Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə79/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   75   76   77   78   79   80   81   82   ...   89

239 

örnəklərə, komik xarakterli nümunələrə  də  nəzər salır. Tədqiqatçı 

satiranın keçdiyi inkişaf yolunun nisbətən geniş elmi mənzərəsini 

yaratmaq üçün XIX əsrin son rübündə yaranan satirik hekayələri də 

müqayisə məqsədilə xatırlayır. 

Kitabda müəllif realist Azərbaycan yazıçı və şairlərinin əsərləri 

ilə yanaşı, yeri gəldikcə  şifahi xalq ədəbiyyatı nümunələrindən 

problemlə bağlı  bədii faktları da tədqiqata cəlb edir, onlara yerli-

yerində münasibət bildirir. Tədqiqatda XIX əsrin sonu, XX əsrin 

əvvəllərində (1920-ci ilə  qədər) yazıb-yaratmış  sənətkarlarımızın 

satirik nəsrinin sənətkarlıq məsələlərindən bəhs olunmuşdur. XX 

əsrin  əvvəllərində  ədəbiyyatımızda satira məktəbinin, satira və 

yumorun onun tarixinin, poetik xüsusiyyətlərinin, mahiyyətinin, 

ayrı-ayrı janrlarda təzahür formalarının küll halında, elmi şəkildə 

öyrənilməsini vacib və gərəkli olduğu üçün tədqiqatçı bu məsələni 

önə çəkir və lazımi nəticələrə gəlir. 

Monoqrafiyanın ikinci fəslində Azərbaycan realist satirik nəsri-

nin təzahür formaları və yeni inkişaf mərhələlərindən bəhs edilir. 

B.Babayev doğru olaraq qeyd edir ki, M.Füzuli ilə A.Bakı-

xanov və Q.Zakir arasındakı  mərhələdə satirik poeziya yeni 

mərhələyə qalxır. A.Bakıxanov isə «Nəsihətnamə», “Əməlin” 

cəzası», “Ümidin boşa çıxması” kimi əsərlərində  əyanların riya-

karlığını, böhtançılığını, yalançılığını ifşa edirdi. Alimin bu iddiası 

da haqlıdır ki, XIX əsr Azərbaycan  ədəbiyyatında satira 

M.F.Axundova qədər, sözün həqiqi mənasında, Q.Zakir poeziya-

sında öz əksini tapmışdır. S.Ə.Şirvani də satirik şeirə mövcud 

nöqsanları aradan qaldırmaq, hər cür özbaşınalığı, riyakarlığı ifşa 

etmək işində tutarlı vasitələrdən biri kimi baxırdı. 

Azərbaycan  ədəbi fikrinin, milli düşəncə  tərzinin inkişafında 

H.Zərdabi və onun “Əkinçi” qəzeti, S.Əzimlə yanaşı, N.Vəzirov da 

xüsusi xidmət göstərmişdilər. M.F.Axundovun ənənəsindən 

faydalanan C.Məmmədquluzadə, N.Nərimanov, M.Ə.Talıbov, 

Z.Marağalı  və başqa yazıçılar XIX əsrin sonlarından  ədəbiyyata 

gəlməklə böyük sənətkarın satirik, yumoristik ənənələrini mənim-

səyərək çeşidli bədii nümunələr yaratmışdılar.  

Satirik nəsr  əsərlərində süjetin qurulması Mirzə  Cəlil 

yaradıcılığında məqsədəuyğun və düşünülmüş bir hadisədir. 



240 

“Zeynal bəy”, “Göbələk”, “Qiraət”, “Quzu” və sair satirik hekayə-

lərdə böyüklü-kiçikli çoxlu əhvalatları cazibəli süjet vasitəsilə oxu-

cuya çatdırılır. Müəllif süjetin maraqlı və təsirli çıxması üçün həyat 

həqiqətlərini yaxşı öyrənir, tipik hadisələri seçib mənalandırır, 

ümumiləşdirirlər. “Quzu” hekayəsində ümumiləşdirmələr elə usta-

lıqla aparılır ki, təfərrüat hiss olunmur. «Bomba» hekayəsində qoro-

dovoyun gülünc aqibəti ilə onun təmsil olunduğu zümrənin iflası 

təmaslı  şəkildə öz əksini tapır. B.Babayev doğru qənaətdədir ki

süjet və mövzu rəngarəngliyi M.Çəlilin,  Ə.Haqverdiyevin, 

A.Şaiqin, Y.Vəzirin, S.Hüseynin, Ü.Hacıbəyovun həyatı çox yaxşı 

bildiklərini göstərən başlıca əlamətlərdəndir. 

Obrazların düşdüyü vəziyyətlərdən asılı olaraq yaranan gülüş 

Y.V.Çəmənzəminlinin “Cənnətin qəbzi”, “Ağ buxaqda qara xal”, 

“Mərsiyəxan” və s. hekayələrində müşahidə olunur. Tədqiqat işində 

müəllif göstərir ki, bəzi yazıçıların hekayələrinə qoyduğu adlar da 

gülüş doğurur, komik təəssüratlar yaradır. Hekayələrin başlanğıc və 

sonluqları da bəzən gözlənilməzlikləri ilə komik effekt üçün zəmin, 

şərait yaradır. C.Məmmədquluzadə başda olmaqla müasirləri bu 

ənənəni davam etdirmişlər. “Danabaş  kəndinin  əhvalatları” 

(“Eşşləyin itməkliyi”) povesti, “Pirverdinin xoruzu”, “Kişmiş 

oyunu”, “Zırrama”, “Saqqallı uşaq”, “İki ər”, “Zəlzələ” və s. heka-

yələr buna misal ola bilər. Hekayələri gözlənilməz sonluqla yekun-

laşdırmaq da klassiklərimizə xas olan uğurlu sənətkarlıq 

xüsusiyyətlərdəndir. Monoqrafiyada Ə.Haqverdiyevin “Seyidlər 

ocağı”, “Çeşmək”, Ç.Məmmədquluzadənin “Dəllək”, “Pirverdinin 

xoruzu”, “Yan tütəyi”, “Saqqallı  uşaq”, B.Talibinin “Xortdan”, 

“Qırx zopa”, “Xeyir iş”, T.Ş.Simurqun “Məşədi Qədiminin evində 

bədbəxtlik”, Qantəmirin “Buğda quyusu” və başqa  əsərləri göz-

lənilməz komik sonluqlarla yekunlaşdırılmış  əsərlər kimi təqdim 

edilir. 

Satirik üslubda poetik obrazlılıq yaradan əsas vasitələr komizm 

və kalamburdur. Bu vasitələrdən poeziyada Q.Zakir və M.Ə.Sabir, 

nəsrdə M.F.Axundov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev və b. 

yaradıcılığında kifayət qədər istifadə olunmuşdur. Komizmlər və 

kalamburlar bədii üslubda estetikanın eybəcərlik kateqoriyasına 

uyğunluq yaradır, acı istehza, sərt kinayə  və sarkazm mahiyyəti 



241 

daşıyır, cəmiyyətə zidd halların kökünü kəsmək işində qüdrətli 

ideya silahına çevrilir. Söz sənətində satirik əsər adlarının 

(“Bomba”, “Çeşmək”, «Qurbanəli bəy», «Cənnətin qəbzi»), mənfi 

xarakterli adların (Xudayar, Baqqal, Kosa Baxşalı  və s.), yer 

adlarının (İtqapan, Qapazlı, Qurdbasar, Qaraqılçıq, Danabaş, 

Dəccalabad və s.) əksəriyyəti komizm mahiyyəti olur, xalq arasında 

tez yayılır, işlənə-işlənə simvola çevrilir. 

B.Babayev bildirir ki, realist nəsrimizin  ən seçmə nümunə-

lərindən olan, təxminən eyni dövrü və ictimai mühiti təsvir edən 

«Allah xofu» (1906, S.M.Qənizadə), «Usta Zeynal» (1900, 

M.Cəlil), «Pir» (1913, N.Nərimanov), «Şeyx  Şəban» (1915, 

Ə.Haqverdiyev) hekayələri ilə «Cənnətin qəbzi» arasında bir ideya - 

məzmun səsləşməsi mövcuddur. 

Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, XX əsrin  əvvəl-

lərində Azərbaycan yazıçıları hekayə janrına üstünlük verirdilər. Bu 

prosesdə xüsusi diqqət yetirdikləri bədii vasitələrdən biri də  bədii 

detaldır. C.Məmmədquluzadənin,  Ə.Haqverdiyevin, A,Şaiqin, 

Y.V.Çəmənzəminlinin  əsərlərində  bədii, psixoloji, məişət və ya 

fizioloji detalla yanaşı, satirik detala da rast gəlinir. Bədii detalın 

intensiv mahiyyəti bütün məqamlarda süjetin dinamikasında 

təsdiqini tapır. 

Uzun illərin, gərgin axtarışların nəticəsi olan ''Azərbaycan 

realist nəsrində satira» monoqrafiyasını oxuduqdan şonra belə 

qənaətə  gəlirsən ki, böyük bir dövrün realist

 

satirik nəsrini  əks 



etdirən bu fundamental əsər  ədəbiyyatşünaslığımıza qiymətli 

töhfədir. 

 

Şamil Vəliyev 

Filologiya elmlər doktoru, professor 

 

 

 

 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə