Microsoft Word Baba n r variant seva



Yüklə 1,74 Mb.
səhifə73/89
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51500
1   ...   69   70   71   72   73   74   75   76   ...   89

220 

edərkən, tədqiqatçı  təbiətin təsviri müəllifın işıqlandırmaq istədiyi 

sosial problemlərin məzmunu arasında olan vəhdətdən, əlaqələrdən 

söhbət açıb. 

Son dövrdə  qələmə alınmış romanlarda cəmiyətdə baş verən 

mənəvi və fiziki zorakılığın təsvinə geniş yer verilir. Onun fikrincə, 

bu qaynaq iki amillə  şərtlənir. Bir tərəfdən cəmiyyətdə zorakılığın 

artması baş verir, o biri tərəfdən isə  mənəvi normaların trans-

formasiyası fonunda bəzi insalarda mənəvi böhran müşahidə edilir 

ki, bu da məfkurəsizliyə  gətirib çıxarır. Vidadi Babanlının 

“Gizlinlər” romanında müəllif rastlaşdığı zorakılığı  təhlil edərkən 

əsər müəllifi burada cəmiyyət və ailə  səviyyəsində baş verən 

zorakılıq hallarının bir-birinə qarışması tendensiyasını diqqətə 

çatdırır. Yazıçının rastlaşdığı  şəxsi zorakılıq tədqiqatçı  tərəfdən 

sosialist sistemində özbaşınalığın səciyyəvi xarakter daşıması ilə 

əlaqələndirilib. A.Rəhimov “Səfalət” romanında kor olmuş ananın - 

Məlahətin oğlu Fazil tərəfindən mənəvi zorakılığa məruz qalma-

sının kökləri məhz ailə münasibətləri zəifliyinin nəticəsi kimi özünü 

gösərir. 

Zorakılığın  ən dəhşətli formalarından biri terrorçuluqdur. 

Azərbaycanın müasir tarixindən yan keçməyən bu aksiyanın izləri 

müasir romanlarımızda öz əksini tapıb. Monoqrafıyada problemə 

“Qarabağ” mövzulu əsərlərin təhlili zamanı diqqət yetirilib. 

Cəmiyyətimizdəki nöqsan və ziddiyyətlərin düşmənə qarşı 

bütün resursların səfərbər olumasına maneəçilik törətməsi məsə-

lələrinə Zümrüdün “Yarımçıq məsələ” romanının təhlili fonunda 

işıq salınıb.  

Nüşabə  Məmmədlinin “Zəngulə” romanında Aşot Qulamyan, 

Nigar Qarayevanın “Daş hasar” əsərində Xpes Xristofor, Elçin 

Mehrəliyevin “Doxsanıncı illər” romanında Samvel, Əli  Əmirlinin 

“Ölü doğan  şəhər” romanında Aşot kimi erməni obrazlarınm 

simasında erməni xislətinin hiyləgərliklə dolu tərəfləri bir daha 

diqqətə çatdırılır.  Əsirlərimizə qarşı ermənilərin qeyri-insani hərə-

kətlərinin təsviri, onların bədən hissələrinin donor qismində baha 

qiymətə satılması məslələrinin inandırıcı, həm də düşündürücü bədii 

əksinə Nüşabə  Məmmədlinin “Zəngulə”, Mahirə Abdullanın 

“Əvvəl axır”, Fazil Günayın “Qara qan”, Nigarın “Daş hasar”, 



221 

Ağarəhim Rəhimovun “İkili dünyam” və s. romanlarda xüsusi yer 

verildiyi bildirilir. Ə.Hacızadənin “Möcüzə” romanında Leylanm, 

Elza Mollayevanın “Əsir ürəklərin fəryadı” əsərində qaçqın düşmüş 

insanın keçirdiyi psixoloji sarsıntıların acı  nəticələrinin təhlili 

verilir. 

Əxlaqsızlıq və narkomanlıq probleminin müasir romanları-

mızda işıqlandırılması zamanı istifadə edilən  ədəbi priyomlar da 

Şərifova tərəfindən tədqiqat obyektinə çevrilib. Son zamanlar 

yazılmış romanlarda kişi qeyrətli nənələrimizin yolunu davam 

etdirən namuslu qadınlarla bərabər mənəviyyatını itirmiş, vara, 

dövlətə aludə olan, hərislik edən qadınlarımızın  bədii təsvirinə 

münasibətin bu gün də qaldığını görürük. Elçin Mehrəliyevin “Dox-

sanıncı illər” romanında Qəmzə Abbas qızı, A.Rəhimovun 

“Səfalət”və “Girdab”romanlarında Asiman Qaraqaşlı  və  Cəmalə 

xanım obrazları özünün mənəvi yetkinliyi ilə təqdir olunur. 

Fazil Günayın “Qara qan” romanında Narçiçəyin toy gecəsi 

ermənilərə  əsir düşməmək və ismətini qorumaqdan ötrü, Nigarın 

“Daş hasar” romanında sevgilisi Müşfıqin ölümü ilə barışmayan 

Saranın,  Əli  İldırımoğlunun “Aqibət” romanında isə ismətini 

qorumaq üçün Qənirənin özünə  qəsd etməsi, azərbaycanlı qadın-

larm ləyaqətlərini qoruya bilmələrinin bariz nümunəsi kimi qiy-

mətləndirilir. 

“Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri 

problemləri” monoqrafıyasında az və ya çox dərəcədə  bəhs olunan 

əsərlərin mərkəzində insan və zaman kimi qlobal bir problemlər 

qoyulub. Romanlarda poetika cəhətdən çatışmazlıqlar olsa da hər 

halda bu yaşanan dövrün bədii, həm də tarixi reallığıdır. Cəmiyyətin 

mənəvi-əxlaqi mənzərəsinin bu tipli əsərlərdə necə canlandırılmasını 

sözü gedən romanlarda müşahidə etmək olar. Müstəqillik qazandı-

ğımız (1991) illərdən bəri, ictimai varlıqa möhkəm tellərlə bağlı olan 

ədiblərimizin son əsərlərində (bu müəlliflərin bəziləri tanınmamış və 

yaxud zəif, janrın tələblərinə    cavab verməyən  əsərlər yazsalar da 

B.B.) yaşanan həyatın lakonik mənzərəsi verilir, müasırlərimizin 

istək və arzuları, daxili dünyası öz dolğun əksini tapır.  

S.Şərifovanın sözügedən  əsəri  ədəbi prosesin vəziyyəti kimi 

vacib bir məsələyə diqqəti cəlb etsə də publisistik ruhda yazılmaqla 



222 

mündəricatda verilən ayrı-ayrı  sərlövhələr təhlil olunarkən öz 

dolğun elmi sərhini tapmayıbdır. Görməmək mümkün deyil ku, 

müəllif tədqiqata cəlb etdiyi romanları tipinə görə, poetika kompo-

nentlərinin  şərhinə görə deyil, ideya-məzmun istiqamətinə görə 

çeşidləyib, istəyindən, qarsısına qoyduğu məqsədindən asılı olaraq 

sosial təhlil üsuluna görə təhlil edib. İyirmiyə qədər romanı təhlilə 

cəlb etmis tədqiqatçı bununla sanki soraq işini görüb. Kitaba ön söz 

yazan proffessor Nazif Qəhrəmanlı haqlı devir ki. ...sərlövhələr 

verir, təsəvvür yaradır ki, romanlarımızda ifadəsini tapmış problem-

ləri duya bilək”. 

 

 

Zərdab gülməcələri 

 

Zərdab gülməcələri. Ola bilər ki, ayrı-ayrı bölgələrin lətifələri 

əsrlər boyu insanların ovqatına sığal çəkə-çəkə bu günümüzə qədər 

gəlib çatmış və dillər əzbəri olmuşdur. “Hacı dayı” deyiləndə Şəki

Mirzə Bağının ismi çəkiləndə  Səlyan, Abdal Qasım və  Məşədi 

Abbasın lətifələri, gülməcələri ortaya gələndə Qarabağ yada 

düşmüşdür. Ümumən qəbul olması aksiomadır ki, hər bir elin 

obanın, qəsəbənin, kəndin də özünəməxsus baməzə, söz qoşan, 

hazırcavab müdrik insanlar olmuşdur və bu gün vardır. Coğrafi 

məkanına görə Kür çayının sahil boyunca yerləşən, 45 mindən çox 

əhalisi olan, böyük sənətkarlar, alim və ziyalılar yetişdirən bu qədim 

Aran torpağı - Zərdab da deyib gülənlərdən əksik olmamış, mövzu 

rənga-rəngliyi, duzlu, koloritli lətifə deyənləri ilə  Şirvan torpa-

ğından seçilmişdir. Zərdab gülməcələri də  yığılıb toplanmalı, saf 

çürük edilərək hazırlanmalı idi. Bu mənada kitabçanın yaranması 

təbii sayılmalıdır. Milli mətbuatımızın banisi (“Əkinçi” 1875-1877) 

Həsən bəy Zərdabinin atasının də babasının baməzə deyimləri, 

hazırcavab olmaları  ədəbiyyat tariximizdən bizə  məlumdur. Həsən 

bəy Zərdabi yaradıcılığında zarafatdan doğan yumoristik və ya 

kinayəli, istehzalı gülüş azmı olmuşdur? “Əkinçi” dəki ayrı-ayrı 

rubrikalarda nifrətdən  şölələndən öldürücü gülüşlə  mətbuatımızın 

Piri nələr deməmişdir XX əsrin  əvvələrində sayılıb seçilən Zərdab 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə