Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə83/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   79   80   81   82   83   84   85   86   ...   89

251 

Seyidbəylinin ilk hekayələri və povestləri müasirliyi duymaq, dərk 

etmək, ondan sənətkarcasına istifadə etmək hesabına meydana 

çıxıb.  


Müəllif yazıçı kimdir saualına cavab axtarır, belə bir cavab da 

diqqətdən yayınmır: “Konfliktlər fonunda çalışan yazıçıdır”. Təbii 

ki, buna uyğun olaraq “oxucu kimdir?” sualı da fikrimizə  gəlir. 

Qəhrəmanın həyatını, taleyini yaşada bilən oxucudur. Nə  qədər 

poetik səslənsə  də, Həsən Seyidbəylinin qəhrəmanı oxucunun 

zövqünü oxşaya bilir. Həsən Seyidbəylinin əsərlərindəki dramatizm 

oxucunu gərginlikdə saxlaya bilir. Bu yerdə Baba Babayev 

“Telefonçu qız” povestindəki dramatizmi misal göstərir. Bu 

əsərdəki dramatizm daxili konfliktlə müşayiət olunur. Həm də 

Həsən Seyidbəylinin istedadı  kəskin dramatizm və ziddiyyətsiz 

konfliktlər yaratmaqda özünü göstərir. “Mən ki gözəl deyildim”, 

“Söyüdlü arx” əsərlərindəki yazıçılıq məharəti də (B.Bayramov, 

İ.Əfəndiyev) obrazlar arasındakı mübarizənin yaratdığı situasiya-

lardadır. Yazıçılar bilə-bilə öz qəhrəmanlarını  çətin vəziyyətlərə 

salırlar. “Telefonçu qız” povestində də yazıçını tənqidçi alim gözəl 

duyub, bu sürətlərin başqa sürətlərlə müqayisədə  əsl dramatik 

səviyyəsini açıb göstərib. Onu da qeyd etmək olar ki, “Telefonçu 

qız”ın (Mehribanın) xarakterik cizgilərini bu səviyyədə  təqdim 

etmək əsl tənqidçinin işidir.  

Baba Babayev Həsən Seyidbəylinin  ədəbi-bədii görüşlərində 

xüsusi seçilən lirik-psixoloji üslubu da öz baxışlarında açıqılayır. 

Bu üslubun kök saldığı “Çiçək”, “Telefonçu qız”, “İllər keçir”, 

“Tərsanə”, “Cəbhədən-cəbhəyə”  əsərlərinə  əsasən, Həsən Seyid-

bəylinin psixoloji durum yaratmaq məharəti haqqında səviyyəli 

oxucudan tutmuş mütəxəssis alimə  qədər hamıya bəllidir. Ancaq 

professional səviyyədə nəsrdə lirizmdən,  onun  qabarıq keyfiyyət-

lərindən layiqincə danışmaq həm də yazıçıya olan hörmətdən irəli 

gəlir. Tənqidçinin Çiçək kimdir? Sualı ətrafında çoxlu mübahisələr 

etmək olar. Baba Babayev də Çiçəyə olan münasibətində onun həm 

mənfi xüsusiyyətlərini (bu mənfilik onun şəxsiyyətini aşağı salmır), 

həm də müsbət keyfiyyətlərini görüb qiymətləndirir. O, kənd 

həyatını yaxşı bildiyindən povestindəki kəndlə bağlı yazıçının 

qeydlərindəki səriştəsizliyi yerində tuta bilib. 



252 

Ədəbiyyat qarşısında duran məsələlərdən biri yazıçı  və 

müasirlik problemidir. Köhnəlməyən mövzular ədəbiyyatda həmişə 

yaxşı qarşılanıb. Bu məsələ həm də bəşəri mahiyyət kəsb edir. Necə 

əsər yaratmaq lazımdır ki,indi də yaxşi oxunsun, gələcəkdə də yaxşı 

qarşılansın. Bu sahədə Azərbaycan ədəbiyyatında layiqli sənətkarlar 

özlərini təsdiq ediblər. Ancaq milli zəminə  əsaslanan bədii  əsər 

yaratmaq isə Azərbaycan yazıçısının işidir. Bəs milli Azərbaycan 

yazıçısı ifadəsini kimə aid etmək olar? Bu suala cavab tapmaq 

tənqidçinin işidir. Baba Babayevin bu məsələyə münasibəti 

aşağıdakı cümlələrdə daha aydın görsənir. “Həsən Seyidbəylinin 

yaradıcılığı müasirlik hissinin qabaqrıqlığı və ideya-mündəricəsinin 

əhatəliliyi ilə diqqəti cəlb edir. Yazıçı yaradıcılığına müasirlik kimi 

yüksək estetik prinsipləri baxımından yanaşdığı üçün oxucusunu 

yormur, yaratdığı obrazların daxili aləminə nüfuz etməsi əsərlərinin 

ideya-sənətkarlıq xüsusiyyətlərini və  həll etmək istədiyi problem 

dairəsini düzgün müəyyənləşdirir”. Bu fikirlərin struktur təhlilini 

verməklə müasirliyə olan münasibəti aydınlaşdırmış olarıq. 

-Hansı yazıçı müasirdir? – Yaratdığı obrazların daxili aləminə 

nüfuz etməyi bacaran yazıçı. 

-Hansı mövzu müasirdir? – Həll etmək istədiyi problemin 

dairəsini düzgün müəyyənləşdirən mövzu. 

Bu iki hökmün nəticəsi kimi aşağıdakı cümlə fikrimizi tam 

əsaslandıra bilir. “Tərsanə” romanını oxuduqdan sonra müəyyən 

etmək çətin deyil ki, o fəhlə mövzusu ilə qəlbən, ürəkdən bağlı olan 

bir sənətkar olmuşdur”. Buradan təbii bir sual yaranır: “Tərsanə” 

romanı müasirdirmi? Bu sualın Baba Babayevin düşüncəsində 

cavabı belədir: “Uzaq sahillərdə”, “Telefonçu qız”, “İllər keçir”, 

“Cəbhədən-cəbhəyə”, “Çiçək”, “Tərsanə” roman povestlərinin 

yaranma tarixindən 50 ildən çox vaxt keçdiyinə baxmayaraq, aktu-

allığını və estetik dəyərini bu gün də qoruyub saxlayan, hətta bu gün 

də insanları düşündürən, özünə  cəlb edən yaradıcılıq nü-

munələridir”. 

Müasirlik həm də insanı yaxın tarixi keçmişimizə bağlamalıdır. 

Yəni oxucu yaxın və ya uzaq keçmişdə yaşamağı da mütaliə zamanı 

bacarmalıdır. Bu isə yazıçının sənətkarlığından birbaşa asılıdır. 

Hətta oxucunu keçmişə aparıb  gətirə bilərsə, əsər onda müasirliyə 

daha yaxşı xidmət edə bilər. Baba Babayevin əsərdən verdiyi 




253 

retrospektiv çözüm yaddaşda oxucunu 70-ci illərə qaytara bilir. “Bu 

otağın mebeli açıq-qəhvəyi rəngdə idi. Artıq hər  şey yerbəyer 

olmuşdursa da, burada 18-19 yaşlı oğlan uşağının yaşadığı o dəqiqə 

hiss olunurdu. Stulların söykənəcəyində, çarpayının üstündə idman 

paltarı, cürbəcür qalstuklar, əzilmiş cib yaylığı, “Vokruq sveta” və 

“Texnika molodyoji” yazı stolunun siyirtməsində  sınmış  pərgar, 

rəsmxətt ləvazimatı, jurnallardan kəsilib  şifonerin içəri üzünə 

yapışdırılmış  şəkillər, çiyinlərinin, qollarının və  qılçalarının  əzələ-

ləri əfsanəvi bir tərzdə qabarmış idmançıdır. 

“Yeniyetmələr” filmindən  ərəb aktrisası Maqdanın  şəkili, 

Andrey Bolkonski rolunda Vyaçeslav Tixonovun yorğun, ağıllı 

sifəti, aktrisa Svetliçnayanın rəngini itirmiş iri, süzgün gözləri. 

Bridjit Bardonun açıq dodaqları və yuxarıda ayrıca bir guşədə Tahir 

Salahovun çəkdiyi Qara Qarayevin şəkli”. 

Bu və ya digər təsvirlər bizə yaşadığımız post-sovet 

məkanındakı  mənzərəni xatırladır. Qısaca belə demək olar ki, 

“Tərsanə” müasir romandır. Bizi “Tərsanə”dəki hadisələrdən olsa-

olsa 20-30 il ayırır. Bunu nəzərə alıb demək olar ki “Tərsanə” ro-

manının ikinci hissəsi bizim zamanımızda həyatımıza qayıdacaq. 

(Biz məqaləni çapa hazırlayarkən məlum oldu ki, romanın ikinci 

hissəsi nəşr olunub – R.Ə.) 

Baba Babayev Həsən Seyidbəylinin heç bir əsərinə gözgörəlik 

etmir. O yazıçının povest və romanlarını  həm tərifləyir, həm də 

tənqid etməkdən çəkinmir. Bunu çap olunmamış “Tərsanə”nin 

ikinci hissəsinə  də aid etmək olar. O, əsərdə obrazların taleyindən 

narahatdır. Lalənin, Tutunun, Ələsgərin sevgi macəraları,  Əyyub 

Qəriblinin gəmi təmiri zavodunda rəhbərliyindəki perspektivlər 

dumanlı qalır. 

Baba Babayevin təqdimində  Həsən Seyidbəyli müharibə 

mövzusunda tarixi əsərlər yazan sənətkar kimi də öz qiymətini alır. 

“Ürək”, “Qardaş  qəbri”, “Fəryad”, “Medalyon”, “Yaşıdlarım”, 

“Müharibə”, “Səadət mübarizləri”, “Ağır günün dostları”, “Uzaq 

sahillərdə”, “Cəbhədən cəbhəyə”, “Mübahisəli  şəhər”, “General”, 

“Burada insan yaşamışdır” kimi povest və romanlarda faşistlərə 

qarşı xalqımızın cəbhədə  və arxada mübarizəsindən, müharibə 

dövrünün insanlarının fədəkarlığından bəhs edilir. Onun müharibə 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə