Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə87/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   81   82   83   84   85   86   87   88   89

263 

Ləyaqətli ziyalı 

 

“Ədəbiyyat” qəzetinin sonuncu – 4 oktyabr 2002-ci il tarixli 



sayında gözüm Azərbaycan Yazıçılar Birliyinin təbrikinə sataşdı. 

Şəklə baxdım. O idi. Sadəcə inanmağım gəlmirdi ki, gənclik şövqü 

ilə bizə mühazirələr deyən, jurnalistika nəzəriyyəsinin incəliklərini, 

detallarını  şərh edən, müasir dövrlə  əlaqələndirən istedadlı  qələm 

sahibi, müəllimim Baba Maqsudoğlunun (Babayev) 50 yaşı tamam 

olur. Onun özünəməxsus tədris metodikası var. Hamıdan fərqlənir, 

hər gün mühazirələrində ictimai-siyasi proses, dövlətin xarici 

siyasəti və s. barədə az da olsa söhbət açır. Tez-tez “Bu günün 

jurnalisti daha çox məlumatlı olmalı, paralellər aparmağı, düzgün 

məntiqi nəticə çıxarmağı bacarmalıdır”, - deyir. Ələlxüsus da, xarici 

dilləri və kompüteri bilməyin zəruri olduğunu dönə-dönə 

vurğulayır. Bütün tələbələr Baba müəlimin  ədəbinə, səliqə-

səhmanına, intellektual səviyyəsinə qibtə edir. Hərdən zarafatla 

deyir ki, jurnalistlər 45 yaşdan sonra tədrislə  məşğul olsa daha 

yaxşıdır. Arı  hər güldən-çiçəkdən bir təam toplayıb bəhrə verdiyi 

kimi, jurnalist də 20-25 ildə topladıqlarını  gələcək nəslə ötürsə 

yaxşıdır.  

Filologiya elmləri namizədi Baba Maqsudoğlu tənqidlə  də, 

ədəbiyyatşünaslıqla da, jurnalisttika ilə  də paralel şəkildə    məşğul 

olur. Bəzən dövrü mətbuatda siyasi şərh yazıları ilə  də  çıxış edir. 

Onun “Abdulla Şaiqin bədii nəsri” (1999) monoqrafiyası 

şaiqşünaslığa yeni töhfədir. “Qalacaqdır dünyada” (2001) kitabı isə 

filoloq və jurnalist tələbələr üçün qiymətli mənbədir. Professor 

Zaman  Əsgərli “İddiasız tənqidçi - ziyalı” yubiley məqaləsində 

yazır: “Ömrünün yarım  əsrinə yetişən Baba Maqsudoğlu öz 

mühitinin layiqli ziyalılarından biridir. Ədəbi mətbuatı  həvəslə  və 

mütəmadi izləmək, təzə çapdan çıxan bədii  əsərləri, elmi-tənqidi 

kitabları, teatr tamaşalarını daxili bir ehtiyacla izləmək, onların 

haqqında məqalə, resenziya yazmaq, fikir söyləmək,  ədəbiyyat 

xadimləri, yazıçı  və  şairlərlə ünsiyyətdə olmaq istəyi onun yalnız 

peşə-sənət borcundan deyil, ilk növbədə canından, mayasından 

gəlir...”. 

Özü barəsində danışmağı sevməyən bu insan cəmiyyətimizdə 



264 

mövcud olan neqativ halları qorxmadan, heç kəsdən çəkinmədən 

qələmə alır. Öyrənmişdim ki, o “Hekayədən romanədək” monoq-

rafiyası və bir publisist kitabın üzərində işləyir. Əlbəttə, günümüzün 

reallığı ilə müqayisədə  çətin, məsuliyyətli işlərdir. Digər tərəfdən 

pedaqoji və jurnalistik fəaliyyəti. Biz müəllimimiz, jurnalist 

həmkarımıza ədəbiyyatımızın təbliğində cəmiyyətimizdə baş verən 

mənfiliklərə qarşı mübarizədə iti, kəsərli yazılar yazmağı, güm-

rahlıq və möhkəm cansağlığı arzu edir, kiçik bir yazı ilə  mənəvi 

borcumuzu yerinə yetirmiş oluruq.  



 

  Cəmilə 

“525-ci qəzet” 

   

 

 

 

 

 


265 

Həsən Seyidbəyli yaradıcılığı haqqında  

ilk tədqiqat əsəri 

 

Həsən Seyidbəyli Azərbaycan  ədəbiyyatı tarixində nasir, 



ssenarist, kinorejissor, ictimai xadim kimi tanınır. O, çoxşaxəli 

yaradıcılıq fəaliyyətində  həmişə xalqın,  ədəbiyyatın milli təəs-

sübkeşi olub. Ziyalı-vətəndaş mövqeyi, cəmiyyətdə müşahidə etdiyi 

neqativ halları aradan qaldırmaq istəyi yazıçının bədii  əsərlərində 

dolğunluğu ilə öz əksini tapıb. Azərbaycan ədəbiyyatı və incəsənəti 

tarixində ikinci ömrünü yaşayan Həsən Seyidbəyli yaradıcılığı 

filologiya elmlləri doktoru, Azərbaycan müəllimlər  İnstitutunun 

əməkdaşı Baba Babayevin bu günlərdə çapdan çıxmış “Həsən 

Seyidbəylinin bədii nəsri” monoqrafiyasında genişliyi ilə  ədəbi 

ictimaiyyətə çatdırılmışdır.  

Sənətkarın yaradıcılığına ilk dəfə elmi araşdırma həsr 

edildiyindən müəllif məsələyə çox ciddi yanaşmışdır. Tədqiqatçı 

yaradıcı insanlara xitabən haqlı olaraq bildirir ki, bu cür sənətkar 

haqqında az yazılıb. Ona görə də müəllif çalışıb ki, yazıçının bütün 

yaradıcılığını önə  çəksin, hərtərəfli təhlil verə bilsin. Həsən 

Seyidbəyli  gözəl hekayələr və novellalar ustasıdır. Baba müəllimin 

fikrincə, Həsən Seyidbəylinin süjet qurmaq, yaddaqalan obraz 

yaratmaq, söz demək məharəti çox güclü olmuşdur.  

Kitabda  ədibin “İki müavin”, “Qığılcımlar”, “Qiymətli 

damcılar”, “Vəfalı it və oğru pişik” hekayələrində bu cəhətə xüsusi 

diqqət yetirilir.  

Həsən Seyidbəyli hekayələrinin mövzusu beynəlmiləlçilik ru-

hunda olsa da, obrazlar milli xarakterlidir. Müəllifin fikrincə Həsən 

Seyidbəyli hekayələri ilk baxışda konfliktsiz süjet xətti təsiri 

bağışlasa da, güclü dinamizmə malikdir.  

Azərbaycan  ədəbiyyatının və kino yaradıcılığının inkişafında 

müstəsna xidmətləri olan Həsən Seyidbəylinin  ədəbi-bədii nəs-

rindən bəhs edən kitabın redaktoru akademik Bəkir Nəbiyevdir. 

Dövrün ədəbi prosesi və aktual problemləri baxımından təhlilə cəlb 

olunan bu kitab gənc alim və tədqiqatçılar üçün çox faydalıdır.  

 

Rəhman Salmanlı,  

f.ü.f.doktoru “Azərbaycan” qəzeti 



266 

“Qalacaqdır dünyada” - oxucuların yadında  

qalacaq kitab 

 

Bu günlərdə “Nurlan” nəşriyyat-poliqrafiya müəssisəsində filologiya 

elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba 

Maqsudoğlunun “Qalacaqdır dünyada” adlı yeni kitabı çapdan 

çıxıb. Qeyd edək ki, bu, müəllifin “Abdulla Şaiqin bədii nəsri” 

monoqrafiyasından sonra sayca ikinci kitabıdır. 

Müəllifin fəaliyyətinin əsas istiqamətlərindən biri ədəbi tənqid 

yönündə çalışmaqdırsa, digəri də jurnalist kadrların hazırlanması ilə 

məşğul olmaqdır. Bu nöqteyi-nəzərdən də alim ikinci kitabında 

tənqidi məqalələri ilə yanaşı, jurnalistikanın operativ-informativ, 

analitik və  bədii-publisistik janrlarına aid yaradıcılıq nümunələrini 

daxil edib. 

Kitabda diqqəti çəkən məqamlardan biri də  əsərlərin 

oxunaqlılığının mövzuya və  məzmuna uyğun dəyişməsidir. Ayrı-

ayrı  nəsr  əsərlərinin poetikasından bəhs edən “Sənətkarlıq 

məharəti”, “Gözəllik və  təbiət aşiqi” kimi məqalələrin mütaliəsi 

nisbətən ağırdırsa, lirik-psixoloji üslubdakı “Həmişəcavan  şair”, 

“Bağışla, Allahım, bizi bağışla”, “Ayrılıq bir dənizmiş”, “Neyləyim, 

şeirlə  dərd söyləyirəm” və başqa yazılar oxucunu cazibə dairəsinə 

çox tez salır. Kitabda Qarabağ müharibəsində həlak olan iki gəncin 

döyüş meydanındakı  qəhrəmanlıqlarından bəhs edən “İki məzarlı 

şəhid” və “Fənər işığmda” oçerklərini də həyəcansız oxumaq olmur. 

Son illər Milli Dram teatrın səhnəsində oynanılan Elçinin 

“Mənim sevimli dəlim”, “Diaqnoz-D”, Bəxtiyar Vahabzadənin 

“Özümüzü kəsən qılınc” pyesləri haqqında yazılan resenziyalar da 

oxucuların maraqla oxuyacaqları məqalələrdəndir. 

Yazıçı Afaq Məsudla, tənqidçi, Yazıçılar Birliyinin katibi Arif 

Əmrahoğlu ilə aparılan “Varis” və “Tanrı cəzasını çəkənlər” başlıqlı 

müsahibələr də  kəsb etdikləri məzmuna, narahatlıq doğuran 

məqamları  əhatə etdiklərinə görə peşəkarlıqla görülən işin nəticəsi 

kimi dəyərləndirilə bilər. “Qalacaqdır dünyada” kitabında xalq şairi 

Səməd Vurğunla, mərhum akademik Ziya Bünyadovla bağlı 

xatirələr, Nəbi Xəzrinin “Atilla haqqında ilk nəğmə” poeması 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə