Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə75/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   71   72   73   74   75   76   77   78   ...   89

226 

Dünya  ədəbiyyatının nəhəng söz ustaları-Servantes, Svift, Didro, 

Volter, Qoqol, Saltıkov-Şedrin, Mirzə  Fətəli, Mirzə  Cəlil

M.Ə.Sabir və başqaları insanlara satira, gülüş yolu ilə xidmət 

göstərməyə üstünlük vermiş  və bu barədə bir-birindən fərqli, 

qiymətli fikirlər söyləmişlər. Dünya ədəbiyyatında satira hər hansı 

bir  əsr, epoxa üçün deyil, bütün dövrlər üçün zəruri olmuşdur. 

Ədəbiyyatımız janr, növ, üslüb, formaca zəngin olduğu kimi, satirik 

obraz və xarakter, komik situasiyalar, yumoristik pafos, komizmin 

ifadə vasitələri və üsulları baxımından da zəngindir. Satirik 

motivlərə  və pafosa folklordan, aşıq  ədəbiyyatından, “Kitabi-Dədə 

Qoqud”dan üzü bəri Molla Nəsrəddin, Bəhlul Danəndə deyim-

lərində, eləcə də Nizami, Füzuli kimi klassiklərin yaradıcılığında da 

rast gəlirik. 

XX  əsrin  əvvələrindən Azərbaycan  ədəbiyyatında satira tam 

folmalaşaraq  ən yüksək mərhələyə çatmışdır.  Ən kəskin satirik 

əsərlər məhz bu dövrdə meydana gəlmişdir. Ədəbiyyatımızda sözün 

həqiqi mənasında satira məktəbi yaranmışdır. Filologiya elmləri 

namizədi, dosent Baba Babayev komikliyin xalq gülüşündən 

gəldiyini realist sənətkarlardan M.F.Axundov, C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev, Ü.Hacıbəyov, Y.V.Çəmənzəminli kimi sənətkar-

ların yaradıcılığında axtarmış  və  tədqiq etmişdir. Onların öz heka-

yələrində  qəhrəmanlarının bəzi cizgilərini komik şişirtmə-qrotesk 

yolu ilə təsvir etdiklərini müəyyənləşdirmişdir. 

Əsərdə Azərbaycan  ədəbiyyatınada satira və gülüşün folklor 

qaynaqlarından və  ənənələrindən bəhrələnməsi də açıqlanmışdır. 

Atalar sözü və  məsəllər, lətifələr, təmsillər, nağıllar, qaravəllilər, 

həmçinin  şifahi xalq ədəbiyyatının  ən sadə, lakin geniş ictimai-

siyasi, fəlsəfi anlam kəsb edən janrlarından biri olan bayatılarda da 

satira, gülüş doğuran  məqamların olduğu bədii nümunələr əsasında 

təhlil və təsdiqinin tapmışdır. 

Tədqiqat işində Azərbaycan realist satirik nəslinin təkamülü, 

inkişaf yolları  və ifşa hədəfləri də öyrənilir.  Ədəbiyyatın müxtəlif 

janrlarında satiranin təzahür formaları üzə çıxarılır. Monoqrafiyada 

Ə.Xaqani yaradıcılığında, N.Gəncəvi “Xəmsə”sində bunların ara-

sıra  əksini görürük. ”Nuşirəvan və bayquşların söhbəti”, “Sultan 

Səncər və qarı”, “Zalım padşahla Zahidin dastanı” hekayələrində 



227 

şair ədalətsiz hökmdarları kəskin tənqidə məruz qoyur. B.Babayev 

satirik ruhu, kinayə  və ciddi tənqidi XVI əsrdə M.Füzulinin 

yaradıcılığında da müşahidə edir. Bunlar böyük şairin “Nişançı 

paşaya məktub”u və alleqorik əsərləri  əsasında təhlil olunur. 

M.Füzuli, A.Bakıxanov və Q.Zakirin satirik poeziyasında fərqli 

cəhətlər açıqlanır. 

B.Babayev belə haqlı iddiadadır ki, ədəbiyyatımızda realist 

satiranı qüvvətləndirən və formalaşdıran M.F.Axundovun realizm 

ədəbi cərəyanın inkişafında xidmətləri böyükdür. Müəllif göstərir 

ki, XIX əsr Azərbaycan satirası Q.Zakir və S.Əzimin  şerində, 

M.Fətəlinin komediya və  nəsr  əsərlərində daha qabarıqdır. 

Tədqiqatda realist satirik nəsrdə M.F.Axundov ənənələrindən 

faydalanan C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, Y.V.Çəmənzə-

minli, N.Nərimanov, M.Ə.Talıbov, Z.Marağalı və başqa yazıçıların 

bədii nümünələri təbii olaraq ön plandadır. “Danabaş  kəndinin 

əhvalatları” öz satirik üslubu, həlim yumoru, maraqlı süjet xətti, 

obraz və tipləri, “Məktubati-Şeyda bəy Şirvani”, “Bahadır və Sona” 

maarifçi ideyası, “İbrahim bəyin səyahətnaməsi” güclü satirik ifşa 

üsulu ilə səciyyəvi olan əsərlər kimi təhlil edilir. 

İkinci fəsildə Azərbaycan realist satirik nəsrinin təzahür 

formaları və yeni inkişaf mərhələsi “Molla Nəsrəddin” ədəbi mək-

təbi və satirik nəsri  əsasında öyrənilir. Jurnal Ə.Haqaverdiyev, 

M.S.Ordubadi, Ə.Nəzmi, Ə,Qəmküsar kimi yeni ruhlu, yeni üslublu 

əsərlər yazan müəllifləri öz ətrafında birləşdirirdi. A.Şaiq, 

Y.V.Çəmənzəminli və b. maarifçi qələm sahibləri də ona rəğbət 

göstərirdi. Müəllif bu qənaətdədir ki, “Molla Nəsrəddin”in ideya 

bədii konsepsiyası XIX əsr maarifçi ideyalarından qaynaqlanırdı. 

Satirik nəsrin B.Talıblı, T.Şahbazi (Simurğ), Qantəmir, Mir Cəlal, 

S.Rəhman kimi nümayəndələri də “Molla Nəsrəddin “ənənələrindən 

öyrənmişlər. Sözü gedən fəsildə “Rus qızı”, “Poçt qutusu”, “Usta 

Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy”, “Göbələk “ və s 

hekayələr  əsasında satiranın sənətkarlıq məsələlərinə  də toxunul-

muşdur. 


Burada satira və gülüşün çalarları, özünəməxsusluqları üzə 

çixarılır, uyğunsuzluqdan komizm doğuran bir usül kimi danışılır. 

B.Babayev doğru vurğulayır ki, C.Məmmədquluzadənin bəzi nəsr 



228 

əsərlərində komizmin əsas mənbələrindən biri uyğunsuzluqdur. 

“Usta Zeynal”, “Poçt qutusu” və “Quzu” hekayələri bu baxımdan 

tədqiqata cəlb olunmuşdur. Bu hekayələrdə komizmin qəhrəmanın 

əhval-ruhiyyəsi ilə mövcüd şərait arasındakı uyğunsuzluqdan 

yarandığı təsdiqlənir. Bədii nəsrdə satira və gülüşün problematikası, 

mahiyyəti və poetik xüsusiyyətləri də  səciyyəvi satirik əsərlərin 

təhlili nəticəsində öyrənilir. Satirik nəsrdə ideya, mövzu,süjet 

komikliyin və gülüş üsullarının mahiyyətindən biri kimi göstərilir.  

Əsərlərin ideya-məzmunuda onun bütün süjetini əhatə edən 

gülüşdən söhbət açıldıqda,  ən çox Mirzə  Cəlilin hekayələrinə 

əsaslanır. Qadın hüqüqsuzluğuna etiraz motivləri ilə  zəngin olan 

“Molla Fəzləli”, “Konsulun  arvadı”, “Qəssab” hekayələri lakonik 

“məişət novellaları”kimi təhlil edilir. Obrazların gülünc həyat 

mövqeyindən və situasiyanin komikliyindən danışarkən “Aldanmış 

kəvakib”, “Danabaş kəndinin əhvalatları”, “İbrahim bəyin səyahət-

naməsi” və s. əsərlərində müəllif mövqeyi aydınlaşdırılır.  Əsərdə 

obrazların gülünclüyü problemlərindən bəhs edərkən ayrı-ayrı 

sənətkarların “Bomba”, ”Şəbih”, “Qiraət”, “Diş  ağrısı”, “Cənnətin 

qəbzi”, “Dərs” və s hekayələr də tədqiqat obyekti olubdur.  

Tədqiqat nəticəsində müəyyən edilimişdir ki, M.P.Vaqif 

 

yaradıcılığında ilk qığılcımlarını verən, M.F.Axundovun əsərlərində 



bir “istihalə keçirib” təkmilləşən realizmin Azərbaycan  ədəbiyyatı 

tarixində ilk dəfə öz aktual ictimai kəsərini “Molla Nəsrəddin” 

cərəyanında,  əsasən də C.Məmmədquluzadə  və M.Ə.Sabir 

yaradıcılığında tapması  bədii nəsrin və satiranın inkişaf göstə-

ricisidir. Satirik üslubun kamil ifadəsinə  də mollanəsrəddinçi 

yazıçıların  əsərlərində daha çox rast gəlirik. Obrazlar arasında 

mənəvi-psixoloji və ictimai-sosial əksliklər də  ən çox onların 

əsərlərində özünü göstərir. 

Müəllifin bu qənaəti də həqiqətdir ki, satira, yumor sənətkarın 

həyata baxışını, komik  həyat hadisəsini əks etdirən üsul olması ilə 

yanaşı, həm də  cəmiyyətin vaxtı çatmış sosial- mənəvi problem-

lərinin realist ifadə ruporuna çevrilir. Bütün satiriklərin əks etdirmə 

üsulu bir yoldan keçirdi, təkcə onların ifadə vasitələrinin 

müxtəlifliyi seçilirdi. Həqiqi yumoru, gülüşü, satirik tənqidi və  

fərdi üslubu ilə seçilən sənətkarlar birlikdə satirik ədəbiyyatın 



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə