Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə84/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   81   82   83   84   85   86   87   88   89

254 

tarixi mövzusunda yazdığı povest və romanlar çoxdan ekran həllini 

də tapıb. “Cəbhədən cəbhəyə”, “Uzaq sahillərdə” həm maraqlı bədii 

əsərlər, həm də kinomuzun şedevrləri kimi hafizələrdən silinməyib. 

Ədəbiyyatçılar deyirlər ki, hansı yazıçı ölümündən sonra da oxunur, 

deməli, o ölməyib. Həsən Seyidbəyli də o xoşbəxt sənətkarlardandır 

ki, əsərləri həm oxunur, həm də maraqla tamaşa olunur. 

Bu günlərdə yazıçının 90 illik yubileyi ərəfəsində alim 

həmkarının gərgin axtarışlarının bəhrəsi olan “Həsən Seyidbəylinin 

bədii nəsri” monoqrafiyası  qədrşünas oxucularla yanaşı  sənətkarın 

ruhuna da qiymətli töhfə olacağına əminəm.  

 

Ramil Əliyev,  

filologiya üzrə elmlər doktoru, professor 

 

 

 



255 

Azərbaycan satirik nəsrinə dair araşdırma 

 

Baba Babayev 57 illik mənalı, maraqlı ömrünün artıq 36 ilini 

bu gün də yorulmaq bilmədən,  əzmkarlıq və  vətəndaş qeyrəti, 

yanğısı, prinsipiallığı ilə elmi-pedqoji yaradıcılığa həsr edir. Onun 

müstəqilliyimiz, dövlətçiliyimizlə  əlaqədar siyasi mövzuda yazdığı 

publisist yazıları, lakonik hekayələri hec vaxt ədəbi ictimaiyyətin 

diqqətindən yayınmır. Ədəbiyyatşünaslığa dair yazdığı elmi məqa-

lələr peşəkar, səriştəli bir alimin erudisiyasından, klassik ədəbiy-

yata,  əsasən də realist nəsrə  bələdçiliyindən xəbər verirsə, heka-

yələri müasir həyatımızda mövcud olan çatışmazlıqları aradan 

qaldırmaq üçün yaratdığı  mənfı tipləri necə islah etməsindən bəhs 

edir. Akademik Kamal Talıbzadə  hələ 1990-cı illərdə Baba 

Babayevin  ədəbi-nəzəri məqalələrinə istinadən yazırdı: Baba 

Babayevin monoqrafiyalarında, məqalələrində orijinallıq, özünə-

məxsusluq və  ədəbiyyatşünaslığa dair mühüm məsələlər diqqətli, 

istedadlı alim mühakiməsi ilə  təhlil edilir. Mən onun əsərlərini 

ədəbiyyatşünaslıq elmimizin son uğurlarından sayıram”. 

1998-ci il prezident seckiləri  ərəfəsində Azərbaycan Respub-

likasının prezidenti Heydər  Əliyev yığıncaqların birində Baba 

Babayevin yazdığı siyasi məqalələri göstərərək demişdi; “Siyasi 

şərhi belə verərlər: məntiqli, inamlı, həm də  gələcəyə nikbinliklə. 

Müəllifın nikbinliklə, istedadla yazılmış yazılarından məmnunam”. 

B.Babayevin biz həmkarları, müasirləri arasında klassik və 

müasir  ədəbiyyatı mükəmməl bilməsinə bir səbəb də onun güclü 

yaddaşa malik olmasıdır. Həddən çox mütaliə  zənginliyi, elmdə, 

təhsildə, siyasətdə informasiyasının çox olması yazılarında olduğu 

kimi, mühazirələrində də Baba müəllimi fərqləndirən, auditoriyanın 

sevimlisinə çevirən cəhətlərdəndir. 

Azərbaycan  ədəbiyyatşünaslığında satirik ədəbiyyatın öyrənil-

məsi həmişə aktual problemlərdən biri olub. Ona gorə ki, çox 

qüdrətli qələm sahibləri satirada həqiqi realizm üslubunu görür və 

onu yüksək qiymətləndirirdilər. Çünki klassik bədii nəsr ustad-

larımızın ədəbiyyatın satira janrının yüksək ictimai məqsədi, ideal-

lığı haqqındakı baxışları ötəri olmayıb, onu realizmin başlıca 

xüsusiyyətlərindən biri kimi qiymətləndirib. Özləri də  qələmə 



256 

aldıqları satirik əsərlərin  əsasında aydın, ictimai-siyasi məqsəd və 

ideya qoyublar. 

Azərbaycan ədəbiyyatı tarixinə nəzər saldıqda isə satirik bədii 

əsərlərin yaranmasını XIX əsrdən təşəkkül tapdığını  və böyük 

təkamül yolu keçdiyinin şahidi oluruq. Satirik nəsrin yaranması, 

inkişaf mərhələləri zaman-zaman müxtəlif  ədəbiyyatşünas alimlər 

tərəfindən araşdırılsa da, onun elmi-nəzəri məsələlərı sistemli 

şəkildə məhz fılologiya eimləri namizədi Baba Babayev tərəfindən 

öyrənlib. Maraqlıdır ki, alim satirik nəsrin yaranması  və inkişaf 

mərhələlərindən söhbət açan bu mövzu ilə bağlı bir sıra maraqlı 

elmi fıkirlər söyləmiş  Ə.Mirəhmədov, Y.Qarayev, K.Məmmədov, 

Ə.Saraclı, Z.Əsgərli, A.Əmrahoğlu, B.Əhmədov kimi tədqiqat-

çıların  əsərlərinə haqlı olaraq istinad edir, onlardan məharətlə 

bəhrələnir, lakin onların heç birini təkrarlamır. O, bütövlükdə XX 

əsr satirik nəsrinin nəzəri məsələlərini problem kimi qarşıya qoyur 

və onun elmi-nəzəri təhlilini  əsl  ədəbiyyatşünas alim kimi ədəbi 

prosesdə baş verən yeniləşmə proseslərinə uyğun olaraq təhlil edir. 

B.Babayev “Azərbaycan satirik nəsrinə dair araşdırmalar 

kitabında Azərbaycan klassik ədəbiyyatında XIX əsrin II yarısı, XX 

əsrin 20-ci illərinə  qədərki dövründə yazıb-yaratmış yazıçılardan 

M.F.Axundov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, Y.V.Çəmən-

zəminli, B.Talıblı, M.Cəlal, S.Rəhman, S.Hüseyn, T.Şahbazi və 

başqa sənətkarların yaradıcılığı, xüsusilə onların satirik nəsr 

əsərlərinin poetikast burada böyük ustalıqla təhlil və tədqiq olunub. 

Baba müəllim bu əsərləri uzun illər öyrənib və  tədqiqinə böyük 

zəhmət sərf edib. Kitabında Azərbaycan satirik nəsrinin təşəkkül 

tarixindən söhbət açan alim belə hesab edir ki, “XIX  əsrə  qədərki 

ədəbiyyatımızda ancaq satiranın rüşeymləri təzahür etmişdir. Bu 

janra daha çox XIX əsr və sonrakı dövr ədəbiyyatımızda təsadüf 

edilir”. 

Alim bu qənaətini kitaba daxil etdiyi məqalələrində sübuta 

yetirərək onları orijinal bir üslubda verib. O haqlı olaraq qeyd edir 

ki, “Axundovdan başlayaraq nəsrdə satira öz inkişaf mərhələsinə 

qədəm qoymuş, XX əsrin  əvvəllərində başda Cəlil Məmməd-

quluzadə olmaqla, mollanəsrəddinçlər satiranın özünəməxsusluğunu 

yüksəklərə qaldırmışlar”. 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə