Microsoft Word Baba n r variant seva


Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri



Yüklə 1,74 Mb.
səhifə80/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   76   77   78   79   80   81   82   83   ...   89

242 

Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri 

 

Filologiya üzrə  fəlsəfə doktoru Baba Babayevin yeni çapdan 



çıxmış “Həsən Seyidbəylinin bədii nəsri” monoqrafiyası  ədəbiy-

yatşünaslığımızda ilk sistemli tədqiqat  əsəri olmaqla yazıçının 90 

illik yubiley tədbirləri  ərəfəsində onun yaradıcılığına qiymətli 

ərmağandır.  

Monoqrafiyada XX əsr Azərbaycan yaradıcı  şəxsiyyətlərindən 

Həsən Seyidbəylinin  ədəbi fəaliyyəti tədqiq olunur. Mövzunun 

aktuallığı bir sənətkarın yaradıcılığı olsa da, problemli yanaşma 

predmeti genişdir. Həsən Seyidbəylinin mənsub olduğu  ədəbi 

proses təsviri planda xatırladılıb, dövrün ədəbi-sosial  şəraiti 

öyrənilib, bədii nəsrin təkamül prosesi təbii və ziqzaqlı  cəhətləri, 

vulqar xüsusiyyətləri ilə birlikdə göstərilib, bədii nəsr sahəsində 

epik, lirik-psixoloji nəsrin dinamikası izlənilib və bu fonda Həsən 

Seyidbəyli nəsrinin ümumi və  fərdi analizi aparılıb, yeri gəldikcə 

ədəbiyyat və incəsənət arxivinə müraciət olunub, ədəbiyyat tari-

ximizin  ədəbi-nəzəri təcrübəsinə istinad edilib, ədəbi-tənqidi 

fikrimizin görkəmli nümayəndələrinin  əsərlərinə, monoqrafiya və 

məqalələrinə  nəzər yetirilib, bir sözlə, mövzu-problem obyekti 

ətraflı öyrənilib.  

Monoqrafiyada alimin məqsədi Həsən Seyidbəyliinin XX əsr 

Azərbaycan  ədəbiyyatındakı yerini və mövqeyini müəyyənləşdi-

rərkən, sənətkarın yaşadığı mühiti, həyatı, nasir, dramaturq, publi-

sist, kinorejissor fəaliyyəti təhlil obyekti kimi araşdırılıb.  

Baba Babayev problemin qoyuluşu və  həllini, mühüm elmi 

nəticələrini  əldə edərkən  ədəbi-metodoloji dəyərləndirmə olaraq 

tarixi-müqayisəli metoddan çox, təsviri-publisistik üsluba üstünlük 

verib, məqsəd və  vəzifələrin icrasına uğurla nail olub. O, Həsən 

Seyidbəylinin bədii nəsrinin öyrənilməsinə kompleks yanaşıb, təd-

qiqat obyektinə sistemli baxış ifadə edib, problemin elmi yeniliyini 

əsaslandırıb.  

Monoqrafiya müəllifi tədqiqatın I fəslində yazıçı  və dra-

maturqun  ədəbi-sosial mühiti, həyat və yaradıcılığını öyrənib, mə-

sələ ilə bağlı arxiv materiallarına da istinad edib. Ədəbiyyatşünas bu 

məcrada Həsən Seyidbəylinin 1950-1980-cı illərdəki ədəbi-mədəni 



243 

fəaliyyətinin  əsaslarını sintez və analiz edib, kitablarını  təhlil 

predmeti edib. Bütün bunlar daha çox məsələnin xarakterindən asılı 

olaraq təsvir-təhkiyə planındadır. “Qiymətli damcılar” hekayələr 

kitabı, “Kür sahilində” oçerklər kitabına verdiyi təsvirlər  ədəbi 

proses fonunda olub, hətta yeri olduqca dövrün partiya, plenum, 

qurultay qətnamələrinə, ədəbiyyat sahəsində irəli sürülmüş qərarlara 

da istinad edib. O, bədii  əsərlərin təhlilini qiymətləndirmə, dəyər-

ləndirmədən çox, təsvir-təqdimat planında xronika olaraq şərh edir. 

Fikir və məntiqini ədəbi-tənqidin Həsən Seyidbəyli, habelə mövcud 

ədəbi-prosesə verdiyi elmi-nəzəri qiymətlə  əsaslandırır, möh-

kəmləndirir.  

Monoqrafiyanın II fəsli Həsən Seyidbəylinin yaradıcılıq axta-

rışlarını, ilk nəsr əsərləri, hekayələrinin tədqiqini ehtiva edir. Alim 

bu hekayələrin təhlili prosesində onların təhkiyə üslubundakı 

çatızmazlıqları də həssaslıqla duyub ifadə edib. Göstərib ki, bu he-

kayələrdə obraz rəngarəngliyi də duyulandır, real-psixoloji təbiilik 

bəzən azlıq da edir, dialoqlardakı yığcamlıq da, hisslərdəki psixoloji 

təbiilik də  bəzən gözlənilmir. Həmin hekayələr yığcam və 

oxunaqlıdır. Müəllif təhlil zamanı janrın spesifikasına münasibət 

bildirib, sosial-bədii təhlillərinə üstünlük verib. Əsərlər dinamik 

inkişafda, xronoloji olaraq öyrənilib, onların  əsasən çap variant-

larına istinad edilib. “Bizim Astarada”, “Çiçək”, “Telefonçu qız”, 

“Cəbhədən-cəbhəyə”, “Uzaq sahillərdə”, “İllər keçir”, “Tərsanə” 

kimi müxtəlif janrlı  əsərlərin təhlili geniş olub, ədəbi-tarixi, elmi-

nəzəri aspektdə öyrənilib. Baba Babayev Həsən Seyidbəylinin bədii 

nəsrini hekayələrindən sonra (“Qiymətli damcılar”, “İki müavin”, 

“Sülh estafeti”, “Nigaran”, “Xidməti lift” və s.) povest və roman 

janrlarında da izləyib. Bunların da təhlili  ədəbi proseslə ehtivalı 

olub sosioloji təhlil planındadır. Yazıçının povest və romanlarının 

təhlilinə  həsr edilmiş III fəslin tədqiqində  əsərlərin dil və üslub 

xüsusiyyətlərinə toxunulub, bədii konfliktdə obrazların yeri, ədəbiy-

yatda vətəndaş pafosu, gerçəkliyin həyati dərki, bədii material 

təzəliyi, təsvir və ifadə vasitələrindəki yenilik, müsbət qəhrəmanın 

bədii həlli, ictimai-əxlaqi problemlərin ifadəsi və başqaları ədəbiy-

yatşünas alimin təhlil predmetləri kimi diqqəti cəlb edir. Baba müəl-

lim bütün əsər boyu ideya axtarışında forma və  məzmunu diqqət 



244 

mərkəzində saxlayıb.  

Bütün fəsillərdə problemin izlənilməsi obyektiv elmi-tənqidi 

səciyyə daşıyır, əsərlərə elmi münasibət qənaətedicidir. 

Baba Babayev monoqrafiyada əldə etdiyi elmi müddəalarını 

onun nəticə hissəsində ifadə edib, istifadə etdiyi elmi nəzəri 

qaynaqları göstərib.  

Filologiya üzrə  fəlsəfə doktoru Baba Babayevin “Həsən 

Seyidbəylinin bədii nəsri” adlı ilk sistemli monoqrafiyası  ədəbi 

ictimaiyyət arasında rəğbətlə qarşılanacaq və  ədəbiyyatşünaslığı-

mızda qiymətli məxəz kimi özünəməxsus yer tutcaqdır.  

 

Əlizadə Əsgərli, 

filologiya üzrə elmlər doktoru, professor  

 

 

 

 

 

 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə