Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə86/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   81   82   83   84   85   86   87   88   89

260 

tənqidə, realist ədəbiyyata, satira və yumora ehtiyac daha çox idi. 

Bu gün ədəbiyyatın ayrı-ayrı aktual problemlərini sistemli 

şəkildə öyrənilməsi müasir filologiyanın  əsas vəzifələrindəndir. 

Satiranın, satirik nəsrin də bu şəkildə, bu quruluşda öyrənilməsi 

yeni və aktualdır. Azərbaycan satirasının yaranmasını, təşəkkülünü, 

mərhələlərini, inkişafını  və digər elmi-nəzəri məsələlərini sistemli 

şəkildə araşdırmaq da bu qəbildəndir. 

XIX əsrdən başlayaraq Azərbaycanın ictimai-mədəni həyatında 

müşahidə edilən dəyişikliklər təbii olaraq ədəbi prosesə  də öz 

təsirini göstərmişdir. Ona görə  də  həmin dövrdən  ədəbiyyatımızın 

yeni mərhələsi başlayır. Lakin Azərbaycan klassik nəsrində satira və 

yumordan, gülüşdən, komik vasitələrdən, üsullardan ayrı-ayrı 

müəlliflərin satirik nəsrindən bəhs edilsə də, bütövlükdə 1920- ci ilə 

qədərki dövrün satirası ayrı-ayrı janrlar üzrə bir mərhələ, problem 

kimi işlənməmişdir. XIX yüzillik keçid dövrü olduğu üçün burada 

klassik  ənənələrlə yeni dövr ədəbi-mədəni cərəyanları arasında 

qarşılıqlı  əlaqə  də bariz şəkildə özünü göstərir və bu problemlər 

filologiya elmləri namizədi,  ədəbiyyatşünas Baba Babayevin bu 

günlərdə  işıq üzü görmüş “Azərbaycan satirik nəsrinə dair 

araşdırmalar” (Bakı, “Müəllim”, 2009, 258 s. Elmi redaktoru, 

filologiya elmləri doktoru, professor Şamil Vəliyev, rəyçilər

professorlar  İslam Ağayev  və  İbrahim Bayramovdur) kitabında 

toplanan 27 məqalədə öz əksini tapmışdır.  

Ədəbi prosesdə baş verən yeniləşmə meyilləri, nəzəri məsə-

lələrin qoyuluşu və  təhlili metodologiyada da müşahidə olunur. 

Lakin yeniləşmə heç də  bədii təfəkkürdə klassik ədəbi  ənənələrin 

inkarı yox, onların bu və ya digər yöndə  dəyişmələrə  uğraması  və 

təkmilləşməsi deməkdir. Ona görə  də klassik ənənələrin və poetik 

vasitələrin XX əsr  ədəbi prosesində davam etdirilməsi, bu gün - 

XXI əsrin əvvələrində işlənilməsi təbii qəbul edilməlidir. 

Baba Babayev “Azərbaycan satirik nəsrinə dair araşdırmalar” 

kitabında M.F.Axundov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, 

Y.V.Çəmənzəminli, B.Talıblı, M.Cəlal, S.Hüseyn, Ü.Hacıbəyov, 

T.Şahbazi və başqa sənətkarların yaradıcılığı, xüsusilə, onların 

satirik nəsr əsərlərinin poetikasını uzun illər öyrənmiş, bu əsərlərin 

tədqiqinə böyük zəhmət sərf etmişdir. Kitabda Azərbaycan satirik 



261 

nəsrinin təşəkkül tarixindən söhbət açan alim belə hesab edir ki, 

“XIX  əsrə  qədərki  ədəbiyyatımızda ancaq satiranın rüşeymləri 

təzahür etmişdir. Bu janra daha çox XIX əsr və sonrakı dövr 

ədəbiyyatımızda təsadüf edilir.” Alim bu qənaətini kataba daxil 

etdiyi məqalələrində sübüta yetirərək orijinal bir üslubda şərh 

etmişdir. 

“Yusif Vəzir Çəmənzəminlinin satirik hekayələri”, “Realist 

nəsrdə M.F.Axundov ənənələri”, “Ü.Hacıbəyovun satirik hekayə-

ləri”, “Tağı  Şahbazi (Simurq) satirik hekayələr ustası kimi”, 

“Abdulla Şaiqin hekayələrində satirik hədəflər” başlıqlı məqalələrdə 

tədqiqatçı satirik nəsr əsərlərinin poetikasını araşdırmış, satirikləri-

mizin yaradıcılıq laboratoriyasının özünəməxsusluğu, bədii gülüş-

dən istifadə  məharəti barədə oxucuda dolğun təsəvvür yaratmağa 

müvəffəq olub. 

“Gülüşlə düşündürən sənətkar” məqaləsi görkəmli söz ustası 

Mir Cəlalın yaradıcılığindakı satirik, yumorlu məqamlara həsr olun-

muşdur. 


B.Babayev diqqəti sənətkarın yaradıcılıq laboratoriyası üçün 

səciyyəvi olan bu cəhətlərə  cəlb edərək yazır ki, “Mir Cəlal 

əsərlərinə  sərlövhə seçməkdə çox usta idi. O, bilirdi ki, nəzərə 

çarpan sərlövhə oxucuda dərhal maraq oyadacaq. Ədibin əsərlərinin 

adları bu baxımdan səciyyəvidir.; ”Xarici naxoşluq”, “Rola girib”, 

“Neçə cür salam var”, “Təzə toyun nəzakət qaydaları” və s heka-

yələrin adları oxucunun diqqətini yaşadığı dövrün mənəvi 

eybəcərliklərinə,  əsərdə qaldırılan problemin, təsvir edilən həyat 

hadisəsinin mahiyyətini dərk etməyə, düşünməyə yönəldir”. Ayrı-

ayrı bədii nümunələrin təhlili B.Babayevi böyük sənətkar, istedadlı 

gülüş ustası Mir Cəlalın hekayələrinin dili üçün təbiilik, orijinallıq, 

səlistlik kimi bədii məziyyətlərin özünəməxsus olması  qənaətinə 

gətirib. Nasir hekayələrində yaddaşlardan silinməyən mənfi tiplər 

toplusu yaratmışdır. Mir Cəlal, əsasən xalq gülüşünü özundə ehtiva 

edən, dilimizdəki satira, yumor səciyyəli söz və ifadələr, atalar sözü 

və məsəllərdən bütün məqamlarda sənətkarlıqla istifadə edibdir. 

Artiq neçə vaxtdır ki, Azərbaycan təhsil sistemi Avropa 

təhsilinə inteqrasiya edir. Prezident İlham  Əliyevin sərəncamı ilə 

Azərbaycan təhsilində Baloniya sisteminin tətbiqinə başlanıbdır. Bu 



262 

gün ənənəvi təhsil sistemi sıradan çıxmaqdadır. Fəal inteqrativ təlim 

texnologiyasının orta və ali məktəblərdə  tədris prosesində  tətbiqi 

özünü doğruldur və müsbət nəticələr verir. Günümüzün gerçək-

liyində  ədəbiyyat tədrisinin qarşısında duran ümdə  məsələlərdən 

biri də  dərslərin yeni metodla (F.İ.T) keçirilməsidir. Bu nöqteyi-

nəzərdən tədrisi prosesində məzmundan daha çox poetikaya diqqət 

yetirilməsi zəruri məsələlərdəndir. Haqqında söhbət açdığımız 

“Azərbaycan satirik nəsrinə dair araşdırmalar” əsəri həm ali, həm də 

orta ümumtəhsil məktəbi müəllimlərimiz üçün dəyərli mənbədir. 

Çünki B.Babayev tədqiqata cəlb etdiyi klassiklərimizin satirik 

nəsrindən söhbət açarkən, əsasən bu əsərlərin poetik cəhətlərini şərh 

etmişdir. Bizcə, müasir ədəbiyyatşünaslığımızda poetika 

məsələlərinə diqqətin artırılması müsbət hal kimi qiymətlən-

dirilməlidir. 

Nəhayət, müəllifin uzun illər apardığı tədqiqatın uğurli yekunu 

onu göstərir ki, bu kitab müasir ədəbiyyatşünaslığımızda yaranan 

yeni metodologiyaya arxalanaraq hazırlanmış, tədqiqatçılar üçün 

dəyərli məxəzdir. 

 

Xuraman Məmmədova 



   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə