərlərinə bütöv şəkildə 

elmi qiymət vermək zəruridir. Məhz bu tələbatı nəzərə alan müəllif 




269 

öz tədqiqatmda A.Səhhətin təlatümlü, keşməkeşli həyatı  və  sənəti 

haqqında dolğun təsəvvür yaratmağa müvəffəq olmuşdur. 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən 

olan Abdulla Şaiqin yaradıcılığı daim tədqiqatçıların diqqət 

mərkəzində olmuş,  Ə.Mirəhmədov, Y.İsmayılov,  Ə.Məmmədov, 

A.Əmrahoğlu, V.Nəbioğlu kimi tanınmış alimlər bu sənətkarların 

bədii irsi ilə bağlı sanballı elmi əsərlər yazmışlar. Bununla yanaşı, 

qeyd edilməlidir ki, A.Şaiq yaradıcılığının bir sıra problemləri, 

eləcə  də  nəsrinin poetikası ilə bağlı  bəzi mühüm məsələlər xüsusi 

tədqiqat obyektinə çevrilməmiş, yazıçının nəsr  əsərlərinin 

sənətkarlıq xüsusiyyətləri  ədəbiyyatşünas alimlər tərəfındən bütöv, 

sistemli halda araşdırılmamışdır. Kitabdakı “Böyük ədib”, “Nəsrdə 

sənətkarlıq məsələləri”, “Tamamlanmış roman”, “A.Şaiqin uşaq 

hekayələrinin ideya-bədii xüsusiyyətləri” məqalələri məhz bu 

boşluğu doldurmağa xidmət edir. Müsbət haldır ki, tədqiqatçı 

sənətkarm nəsr  əsərlərində poetikanın müxtəlif komponentlərini 

(təfərrüat, detal və s.) elmi təhlil süzgəcindən keçirmiş, həmin 

məsələ ilə bağlı dəyərli mülahizələr söyləmişdir. 

Kitabdakı “Cəlil Məmmədquluzadə  tədqiqat obyektində” 

məqaləsi də ciddi elmi araşdırmaların nəticəsi kimi diqqəti cəlb 

edir. Məqalə Nobel mükafatı laureatı A.Kamyunun belə bir fıkri ilə 

başlayır: “Bəşəriyyətin xilası halallıq və təmizlikdədir.” Fikrimizcə, 

Cəlil Məmmədquluzadə kimi həmişəyaşar sənətkarın həyat və 

yaradıcılığına bu prizmadan yanaşılması  təbii və qanunauyğundur. 

Bu, həm də Baba Babayevin öz tədqiqatlarında hansı  mənəvi 

dəyərlərə söykəndiyini, onun elmi axtarışlarının təməl daşını hansı 

meyarın təşkil etdiyini əks etdirən bariz nümunədir. 

Tanınmış yazıçı-dramaturq,  ədəbiyyatımızda lirik psixoloji 

nəsrin görkəmli nümayəndəsi İlyas Əfəndiyevin və Xalq şairi Cabir 

Novruzun yaradıcılığı haqqında məqalələri də oxucuların marağına 

səbəb olacağı  şübhə doğurmur. “Lirik nəsrin yaradıcısı” və 

“Nəsillərə  əziz olacaqlar” məqalələrində Xalq yazıçısı  İlyas 

Əfəndiyevin yaradıcılığı,  ədəbi düşüncələri tədqiq edilir. Müəllif 

məqalədə  İlyas  Əfəndiyevi novator sənətkar kimi səciyyələndirmiş

onun şəxsiyyəti və sənəti barədə orijinal elmi mülahizələr söyləmişdir. 

Kitabda özünə yer alan maraqlı yazıların bir qismi 



270 

resenziyalardır. Müasir ədəbiyyatşünaslığın istedadlı nümayən-

dələrindən professor Zaman Əsgərlinin “Alim ömrü”, filologiya 

elmləri namizədi Arif Məmmədovun “Epik sözün bədii gücü” 

məqalələr toplusu haqqında yazdığı “Sözün gücü”, habelə tarixçi 

alim professor Nisbət Mehdiyevanın ali məktəblərin tarix fa-

kültələrinin tələbələri üçün yazdığı “Türk xalqlarının tarixi” adlı 

fundamental dərsliyinə həsr olunmuş “Qiymətli tədqiqat əsəri” adlı 

resenziyaları elmi sanbalına görə diqqətdən yayınmır. 

Bunu da xüsusi qeyd etmək lazımdır ki, “Ədəbi söz qalacaqdır” 

kitabı Azərbaycanın görkəmli  ədəbiyyatşünas alimi, akademik 

Bəkir Nəbiyevə ithaf olunmuşdur, Kitaba ön söz yazmış dosent 

Bilal Həsənlinin dediyi kimi, bu müəllifın xalqımızın tanmmış 

ziyalısına, öz müəlliminə belə ehtiram və sayqısı oxucunun 

qəlbində xoş ovqat, dərin rəğbət hissləri oyadır. Aydın görünür ki, 

“Firidun bəy Köçərli”, “Tənqid və  ədəbi proses”, “Özümüzdən 

başlayaq”, “Söz ürəkdən gələndə”, “Böyük Vətən müharibəsi və 

Azərbaycan  ədəbiyyatı”, “Çətin yollarda”, “Xəzan vurmasın” kimi 

sanballı kitablardakı  ədəbi sözün işığı yenə  də gur gəlir və  ətrafı 

ziyalandırır. 



 

Gülnarə Əzizova, 

Ədəbiyyat üzrə magistr 

 

 

 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə