Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə81/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   77   78   79   80   81   82   83   84   ...   89

245 

Satirik nəsrin üfüqləri 

 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra ədəbi-nəzəri problem-

lərin, ədəbi-bədii irsin yeni metodoloji tələblər prizmasından tədqiqi 

zərurəti yaranıb. Müasir mərhələdə, xüsusən, XIX-XX əsrlər satirik 

ədəbiyyatımızın ideya-bədii xüsusiyyətlərinin  ədəbi prosesdəki 

yeniləşmə,  ədəbiyyatşünaslığımızın son nailiyyətləri müstəvisində 

tədqiqi aktual problem kimi diqqəti cəlb edir.  

Bu baxımdan klassik və müasir ədəbiyyatımıza həsr olunınuş 

tədqiqatları ilə  ədəbi mühitdə sayılıb-seçilən, istedadlı  ədəbiy-

yatşünas alim Baba Babayevin “Azərbaycan satirik nəsrinə dair 

araşdırmalar” kitabının nəşri (Bakı, “Müəllim” nəşriyyatı, 2009) 

təqdirəlayiqdir. Məlumdur ki, bədii əsərin ideya-məzmunu, müəllif 

niyyəti, mətnin dil, üslub, sənətkarlıq xüsusiyyətlərindən, bədiiliyi 

təmin edən elementlərdən çıxış etməklə  şərh edilməli, aydınlaş-

dırılmalıdır. Problemin tədqiqinə məhz bu elmi mövqedən yanaşan 

B.Babayev zəngin tarixə malik ədəbiyyatımızın maraqlı, parlaq 

səhifəsini təşkil edən satirik nəsrin nəzəri məsələlərinin, ideya-

məzmununun, poetikasının sistemli şəkildə araşdırılmasına xüsusi 

diqqət yetirib. 

Ədəbiyyatşünaslığımızda müxtəlif  ədəbi növ və janrlarda 

satirik  əsərlərin yaranınası, satiranın inkişaf mərhələləri ilə bağlı 

maraqlı elmi-nəzəri fikirlər söylənilib. Satirik nəsrin araşdırılması 

zamanı  tədqiqatçı müxtəlif  ədəbi məxəzlərdən, o cümlədən yeni 

filoloji tədqiqatların nəticələrindən bəhrələnib, yeri gəldikcə 

Ə.Mirəhmədov, Y.Qarayev, K.Məmmədov,  Ə.Saraclı, Z.Əsgərli, 

A.Əmrahoğlu, B.Əhmədov və başqa tədqiqatçıların  əsərlərinə 

istinad edib. Bununla yanaşı, müəllifin problemin araşdırılmasına 

yaradıcı, orijinal, özünəməxsus yanaşmaları, elmi-nəzəri mülahi-

zələrində yeni fakt və  dəlillərə  əsaslanması  əhəmiyyətli nəticələr 

əldə etməsinə imkan yaradıb. 

Məlumdur ki, xalqımız satiraya, yumora əvəzedilməz tənqidi, 

ifşaedici, islahedici vasitə kimi yanaşıb, bu mövqe öz əksini xalq 

yaradıcılığının bir sıra sahələrində, o cümlədən folklorda tapıb. 

Şifahi xalq ədəbiyyatımızın müxtəlif  ədəbi növ və janrlarında, o 




246 

cümlədən dastan, nağıl, lətifələrimizdə satirik nəsrin elementləri, 

dəyərli nümunələri var. B.Babayev yazılı ədəbiyyatımızda satira və 

gülüşün folklor qayrıaqlarından və  ənənələrindən bəhs edərkən 

atalar sözü və  məsəllər, lətifələr, təmsil, bayatılar, meydan tama-

şaların, xalq dramları, oyunlar, məzhəkələr, qaravəllilər, dastanlar, 

aşıq şeirlərini təhlil süzgəcindən keçirir, xalq gülüşünün bədii təsvir 

və ifadə vasitələrini, satirik əksetdirmə üsullarını üzə  çıxarır. Epik 

folklor örnəklərinin Azərbaycan satirik nəsrinin yaranması  və 

inkişafında rolu barədə mülahizələr tədqiqatda konkret bədii nümu-

nələrlə əsaslandırılıb. 

Eyni zamanda satirik nəsrin folklor qayrıaqlarından bəhs edər-

kən müəllifın yalnız epik şifahi xalq ədəbiyyatı nümunələri ilə 

məhdudlaşmaması, folklorun lirik və dramatik janrlarına da 

müraciət etməsi tədqiqatçı diapozonunun genişliyini göstərir, 

müxtəlif ədəbi növ və janrların satirik ifadə imkanlan, şifahi ədəbiy-

yatın yazılı satirik nəsrin formalaşmasmda rolu barədə daha dolğun 

təsəvvür yaradır. 

Kitabda ayrı-ayrı  sənətkarların satirik nəsr yaradıcılığının 

tədqiqi mühüm yer tutur. “Yusif Vəzir Çəmənzəminlinin satirik 

hekayələri”, “Realist nəsrdə M.F.Axundov ənənələri”, “Ü.Hacıbə-

yovun satirik hekayələri”, 

Tağı Şahbazi (Simürğ) satirik hekayələr 



ustası kimi”, “Abdulla Şaiqin hekayələrində satirik hədəflər” 

başlıqlı  məqalələrdə  tədqiqatçı satirik nəsr  əsərlərinin poetikasını 

araşdırmış, satiriklərimizin yaradıcılıq laboratoriyasının özünəməx-

susluğu, bədii gülüşdən istifadə  məharəti barədə oxucuda dolğun 

təsəvvür yaratmağa müvəffəq olub. 

Satirik nəsri tədqiq edərkən milli dramaturgiyanın banisi, yeni 

tipli realist nəsrin ilk orijinal nümunələrini yaratmış M.F.Axun-

dovdan, məşhur “Molla Nəsrəddin”  ədəbi məktəbindən bəhs et-

məmək mümkün deyil. Tədqiqatçının haqlı  qənaətinə görə, 

M.F.Axundovun elmi, ədəbi-estetik görüşləri, realizım, satira və 

gülüş haqqında fikirləri XIX əsrin sonlarından  ədəbiyyata gələn 

yazıçıların yaradıcılığına, dramaturgiya, nəsrin inkişafina güclü təsir 

göstərib. Məhz bu ənənələr üzərində meydana gələn “Molla 

Nəsrəddin” jurnalı, qüdrətli sənətkarlarımız C.Məmmədquluzadə, 

M.Ə.Sabir yeni satirik ədəbiyyatın təməlini qoyub. 



247 

“Gülüşlə düşündürən sənətkar” məqaləsi görkəmli söz ustası 

Mir Cəlalın yaradıcılığındakı satirik, yumorlu məqamlara həsr 

olunmuşdur. Məlumdur ki, keçən əsrin 30-cu illərindən başlayaraq 

Mir Cəlalın nəsr  əsərlərində, xüsusən  hekayələrində gülüş, satira, 

yumor özünün  bədii ifadəsini tapmışdır.  Ədibin hekayələrində 

dövrün vacib ictimai problemləri, cəmiyyətin inkişafına mane olan 

qüvvələr, sovet cəmiyyətinin təbiətindən doğan satirik, komik 

situasiyalar, gülüş, kinayə, istehza doğuran insan xarakterləri sənət-

karlıqla əks olunmuşdur. 

Professor T.Hacıyev Mir Cəlal müəllimin mühazirələrində 

bədii  əsərin poetik xüsusiyyətləriləri ilə bağlı söylədiyi fikirləri 

xatırladaraq yazır ki, sərlövhə  əsərin yarısıdır, oxucunu özünə 

çəkməlidir. Obrazın adında onun xisləti oxunmalıdır. 

B.Babayev diqqəti sənətkarın laboratoriyası üçün səciyyəvi 

olan cəlb edərək yazır ki, Mir Cəlal  əsərlərinə  sərlövhə seçməkdə 

çox usta idi. O, bilirdi ki, nəzərə çarpan sərlövhə oxucuda dərhal 

maraq oyadacaq. Ədibin  əsərlərinin adları bu baxımdan 

səciyyəvidir: “Xarici naxoşluq”, “Rola girib”, “Neçə cür salam var”, 

“Təzə toyun nəzakət qaydaları” və s. hekayələrin adları oxucunu 

yaşadığı dövrün mənəvi eybəcərliklərinə,  əsərdə qaldırılan 

problemin, təsvir edilən həyat hadisəsinin mahiyyətini dərk etməyə, 

düşünməyə yönəldir. 

Bədii nəsr  əsərində surətlərə ad vərilməsinin də asan məsələ 

olmayıb müəllifdən xüsusi məharət tələb etdiyini qeyd edən təd-

qiqatçı Mir Cəlal yaradıcılığını bu cəhətdən nümunə göstərir. Ədib 

hekayələrində  Həkim Cinayətov, Anket Anketov, Kəmtərov kimi 

adlar, soyadlar vasitəsilə obrazın, onun təmsil etdiyi ictimai təbə-

qənin cəmiyyətdəki inkişafa, yeniliyə, mənəvi dəyərlərimizə zidd 

olan mahiyyətini sərrastlıqla aça bilir.  

Konkret bədil nümunələrin təhlili tədqiqatçını Mir Cəlalın 

hekayələrinin dili üçün təbiilik, orijinallıq, səlislik, aydınlıq kimi 

bədii məziyyətlərin səciyyəvi olması  qənaətinə  gətirib.  Ədib 

hekayələrində yaddaqalan mənfı tiplər qalereyası yaradıb, xalq 

gülüşünü  əks etdirən, dilimizdəki satira, yumor səciyyəli söz və 

ifadələr, atalar sözü və məsəllərdən, frazeoloji birləşmələrdən sənət-

karlıqla istifadə edib ədəbiyyatımızı ölməz sənət  əsərləri ilə 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə